Türkiyənin təzyiqlərə qarşı həyata keçirəcəyi tədbirlərin hədəfi bəllidir politoloq

Müsahibələr 16:09 01.04.2021

Türkiyə və Azərbaycan qərb qonşuları ilə münasibətdə oxşar tale yaşayır. Azərbaycanın qərbdə Ermənistanla, Türkiyənin isə Yunanıstanla problemi var.

Ermənistanla bağlı problem hər birimizə bəllidir. Qərb qonşumuz daha böyük qüvvələrin təhrikinə uymasaydı, bu gün Azərbaycanla ciddi problem yaşamazdı. Eləcə də, Azərbaycanla ortaq razılığa gəlinsəydi, Rusiyanın vasitəçiliyinə heç bir gərək qalmazdı və ermənilərin bu gün xilas olmağa çalışdıqları buxov da boşalardı.

Eynilə Yunanıstan da bəzi məsələlərdə Türkiyə kimi nüfuzlu bir dövlətlə həm Şərqi Aralıq dənizi, həm də Kipr məsələsində ortaq razılığa gələ bilsə, ABŞ-ın minlərcə kilometr aşıb bu coğrafi regionda vəkillik etməsinə gərək qalmazdı. 

Son zamanlar qərb mediasında Yunanıstanın ABŞ-a sığınaraq Şərqi Aralıq hövzəsi və Kiprdə özünə qalxan yaratmaq istədiyi barədə fikirlər səsləndirilir. NATO üzvü olan Yunanıstanın yaxın qonşusu olan Türkiyəni qoyub ABŞ-a meyllənməsi təəccüb doğurur. 

Bu barədə daha ətraflı məlumat almaq üçün Eursia Diary türkiyəli politoloq Mehmet Babacandan müsahibə alıb.        

- Son zamanlar bəzi qərb mənbələri ABŞ-la Yunanıstanın Türkiyəyə qarşı birləşəcəyi barədə fikirlər səsləndirir. Bu sizcə nə dərəcədə mümkündür? 

- İlk öncə qeyd etmək lazımdır ki, Yunanıstan, Türkiyə və ABŞ hər üçü NATO ittifaqının üzvüdür və aralarında qırılmaz tellər var. Xüsusilə, Yunanıstan və Türkiyə NATO-nun cənub-şərq qanadını təşkil etmək baxımından ABŞ üçün daha çox əhəmiyyətə malikdir. ABŞ Soyuq Müharibə zamanı Sovet İttifaqının təhdidinə qarşı bir sipər kimi Türkiyə və Yunanıstana əhəmiyyət verirdi.

Bundan əlavə, Yunanıstan Kipr adasına müdaxilə bəhanəsi ilə NATO üzvlüyündən ayrılmağa çalışarkən, ABŞ 1970-ci ildə Türkiyənin Yunanıstanı NATO-ya geri qaytarmağa razı edəcəyi bir formul çərçivəsində “Rogers Planı” yaratmağa qərar verdi.

Bu gün yeni prezident seçilən Co Bayden və komandasının Türkiyəyə qarşı ideoloji, bürokratik yanaşma sərgilədiyini görmək mümkündür. Bununla ABŞ, əslində S-400 müdafiə raketlərini bəhanə edərək, eləcə də Türkiyə-Rusiya münasibətlərinə mane olmaq üçün Türkiyəyə qarşı Yunanıstan kartlarını oynayır. Buna baxmayaraq, ABŞ və Yunanıstanın birləşərək Türkiyəyə qarşı hər hansı bir qarşıdurma və ya təzyiq yaradacağını düşünmürəm. Çünki geosiyasət və strateji potensial baxımından Türkiyə ABŞ-ın qarşısında güclü bir ölkədir. Əks təqdirdə, bu, ABŞ ilə Türkiyə arasındakı münasibətlərə geri dönməz bir şəkildə zərər verə bilər və ABŞ Türkiyə ilə münasibətlərində bunu heç vaxt istəməz.

- Amerikalı siyasi ekspert Bil Antolis Bayden administrasiyasının Türkiyə məsələlərində, Şərqi Aralıq dənizi və Kipr mövzusunda Yunanıstanla birlikdə işbirliyi qurmalı olduğu fikrini bildirib. Sizcə bu Türkiyəyə qarşı açıq təhdid anlamına gələ bilərmi? 

- Bildiyiniz kimi, Türkiyənin böhran və qarşıdurma bölgələrindəki artan təsiri və fəallığı Qərb ittifaqı üçün böyük narahatlıq yaradır. O üzdən də onların istənilən təhdidlərə əl atması normaldır. Bu cür təhdidləri ABŞ-dan əvvəl Fransa Şərqi Aralıq dənizində və Liviyada sınamışdı. Lakin bu günün ssenarisi tamamən fərqlidir. İndi Suriyada, Liviyada, Şərqi Aralıq dənizində və Cənubi Qafqazda varlığını hiss etdirən və prosesləri məzlum xalqların və sülhün lehinə çevirə bilən Türkiyə kimi qlobal bir oyunçu var. Bu səbəbdən vəziyyətdən razı olmayan bir qrup anti-Türkiyə güclərinin meydana gəlməsi adi haldır. Eyni situasiya Yaxın Şərq və Körfəzdə də mövcuddur. Əlbəttə ki, Qətər xaricində Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Küveyt kimi ölkələr Suriya, Misir və Liviyada Türkiyə ilə qarşı-qarşıya gəldilər. 

Hələ Kipr məsələsinə gəldiyimiz zaman, 2004-cü ildə kiprli türklər Annan Planına yekdilliklə "bəli", yunanlar isə "xeyr" deyə səs verdilər və çıxılmaz vəziyyətə gəlməyi üstün tutdular. Buna baxmayaraq, onların atdıqları səhv addıma bəraət verildi, üstəlik növbəti il Kiprin yunan hissəsi Avropa İttifaqına qəbul edildi və bununla sanki onlar bütün adanı təmsil etdilər. Bunu təsdiqləmək və həqiqət olduğunu bildirmək mümkün deyil. İllərdir Kipr yunanları və Yunanistan Kipr problemini həll etmək üçün ayağa qalxdılar və "qeyri-mümkün mümkündür" prinsipi ilə hərəkət etdilər. Aİ və ABŞ da Birliyin üzvü olan Yunanıstanı dəstəklədi, türk tərəfinin sona qədər haqlı olduğunu çox yaxşı bilsələr də, Yunanıstanın Şərqi Aralıq dənizindəki qanunsuz və məntiqsiz tələblərinin tərəfdarı oldu. Onlar Kipr problemində özlərini Yunanıstanın vəkili kimi nümayiş etdirməyə başladılar. Yunanıstanla bu məsələlərdə əməkdaşlıq Türkiyəni ABŞ-dan uzaqlaşdıraraq qlobal rəqiblərin yaxın müttəfiqinə çevirə bilər. ABŞ bunu yaxşı bilir və bunu nəzərə alaraq müvafiq addımlar atacaq. Şərqi Aralıq dənizi və Kiprə gəlincə, beynəlxalq hüquq və tarix kimin haqlı səbəblərini ortaya qoyur.

- Türkiyə Yunanıstana bağlı olan məsələləri ABŞ-ın müdaxiləsi olmadan yalnız Aİ çərçivəsində həll edə bilərmi? Ümumiyyətlə Türkiyə ABŞ-ın müdaxiləsinə qarşı hansı tədbirləri görə bilər?

- Baxmayaraq bu gün açıq şəkildə müzakirə edilərək tənqid olunsa da, ABŞ bəzi mövzularda və bölgələrdə mövcud hegemon gücündən istifadə etməyə çalışır. Ancaq bu hegemonluq Obama administrasiyasından bəri Liviya və Suriyada səngiməyə başlayıb. Eynilə, Tramp da qlobal böhranlara və münaqişələrə laqeyd yanaşaraq öz ölkəsinin maraqlarının prioritet olduğunu bildirdi. ABŞ tarixinə baxdığımızda “Kipr problemi ABŞ olmadan həll edilə bilməz” fikri dəfələrlə vurğulanıb. 1964-cü ildə ABŞ-ın Türkiyə Cümhuriyyətinin Baş nazirinə Türkiyəni adadakı əməliyyatından çəkindirmək məqsədi ilə göndərdiyi “Conson” məktubunda Ankaranı adaya silahlı müdaxilə etməkdə günahlandırdı. Bəli, uzun müddət keçdi, tarix dəyişdi, coğrafiyalar dəyişdi, amma Kipr problemi hələ də həll olunmaz olaraq qalır. 

Kiprin yunan rəhbərliyi problemi Aİ çətəri altında həll etmək üçün hər fürsətdə Avropa İttifaqı üzvlüyündən istifadə etmək istəyir. Bu səbəbdən Aİ-də bu problemi ABŞ olmadan həll etmək qeyri-mümkün görünür. Çünki Aİ Kiprin yunan tərəfinin tələblərini dəstəkləyəcək və ədalətli həll yolunun yaradılmasına kömək etməyəcək. Lakin nə Aİ, nə də ABŞ-ın bu problemi həll edə biləcəyini demək mümkün deyil. Bəlkə də keçmişdə olduğu kimi BMT çətiri altındakı həll təşəbbüsü, hər iki tərəfin icazə verdiyi təqdirdə gerçəyə çevrilə bilər. Türkiyə uzun müddətdir ABŞ və Aİ-nin Kipr məsələsindəki təzyiqlərinə cavab verir və verməyə davam edəcəkdir. Türkiyənin bu cür repressiyalara qarşı həyata keçirəcəyi tədbirlərin hədəfi aydındır.

Elnur Ənvəroğlu

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Hamısı