“Azərbaycanla İsrail arasındakı münasibətlərin potensialı yüksəkdir” Mikayıl Cabbarov

Müsahibələr 18:31 23.04.2021

Məhsuldar şəkildə inkişaf edən Azərbaycan-İsrail münasibətləri iqtisadi sahədə də yaxşı əks olunub və bu işi Azərbaycan tərəfindən İqtisadiyyat naziri, Azərbaycan-İsrail Hökumətlərarası Birgə Komissiyanın həmsədri Mikayıl Cabbarov aparır.

O, İsrailin Xarici İşlər naziri Gabi Aşkenazi ilə birgə Azərbaycan-İsrail Hökumətlərarası Komissiyasına rəhbərlik edir və həmsədrlərin növbəti həftə bir-biri ilə onlayn görüşü baş tutacaq.

Qlobal iqtisadiyyata zərər vuran koronavirus böhranı ikitərəfli iqtisadi münasibətlərə də öz təsirini göstərib.

Tərəflər iki ölkə arasında 2019-cu ildə rekord səviyyədə - 1 milyard 4 milyon dollar təşkil edən ticarət dövriyyəsini daha da artırmaq niyyətindədirlər.

Bakıda “Israel Hayom” nəşrinə verdiyi müsahibədə nazir Mikayıl Cabbarov hökumətlərarası əlaqələrə, ölkələr arasındakı iqtisadi münasibətlərə, ikitərəfli əməkdaşlığın daha da yaxşılaşdırılmasına və gücləndirilməsi imkanlarına, özünün İsrail dövlətinə olan münasibətindən bəhs edib.

İqtisadiyyat naziri qeyd etdi ki, İsrail Azərbaycan üçün üçüncü böyük ixracat yeri olaraq qalır.

“İndiki rəqəmlər bizi qane etmir və iki ölkə arasındakı ticarətin genişlənəcəyinə və güclənəcəyinə ümid edirik”, - deyə M.Cabbarov vurğulayıb.

- Sizcə, ölkələr arasındakı ticarət həcmi hansı sahələrdə genişləndirilə bilər?

- Turizm, kənd təsərrüfatı, xüsusən də aqrotexnologiya sahələrində qarşılıqlı faydalı əlaqələrin genişlənməsi üçün hər cür şərait mövcuddur. Bizim İsrail ilə kiber müdafiə, informasiya texnologiyaları, investisiya, təhsil, su ehtiyatları və səhiyyə sahələrində də səmərəli əməkdaşlığımız var.

Artıq Bakı İsraildə Azərbaycanın turizm bürosunun yaradılması barədə rəsmi qərar verib, həmçinin ticarət bürosunun yaradılması üzərində iş gedir.

Biz qısa müddətdə iqtisadi əlaqələrin inkişafına, dövlət və özəl biznes dialoqunun təşviqinə müsbət təsir göstərən Azərbaycan-İsrail Ticarət və Sənaye Palatasının yenidən canlandırılmasında da maraqlıyıq.

Biz İsrailin uğurlu peyvənd kampaniyası təcrübəsindən Azərbaycanda da istifadə oluna biləcəyinə əminik. Bu gün peyvənd olunan vətəndaşlarının sayı 15 faizi keçən və peyvəndə əlçatanlığın təmin olunduğu ölkəmiz, vaksinasiya tempinə görə region ölkələri arasında liderdir.

Texnologiya sahəsi də İsrail ilə əməkdaşlığı daha da yaxşılaşdırmaqda maraqlı olduğumuz sferalardan biridir.

- Ticarət həcminizi necə artıracaqsınız?

- Biznesi həddən artıq stimullaşdıra bilərik, lakin hər iki ölkənin fəal ikitərəfli dəstəyi olmadan bunu etmək daha çətindir. Özəl sektorda əlaqələr sürətlə möhkəmlənir. Bu, Azərbaycan iqtisadiyyatının göstəricilərində də əks olunub. 2021-ci ilin birinci rübündə ölkə həm qeyri-neft ixracının həcmində, həm də toplanan vergi gəlirlərinin həcmində rekord göstəricilər əldə etdi.

- İsrail hökumətinin rəsmiləri ilə tez-tez əlaqə qurursunuz?

- Çox vaxt peşəkar səviyyədə ünsiyyət qururuq və bizim çox yaxşı münasibətlərimiz var. İsrailin Azərbaycandakı səfirliyi ilə səmərəli əməkdaşlıq edirik. Eyni zamanda, İsrailin müxtəlif ofisləri ilə də əlaqə saxlayırıq.

- Azərbaycanda dövlətin yəhudi icması ilə əlaqələri üçün hansı vasitələr var?

- Biz əsrlər boyu birlikdə yaşamışıq və Azərbaycan dövlətinin dəyərləri bütün dinlərə və etnik qruplara hörmətə əsaslanır. Bunun sirri sadədir – biz hesab edirik ki, Azərbaycanda yaşayan hər bir etnik qrup cəmiyyətimizin ayrılmaz hissəsidir.

Bir-birimizə hörmət edirik, birlikdə sevinirik və böhranların öhdəsindən gəlirik. İstisnasız dini bayramları qeyd edirik, çiyin-çiyinə mübarizə aparırıq.

Azərbaycan nisbətən gənc ölkədir, lakin bizim uzunəsrlik və zəngin bir tariximiz var. Prezident İlham Əliyev ölkədəki bütün etnik qruplara qayğı göstərdiyi kimi yəhudi icmasına da diqqət yetirir.

Bu il Azərbaycan müstəqilliyinin 30 illiyini, gələn il isə İsrail ilə diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edəcək.

Bizim işimiz ikitərəfli münasibətləri yaxşılaşdırmaq səylərindən ibarətdir və bu səbəbdən də bu əlamətdar ildə müvafiq istiqamətdə işləyəcəyik.

Münasibətlərimizi daha da dərinləşdirmək üçün əlimizdən gələni edəcəyik.

- İsrail dövləti haqqında nə düşünürsünüz?

- Həm nazir kimi, həm də qeyri-rəsmi səfər çərçivəsində bir neçə dəfə İsraildə olmuşam. Düşünürəm ki, İsrail dövləti müstəsna keyfiyyətlərə malikdir.

Bu ölkədə təlimə, təhsilə, elmə hörmətlə yanaşırlar və ürəkdən əmək sərf edirlər. Yüksək həyat səviyyəsi, yüksək ÜDM və yüksək keyfiyyətli ali təhsil xoş təəssürat yaradır.

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

Keniya nümayəndə heyəti Azərbaycana SƏFƏR edəcək
13:59 20.04.2024
Paşinyan: Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək
13:56 20.04.2024
Paşinyandan dünənki razılaşma ilə bağlı daha bir AÇIQLAMA
13:38 20.04.2024
Zakir Həsənov Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıq VERİB
13:20 20.04.2024
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
13:14 20.04.2024
Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ edib
13:06 20.04.2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi
13:02 20.04.2024
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:56 20.04.2024
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
12:43 20.04.2024
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı
12:29 20.04.2024
İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
12:16 20.04.2024
Sabah 30 dərəcə İSTİ olacaq
12:01 20.04.2024
Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
09:51 20.04.2024
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:46 20.04.2024
Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
“Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür" - Hikmət Hacıyev
09:15 20.04.2024
DİQQƏT: Bakıda bu saatlarda geomaqnit qasırğası başlayır
09:10 20.04.2024
Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
Hamısı