Bu qətnaməni ciddi hesab etmirik Cavanşir Feyziyev

Müsahibələr 09:57 23.05.2021



Xəbər verdiyimiz kimi mayın 21-i, axşam saatlarında Avropa Parlamenti Azərbaycanda həbs edilən erməni diversantları ilə bağlı qətnamə qəbul edib. Qətnamədə diversantlar "hərbi əsirlər" adlandırılıb və Azərbaycan hökumətindən onların qeyd-şərtsiz azad edilməsi tələb edilib. Milli Məclisin sədri Sahibə Qafarova parlamentin ayın 21-də keçirilən iclasında məsələyə münasibət bildirib. Spiker bildirib ki, sözügedən sənəddə əks olunan məlumatlar tamamilə saxtadır və həqiqəti əks etdirmir. Eurasia Diary portalı məsələ ilə əlaqədar Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Cavanşir Feyziyevin mövqeyini öyrənib. 

Cavanşir müəllim, Avropa Parlamentinin məlum qətnaməsinin Azərbaycan və Avropa İttifaqı münasibətlərinə nə kimi təsir edəcəyi gözlənilir?


- Bugünlərdə Avropa Parlamentində qəbul edilmiş qətnamə Avropada fəaliyyət göstərən erməni diasporunun və Avropa Parlamentində erməni maraqlarına xidmət edən bir sıra deputaların təşəbbüsü ilə irəli sürülüb və müzakirə edilərək qəbul olunub. Qətnamənin ilkin layihəsində Azərbaycan əleyhinə absurd ittihamlar irəli sürülmüşdü, lakin aparılan  müzakirələr və məsləhətləşmələr zamanı bunların bir qismi çıxarıldı. Lakin qətnamənin son mətni yenə də obyektivlikdən uzaq və qərəzlidir. Bütün bunlara baxmayaraq, hesab edirəm ki, sözügedən qətnamənin qəbulu bölgədəki mövcud vəziyyətə hər hansı formada təsir edə bilməyəcək. Azərbaycan işğalda olan torpaqlarını azad etməsi ilə artıq regionda artıq yeni reallıq yaradıb və heç bir qüvvə bu reallığı dəyişmək iqtidarında deyil.

Bu baxımdan Ermənistan Azərbaycana qarşı hər hansı təzyiq və qarayaxma kampaniyası aparmaq əvəzinə, qonşu dövlətlərlə, o cümlədən, Azərbaycanla münasibətləri normallaşdırmağa çalışması onlar üçün daha faydalı olardı. Təəssüflər olsun ki, erməni siyasətçilər beynəlxalq təşkilatlara yalan və saxta məlumatlar ötürməklə, Azərbaycana qarşı təzyiq kampaniyasını gücləndirməyə çalışırlar ki, bu da onların maraqlarına qətiyyən uyğun deyil. Bu, eyni zamanda Avropa İttifaqının da maraqlarına uyğun deyil, çünki Avropa İttifaqı hökuməti, yəni, Avropa İttifaqının özü, Azərbaycanla əməkdaşlığı dərinləşdirməkdə maraqlıdır. Bu da Avropa İttifaqı ilə Azərbaycan arasında bağlanmış müqavilələrə, hazırda müzakirə olunan beynəlxalq səviyyəli irimiqyaslı layihələrə əsaslanır. Avropa İttifaqının Cənubi Qafqaz bölgəsində ən çox iqtisadi əməkdaşlıq etdiyi ölkə Azərbaycandır. Eyni zamanda Avropa İttifaqı Azərbaycan üçün ən böyük ticarət tərəfdaşıdır. Bu baxımdan Avropa Parlamenti tərəfindən Azərbaycana qarşı qəbul edilən qətnamə Azərbaycanla Aİ arasında siyasi, iqtisadi, mədəni münasibətlərin hər hansı formada zədələnməsinə gətirib çıxarmayacaq. Ona görə də biz bu kimi qətnamələri sifarişli hesab edirik və onları “kağız parçası” adlandırırıq.

- Bəs Avropa Parlamentinə Milli Məclis tərəfindən rəsmi etiraz bildiriləcəkmi?

- Bu məsələyə Milli Məclis səviyyəsində hələ sözgedən qətnamə qəbul edilməmişdən öncə münasibət bildirilmişdi. Avropa Parlamentində Cənubi Qafqaz Ölkələri ilə Əməkdaşlıq Komitəsinin həmsədri ilə mənim onlayn görüşüm olub. Həmin görüşdə Avropa Parlameni tərəfindən Azərbaycana qarşı irəli sürülən və bizi narahat edən əsassız iddialar haqqında kifayət qədər geniş fikir mübadiləsi aparmışıq. Avropa Parlamentinin bu qətnaməsi ciddi siyasi əhəmiyyət daşımadığına görə, bu barədə Milli Məclisdə xüsusi müzakirələr açmağa lüzum görmürük. Çünki sözügedən sənədin nə Azərbaycan parlamenti və hökumətinə, nə də Avropa İttifaqının fəaliyyətinə hər hansı bir təsiri yoxdur.

Şəlalə Göytürk

 

Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO

Xəbər xətti

Məşhur rejissor cəngavər statusu alacaq
Məşhur rejissor cəngavər statusu alacaq
15:00 29.03.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
12:20 29.03.2024
“Crocus”da xəsarət alanların sayı 382 nəfərə ÇATDI
12:18 29.03.2024
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
12:15 29.03.2024
İndi dünya daha yavaş dönür
12:10 29.03.2024
“Pulu olmayan bələdiyyə necə fəaliyyət göstərsin?!” – Fazil Mustafa
12:05 29.03.2024
Aİ-nın Cənubi Qafqazda səfəri sülh prosesinə necə təsir edəcək? – Amerikalı Ekspert Açıqlayır – ÖZƏL
12:00 29.03.2024
Netanyahu Mossad rəhbərinin sülh təklifini RƏDD EDİB
11:55 29.03.2024
Şuşa şəhərində yeni məscidin təməli qoyulub
11:52 29.03.2024
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
11:50 29.03.2024
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
11:45 29.03.2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalarına riayət edilməməsinə görə cərimələr müəyyənləşir
11:42 29.03.2024
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:40 29.03.2024
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
11:38 29.03.2024
ABŞ yeni ittifaq yaradır... - ANALİTİKA
11:33 29.03.2024
Azərbaycanda bu maşınlar kəskin UCUZLAŞDI - Satmaq istəyənlər isə 3 dəfə artdı
11:28 29.03.2024
ABŞ və Aİ Ermənistanı niyə silahlandırır? – SƏBƏB VƏ MƏQSƏD
11:22 29.03.2024
Bakı-Sumqayıt şosesində yaranan sıxlığın SƏBƏBİ bilindi
11:17 29.03.2024
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
11:15 29.03.2024
Hamısı