TU-22M3-lər artıq havada Rusiya böyük hərbi əməliyyata hazırlaşır

Müsahibələr 16:00 26.05.2021

Suriyada uzun vaxtdan bəri öz mövqeyini möhkəmləndirməyə çalışan Rusiya son dərəcə dirəniş göstərməkdədir. İstər qlobal, istərsə də regional problemləri demokratik və sivil qaydada həll edə bilməyən Moskva yenə iki əsas xəbərlə gündəmə daxil olub. 

Mayın 25-də prezident Vladimir Putin artıq S-500 zenit-raket kompleksinin sınaqdan çıxdığını və silahlanmaya hazır olduğunu bildirib. Bundan əlavə, daim hərbi gücü ilə dünya qarşısında öyünən Rusiya bu dəfə Suriyadakı Hmeymim aviabazasına nüvə başlığı daşıya bilən, uzaqmənzilli 3 ədəd Tu-22M3 döyüş təyyarəsi yerləşdirib. Rusiya Müdafiə Nazirliyinin verdiyi məlumata görə hərbi döyüş təyyarələrinin Suriyaya gətirilməsi genişmiqyaslı təlimlərin həyata keçirilməsi, o cümlədən Aralıq Dənizi üzərindəki hava sərhədləri ilə tanışlıq məqsədi tanıyır. Rusiya Müdafiə Nazirliyi təyyarələrin qısamüddətli gətirildiyini desə də, etibarlı mənbələrdən verilən məlumata görə, hazırda Suriyadakı Hmeymim bazasında təyyarələr üçün xüsusi uçuş və eniş zolaqları inşa edilməkdədir. Bu, həmçinin, Rusiya MN-nin bazaya daha çox sayda ağır təyyarələrin gətiriləcəyi barədə verdiyi məlumatla üst-üstə düşür.

Digər diqqət çəkən bir məsələ Rusiyanın Aralıq dənizi üzərində təlimlər keçirməyə başlamasıdır. Əvvəl Qara dəniz, sonra isə Aralıq dənizə meyl edən Rusiya öz hərbi gücünü göstərir. Bəs görəsən Aralıq sahilində digər aparıcı dövlət olan Türkiyənin buna reaksiyası nə olacaq?

Bütün bu suallara aydınlıq gətirmək üçün Eurasia Diary Türkiyəli siyasi ekspert Engin Özərdən müsahibə alıb. 

- Rusiya TU-22M3 tipli döyüş təyyarələrini Suriyadakı Hmeymim hərbi bazasında yerləşdirib. Məlumata görə, təyyarələr Aralıq dənizi üzərində hərbi təlimlərə başlayacaq. Rusiyanın hərbi sahədəki bu hərəkəti Türkiyə üçün təhdid sayıla bilərmi? 

- TU-22M3 hərbi təyyarələri qırıcı deyil, bombardmançı təyyarələrdir, həmin təyyarələr ciddi silah və sursat daşıya bilmə tutumuna malikdir. Bu da onu göstərir ki, Rusiyanın həmin təyyarələri Suriyadakı hərbi bazasında yerləşdirməsi yaxın zamanlarda quruda hərbi əməliyyatlara başlamaq niyyətindən xəbər verir. İlk ehtimal budur ki, Rusiya İdlibdə hava və quruda əməliyyatlara başlaya bilər. Bu cür əməliyyat daha öncə Hələbdəki bombardman əməliyyatını təkrar edə bilər. Rusiyanın İdlib əməliyyatına qatılması əlbəttə ki, Türkiyədə gedən siyasi proseslərlə də paralellik təşkil edə bilər. Təbii ki, Rusiya belə bir əməliyyata başlamaq üçün Türkiyənin qismən daxildən siyasi çəkişmələr nəticəsində zəifləyəcəyi məqamı gözləyir. 

İkinci ehtimal isə Rusiyanın Suriyadakı neft quyularını qorumaq məqsədilə ölkənin Aralıq dənizi boyu sərhədlərini mühafizə etməkdir. 

Üçüncü ehtimala gəldikdə, Rusiyanın Livyadakı söz sahibliyini qorumaq məqsədilə hərbi əməliyyatlara başlaması ola bilər. Bütün hallarda görmək olar ki, istənilən təqdirdə Rusiya havadan böyük bir hərbi əməliyyata hazırlaşır. Ən inandırıcı versiya İdlibdə həyata keçiriləcək əməliyyatdır.

- Rusiya prezidentli V.Putin S-500 zenit-raket komplekslərinin sınaqdan çıxaraq artıq silahlanmaya hazır olduğunu bildirib. Ümumiyyətlə, Rusiyanın öz hərbi qüvvəsini aqressiv şəkildə artırmasının arxasında nə dayanır? 

- Əslində, S-500 hücum məqsədi ilə deyil, sadəcə havadan müdafiə üçün hazırlanan bir raket qurğusudur. Rusiya son 3-4 ildə həmin raket sisteminin təkmilləşdirilməsi üzərində çox əmək sərf etdi. Rusiya S-500-ləri istifadə edəcəyi üçün bundan öncə S-400-ləri hərbi silahlanmadan çıxararaq Hindistan, Çin və Türkiyə kimi ölkələrə satdı. Yəni, Rusiya silahlanma ilə yanaşı, silah ticarətini də genişləndirir. Artıq köhnə hesab etdiyi S-400-ləri S-500-lərlə əvəz edir, S-400-ri isə kütləvi şəkildə satır. 

- Bəs Rusiya bu silah yarışmasında nə qədər tab gətirə biləcək? 

- Hazırda Rusiyanın havadan müdafiə qurğusundan tutmuş, digər hərbi texnikasına qədər olan vəziyyəti qənaətbəxş sayıla bilməz. Rusiya hələ də SU-57 təyyarələrindən istifadədə çətinlik çəkir. Digər bir problem Rusiyanın dəniz donanmasının texnoloji cəhətdən yenilənməməsidir. Bu gün Rusiyanın Sovet dönəmindən qalma bir neçə sualtı gəmisini çıxsaq, onu dənizdən təhlükəli rəqib hesab etmək olmaz. Bu üzdən, onun hərbi arsenalını gücləndirmək istəməsi başadüşüləndir. Amma Rusiyanın silahlanmaq üçün ciddi bir niyyətinin olduğu da görünmür. Hazırki dönəmdə isə Rusiya ticarətini inkişaf etdirmək üçün müdafiə qurğularının istehsalına üstünlük verməkdədir.

Elnur Ənvəroğlu 

Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO

Xəbər xətti

Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
11:40 19.04.2024
Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO
11:37 19.04.2024
Kirayəçilər binaların idarə olunmasında iştirak edə biləcəklər?
11:35 19.04.2024
Rusiyanın öz ordusunu Qarabağdan çıxarmasının PƏRDƏARXASI - Türkiyəli politoloqla ÖZƏL
11:30 19.04.2024
Milli Məclisin növbəti iclası BAŞLADI
11:25 19.04.2024
Azərbaycanda böyrək əməliyyatları ÖDƏNİŞSİZDİR
11:25 19.04.2024
Kəlbəcərdə "futbol həyəcanı" - VİDEO
11:18 19.04.2024
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
11:15 19.04.2024
“ABŞ-ın sülhməramlılarla bağlı qərəzli mövqe sərgiləməsi təəssüf doğurur” - Deputat Könül Nurullayeva
11:05 19.04.2024
Süni qiymət artımının qarşısı nə zaman alınacaq? - MÜZAKİRƏ - DEBAT - VİDEO
11:00 19.04.2024
Azərbaycan nefti ucuzlaşdı
10:50 19.04.2024
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
10:45 19.04.2024
Erməni general: Bütün bəlaların səbəbi Rusiyadır
10:30 19.04.2024
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
10:23 19.04.2024
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
10:20 19.04.2024
ABŞ Zəngəzur yolunun bu şərtlərdə açılmasını istəmir... - ŞƏRH
10:15 19.04.2024
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
10:09 19.04.2024
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
10:00 19.04.2024
İsrailin İrana hücumu Qərb mətbuatında - FOTOLAR
09:44 19.04.2024
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
09:36 19.04.2024
Ağdərə-Ağdam yolunun inşasına başlanıldı
09:34 19.04.2024
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
09:33 19.04.2024
İranlı general: İsfahanda heç bir dağıntı yoxdur
09:20 19.04.2024
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
09:00 19.04.2024
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Hamısı