Rusiyanın hədəfində tək Ukrayna deyil, Türkiyə və Azərbaycan da yer alır Vadim Tryuxan

Müsahibələr 16:49 10.04.2021

Ukrayna ilə Rusiya arasında pik həddə çatan gərginlik müharibə başlamasının labüdlüyindən xəbər verir. Həm qurudan, həm də dənizdən bütün güclərini səfərbər edən tərəflər bir-birinə siqnallar ötürür və dövrün ən son döyüş texnologiyasını meydana toplayır. 

Söhbət təbii ki, təkcə təcavüzə məruz qalan və ərazi bütövlüyü uğrunda savaşan Ukraynadan getmir. Burada hərbi dəniz sahəsində geniş təcrübəyə sahib olan, Ukraynaya müttəfiqlik adı altında regionda öz sözünü deməyə çalışan ABŞ da var. Artıq iki hərbi gəmisini Qara dənizə göndərən ABŞ, Xəzər və Baltik dənizindən gəmilərini Qara dəniz hövzəsində cəmləşdirməyə başlayan Rusiyaya cavab verməyə hazırlaşır. Burada Qara dənizin qara duman altında olacağı artıq öncədən təsəvvür oluna bilər. 

Navy sends three ships into Black Sea as Russia takes notice - Europe -  Stripes

Lakin daha bir sual var: Qara dənizin şah damarına sahib olan Türkiyənin bu gərginlikdəki rolu. Məlumdur ki, ABŞ-ın qarşısında yeganə bir əngəl Montrö boğazlar sazişidir. Rusiyanın Gürcüstana hücumu zamanı 13 il əvvəl gəmilərinin Qara dənizə daxil olmasına icazə verilməyən ABŞ indi həmin boğazlardan keçərək Qara dənizdə əməliyyatlara başlaması barədə yeni planlar tərtib edir. ABŞ bunun alternativ yolunu düşünübmü, Türkiyə yenə ABŞ-a əngəl olacaqmı və ya əks halda müəyyən çərçivədə müttəfiq olduğu Rusiya ilə münasibətlərinin təhlükə altına düşməsini gözə alacaqmı?

Eurasia Diary bütün bu sualları cavablandırmaq üçün ukraynalı diplomat, politoloq Vadim Tryuxandan müsahibə alıb. 

No description available.

- Bildiyiniz kimi Ukrayna və Rusiya arasında artan gərginlikdən dolayı Qara dəniz hərbi zonaya çevrilə bilər. Xüsusilə qeyd edim ki, Rusiya hərbi gəmilərini Xəzər hövzəsindən Qara dənizə təlim adı altında köçürməyə başlayıb. Burada ABŞ-ın Rusiyaya cavab olaraq hərbi gəmilərini Qara dənizə gətirməsi xüsusi önəm daşıyır. Eyni amanda, ABŞ Ukraynaya dənizdən dəstək göstərəcəyini qəti şəkildə bildirib. Sizcə bu nə dərəcədə realdır?

- Əslində Rusiya bəhs olunan hərbi gəmiləri təkcə Xəzər dənizindən deyil, həm də Baltik dənizindən ötürür. Burada bölgə üçün görünməmiş bir vəziyyət olan hərbi desant qayıqlarından bəhs edirik. Ayrıca, Rusiya ilə Ukrayna arasındakı 7 illik müharibə dövründə Rusiya bu cür genişmiqyaslı dəniz əməliyyatları keçirməyib. 

Onu da qeyd edim ki, bir ay əvvəl Ukrayna NATO ilə ortaq dəniz təlimləri keçirib və bu təlimlər sonradan Rusiya tərəfinin hər hansı bir etiraz və ya narahatlığına səbəb olmayıb və əminliklə deyim ki, heç kim də Ukraynanın Qara dənizdəki NATO ölkələri ilə növbəti təlim keçirməsinə mane ola bilməz. Ukraynanın ona tərəfdaş olan NATO-ya üzv ölkələrlə təcili birgə hərbi təlim keçirmək istəməsi istisna edilməzdir. Bu həm də onu göstərir ki, Rusiya bu sırada yer almır. 

Ümumiyyətlə, Rusiyanın dünyanın hər hansı bir ölkəsində hərbi əməliyyatlara başlamaq üçün heç bir səbəbə ehtiyacı yoxdur, çünki özü səbəbləri necə tapacağını bilir. Buna görə Ukraynanın Qara dənizdəki dəniz təlimləri ABŞ-la birlikdə keçiriləcək və ya keçirməyəcək, bu Rusiyanın geosiyasətinə heç bir təsir göstərməyəcək. Hazırda, Rusiyanın 28 batalyondan ibarət taktiki qrupunun, həmçinin silahlı qüvvələrinin daha 25 batalyonunun Ukrayna sərhədlərində cəmləşməsindən sonra Rusiyanın böyük bir müharibəyə hazırlaşdığı çox açıq şəkildə nəzərə çarpır. Xatırladım ki, 2014-cü ildə Putin tərkibində muzdlu zabit olan nizamsız bölmələrdən ibarət qüvvələrin Novorossiya layihəsini həyata keçirə biləcəyini ümid edirdi. Lakin bu təşəbbüs uğursuz oldu. Çünki Ukrayna könüllü dəstək sayəsində çox sürətli bir şəkildə hərəkətə keçdi. Nəticədə, adi insanlardan ibarət təxminən 30 batalyonluq ərazi müdafiə dəstəsi yaradıldı və çox sayda ukraynalı bu batalyonlara könüllü gəldi və buna görə də Rusiya nizamsız qoşunlarının hücumu dayandırıldı. İndi Putin bunu riskə atmayacaq və Ukraynanın əlavə ərazilərinə hücum ssenarilərini həyata keçirməyə gedərsə, mütləq nizami hərbi dəstələrdən istifadə ediləcək. Buna görə də Qara dənizdə hərbi təlimlərin keçməsi heç bir şəkildə Ukrayna ilə Rusiya arasındakı ümumi inam atmosferinə və bütövlükdə bölgədəki gərginliyə təsir göstərmir.

US, Russia Send Warships Into the Black Sea Amid Rising Tensions

- Ukrayna hərbi dəniz qüvvələri Rusiyaya qarşı müdafiə olunmaq üçün nə dərəcədə hazırlıqlıdır?

 - Rusiya və Qara dəniz donanması ilə Ukraynanın dəniz qüvvələrinin hərbi hazırlığını qiymətləndirərkən son dərəcə obyektiv olmaq lazımdır. Təbii ki, Rusiyanın Xəzər və Baltik dənizlərindən keçən gəmilərlə aldığı dəstəyi nəzərə alsaq, Ukraynanın təkbaşına müqavimət göstərməyə qabil olmayacağını açıq aydın görmək olar. Ancaq əsas hədəf dəniz döyüşlərində qalib gəlmək deyil, rus qoşunlarının Ukrayna ərazisinə, məsələn, Odessaya və ya digər Qara dənizdəki sahilyanı şəhərlərə hücumunu önləmək və Rusiyanın Qara dəniz donanmasından mümkün olan atəş zərbələrinə müqavimət göstərməkdir. Bu xüsusda Ukrayna qoşunlarının yerləri və Ukraynanın dinc şəhər və kəndlərinin boşaldılması da önəm daşıyır. Bu baxımdan müəyyən bir nikbinlik var, çünki Ukraynada quru gəmilərinə qarşı qorunma vasitələri mövcuddur. Həm də Ukrayna qoşunları "Neptun" adlanan su üzərindəki cisimləri və gəmi əleyhinə müdafiə olaraq kömək edən digər vasitələri məhv edə bilən bir raket sistemi almağa başlayıb. Bundan əlavə, Ukrayna silahlı qüvvələrinin ərazilərini qorumaq əzmi var. Buna görə də, Rusiya Qara dəniz Donanmasının say çoxluğu və quru hədəflərini məhv etmək qabiliyyətinə görə Ukrayna dəniz qüvvələrini üstələməsi bugünkü gün üçün heç nəyi ifadə etmir, çünki müasir müharibə metodları dəniz qüvvələrinin iştirakı olmadan da dənizdəki rəqibinə zərər vurmağa imkan verir. Bu amil Rusiya desant qüvvələrinin həlledici əməliyyatlara qatılacağını bir daha əks etdirir.

- Digər bir məsələ Montrö sazişinin müddəalarıdır. Hansı ki, bu müqavilənin şərtlərinə görə, ABŞ gəmilərinin həcmindən asılı olaraq Türkiyəyə aid boğazlardan keçib 21 gün müddətində dənizdə qala bilmək imkanı var. Belə olan təqdirdə ABŞ hansı dolayı vasitələrlə Qara dənizə daxil ola biləcək?

- Bu problem çox sadə şəkildə həll edilə bilər. Montrö Konvensiyasında, Qara dənizə aid olmayan hər hansı bir ölkənin gəmilərinin dövriyyəsi üçün heç bir məhdudiyyət yoxdur. ABŞ, hərbi dəniz qüvvəsi baxımından həm sayca, həm də taktiki olaraq çox güclü dövlətdir. Sanıram ki, anlaşmaya görə ABŞ gəmilərinin 21 gündən sonra geri çəkilib başqa gəmilərini əməliyyatlar üçün dənizə daxil etməsi çətin deyil. Yəni, rotasiya sistemi.

Qeyd edim ki, üç gün əvvəl Prezident Zelenski ilə İngiltərə Baş naziri Boris Conson arasında söhbət əsnasında britaniyalı nazir Ukraynanı Rusiya təcavüzünə qarşı tam dəstəkləyəcəyini bildirdi. Bu çərçivədə avropalı və amerikalı tərəfdaşları ilə geniş əməkdaşlığa sahib olan Türkiyəni belə istisna etmirəm. Baxmayaraq ki, bir NATO üzvü olaraq, Azərbaycanı çox güclü şəkildə dəstəklədiyinə görə tərəfdaşları qarşısında müəyyən öhdəlikləri olmaqla yanaşı müəyyən təhdidlərlə də üzləşir. Lakin bütün bunlara baxmayaraq, Türkiyənin də Ukrayna tərəfində olacağını tam təsdiq etməsəm də, ehtimal olaraq mümkünlüyünü düşünürəm. Əsas odur ki, NATO-ya üzv ölkələrin hərbi qüvvələri Qara dənizdə daim mövcud olsunlar. Çünki bu, rusların Qara dənizdən Ukraynaya hücum əməliyyatı başlatması baxımından bir hərəkət riskini minimuma endirir.

- Yeri gəlmişkən, 2008-ci ildə Rusiya Gürcüstana hücum edən zaman Türkiyə ABŞ-ın tibbi yardım gəmilərini boğazlardan Qara dənizə buraxmadı. Sizcə bu cür hal yenidən təkrar oluna bilərmi və yaxud Türkiyə Rusiya ilə münasibətlərini təhlükə altına ataraq hər hansı bir hərbi gəminin boğazdan keçməsinə izin verəcəkmi?

- Bu suala birmənalı cavab vermək mümkün deyil. Lakin nəzərə almaq lazımdır ki, burada sivil seçimdən danışırıq və əlbəttə bu məsələdə Türkiyə bir dilemma ilə qarşılaşacaq – ya terror dövlətinə çevrilən Rusiyanın tərəfində durmaq, ya da Türkiyənin Atatürk dövründən bəri olduğu sivil dövlətlərin birliyinin bir hissəsi olaraq qalmaq. Buna görə mənə elə gəlir ki, Türkiyə və ABŞ diplomatları ən məqbul variantı seçmək üçün ciddi danışıqlar aparacaqlar. Ancaq Türkiyənin amerikalılara və ukraynalılara qarşı mübarizə aparacağı variantını qəbul etmirəm, bu Türkiyənin maraqlarına uyğun deyil.

- Sizcə Qara dənizdəki müharibə Rusiya ilə NATO arasında qarşıdurmaya çevriləcəkmi?

- Düşünürəm ki, Putinin 3 hədəfə çatması lazımdır. Birincisi, onun şöhrət qazanmasıdır. Düzdür, Putini dəstəkləyən rus quruluşu (siyasi elita) onu rus torpaqlarını bir araya toplayan (birləşdirici, fateh) adlandırır, lakin bu onun üçün yetərli deyil. 

Putin Sovet İttifaqının keçmiş qüdrətini bərpa etmək istəyir və bunun yalnız Qərblə qarşı-qarşıya gələrək bir böhran yaratmaqla mümkün olduğunu düşünür. 1962-ci ilin oktyabrında Nikita Xruşov SSRİ ilə Rusiya arasında faktiki təsir dairəsi əldə etmək üçün qəsdən Kuba Raket Böhranını yaratdı. Fakt budur ki, Rusiyanın əvvəllər SSRİ-nin protektoratı altında olan hissəsində nüfuza ehtiyacı var. 

İkincisi, Rusiya texnologiya baxımından Qərb ölkələrindən on illərlə geridə qalır və hazırki dönəmdə vətəndaşları qarşısında sosial-iqtisadi öhdəliklərini yerinə yetirməkdə böyük çətinliklər yaşayır. Bu səbəbdən, Rusiya ona qarşı tətbiq olunan sanksiyaları aradan qaldırmaq, yenidən həyata keçirmək istədiyi kompleks layihələrə qoyulan investisiya və texnologiyalara yiyələnmək üçün qarşıdurmaların olmasını istəyir. Beləliklə, Putin yaratdığı münaqişədən çıxış yolu tapmağın yalnız Qərblə münasibətləri pozmaqla mümkün olduğunu düşünür.

Üçüncüsü, Putin bütün bu məsuliyyətin altında cinayətin dayandığını başa düşür. 2007-ci ildən bəri Rusiya Putinin Münhendəki məşhur nitqindən sonra, məhz onun göstərişi ilə insanlığa qarşı hərbi və digər cinayətlər, terror aktları və s. qanuna zidd əməllər həyata keçirməkdədir. İndi Ukrayna bir sıra yurisdiksiyalarda - BMT məhkəməsində, beynəlxalq cinayət məhkəməsində və insan hüquqları məhkəməsində və bir çox Avropa və Amerika yurisdiksiyasında Rusiyaya qarşı qanuni müharibə aparır. Yəni, Rusiya üçün əsas şey bu yoldan əl çəkməməkdir, çünki əks halda bir çox gözlənilməz problemlər ortaya çıxacaq - buna görə on minlərlə insan beynəlxalq cinayət məsuliyyətinə cəlb ediləcək. Əgər Rusiya təcavüzkar hərəkətləri ilə, məsələn, bir Fransa və ya Amerika gəmisini hədəfə alırsa, onda Rusiya Federasiyası ilə NATO arasında birbaşa toqquşmanın qarşısını almaq çətin olacaq. Eyni zamanda, bu cür hal kütləvi qırğın silahlarının tətbiqi ilə həyata keçirilə bilər, çünki bunlar olmadan Rusiya uzun müddət NATO-ya qarşı müharibə edə bilməyəcək və daha da çoxunu itirəcək. Bu səbəbdən də təhlükə hətta, 1962-ci il Karib böhranı dövründən də daha ciddidir. Müharibədən qaçmaq üçün əsas odur ki, Putin mədəni dünya ölkələri ilə həmrəy bir mövqe nümayiş etdirsin. Lakin bu olmayacaq.

Ayrıca onu qeyd edim ki, mövcud halda Türkiyənin bir NATO üzvü olması və Azərbaycanın strateji tərəfdaşı olması, Türkiyə ilə yanaşı Azərbaycanın özünün də bu hadisələrə cəlb olunma təhlükəsini artırır. Azərbaycan özü də növbəti etapda Rusiyanın Ukraynaya və sivil dünyaya təcavüzü planında yer ala bilər.

Elnur Ənvəroğlu

Amil Abduxaliqov

Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO

Xəbər xətti

Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
12:20 29.03.2024
“Crocus”da xəsarət alanların sayı 382 nəfərə ÇATDI
12:18 29.03.2024
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
12:15 29.03.2024
İndi dünya daha yavaş dönür
12:10 29.03.2024
“Pulu olmayan bələdiyyə necə fəaliyyət göstərsin?!” – Fazil Mustafa
12:05 29.03.2024
Aİ-nın Cənubi Qafqazda səfəri sülh prosesinə necə təsir edəcək? – Amerikalı Ekspert Açıqlayır – ÖZƏL
12:00 29.03.2024
Netanyahu Mossad rəhbərinin sülh təklifini RƏDD EDİB
11:55 29.03.2024
Şuşa şəhərində yeni məscidin təməli qoyulub
11:52 29.03.2024
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
11:50 29.03.2024
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
11:45 29.03.2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalarına riayət edilməməsinə görə cərimələr müəyyənləşir
11:42 29.03.2024
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:40 29.03.2024
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
11:38 29.03.2024
ABŞ yeni ittifaq yaradır... - ANALİTİKA
11:33 29.03.2024
Azərbaycanda bu maşınlar kəskin UCUZLAŞDI - Satmaq istəyənlər isə 3 dəfə artdı
11:28 29.03.2024
ABŞ və Aİ Ermənistanı niyə silahlandırır? – SƏBƏB VƏ MƏQSƏD
11:22 29.03.2024
Bakı-Sumqayıt şosesində yaranan sıxlığın SƏBƏBİ bilindi
11:17 29.03.2024
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
11:15 29.03.2024
Milli Məclisin iclası başlayıb
11:05 29.03.2024
Hikmət Hacıyev: "Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir" - VİDEO
11:00 29.03.2024
Amerikalı cütlüklər İsrail əleyhinə kampaniya BAŞLATDILAR
10:56 29.03.2024
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
10:52 29.03.2024
Ankarada ZƏLZƏLƏ oldu
10:45 29.03.2024
Hamısı