"İnanıram ki, Cənubi Qafqaz nə zamansa münaqişələrdən xilas olacaq" Fərid Şəfiyev litvalı jurnalistə müsahibə verib

Müsahibələr 12:04 02.04.2021

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə bir qrup litvalı jurnalist işğaldan azad edilmiş ərazilərə səfər ediblər. Eurasia Diary xəbər verir ki, qrupa tanınmış hərbi jurnalist, Azərbaycan Respublikasının “Dostluq Ordeni” ilə təltif edilmiş Riçardas Lapaitis, eləcə də Arunas Sartanaviçius və Mantas Bartasaviçius daxildir.

Litvalı jurnalistlər BAMF prezidenti Umud Mirzəyevin müşayiəti ilə Tərtər, Ağdam, Füzuli və Cəbrayılda dağıdılmış tarixi-mədəni abidələri ziyarət edib, erməni təcavüzünün dəhşətli nəticələrinin şahidi olublar.

Səfər çərçivəsində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev litvalı jurnalistləri qəbul edib. O, Riçardas Lapaitisə müsahibə verib.

Eurasia Diary müsahibəni təqdim edir: 

Salam hörmətli Fərid müəllim. İlk növbədə Litvalı çəkiliş qrupunu qəbul etdiyiniz üçün Sizə təşəkkür etmək istəyirəm. İkincisi, Azərbaycan xalqını, Azərbaycanın Ali Baş komandanı hörmətli Prezident İlham Əliyevi möhtəşəm qələbə münasibətilə təbrik etmək istəyirəm. Təkcə biz, Pribalika ölkələri deyil, bütün dünya 44 gün ərzində baş verənləri izləyirdik, Azərbaycanın işğal altında olan əzəli torpaqlarını azad etdiyinə görə Sizi ürəkdən təbrik etmək istəyirəm. Və belə bir sual vermək istərdim. Hazırda vəziyyət necədir? Uzun sürən işğaldan sonra Siz həmin ərazilərdə nə ilə qarşılaşdınız?

- Azərbaycana səfər etdiyinizə və münaqişədən sonrakı vəziyyəti işıqlandırdığınıza görə Sizə təşəkkür edirəm. Azərbaycanın rəsmi qurumları vəziyyətə post-müharibə dövrü kimi baxırlar. Biz istəyirik ki, bu münaqişə tarixdə qalsın və regiondakı inkişafı qarşılıqlı iqtisadi-siyasi əlaqələr əsasında qurmaq istəyirik. Təəssüf ki, 30 illik işğal Azərbaycanda dərin izlər qoyub. İşğaldan azad edilmiş ərazilərə getmək imkanınız olsa görəcəksiniz ki, iri yaşayış məskənləri, şəhərlər təmamilə dağıdılıb. Təmamilə dağıdılıb deyəndə həqiqətən də elə bi ev yoxdur ki, ziyan görməsin. Evlərin damı uçulub, pəncərə çərçivələri, qapı və hasarlar yoxdur. Qəbiristanlıqlar, infrastrukturlar, boru xətləri dağıdılıb. Buna görə Azərbaycan hökumətinin qarşısında böyük bərpaetmə işləri durur. İlk addım minatəmizləmə ilə bağlıdır. Ancaq Ermənistan tərəfi hələ də bizə minalanmış ərazilərin xəritəsini təqdim etmir. Bu isə bərpaetmə işləri ilə məşğul olan insanların həyatına təhlükə yaradır. 10 Noyabr 2020-ci il atəşkəs müqaviləsi imzalanandan bəri 10 nəfər mina partlamasından dünyasını dəyişib. Bu qarşımızda duran birinci vəzifədir. İkinci işimiz isə infrastrukturun bərpası olacaq. Bura qaz, su, elektrik və yollar aiddir. Üçüncü mərhələdə qaçqın və məcburi köçkünlərin qayıtması üçün yaşayış məntəqələrinin tikintisidir. Bu məqsədlə Azərbaycan hökuməti bu il 2 milyard 200 min manat vəsait ayırıb. Ancaq bunun üçün daha çox vəsait tələb olunur. Bu sahədə beynəlxalq ictimaiyyətin, investorların yardımına ehtiyac var. Bu ərazilərdə kənd təsərrüfatı və turizmin inkişafı üçün imkanlar var. Ancaq ən əsası Cənubi Qafqazda sülh quruculuğudur. Təəssüf ki, biz ərazi iddialarının hansı nəticələrə gətirib çıxardığını gördük. Ona görə Azərbaycan ərazilərin bütövlüyü və dövlətlərin ərazi bütövlüyü çərçivəsində azlıqların hüquqlarının inkişafı prinsiplərindən çıxış etmişdir. Bu Avropa təhlükəsizliyinin təməlidir. İkinci Dünya müharibəsindən sonra Avropada təhlükəsizlik belə qurulub. Buna görə hesab edirik ki, Cənubi Qafqazda beynəlxalq hüquqa və ərazi bötövlüyü prinsipinə, suverenliyə və azlıqların hüquqlarına əsaslanaraq sülh təmin edilməlidir. Əlbəttə ki, hamı bizimlə həmfikir deyil. Ermənistanda revanşist qüvvələr var. Ancaq biz inanmaq istərdik ki, müharibə geridə qalıb və biz həm Azərbaycanda, həm də bütövlükdə regionda tədricən sülhü qurmalıyıq.

Biz Vətən müharibəsini, azadlıq müharibəsini izləyərkən çox təəccübləndik. Azərbaycanın ərazi bütövlüyü hamı tərəfindən qəbul edilib. Azərbaycan Prezidenti hörmətli İlham Əliyev böyük humanistlik göstərərək Vətən müharibəsinin son günlərində erməni əsgərləri təmamilə məhv olmaqdan qurtardı. Qarabağın ərazisi böyük tarixi irsə malikdir. Sizin də az öncə qeyd etdiyiniz kimi, mədəni irsin bərpası ilə bağlı işlər nə yerdədir? Onların bərpası mümkündürmü? Orada nəyi xilas etmək olar?

- Qarabağdakı mədəni irs barədə danışılarkən nə üçünsə yalnız xristian mədəni obyektlər barədə danışılır. Bəli orada erməni obyektlər də var. Azərbaycan tərəfi onların qorunub saxlanması üçün hər cür səy göstərir. Bizdə Bakının mərkəzində erməni kilsəsi var. Təhdidə gəldikdə isə orada 30 il ərzində demək olar ki, hər şey dağıdılıb. 37 məscid dağıdılıb. Onlardan yalnız ikisi az-çox salamatdır, tez bir zamanda bərpa edilə bilər. Müsəlman dini abidələri təmamilə dağıdılıb. Orada yalnız bəzi divarlar qalıb, o da hamısında yox. Çox sayda muzeyler olub. Bəzi unikal muzeylər Ağdamdakı Çörək muzeyi kimi dağıdılıb. Onlardan bəzilərini bərpa etmək mümkün olmayacaq, bir qismini isə Azərbaycan hökuməti bərpa edəcək. Bununla yanaşı, regiondakı xristian əhalinin toxunulmazlığı lazım olduqda bərpa işləri görüləcək. Müsəlmanlar və xristianlar və ya ermənilər və azərbaycanlılar arasında fərq qoyulmayacaq. Bu mədəni irs ilk növbədə Azərbaycana və bötüvlükdə dünya ictimaiyyətinə aiddir.

Litva və Azərbaycan yüz ildən çoxdur ki, çox gözəl iqtisadi, mədəni və diplomatik əlaqələrə malikdir. Ümid edirəm ki, bu gözəl münasibətlər davam edəcək. Pribaltika ölkələri dediyiniz bərpa işlərinə necə töhfə verə bilər?

- Həqiqətən də bizim ikitərəfli münasibətlərimiz dinamik şəkildə inkişaf edir. Bunun üçün gərək iş adamları görüşüb danışsınlar ki, məsələn Litva şirkətləri konkret olaraq bərpaetmə işləri ilə bağlı nə təqdim edə bilər. Litva Avropa İttifaqının üzvü kimi Aİ-nin bərpaetmə işləri üzrə vasitələrinə, investisiya qoymaq imkanına  malikdir. Hər bir ölkə müəyyən təcrübəyə malikdir. Litvada məsələn, polyak azlığı var. Azlıqların hüquqlarının təmin edilməsi və inkişaf etdirilməsi baxımından bizə maraqlı olardı. Azərbaycandakı azlıqlarımızla heç bir problemimiz yoxdur. izə tez-tez deyirlər ki, erməni azlığın hüquqlarını daha çox təmin etmək lazımdır. Bizdə ruslar yəhudilər və başqa azlıqlar yaşayır. Digər azlıqlar da Azərbaycanda ümumi cəmiyyətin üzvü kimi yaşayırlar. İndiki halda vəziyyətin həssaslığını nəzərə alaraq başqa ölkələrin təcrübəsini öyrənə bilərik. Ümid edirik ki, Litva Aİ-nın üzvü kimi təşkilatın layihələrdə daha fəal iştirakını dəstəkləyəcək. Təəssüf ki, işğal zamanı və ümumiyyətlə bütün bu dövr ərzində Aİ regionda aktiv iştirak etməyib. Biz hesab edirik ki, Aİ indi bərpa işlərində, investisiya qoyuluşunda, ermənilər və azərbaycanlılar arasında düşmənçiliyin aradan götürülməsində təcrübə mübadiləsində daha fəal iştirak edə bilər və etməlidir.

Biz çox yaxşı bilirik ki, bütün bu işğal dövründə erməni separatçıların, erməni rəsmilərin və bəzi qüvvələrin təxribatlarına baxmayaraq, Azərbaycanın Gürcüstanla çox yaxşı münasibətləri olub. Necə düşünürsüz Ermənistan Cənubi Qafqazda deyək ki, Azərbaycansız mövcud ola bilərmi?

- Bizim vahid Qafqaz anlayışımıza görə Azərbaycan Gürcüstan və Ermənistan iqtisadi əməkdaşlıq qurmalıdır. Sizin də söylədiyiniz kimi, bizim Gürcüstanla çox gözəl münasibətlərimiz var. Bizim energetika nəqliyyat sahələrində transregional layihələrimiz var. İndi biz Ermənistanın iştirakı ilə də bu cür layihələr həyata keçirmək istəyirik. Bundan Ermənistan Azərbaycan və regionun bütün ölkələri və birbaşa qonşularımız faydalanacaq. Bəli, müəyyən siyasi və bəzən də iqtisadi problemlər olur, ancaq bu təbiidir, qonşular arasında bəzən problemlər yaranır. Bununla yanaşı, onlar kontruktiv atmosferdə, diplomatiya yolu ilə həll edilməlidir. Azərbaycan, Ermənistan, Gürcüstan gələcəkdə regional əməkdaşlığı inkişaf etdirməlidirlər.

Çox sağolun. Aktual bir sual var. Yəqin ki, eşitmisiniz. Litvada erməni diasporası guya erməni əsirləri barədə imza topladılar və müraciət etdilər. Bu təxribatı necə başa düşürsünüz? Hamı bunu tam anlamır. Erməni hərbi əsirlərlə bağlı vəziyyət necədir?

- 10 Noyabr müqaviləsinə görə, bütün hərbi əsirlər mübadilə edilməli idi və verildi. Və Azərbaycan da həmin vaxta kimi saxlanılan əsirləri Ermənistana təhvil verdi. Ermənistan tərəfində az sayda azərbaycanlı əsir də vardı, onlar da Azərbaycana qaytarıldı.

Hazırda Azərbaycanda 50-yə yaxın hərbi əsirlərə heç bir aidiyyatı olmayan təxribatçı və terrorist var. Onlar atəşkəs elan olunandan bir ay sonra dekabrda saxlanılıblar. Və beynəlxalq hüquq və beynəlxalq humanitar hüququn bütün meyarlarına əsasən onlar hərbi əsir sayılmır. Bu insanlar hücum təşkil edib və 4 hərbçimizi və bir mülki şəxsi - Azərbaycanda fəaliyyət göstərən mobil operatorun bir əməkdaşını öldürüblər. Hərbçilərin və mülki şəxsin qətlinə görə kimsə cavab verməlidir. Ona görə də Azərbaycan haqlı olaraq təxminən 50 nəfərdən çox şəxsin hərbi əsir sayılmadığını, bundan əlavə, onların Ermənistan vətəndaşı olduğunu bildirib. 10 Noyabr bəyannaməsinə görə Ermənistan hərbi birləşmələri dekabrın 1-ə kimi Azərbaycan ərazisini tərk etməli idilər. Təəssüf ki, bu günədək, Britaniya jurnalistinin reportajında da qeyd edildiyi kimi, ermənilər mütəmadi olaraq Müdafiə Nazirliyi qarşısında mitinqlər keçirir.  Və öz hərbçilərinin Azərbaycan ərazisinə göndərilməməsini tələb edirlər. Bu fakt artıq bir neçə müstəqil mənbələrlə təsdiqini tapıb. Buna görə də Azərbaycanda bu gün hərbi əsir yoxdur.

Azərbaycan dünyaya Cənubi Qafqazda kimin lider ölkə olduğunu göstərdi və bunu onun qonşuları və Orta Asiya ölkələri təsdiq edir. Azərbaycanın səviyyəsi yüksəlib. Çoxları prosesləri öyrənir, çünki çoxları üçün bu yeni idi. Bu isə əlbəttə ki, bəzi beynəlxalq təşkilatların “fəaliyyətsizliyinin” nəticəsi idi. 30 il bir işğal üçün çox uzun bir dövrdür. Sizə belə bir vacib sualı vermək istərdim. Bütün çətinliklərə baxmayaraq, Qarabağın və ətraf rayonların gələcəyini necə görürsünüz?

- Gələcəkdə bu bölgədə sülh və təhlükəsizlik olacağına inanmaq istərdik. Siz xatırlatdığınız kimi, 30 il müddətində ərazilərimizin bir hissəsi işğal edilib. Litva özü 50 il ərzində işğal altında olub. Bizim oxşar faciəvi tarixi hadisələr var. 1990-91-ci illərdə Vilnüsdə və Bakıda baş verən faciəvi hadisələr. Ancaq bunlar keçmişdə qalıb, indi gələcəyə baxmaq lazımdır. Tarixi tarixçilərə buraxmaq lazımdır. Əlbəttə ki, onu bilmək, öyrənmək, səhvləri yadda saxlamaq vacibdir. Lakin gələcəyə baxmaq lazımdır, çünki gələcək sülh və əməkdaşlıqdan yanadır. İnanmaq istəyirik ki, 30 illik işğaldan sonra biz nəhayət ki, münaqişə yükündən azad olacağıq. Obrazlı ifadə etsək alqışlamaq üçün iki əl lazımdır. Buna görə Ermənistanın da Qafqazda sülhün beynəlxalq hüquq, qarşılıqlı hörmət prisiplərinə və beynəlxalq əməkdaşlığa əsaslanaraq inkişaf etməsilə razılaşması lazımdır.

Bir daha Sizə minnətdaram. Regionun çiçəklənməsini, gələcəkdə turizmin inkişaf etməsini arzulayıram. Biz bilirik ki, bu ərazilər necə gözəldir. Kəlbəcər rayonu, Yuxarı və Aşağı Qarabağ, bütün Azərbaycan xalqına və Azərbaycan əsgərinə hamısına rifah arzulayıram.

- Dost Litva xalqına çiçəklənmə arzulayıram. Bütün ölkələr dünya böhranına görə çətin dövr keçirlər. Ancaq əminəm ki, biz bu böhranın öhdəsindən gələcəyik. İlk növbədə Litva xalqına sülh və əminamanlıq, müstəqilliyin möhkəmləndirilməsi bütün qonşularla xeyirxah qonşuluq münasibətləri olmasını arzulayıram. 90-cı ildə Litvada Vilnüsdə olmuşam . Oradakı vəziyyət çox mürəkkəb idi, blokada idi. Mən litvalılarla danışmışdım onlar Litvanın müstəqil olacağına, litvanın gələcəyinə inanırdılar. İndi demək istəyirəm ki, mən də hər zaman Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyinə inanırdım. Və inanıram ki, bizim Cənubi Qafqaz nə zamansa münaqişələrdən xilas olacaq. Eynilə Avropadakı bütün bu dağıdıcı müharibələrdən sonra olduğu kimi.


Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

Zakir Həsənov Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıq VERİB
13:20 20.04.2024
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
13:14 20.04.2024
Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ edib
13:06 20.04.2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi
13:02 20.04.2024
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:56 20.04.2024
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
12:43 20.04.2024
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı
12:29 20.04.2024
İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
12:16 20.04.2024
Sabah 30 dərəcə İSTİ olacaq
12:01 20.04.2024
Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
09:51 20.04.2024
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:46 20.04.2024
Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
“Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür" - Hikmət Hacıyev
09:15 20.04.2024
DİQQƏT: Bakıda bu saatlarda geomaqnit qasırğası başlayır
09:10 20.04.2024
Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Hamısı