Ermənistanın xilası Azərbaycandan keçir Zaur Məmmədov

Müsahibələr 10:16 22.05.2021

Mayın 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzində onlayn videoformatda keçirilən “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə Prezident İlham Əliyev bir sıra maraqlı açıqlamalarla çıxış edib.

İlham Əliyev tədbir iştirakçıları olan keçmiş xarici ölkə başçıları və diplomatların suallarını cavablandırarkən, Azərbaycan-Ermənistan münasibətləri, Qarabağdakı hazırkı vəziyyət, region dövlətləri arasında qarşılıqlı münasibətlər, yaxın gələcəkdə reallaşması gözlənilən regional və beynəlxalq iqtisadi layihələr barədə fikirlər səsləndirib. Prezidentin çıxışında diqqətçəkən əsas məqamlar Rusiya sülhməramlılarının nəzarət etdiyi Azərbaycan ərazilərində yaşayan erməni əhalisinin sayı, Ermənistan cəmiyyətinin Azərbaycanın yaratdığı yeni reallığa uyğunlaşmasının vacibliyi, Ermənistanın Azərbaycanla münasibətləri bərpa edəcəyi təqdirdə beynəlxalq və regioanal layihələrdə iştirakının mümkünlüyü ilə bağlı oldu. 

Politoloq Zaur Məmmədov Eurasia Diary-yə müsahibəsində bu məsələlərlə bağlı mövzunu şərh edib.

- Zaur bəy, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısında Prezident İlham Əliyev Qarabağda 30 min erməni sakinin yaşadığı ilə bağlı fikir səsləndirdi.  Qarabağdakı ermənilərin sayı barədə prezidentin dəqiq rəqəm söyləməsi gələcək üçün hansı mesajı verir?

- Prezident İlham Əliyev tərəfindən Qarabağ ərazisində yaşayan ermənilərin sayının 30 min göstərilməsi Ermənistan mediasında ciddi səs-küy doğurub. Ermənistan mətbuatı 30 min rəqəmini kəskin şəkildə inkar edir. İndiyə kimi erməni siyasi dairələri də, Rusiya sülhməramlıları da bir neçə dəfə Qarabağ ərazisində yaşayan əhali sayının 50-60 min arasında olduğunu iddia ediblər. Əlbəttə, bu iddialar həqiqətə uyğun deyil. Bundan başqa bizdə məlumatlar var ki, Qarabağda hərbi əməliyyatlar başa çatdıqdan sonra bir çox erməni ailələri yaşadıqları ərazini tərk edərək Ermənistana qayıdıblar. Xankəndi və ətraf ərazilərdə yaşayan ermənilərin də pandemiya başa çatandan, sərhədlər açılandan sonra həmin yerləri kütləvi şəkildə tərk edəcəkləri gözlənilir. Cənab prezident də sözügedən rəqəmi doğru olaraq səsləndirib. Ümumiyyətlə, səsləndirilən sayın da zaman keçdikcə azalacağını ehtimal edirik.

- Prezident İlham Əliyev bildirdi ki, Ermənistan cəmiyyəti  Azərbaycanın yaratdığı yeni reallığa uyğunlaşmalıdır. Sizcə, bu “uyğunlaşma” prosesini aparmaq üçün Ermənistan hakimiyyətində lazım olan siyasi iradə varmı?

- Ermənistan hakimiyyəti öz əhalisini yeni reallığa uyğunlaşdırmaq üçün rasional siyasət aparmalıdır. Hazırda Ermənistan müxalifətində təmsil olunan qüvvələrin hakimiyyətə gələcəyi təqdirdə o siyasətin aparılacağını gözləmək mümkün deyil. Çünki həmin qüvvələr 30 il ərzində hakimiyyətdə olduğu dönəmdə, Ermənistan yalnız Azərbaycanfobiya, Türkfobiya ilə məşğul olub, erməni cəmiyyətini də bu xəstə düşüncəyə kökləyiblər. Onlar bu 30 il müddətində “böyük Ermənistan” xülyası ilə yaşayaraq, özlərini bu absurd ideologiyaya inandırıblar. İndi Ermənistan cəmiyyətinin yeganə çıxış yolu Türkfobiyadan, Azərbaycanfobiyadan, “böyük Ermənistan” xəyallarından əl çəkmək, Azərbaycanla normal münasibətlər qurmaqdan keçir.

Nəhayət, Ermənistanda başa düşməlidirlər ki, onların xilası xarici havadarlarda deyil, Azərbaycanla münasibətləri normallaşdırmaqda, sülh sazişini imzalamaqda, pozuculuq fəaliyyətinə son verməkdədir. Dünənki tədbirdə də vurğulandı ki, Azərbaycan tərəfi bütün olub-keçənlərə baxmayaraq, Ermənistanla normal qonşuluq münasibətlərini bərpa etməyə hazırdır. Bu da Ermənistanın öz destruktiv siyasətindən əl çəkəcəyi, Azərbaycanın ərazi bütövlüyünü tanıyacağı halda baş tuta bilər.

- Yeri gəlmişkən, prezident İlham Əliyev “Ermənistanın iki yaxın dostu Rusiya və İranla dəmir yolu əlaqəsi olacaq. Bu yol hazırda mövcud deyil, amma bunun üçün hazırlıq gedir” fikrini də səsləndirib. Prezidentin İranı Ermənistanın yaxın dostu kimi təqdim etməsini necə şərh edərdiniz?

- Ümumiyyətlə, düşünürəm ki, özünü islam respublikası adlandıran bir ölkənin islam düşməni olan, islam abidələrini dağıdan, Qarabağdakı hərbi əməliyyatları dini müharibə kimi qələmə verərək, xristian dünyasının dəstəyini qazanmaq məqsədi güdən Ermənistanla dostluq etməsi həm müsəlman ölkələri, həm də İran cəmiyyəti tərəfindən birmənalı qarşılanmamalıdır. Bilirsiniz ki, İran son zamanlar Ermənistanla siyasi əlaqələri, qarşılıqlı səfərləri intensivləşdirir, Zəngəzur məsələsi ilə bağlı müəmmalı açıqlamalar verir. Təəssüflə deməliyik ki, İranın hakim dairələrində təmsil olunan müəyyən bir qrup Cənubi Qafqazdakı prioritetlərini Ermənistanla yaxınlaşmaqda görür. Doğrudur, 44 günlük müharibə zamanı Azərbaycanın Ermənistan ordusunu darmadağın etməsi, İranın nümayiş etdirdiyi mövqe, İrandakı erməni lobbisinin maraqlarına və nüfuzuna böyük zərbə vurdu. Nəzərə almaq lazımdır ki, Azərbaycanın Qarabağ müharibəsində qələbə qazanması və ərazilərini işğaldan azad etməsi ilə artıq Avrasiya məkanında geosiyasi və geoiqtisadi vəziyyət dəyişir və bu proses hansısa ölkənin istəyi ilə dayandırıla bilməz. Yaxşı olar ki, İran da həmin proseslərin iştirakçısına çevrilsin, başqa qaranlıq niyyət güdməsin. Azərbaycan prezidenti İlham Əliyev də çıxışında haqlı olaraq, Ermənistanın əzəli partnyorları olan İran və Rusiya ilə iqtisadi əlaqələrini məhz, Azərbaycan vasitəsilə gerçəkləşdirə biləcəyini vurğuladı. Təbii ki, Azərbaycan dövləti öz şərtlərinin təmin ediləcəyi təqdirdə bu əlaqələrin reallaşmasına imkan yaratmağa hazırdır.

Şəlalə Göytürk

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

Azərbaycanın strateji valyuta ehtiyatları 69 mlrd. dolları ötüb
17:20 20.04.2024
Azərbaycan İranın ən çox motosiklet ixrac etdiyi ölkələr arasında YER alıb
17:00 20.04.2024
Enerji səmərəliliyi üzrə yol xəritəsi hazırlanır
16:40 20.04.2024
ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
16:20 20.04.2024
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
16:00 20.04.2024
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
15:40 20.04.2024
Mövsümündə yetişməyən meyvə və tərəvəz XƏRÇƏNG YARADIR - Ekspertdən AÇIQLAMA
15:20 20.04.2024
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
15:00 20.04.2024
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
14:40 20.04.2024
Cəlil Xəlilov: Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi Prezidentimizin tarixi uğuru, tarixi qələbəsidir
14:20 20.04.2024
Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı
14:14 20.04.2024
Keniya nümayəndə heyəti Azərbaycana SƏFƏR edəcək
13:59 20.04.2024
Paşinyan: Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək
13:56 20.04.2024
Paşinyandan dünənki razılaşma ilə bağlı daha bir AÇIQLAMA
13:38 20.04.2024
Zakir Həsənov Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıq VERİB
13:20 20.04.2024
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
13:14 20.04.2024
Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ edib
13:06 20.04.2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi
13:02 20.04.2024
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:56 20.04.2024
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
12:43 20.04.2024
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı
12:29 20.04.2024
İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
12:16 20.04.2024
Sabah 30 dərəcə İSTİ olacaq
12:01 20.04.2024
Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
09:51 20.04.2024
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:46 20.04.2024
Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
Hamısı