Rus sülhməramlıları erməni minaları ilə partladılır Ekspertlər danışır

Müsahibələr 13:09 27.04.2021

Ermənistan tərəfinin minalanmış ərazilər xəritəsini Azərbaycana verməsi məsələsi birbaşa Rusiya sülhməramlılarının, Rusiya Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə aiddir.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, Rusiya Federasiyasının bu məsələdə vasitəçiliyinin mümkünlüyü barədə sualı cavablandırarkən söyləyib.

Rus əsgərləri Dağlıq Qarabağda mina partlaması nəticəsində yaralanır. Bu barədə RF Müdafiə Nazirliyi dəfələrlə məlumat verib. Və burada, Rusiya tərəfinin Ermənistandan minalanmış ərazilərin xəritələrini təhvil verməsini niyə tələb etməməsi sual doğurur, çünki nəticədə rus sülhməramlıları da öldürülür.

Eurasia Diary siyasi ekspertlərin iştirakı ilə video material hazırlayıb.

Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti, “Kommersant” qəzetinin Xarici siyasət şöbəsinin müdir müavini Aleksey Naumov mövzu ilə bağlı danışarkən bildirib ki, müharibədə erməni silahlı qüvvələri aşağı səviyyəli hazırlığa malik olduqları və Azərbaycan tərəfinin kifayət qədər ciddi müqavimətinə rast gəldikləri üçün bu, böyük ehtimal minalanmış ərazilərin xəritələrinin hazırlanmasını mümkünsüz edib: "Hesab edirəm ki, bu xəritələr Ermənistanda varsa da Rusiyaya verilməyib. Əks halda Rusiya sülhməramlılarının da bu minaların partlaması nəticəsində xəsarət aldıqlarını nəzərə alsaq, onu üzə çıxarmamaq ağılsızlıq olardı". 

Belarus Milli Məclisinin Nümayəndələr Palatasının Daimi Komissiyasının sədri Andrey Savin qeyd edib ki, indiki zamanda Cənubi Qafqazda sülh və sabitlik bərqərar olub: "Bu, Azərbaycan tərəfinin fəaliyyətinin nəticəsidir. Azərbaycan Prezidenti də bildirib ki, artıq əvvəlki səhifəni bağlayıb hər şeyi yenidən başlamaq lazımdır. Belarus Prezidentinin Bakıya səfəri zamanı həm Qarabağ, həm də ətraf rayonlar üçün davamlı sülhün yaradılması üçün unikal imkan var. Belarus işğaldan azad edilmiş rayonlarda kənd-təsərrüfatı və sənaye komplekslərinin yaradılmasında Azərbaycana dəstək olacaq. Bu, regionda sülh və anlaşmanın təmin edilməsində böyük rol oynayacaq".

Beynəlxalq hüquq və beynəlxalq siyasət üzrə ekspert Mixail Finkel bildirib ki, Qarabağ problemi artıq həll olunub: "Azərbaycan ərazi bötüvlüyünü bərpa edib. Lakin problem hələ də qalmaqdadır. İşğaldan azad edilən bütün ərazilər dağıdılaraq külə döndərilib. Bununla yanaşı, ərazilər piyada və tank əleyhinə minalarla çirkləndirilib. Bu minaların bir qismi kifayət qədər dərinlikdə yerləşdirilib (1-5 metr dərinlikdə). Təqribən 3 milyon ədəd müxtəlif kalibrli minalar yerə basdırılıb. Onların çox hissəsi insanların daha çox ziyarət edəcəyi yerlərdə, qəbiristanlıq və məscidlərin ətrafında basdırılıb. Ermənistan birmənalı olaraq beynəlxalq hüququn normalarına əməl etməkdən imtina edir. 1980-ci ildə BMT-yə üzv olan bir çox ölkələr “Minaların xüsusi bir məqsəd olmadan istifadəsini qadağan edən və mina xəritələrinin mübadiləsi ilə bağlı sənədləri ratifikasiya ediliblər. 1983-cü ildə Sovet dövləti bu sənədi ratifikasiya edib. Ermənistan bununla yanaşı beynəlxalq humanitar hüququ da pozmuşdur. Müharibədən sonra dinc əhali və hərbçilər arasında itkilər varsa, bu artıq terrorist fəaliyyətdir. Ermənistan xəritələri verməsə Azərbaycan öz qüvvəsi hesabına Qarabağı minalardan təmizləməli olacaq.

Cəmilə Çebotareva


Hikmət Hacıyev: "Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir" - VİDEO

Xəbər xətti

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
12:15 29.03.2024
İndi dünya daha yavaş dönür
12:10 29.03.2024
“Pulu olmayan bələdiyyə necə fəaliyyət göstərsin?!” – Fazil Mustafa
12:05 29.03.2024
Aİ-nın Cənubi Qafqazda səfəri sülh prosesinə necə təsir edəcək? – Amerikalı Ekspert Açıqlayır – ÖZƏL
12:00 29.03.2024
Netanyahu Mossad rəhbərinin sülh təklifini RƏDD EDİB
11:55 29.03.2024
Şuşa şəhərində yeni məscidin təməli qoyulub
11:52 29.03.2024
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
11:50 29.03.2024
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
11:45 29.03.2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalarına riayət edilməməsinə görə cərimələr müəyyənləşir
11:42 29.03.2024
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:40 29.03.2024
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
11:38 29.03.2024
ABŞ yeni ittifaq yaradır... - ANALİTİKA
11:33 29.03.2024
Azərbaycanda bu maşınlar kəskin UCUZLAŞDI - Satmaq istəyənlər isə 3 dəfə artdı
11:28 29.03.2024
ABŞ və Aİ Ermənistanı niyə silahlandırır? – SƏBƏB VƏ MƏQSƏD
11:22 29.03.2024
Bakı-Sumqayıt şosesində yaranan sıxlığın SƏBƏBİ bilindi
11:17 29.03.2024
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
11:15 29.03.2024
Milli Məclisin iclası başlayıb
11:05 29.03.2024
Hikmət Hacıyev: "Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir" - VİDEO
11:00 29.03.2024
Amerikalı cütlüklər İsrail əleyhinə kampaniya BAŞLATDILAR
10:56 29.03.2024
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
10:52 29.03.2024
Ankarada ZƏLZƏLƏ oldu
10:45 29.03.2024
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
10:40 29.03.2024
Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq? – RƏSMİ AÇIQLAMA
10:36 29.03.2024
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:32 29.03.2024
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA - VİDEO
10:24 29.03.2024
Xankəndidə silah-sursat aşkarlandı
10:15 29.03.2024
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
10:10 29.03.2024
Avropa İttifaqının Cənubi Qafqaz səfərinin GİZLİNLƏRİ – Fikrət Sadıqov AÇIQLAYIR
10:01 29.03.2024
Xırdalanda 12 ədəd qumbara tapıldı - VİDEO
09:51 29.03.2024
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
09:47 29.03.2024
Azərbaycanda professor vəfat etdi
09:36 29.03.2024
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
09:25 29.03.2024
Azərbaycan nefti BAHALAŞDI
09:21 29.03.2024
Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO
09:10 29.03.2024
Daha 35 ailə Füzuliyə yola salındı
09:00 29.03.2024
Dani Alveş ziyafət təşkil etdi
06:40 29.03.2024
Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Hamısı