Ermənistan-Türkiyə münasibətlərinin bərpası Ankaranın iki seçiminə bağlıdır Politoloqdan açıqlama

Müsahibələr 10:08 30.03.2021

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılması məsələsi ortaya çıxandan sonra rəsmi Yerevan Türkiyə ilə də münasibətlərin bərpasına maraq göstərir. Artıq Ermənistanın dövlət telekanallarında səslənməyə başlayan bu fikirlər erməni kütlələri arasında da müsbət qarşılanmağa başlayıb. Buna misal olaraq ötən gün Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın yerli “İctimai Televiziya”ya müsahibəsində “Ermənistan Türkiyəyə yanaşmasına düzəlişlər edib, tənzimləməlidir,” deyə ifadə işlətməsini göstərmək olar. Öz növbəsində Baş nazir Nikol Paşinyanın Armavir bölgəsində çıxışı zamanı “uzunmüddətli proqramımız müharibə deyil, sülh olmalıdır” deməsi də incə mətləblərdən xəbər verir.

Ermənistanın Türkiyəni düşmən olaraq görməsi ölkədəki separatçı təsir qüvvələrinin və revanşist, ruspərəst müxalifətin bilavasitə rolu ilə bağlıdır. Əslində, Dağlıq Qarabağın işğalı səbəbindən sərhədlərini açmamasını çıxsaq, Türkiyə son dövrlərdə Ermənistanla hər hansı ciddi problem yaşamayıb. Sərhədlərin bağlanması isə məlum olduğu kimi Ermənistanın siyasətinin nəticəsi olub. Hazırda isə buna heç bir əsas qalmayıb. Sərhədlərin, kommunikasiyaların açılmasında maraqlı olan Ermənistanın nə Azərbaycan, nə də Türkiyə ilə münasibətlərdən qaçmasına bir lüzum yoxdur. 

Provocations in Karabakh - Do Armenians get courage from Russians? |  Eurasia Diary

Qriqoryanın fikirlərinə aydınlıq gətirmək üçün politoloq Şahin Cəfərli Eurasia Diary-yə müsahibə verib. 

- Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yerli “İctimai Televiziya”ya müsahibəsində “Türkiyə artıq Ermənistan üçün düşmən dövlət deyil" sualına cavab olaraq, “Türkiyə ilə münasibətlərdə yanaşmalarımızda müəyyən düzəlişlər edilməlidir və biz bu istiqamətdə işləyirik,” deyə cavab verib. Ermənistanın bu cür yanaşması hansı anlama gələ bilər?

- Əlbəttə ki, Ermənistan hökumətinin bu mövqeyi ötən il baş verən 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallıqlarla əlaqədardır. Biz bilirik ki, istər 10 noyabr bəyanatında, istər 2021-ci il 11 yanvar tarixli Moskva razılaşmasında bölgədəki kommunikasiyalar və nəqliyyat əlaqələrinin açılması və bərpası nəzərdə tutulur. Söhbət əsasən də Azərbaycan və Ermənistan arasında mövcud olmuş bütün bu kommunikasiyaların bərpasından gedir. Əgər Ermənistan müharibə apardığı, çox yaxın keçmişə qədər düşmənçilik münasibətində olduğu Azərbaycanla əlaqələrini bərpa edirsə, o zaman niyə Türkiyə ilə razılığa gəlməsin? Bu təbii prosesdir və bu məsələdə Azərbaycanla yanaşı Türkiyə də maraqlıdır. 

Bilirsiniz ki, ötən aylarda altı ölkənin iştirakı ilə regional əməkdaşlıq formatının qurulması barədə Türkiyə tərəfindən bir təşəbbüs irəli sürülmüşdü. Azərbaycan da bunu dəstəkləyir. Hazırda müşahidələrimiz də onu göstərir ki, Ermənistanın indiki hökuməti də bu sahədə maraqlıdır. Təkcə Qriqoryan yox, ondan əvvəl Paşinyan hökumətinin bəzi üzvləri, onun partiyasının bəzi deputatları da Türkiyə ilə əlaqələrin qurulması yönündə bəzi fikirlər irəli sürmüşdülər. 

Ümumiyyətlə, Paşinyan qərbyönlü siyasətçi olduğu üçün Ermənistanın da Qərbə açılmasına təşəbbüs göstərir. Təbii ki, yaxın günlərdə Ermənistanın Rusiya ilə bağlarının qırılması gözlənilmir. Çünki Ermənistan son 30 ildə Paşinyandan öncəki rəhbərlərin siyasəti nəticəsində Rusiya ilə sıx bağlı olub və ona görə də Rusiya Ermənistanın iqtisadiyyatını tam nəzarətinə götürüb. Buna baxmayaraq, Paşinyanın niyyəti budur ki, Ermənistanı tədricən dünyaya açsın və bunun da əsas yolu iki xətt üzərindən keçir: Bunlardan biri Gürcüstan vasitəsilə Qara dənizə çıxış, digəri isə Türkiyə üzərindən qərb dünyasına inteqrasiya.    

- Ümumiyyətlə ağır müharibədən sonra Ermənistan cəmiyyətinin buna münasibəti necə olacaq? Bunun həyata keçməsi nə dərəcədə mümkündür?

- Ermənistan cəmiyyətində Türkiyə ilə münasibətlərin bərpasına qarşı çıxan qüvvələr var. İlk növbədə, mən ötən müddətdə Paşinyan əleyhinə kütləvi aksiyalar çağıran və onun istefasını tələb edən radikal, şovinist müxalifəti nəzərdə tuturam. Bu qüvvələr əlbəttə ki, Rusiyaya bağlıdır və Türkiyənin Ermənistan daxilində təsirinin artmasından narahatdırlar və sözsüz ki, onlar hətta buna qarşı çıxacaqlar. 

Düşünürəm ki, erməni kütlələri arasında buna qarşı çıxan olmayacaq. Ötən müddət həmin o revanşist müxalif qüvvələrin cəmiyyətdən dəstək almaması və Paşinyanın hələ də ən yüksək reytinqə malik siyasətçi olaraq qalması, Ermənistan cəmiyyətindəki yüksək əhval-ruhiyyə haqda fikir yürütməyə əsas verir. Mən xüsusən müharibədən sonra Ermənistan toplumunda bir ayılma olduğunu düşünürəm. Ermənilər artıq anlayırlar ki, bu regionda Azərbaycan və Türkiyə ilə münasibət qurmadan ölkənin inkişafı mümkün deyil. 

Onu da qeyd etmək istərdim ki, hazirda Türkiyədə 70 mindən çox erməni əmək miqrantı çalışır. Bu da onu göstərir ki, Ermənistan cəmiyyətində Türkiyəyə qarşı kəskin nifrət yoxdur və yaxud da, bu cür insanlar azlıq təşkil edir.     

- Armen Qriqoryan həmçinin Türkiyəyə təhlükəsiz müttəfiq kimi baxmağın mümkün olmadığını vurğulayıb. Lakin o, Türkiyəni Ermənistan üçün müəyyən əngəllərin aradan götürülməsində güclü vasitə kimi görür. Sizcə bu Ermənistan üçün hansı əsas imkanları yarada bilər? 

- Ermənistan Türkiyə münasibətlərinin bərpası və inkişafı tədricən Ermənistanın təhlükəsizlik dəyərləndirmələrinə, yəni Ermənistanın Milli Təhlükəsizlik Strategiyasına, hərbi doktrinasına dəyişiklik edilməsinə də gətirib çıxara bilər. 

Bu gün Ermənistan Azərbaycanla yanaşı, Türkiyəni də əsas təhdid kimi görür. Rusiya qoşunlarının Ermənistanda dislokasiya olunmasının əsas səbəblərindən biri də, onları məhz Türkiyə tərəfindən gələn təhlükədən qorumaqdır. Lakin qeyd etdiyim kimi, Türkiyə ilə münasibətlər qurularsa və tədricən inkişaf etdirilərsə Ermənistan təbii ki, öz təhlükəsizlik strategiyasına da dəyişiklik edəcək. Ən əsası odur ki, Ermənistan tərəfi Türkiyə tərəfindən ona qarşı hər hansı bir təhlükənin olmadığına əmin olduqdan sonra, Rusiyanın ölkədə əhəmiyyəti də getdikcə azalacaq. Nəticədə Ermənistanın vazkeçilməz müttəfiqi olan Rusiyanın qoruyucu statusu getdikcə zəifləyəcək.  

- Türkiyə bu təklifə razı olarsa, Qafqazda öz sözünü deməyə çalışan Rusiyanın buna münasibəti necə olacaq? 

- Aydındır ki, Rusiya regionda öz mövqelərini qoruyub möhkəmləndirmək siyasəti yeridir. Müharibədən sonra Rusiya hərbi qüvvələrinin Qarabağa yeridilməsi elə bunun bariz nümunəsidir. Rusiya regional münasibətlərin qurulmasında maraqlı olsa da, onun nəzarətindən kənar olan Türkiyə-Ermənistan münasibətlərində heç də maraqlı deyil. Bu səbəbdən, düşünürəm ki, Ermənistan-Türkiyə münasibətlərinin bərpası elə də sadə və asan məsələ deyil. Düşünürəm ki, burada Türkiyə-Rusiya münasibətlərinin gedişindən də çox şey asılı olacaq. Əgər Türkiyə Qərbdən qopub Rusiya və Avrasiyaya inteqrasiya istiqamətində siyasət yeridərsə, o zaman Rusiya Ermənistan-Türkiyə münasibətlərinin yaranmasına normal yanaşa və mane olmaya bilər. Burada əlbəttə hakimiyyətdə dayanan qüvvədən də çox şey asılıdır. Təbii ki, Paşinyan gedərsə və onun yerinə revanşist qüvvələr gələrsə, o zaman Türkiyə ilə hər hansı bir ciddi yaxınlaşmadan söz gedə bilməz. Yaxınlaşma baş versə belə, bu yalnız Rusiyanın nəzarəti altında baş tuta bilər.  

Elnur Ənvəroğlu 
Hikmət Hacıyev: "Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir" - VİDEO

Xəbər xətti

Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
11:45 29.03.2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalarına riayət edilməməsinə görə cərimələr müəyyənləşir
11:42 29.03.2024
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:40 29.03.2024
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
11:38 29.03.2024
ABŞ yeni ittifaq yaradır... - ANALİTİKA
11:33 29.03.2024
Azərbaycanda bu maşınlar kəskin UCUZLAŞDI - Satmaq istəyənlər isə 3 dəfə artdı
11:28 29.03.2024
ABŞ və Aİ Ermənistanı niyə silahlandırır? – SƏBƏB VƏ MƏQSƏD
11:22 29.03.2024
Bakı-Sumqayıt şosesində yaranan sıxlığın SƏBƏBİ bilindi
11:17 29.03.2024
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
11:15 29.03.2024
Milli Məclisin iclası başlayıb
11:05 29.03.2024
Hikmət Hacıyev: "Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir" - VİDEO
11:00 29.03.2024
Amerikalı cütlüklər İsrail əleyhinə kampaniya BAŞLATDILAR
10:56 29.03.2024
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
10:52 29.03.2024
Ankarada ZƏLZƏLƏ oldu
10:45 29.03.2024
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
10:40 29.03.2024
Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq? – RƏSMİ AÇIQLAMA
10:36 29.03.2024
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:32 29.03.2024
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA - VİDEO
10:24 29.03.2024
Xankəndidə silah-sursat aşkarlandı
10:15 29.03.2024
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
10:10 29.03.2024
Avropa İttifaqının Cənubi Qafqaz səfərinin GİZLİNLƏRİ – Fikrət Sadıqov AÇIQLAYIR
10:01 29.03.2024
Xırdalanda 12 ədəd qumbara tapıldı - VİDEO
09:51 29.03.2024
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
09:47 29.03.2024
Azərbaycanda professor vəfat etdi
09:36 29.03.2024
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
09:25 29.03.2024
Azərbaycan nefti BAHALAŞDI
09:21 29.03.2024
Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO
09:10 29.03.2024
Daha 35 ailə Füzuliyə yola salındı
09:00 29.03.2024
Dani Alveş ziyafət təşkil etdi
06:40 29.03.2024
Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
Hamısı