Azərbaycan Türkiyə və İsraillə üçtərəfli zirvə keçirməyə hazırdır" Hikmət Hacıyev

Müsahibələr 14:53 26.04.2021

“Türkiyə Azərbaycana qardaş ölkədir və İsrail bizim strateji tərəfdaşımızdır. Dostlarımızın bir-biri ilə dost olmasını istəyirik” Hikmət Hacıyev deyib.

Azərtac xəbər verir ki, bu barədə Şmuel Din Elmas ötən gün İsrailin nüfuzlu İsrail HaYom qəzetində yazıb.

Müəllif İsrail ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin son bir ildə xeyli yaxşılaşdığını qeyd edir. "Azərbaycan 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra və 2020-ci ildə Dağlıq Qarabağda inandırıcı və parlaq qələbə qazandığı müharibə dövründə iki ölkə arasındakı təhlükəsizlik, iqtisadi və humanitar əlaqələr ən yüksək səviyyəyə çatdı", məqalənin müəllifi vurğulayır.

“Hikmət Hacıyev Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiridir və bu vəzifə İsraildəki “məsləhətçi” tərifinə uyğun gəlmir. Hikmət Hacıyev ölkənin ikinci böyük şəhəri olan Gəncə şəhərində anadan olub. Bu şəhər müharibə zamanı düşmən tərəfindən atəşə məruz qalmışdı. O, müharibə başladığı zaman Prezident Administrasiyasındakı təhlükəsiz ofisini tərk edərək Ermənistanın bombardmanından zərər çəkmiş mülki insanlarda ruh yüksəkliyi yaratmaq üçün onları ziyarət etdi”, məqalənin müəllifi qeyd edir.

İsrail Hayom-a eksklüziv müsahibəsində Hikmət Hacıyev İsrailə, onun qazandığı uğurlara və vətəndaşlarına qarşı böyük hörmət hissi bəsləməsindən bəhs edir, Bakının İsrail-Türkiyə yaxınlaşmasını çox vacib hesab etdiyini söyləyir, Vaşinqtonu tənqid etdiyini, qonşu İranla nüvə anlaşması ilə bağlı Azərbaycanın mövqeyini qeyd edir və niyə Azərbaycanın Tel-Əvivdə səfirliyinin olmadığını izah edir.

Hikmət bəy, Prezident Əliyev iki ölkə arasındakı fikir ayrılıqlarını aradan qaldırmaq üçün Baş nazir Binyamin Netanyahu və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla üçtərəfli zirvə görüşü keçirməkdə maraqlıdırmı?

“Türkiyə Azərbaycana qardaş ölkədir və İsrail bizim strateji tərəfdaşımızdır. Dostlarımızın bir-biri ilə həqiqətən dost olmasını istəyirik. Tərəflər bu təşəbbüslə razılaşsalar, Azərbaycan bunu daim dəstəkləyəcək".

İsrail ilə Türkiyə arasındakı münasibətlərin son dövrdə inkişafı Prezident Əliyevin vasitəçilik səyləri ilə əlaqədardır?

“Hesab edirik ki, İsrail və Türkiyənin oxşar maraqları var. Hesab edirik ki, aralarındakı əməkdaşlıq da bu maraqlara xidmət edir. Azərbaycan bu münasibətləri yaxşılaşdırmaq üçün əlindən gələni edir”.

İsrail ilə Azərbaycan arasındakı münasibətləri unikal edən nədir?

“Münasibətimiz sözlərə əsaslanmır. Və strateji xarakter daşıyır. Biz bir-birimizi başa düşürük. Düşünürəm ki, bu münasibətlər əslində xalqlarımız arasındakı əlaqəyə əsaslanır. İsrail-Azərbaycan münasibətləri dürüst tarixi anlaşma üzərində qurulub. Tərəfdaşlığımıza və əməkdaşlığımıza xələl gətirməyə çalışan ölkələr var, baxmayaraq ki, Azərbaycanla yaxşı və stabil münasibətlər bütün dünyada yəhudi xalqının marağındadır”, Hikmət Hacıyev bildirib.

Bununla yanaşı, İsrail məsələsində olduğu kimi, Azərbaycan həqiqətən də Bayden rəhbərliyinin İranla bağlı qırmızı xəttinin haradan keçdiyini bilmir. ABŞ rəhbərliyindən “mesajlar gözləyirik” deyən Hacıyev “son iki ABŞ administrasiyası Cənubi Qafqazda tam olaraq fəaliyyət göstərməyiblər. Əksinə, Obama administrasiyası İsrail də daxil olmaqla dostları ilə davranışlarında səhvlərə yol verib. Eyni sözləri Azərbaycan haqqında da söyləmək olar”, o deyib.

Azərbaycanlılar üçün əsas məsələ Bayden rəhbərliyinin erməni soyqırımını tanıma qərarıdır. Bu baxımdan Hikmət Hacıyevin mövqeyi birmənalıdır. "Bu tarixi səhvdir", o deyir. "Heç bir şey Holokostla müqayisə oluna bilməz".

Vaşinqtondakı Yəhudi lobbisi ilə əlaqə saxlayırsınız?

“İsrail ilə münasibətlərimiz hər sahədə əladır. Eyni zamanda İsrail-Azərbaycan münasibətləri də Yəhudi və Azərbaycan xalqları arasındakı dostluq və mükəmməl münasibətlərin harmoniyasına əsaslanır. Bizim üçün lobbi adlı termin yoxdur; ABŞ-da yaşayan yəhudilər Azərbaycanın dostudur və dostluğumuz dünyanın hər yerindəki kimi yəhudilərlə olan eyni dostluğa əsaslanır.

“ABŞ-dakı yəhudi təşkilatları Azərbaycan həqiqətini çatdırmaqda bizə çox kömək edir, yəni bölgədə yeni əməkdaşlıq parametrləri, Cənubi Qafqazda sülh və sabitlik yaratmağa çalışırıq.

Müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələri Azərbaycanda əsrlər boyu yaşayıblar. Qürur duyuruq ki, Azərbaycanda yaşayan yəhudilər və dünyanın hər yerindən gələn yəhudilər bizə həqiqətən də kömək edirlər".

İranla nüvə anlaşması ilə bağlı ölkənizin mövqeyi necədir?

“Biz hər zaman danışıqları dəstəkləyirik. Bu danışıqlar faydalı ola bilər və xalqlar arasında qarşılıqlı anlaşmaya kömək edir".

Niyə Azərbaycanın İsraildə səfirliyi yoxdur?

“İsraillilər Azərbaycana gələndə İsrailə olan münasibətimizi görür və ölkənin hər yerində İsrail bayraqlarının asıldığını görə bilərsiniz. Bu, Azərbaycan xalqının ürəyindən və istəyindən irəli gəlir və ölkələr və xalqlar arasındakı münasibətlərə görə minnətdarlığını ifadə edir. Mükəmməl qarşılıqlı anlaşma və əla diplomatik dövlətlərarası əlaqələrimiz var. Müstəqilliyimizi elan edəndə İsrail Azərbaycanı tanıyan ilk ölkələrdən biri idi. Bəzən bir ölkədə diplomatik nümayəndəlik mövcud ola bilər, ancaq münasibətlər [İsrail və Azərbaycan] qədər yaxşı deyil".

Bakıdakı hökumətdən əlavə, Azərbaycan xalqına da dərindən təsir edən hadisələrdən biri də Vətən müharibəsi qurbanlarını - azərbaycanlı əsgər və zabitləri müalicə etmək üçün Azərbaycana gedən İsrail oftalmoloqlarının nümayəndə heyəti idi. “Öz ölkələrində işlərinin çox olmasına baxmayaraq, onlar Azərbaycana gəldilər və gündə 10-15 əməliyyat apardılar. Bu, həmişəlik yəhudi xalqının hörmət və ehtiram əlaməti olaraq qalacaq və başqası üçün narahatlıq hissi keçirmək yəhudi xalqının DNT-nin bir hissəsidir. Bu, israillilərin bizə kömək etmək istəyi ilə əlaqədardır. Digər oxşar təşəbbüsləri həyata keçirmək və İsrailin təcrübəsindən yaralı uşaqlarımıza kömək etmək üçün istifadə etmək niyyətindəyik".

İsrail şirkətlərini Qarabağdakı bərpa prosesinə cəlb etmək fikriniz varmı?

“İsrail şirkətləri ilə əlaqə qururuq və hökumətlərarası əlaqələrdən istifadə edirik. İsrail şirkətlərinin bizə kömək etmək üçün böyük texnoloji potensialı var. İsrail şirkətlərinin ağıllı şəhərlər və su ehtiyatları idarəçiliyi quruculuğunda kömək etməsində maraqlıyıq".

Yekunda İsrailə hansı mesaj göndərmək istəyirsiniz?

“İsrailə sülh arzulayıram və Azərbaycan və İsrail xalqlarının əsl tarixi dostluğuna inandığımı bildirmək istəyirəm. İsrail xalqı həmişə sülhün olmamasından əziyyət çəkib. İsrail xalqına sülh və İsrail dövlətinə davamlı uğurlar diləyirik. Start up nation- bizim dostumuzdur və bu ölkəyə böyük uğurlar diləyirəm".

Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı