ABŞ-ın qərarı və Əfqanıstanın taleyi Səhrada hansı qüvvə söz sahibi olacaq?

Müsahibələr 17:51 01.05.2021

Ağ Ev, qeyd etdiyi rəsmi vaxtdan öncə ABŞ ordusunu Əfqanıstandan çıxarılmağa başlayıb. Qeyd edək ki, Əfqanıstan müharibəsi Amerika üçün ən uzun sürən hərbi müdaxilə kimi tarixə düşüb. 

Ötən gün Ağ Evin yaydığı rəsmi məlumatda deyilir ki, ordu ən təhlükəsiz şəkildə Əfqanıstandan çıxarılacaq. Bunu Ağ Evin mətbuat katibinin müavini Kerin Gin Piyer (Karine Jean-Pierre), mətbuata bildirib. Bundan əlavə o, bildirib ki, ABŞ bu addımı ilə özünü rəqiblərindən qorumağa çalışır: "Potensial rəqiblər bizə hücum etdikləri təqdirdə, geri çəkilməklə yanaşı, əlimizdəki bütün vasitələrlə özümüzü, ortaqlarımızı müdafiə edəcəyik."

Ötən gün bir çox nüfuzlu media mənbələri 7000 əsgərin bir hissəsinin Əfqanıstandan çıxarılaraq geri göndərildiyini açıqladı.

Qeyd edək ki, yaranan bu boşluq Əfqanıstanda təhlükəni daha da artırmağa başlayıb. ABŞ ordusunun çıxması ilə Taliban qoşunları küçələrdə ciddi təhlükə yaratmağa başlayıblar. İpə-sapa yatmayan Taliban rəhbərliyi hökumətə təhdid yağdırır və hətta NATO orduları çıxan kimi birbaşa hökuməti hədəfə alacağını bildirir. 

İndi artıq seçim məqamıdır: ya Əfqanıstanın milli ordusuna dəstək, ya da boşluğu dolduracaq alternativ bir seçim. Ötən həftənin planına görə, bu seçim Türkiyədə zirvə görüşü zamanı müəyyən edilməliydi. Seçimdə Türkiyə və Pakistanın adı müzakirə olunurdu. Lakin müəyyən səbəblərdən görüş baş tutmadı. Digər bir məsələ isə ABŞ və Talibanın Türkiyə qoşunlarının Əfqanıstana göndərilməsindən rahatsız olmasıdır. Əslində, ABŞ Pakistan ordusunun da Əfqanıstanda olmasından tam rahat deyil. O üzdən də ABŞ rəsmiləri ötən gün qərarsız halda Qazaxıstan, Türkmənistan, Özbəkistan və digər aidiyyatı olmayan qonşu ölkələrə müraciət edərək onları da bu işə cəlb etməyə başlayıb. 

Məsələ ilə bağlı Pakistanın “The National Herald Tribune” qəzetinin təsisçi redaktoru Qulam Əkbər Eurasia Diary-yə müsahibə verib.  

Ghulam Akbar on Imran Khan Part 1 - YouTube

- ABŞ hərbi qüvvələri artıq Əfqanıstandan çıxmağa başlayır. Əfqanıstan milli ordusunun yetərli təlim keçmiş olduğu deyilsə də, Taliban qoşunları artıq yollarda təhlükə törətməyə başlayıb. Sizcə əfqan ordusu təkbaşına Talibanın öhdəsindən gələ biləcəkmi?

- Əfqanıstan 2001-ci ildən bəri işğal altında olan bir ölkədir. Ümumiyyətlə, işğal olunmuş ölkələrdəki hökumətlərdən öz düşüncələrində dürüst və daha geniş ictimai rəylə həmfikir olmağı gözləmək mümkün deyil. Əfqanıstan bu gün şəhər və kənd olaraq iki cəbhəyə ayrılıb.

Əfqanıstanın şəhər cəbhəsi xarici yardım olmadan kənd cəbhəsindən qoruna bilməz. Düşünürəm ki, indiki hakimiyyətin real şəraitdə sürdürülməsini asanlaşdıran bir düstur müzakirə edilərsə, Taliban ABŞ-a söykənən Kabilin hakim elitasını təhdid etməyəcək.

ABŞ və NATO müttəfiq qüvvələri əfqan ordusunu yetişdirmək üçün əllərindən gələni etsələr də, ordunun potensial inkişafına dair bəzi ciddi problemlər var. Üstəlik, Taliban tərəfindən davam edən və bitməyən hücumlar onun taktiki və əməliyyat qabiliyyətlərini ciddi şəkildə zədələyib.

- ABŞ hərbi qüvvələrini Əfqanıstandan çəkməsilə yanaşı, artıq daxildə gərginlik də artmağa başlayıb. Belə olan təqdirdə əvəz olunacaq qüvvəyə ehtiyac zəruriləşir. Sizcə ABŞ bu boşluğu kimə həvalə edəcək? Bəzi versiyalara görə bunun Türkiyə və Pakistan olduğu deyilir.

- Pakistan və Türkiyə birlikdə bu məsələdə əhəmiyyətli bir rol oynaya bilər. Bundan əlavə, unutmamalıyıq ki, Əfqanıstan və Pakistan həm inanc, həm də qan qohumluğu olan qəbilələrə ev sahibliyi edirlər.

Pakistan və Türkiyə hökumətləri Əfqanıstanda davamlı sülh, sabitlik və harmoniya yaratmaq kimi məqsədə çatmaq üçün çox çalışırlar. Lakin hər iki ölkənin ciddi diplomatik səylərinə baxmayaraq, Taliban qruplaşması Türkiyədə ən son təşkil olunan dialoqa radikal yanaşdığı üçün qatılmadı.

Əfqanıstanın son hərəkəti açıq şəkildə göstərir ki, ABŞ çəkildikdən sonra onu əvəz etmək üçün Özbəkistan, İran, Rusiya və hətta Çin daxil olmaqla ortaq bir müdafiə strategiyası qurula bilər. Lakin Əfqanıstan hökuməti Talibanın fikir ayrılığı ilə yanaşı, şimaldakı ittifaqın fərqli qrupları arasında ona qarşı azalan etimadı da nəzərə almalıdır.

- Ötən gün ABŞ-ın sülh danışıqları üzrə xüsusi nümayəndəsi Salmay Xəlilzad Əfqanıstanın qonşu dövlətlərini dəstək üçün addım atmağa çağırıb. Bunun ardınca ABŞ müdafiə naziri Loyd Ostin regionda sülhü və sabitliyi önərərək rəsmi İslamabada Talibanla danışıqlarda dəstək göstərmək üçün müraciət edib. 

- Pakistan tərəfdən uzun müddətdir ki, bölgələrarası və daxili barışıq üçün böyük işlər görülür. Pakistan davam edən qarşıdurmanın həlli məsələsində Əfqanıstan rəhbərliyini daim müdafiə edir. Ancaq fərqli maraqlı tərəflər və regional güc dövlətləri arasındakı şəxsi maraqlar, şıltaqlıq və istəklər bu nəcib fikri dəstəkləmir. Görünən budur ki, bütün qonşular davam edən sülh prosesini dəstəkləyirlər, lakin güc siyasətinin şahmat fiqurları bu yolda əngəl törədən amillərdən biridir. Üstəlik, sistemdə mövcud olan müxtəlif problemlər, idarəetmə rejimi, qadınların hüquq problemləri, xarici siyasət meyarları, eləcə də bank və maliyyə idarəetməsində son həddə çatan qarşıdurmalar Əfqanıstanda sülh, sabitlik və harmoniyanın təşkilində əsl əngəldir. 

- Digər bir mənbəyə görə, ABŞ dövlət katibi Entoni Blinken Pakistan, Rusiya, Çin və İranın Əfqanıstana hər an müdaxilə etmək üçün fürsət gözlədiyini bildirib. O, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Tacikistanı dəstək olmağa çağırıb. 

- ABŞ və Orta Asiya Bölgəsi C + 1 və 5 Strateji tərəfdaşlığına malikdir, bu səbəbdən Əfqanıstandan çəkildikdən sonra ona düşən böyük payın olmasına böyük ümidlər bəsləyir. Özbəkistanın bir hissəsində Əfqanıstandakı dinc keçidi sosial-iqtisadi yardım, regional bağlantı layihələri eləcə də, dialoq və diplomatiya yolu ilə dəstəkləyib. Türkmənistan da geniş enerji əməkdaşlığı, regional əlaqələrin geniş layihələri və bu kimi digər təşəbbüsləri ilə Əfqanıstana daimi iqtisadi yardım göstərməkdə fəaldır. Lakin Türkmənistanın daimi neytral statusu onun müəyyən olunmuş çərçivədən kənar hərəkət etməsinə imkan verməyəcək. Qazaxıstanın Tək kəmər, Tək yol layihəsi çərçivəsində Çinlə özünün kütləvi sosial-iqtisadi və geosiyasi öhdəlikləri var və bu səbəbdən də Əfqanıstanda hər hansı bir əhəmiyyətli bir rol oynaya bilməsi real deyil. Hesab edirəm, bu çərçivədə Rusiya, Çin, İran, Pakistan və Türkiyə bölgədə sülh və sabitlik təmin etmək üçün əhəmiyyətli rola malik ola bilər.

Elnur Ənvəroğlu 

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
"Sazz” İnternet provayderindən ŞİKAYƏTLƏR ÇOXALIR - Qaynar xəttdən CAVAB
15:09 28.03.2024
Azərbaycanda baş məşqçi hakimi döydü
15:08 28.03.2024
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
15:00 28.03.2024
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55 28.03.2024
Fransanın nüfuzlu nəşrindən ETİRAF: Artıq Bakıya təzyiq etmək mənasızdır
14:43 28.03.2024
Putinin terror aktından sonra "Crocus"a niyə getməməsinə aydınlıq gətirilib
14:25 28.03.2024
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
14:09 28.03.2024
Simonyan və Paşinyanın haçalanan fikirlərinə erməni ekspertdən ŞƏRH
14:00 28.03.2024
Peskov: “Crocus"un gələcək taleyi Kremlin gündəmində deyil
13:55 28.03.2024
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb
13:45 28.03.2024
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb
13:40 28.03.2024
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
13:30 28.03.2024
Bakı meriyasında müşavirə keçirilib, “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib
13:20 28.03.2024
Gənclər Paytaxtında teatr əsaslı təlim düşərgəsinə yekun vurulub
13:12 28.03.2024
Direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ
13:02 28.03.2024
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
12:54 28.03.2024
Sabah 20 dərəcə isti olacaq
12:45 28.03.2024
“Bu ərazilər Azərbaycana sülh yolu ilə qaytarılacaq” – İlyas Hüseynov
12:30 28.03.2024
Hamısı