Qara dənizdə mümkün fırtına Türkiyə-Rusiya münasibətlərinin pozulması Qarabağa təsir edə bilərmi?

Müsahibələr 17:04 03.05.2021

18-ci əsrin sonlarında meydana çıxan və hələ də öz aktuallığını qoruyan beynəlxalq siyasi problemlərdən biri də Boğazlar məsələsidir. Aralıq və Qara dənizlər arasında hərbi və ticarət gəmilərin hərəkəti üçün mühüm rol oynayan İstanbul və Çanaqqala boğazları tarix boyu bir sıra münaqişələrə səbəb olub.

1922-ci ilə qədər boğazlara nəzarət hüququ tamamilə Osmanlı dövlətinə məxsus idi. Lakin Lozanna sülh konfransından sonra boğazlara nəzarət xüsusi beynəlxalq komissiyaya tapşırıldı. Bütün dövlətlər istər sülh, istərsə də müharibə dövründə öz ticarət və hərbi gəmilərini bəzi məhdudiyyətlər olmaq şərti ilə sərbəst keçirə bilmək hüququna yiyələnmişdilər. Şübhəsiz ki, bu qərar Türkiyə tarixinin ən böyük məğlubiyyətlərindən biri idi.

1936-cı ildə Atatürk Türkiyəsi diplomatiya sahəsində ən böyük uğurlardan birinə imza atdı. İsveçrənin Montrö şəhərində keçirilən konfransında boğazlar məsələsinə yenidən baxıldı. Türkiyə istər müharibə, istərsə də sülh dövründə öz ticarət və hərbi gəmilərini sərbəst şəkildə keçirmək hüququ geri qaytardı. Qara dəniz hövzəsində yerləşən dövlətlərin hərbi gəmilərinə bəzi məhdudiyyətlər qoyuldu.

Möntro sülh müqaviləsinə əsasən, Türkiyə hansısa bir müharibədə iştirak etmirsə, vuruşan dövlətlərin hərbi gəmilərinin boğazdan keçməsi qadağan edilib. Əgər Türkiyə müharibədə iştirak edirsə, o zaman hər hansı bir gəminin keçməsinə icazə verilib-verilməməsini özü müəyyən edə bilər.

Möntro sülh müqaviləsi Türkiyə tarixindəki dönüş nöqtələrindən biri sayılır. Bu müqavilə Türkiyənin İkinci Dünya müharibəsi zamanı öz bitərəfliyini qorumasına bilavasitə yardım etdi. Müharibədən sonra ABŞ, SSRİ və Böyük Britaniyanın dövlət başçılarının cəhdlərinə baxmayaraq, Türkiyə Montrö sazişinin şərtlərinə zidd olan təklifləri rədd etdi. Nəticədə, bu müqavilə hələ də öz qüvvəsini itirməyib.

Son dövrlərdə Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın İstanbul kanalı layihəsini həyata keçirmək istəyi gündəmə bəzi məsələləri gətirib. Ən çox diqqət çəkən sual isə İstanbul kanalı layihəsinin gerçəkləşməsinin Möntro müqaviləsinin mövcudluğuna xələl gətirə bilməsi ehtimalı ilə bağlıdır.

Ərdoğan bütün bu suallara cavab olaraq Möntro müqaviləsini tərk etməklə bağlı nə niyyətlərinin olduğunu, nə də bununla bağlı hansısa bir iş həyata keçirilmədiyini vurğulayıb. Amma eyni zamanda, gələcəkdə dövlətin rifahı üçün lazım gələrsə, istənilən müqavilənin gözdən keçrilməsi ehtimalını da istisna etməyib.

Hal-hazırda Ukrayna və Rusiya arasındakı soyuq münasibət və müharibə ehtimalı Möntro müqaviləsinin oynadığı rolun önəmini bir qədər də artırıb. Baş verə biləcək müharibə zamanı hərbi gəmilər boğazlar vasitəsilə Qara dənizə yalnız Türkiyənin razılığı ilə girə bilərlər. Başqa sözlə desək, Möntro sülh müqaviləsi Türkiyənin Donbas münaqişəsindəki önəmini kifayət qədər artırır. Əgər Türkiyə Qara dənizə daxil olmaq istəyən  NATO və Amerika hərbi gəmilərinin hərəkətinə məhdudiyyətlər tətbiq edərsə, bu hövzədə baş verə biləcək irimiqyaslı əməliyyatların qarşısını almış olacaq. Bu məhdudiyyətlər ilə Türkiyə Qara dəniz hövzəsində təhlükəsizliyi qismən də olsa təmin edəcək. Göründüyü kim Möntro müqaviləsi Türkiyəni Qara dəniz hövzəsində böyük bir siyasi qüvvəyə çevirib.

Eurasia Diary mövzunun aktuallığını nəzərə alaraq, türkiyəli politoloq Mehmet Babacandan qısa müsahibə alıb.

 

- 1936-cı ildə SSRİ-nin kəskin etirazlarına baxmayaraq, Atatürk Türkiyəsinin diplomatik qələbəsinin əsas səbəbləri nələr idi?

Sözügedən müddətə retrospektiv baxımdan baxdığımızda, Birinci Dünya müharibəsinin bitdiyini, sərt bir İstiqlal Müharibəsi apararaq ölkəsini imperialist işğaldan qurtaran və çətinliklə respublika quran gənc bir Türkiyə görürük. Müharibə sahəsindəki uğurlarını siyasət və diplomatiya sahəsində əks etdirmək istəyən və təbii olaraq ərazisi üzərində tam suverenliyə sahib olan bir dövlətdən bəhs edirik. Əslində İsmet Paşanın (İnönü) Lozanna Konfransındakı "çox qan tökdük, çox əziyyət çəkdik, bütün mədəni millətlər kimi haqqımız olan müstəqillik istəyirik" ifadəsi bu həqiqəti göstərir. 1923-cü il Lozanna Boğazları Konvensiyasında beynəlxalq bir komissiya tərəfindən idarə ediləcək boğazlar, şübhəsiz ki, Türkiyənin suveren hüquqlarına zərər verirdi. 1936-cı ildə Montrö Boğazları Konvensiyası üçün təşkil edilən konfransda SSRİ, Qara dənizə bir sahil dövləti olaraq sərhədsiz bir keçid hüququ təmin etməyə çalışırdı. Türkiyə Cümhuriyyəti bu diplomatik zəfəri həmin dövrün mahir diplomatlarına borcludur. Çünki o günün şərtlərində mövcud olan "yaxınlaşan müharibə təhlükəsi" vəziyyəti, Türkiyə tərəfinin təklifi və təkidi ilə razılaşmaya daxil edildi.

- Möntro müqaviləsinin Türkiyəyə verdiyi səlahiyyətlər Donbas münaqişəsində Türkiyəni Amerika və ya Rusiya ilə diplomatik münasibətlərlərin pozulmasına sürükləyə bilərmi?

Donbas münaqişəsi əslində beynəlxalq siyasət baxımından bir çox elementi özündə cəmləşdirən böyük bir böhrandır. Qərb bir daha hesab edir ki, Gürcüstana müdaxilə, Krımın ilhaqı və bundan sonrakı Ukrayna böhranı ilə Rusiyanın təcavüzü bir yerdə baxılmalıdır. Türkiyənin bu qlobal problemdəki mövqeyi böyük əhəmiyyət daşıyır. Türkiyənin Rusiyadan S-400, ABŞ-dan isə F-35 alması məsələsi gündəmdə idi. Rusiya ilə sabit münasibətləri olsa da, bu ölkənin təyyarəsinin vurulması və Ankarada rus səfirinin öldürülməsi kimi məsələlər iki ölkə arasında qısa müddətli gərginliyə və soyuqluğa səbəb oldu. Donbas böhranı yeni bir gərginlik mənbəyi ola bilər. Amma Türkiyənin tutacağı mövqe nəticəni təyin edəcək ən vacib amildir. F-35 proqramından kənarlaşdırma və qondarma “erməni soyqırımının” tanınması ABŞ-Türkiyə münasibətlərini uçuruma aparır. Türkiyə beynəlxalq hüquqdan irəli gələn hüquqlarını Montrö Müqaviləsi çərçivəsində istifadə edə bilər. Əlbəttə ki, heç kim buna etiraz edə bilməz. Ancaq Türkiyə nə etsə belə, hərəkətləri davamlı tənqid ediləcək və qarşı tərəfdə narazılıq yaradacaq.  Şübhəsiz ki, Türkiyə Şimali Afrika, Şərqi Aralıq dənizi, Yaxın Şərq və Cənubi Qafqazda davam edən böhranlarda olduğu kimi beynəlxalq hüquq və diplomatiya lehinə bir davranış ortaya qoyacaq.

- NATO üzvü olan Türkiyə müharibə zamanı alyansa məxsus hərbi gəmilərin Qara dəniz hövzəsinə maneəsiz daxil olmasına icazə verə bilərmi? Yaxud, Türkiyənin hərbi gəmilərin, o cümlədən Qara dəniz hövzəsində yerləşən dövlətlərin gəmilərinin boğazdan keçməsinə qadağa qoymaq ehtimalı nə dərəcədədir?

Möntro konvensiyasına baxdığımızda üç əsas başlıq altında tənzimləmələrin olduğunu görürük: sülh dövründə, müharibə dövründə və Türkiyənin yaxınlaşan müharibə ilə təhdid olunduğunu hiss etdikdə. Ən pis ehtimal ilə münaqişə və ya müharibənin Donbasda baş verdiyini düşünsək, Türkiyə müharibə edən bir dövlət (bitərəf) olmadığı üçün digər neytral dövlətlərin hərbi gəmilərinə sülh dövründəki kimi icazə verə bilər. Lakin bir qayda olaraq, döyüşən dövlətlərin hərbi gəmilərinin boğazlardan keçməsi qadağandır. Türkiyənin NATO üzvü olduğunu düşündüyümüz zaman müttəfiqləri olan ölkələrin hərbi gəmilərinə, Qara dəniz hövzəsi dövləti olub-olmadıqlarına baxmayaraq, döyüşən dövlətlərin hərbi gəmilərinin limanlarına qayıtmasına icazə verilə bilər. Bu gəmilərin boğazdan keçərkən hər hansı bir düşmənçilik etməsi qadağandır. Ümumiyyətlə, Türkiyə müharibə edən tərəf olduğu halda, Qara dənizdə olub-olmadıqlarına baxmayaraq limanlarına qayıdan gəmilər xaricində bu dövlətlərin hərbi gəmilərinin boğazdan keçməsini qadağan etmək hüququna və səlahiyyətinə malikdir. Bölgədə böyümək ehtimalı olan bir qarşıdurma və Qara dənizdə sabitliyi pozacaq bir müharibə təhlükəsi olarsa, Türkiyənin bu qadağa qərarını beynəlxalq hüquq çərçivəsində vermə ehtimalı gözləniləndir.

- Donbasda Türkiyə və Rusiya diplomatik münasibətlərinin pozulması gələcəkdə Qarabağdakı proseslərə mənfi təsir göstərə bilərmi?

Türkiyə ilə Rusiya arasındakı münasibətlər bir çox sahədə qurulan qarşılıqlı əlaqələr şəbəkəsidir. İki ölkə arasında kənd təsərrüfatı, ticarət, enerji, texnologiya və müdafiə sahələrində möhkəm və sabit əlaqələr mövcuddur. Bundan əlavə, NATO-ya üzv olan və AB-yə namizəd ölkə olan Türkiyə Rusiya üçün bir çox cəhətdən bənzərsiz bir müttəfiqdir. Qarabağ mövzusuna gəldiyimiz zaman, Türkiyə Dağlıq Qarabağ müharibəsində tarixən və hüquqi cəhətdən əsaslandırılmış şəkildə qardaş ölkə olan Azərbaycan tərəfində duraraq düzgün bir davranış sərgilədi. İndi bölgədə Rusiyanın himayəsi altında reallaşan bir sülh mühiti var. Türkiyə-Rusiya münasibətlərinin pisləşmənin Qarabağdakı proseslərə əks olunması çətin bir ehtimaldır, çünki Rusiya yalnız Cənubi Qafqazda Türkiyə ilə deyil, eyni zamanda Liviyada və Şərqi Aralıq dənizində Türkiyə ilə strateji əməkdaşdır. Bir sözlə, bir bölgədə və ya məsələdə bir tənliyi dəyişdirən strateji hərəkət başqa bir məsələdə tərəfləri üz-üzə gətirə bilər. Üstəlik, dediyimiz kimi, Rusiya üçün Türkiyə qarşılıqlı əlaqələrinin qurulduğu mühüm iqtisadi və strateji ortaqdır.

Babək Məmmədzadə

Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO

Xəbər xətti

BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Rusiyada Harri Kasparovun həbsinə qərar verildi
09:09 25.04.2024
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
09:00 25.04.2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
Hamısı