Qan üzərində qələbə Suriyanı növbəti 7 ildə nə gözləyir?

Müsahibələr 17:01 28.05.2021

Ötən gün Suriyada keçirilən seçkilərdə hazırkı prezident Bəşər Əsədin qalib gəldiyi və yenidən növbəti 7 il üçün prezident olacağı elan edilib. Əsədin seçkilərdə 95.1% səs yığdığı bildirilir. 

Qeyd edək ki, Əsəd bundan əvvəl 3 dəfə prezident seçilib. 2011-ci ilin martında isə rejimin demokratiya tələb edən nümayişçilərə qarşı güc tətbiq etməsi ölkədə 10 ildir davam edən vətəndaş müharibəsinə səbəb olub. Bu illər ərzində 400 minə yaxın adam öldürülüb, milyonlarla insan evini tərk etmək məcburiyyətində qalıb. 

Bəzi mənbələrin verdiyi məlumata görə, son seçkilər də etirazsız ötməyib. İdlibdə, Latakiyada və paytaxt Dəməşqdəki Əməvilər meydanında etiraz nümayişləri keçirilib. 

Qeyd edək ki, bundan əvvəl də xaricdən İran və Rusiya kimi müttəfiqlərinə güvənərək seçkiləri saxtalaşdıran Bəşər Əsədin daxildə rəqiblərinə qarşı repressiyaları gücləndirəcəyi gözlənilir. Bu seçkilərdən sonra ölkədə nələr baş verəcəyi, beynəlxalq aləmin son seçki saxtakarlığına reaksiyası və atacağı addımlar, ümumilikdə isə Suriyanın gələcəyi sual doğurur. 

Bu və ya digər məsələlərlə aydınlıq gətirən türkiyəli siyasi ekspert İrfan Kaya Ülgər Eurasia Diary-yə müsahibə verib. 

No description available.

- Bəşər Əsəd dünənki seçkilərdə 95.1% səs çoxluğu ilə qalib gəldiyini elan etdi.  Əsədin bundan sonra 7 il də hakimiyyətdə qalması Suriyada demokratiyanı nə dərəcədə sarsıtmış oldu?

- Suriyanın hazırki iqtidarının bu seçkilərdə saxtakarlıq etdiyi açıq-aydın görülməkdədir. Lakin bu ölkə üçün yeni bir şey deyil. Bu kimi oyunlar 1960-cı illərdən bəri təşkil olunmaqdadır. Məsələn, Əsədin atası Hafiz Əsəd də hakimiyyəti çevriliş təşkil edərək ələ keçirmişdi. 

Məsələnin iç üzünə baxarsaq Əsədin seçki nəticəsi qeyri-legitimdir və onun bundan sonra 7 il hakimiyyətdə qalıb-qalmayacağı sual altındadır. Təbii ki, bunu ən dəqiq gələcək siyasi proseslər göstərəcək. 

Seçkilərin nəticələrinə gəlincə, hazırkı prezidentin rəqibi, Məclis başqani Hamude Sabbah reallıqda tək oyunçu olan Əsədə məğlub olub. Suriyada əslində seçkiyə qatılacaq bir müxalif tərəf olmayıb. Onların böyük bir qismi təqib və təzyiqlərə məruz qalaraq sürgün edilib. Seçkilərdə görünən rəqiblər sadəcə partiya çoxluğunu göstərmək üçün rəhbərlik zümrəsinə aid olan Abdullah Selam Abdullah və marjinal partiya rəhbəri olan Mahmud Əhməd Mərai olublar. 

Deyə bilərəm ki, Suriyadakı seçkilər BMT-nin Təhlükəsizlik Şurasının 2254 sayılı qərarı ilə də uyğun gəlmir və ümumilikdə nəticələr beynəlxalq hüquqa tam ziddir. Ən faciəli olan budur ki, ölkə vətəndaşlarının 11 milyondan çoxu qaçqın və didərgin kimi qonşu dövlətlərə sığınır.

Ümumiyyətlə, Suriyadakı seçkilərin saxlalaşdırıldığı acı həqiqət olsa da, bunun ölkədəki demokratik tərəfləri tamamilə sarsıtması fikirlərlə ilə razı deyiləm. Hər halda, ölkədə heç vaxt bir demokratiya və ya demokratik hakimiyyət olmayıb. Seçkilər Nusayri azlıq diktaturasının legitimliyini təmin etmək üçün təşkil edildi və bütün müstəqil müşahidəçilərin də qeyd etdiyi kimi, burada həqiqətən seçki yoxdur. Yəni, bir sözlə, baş verən bir oyundur.

- Bəşər Əsədin bu günə qədər hakimiyyətdə olduğu vaxtda Suriya vətəndaş müharibəsi yaşadı, ölkə dağıldı, parçalandı, iqtisadi böhrana sürükləndi. Bundan sonra Suriyanı nə gözləyir?

- Suriyanın gələcəyinin necə olacağı məlum deyil. Bunu siyasi proseslər göstərəcək. Hazırda ölkənin şimalında ABŞ-ın dəstəyi ilə özünü qoruyan separatçı kürdlərdən ibarət “Suriya Demokratik Qüvvələri” mövcuddur. Bu, PKK terror təşkilatının Suriyada fəaliyyət göstərən qüvvələridir. Hazırda onlarla rejim arasında bir qarşıdurma var. Gələcəkdə hansı cür uzlaşma və ya fikir ayrılığının olacağı ABŞ-ın mövqeyində asılı olacaq. 

Digər tərəfdən, İdlibdə dar bir ərazidə 4-5 milyon müxalif böyük bir çətinliklə və Türkiyənin humanitar yardımı ilə yaşayır. Ölkədən kənarda 11 milyon qaçqın var. Onların ölkəyə salamat qayıtmaları üçün siyasi sabitlik, plürialist quruluş və sülh olmalıdır. Lakin mövcud şərait məsələnin normala doğru dəyişəcəyini əks etdirmir. 

Bundan əlavə, ölkə ərazisinin İsrailə yaxın bir hissəsi olan Golan Təpələri 1967-ci ildən bəri işğal altındadır. Görünən odur ki, Suriyanın gələcəyi böyük ölçüdə xarici siyasi diktə ilə formalaşacaq. Bu nöqtədə Türkiyənin də ölkənin normallaşmasını və demokratik bir siyasi quruluş formalaşdırmaq istədiyini bilirik. Suriya münaqişəsinin nə vaxt bitəcəyi qeyri-müəyyən olaraq qalır. İrəliyə uzanan bu qaranlıq tunelin sonunda hələlik işıq görünmür.

- Siyasi arenada 95.1% səs qazanmaq çox nadir bir hal kimi qiymətləndirilir.  Ölkəsində bu qədər qaçqın, müxalifin olduğu B.Əsəd dünənki seçkilərdə 95 faiz səs aldığını elan etməklə, seçkilərin nəticəsinə bir daha kölgə saldı. Sizcə Əsəd bundan sonra dünya tərəfindən qəbul edilməsinə ümid edə bilərmi?

- Seçki nəticələrinin bu kateqoriyası kommunist ölkələrdə, sülalələrdə və tək partiyalı hökumətlərdə görülə bilər. Həqiqətən, bu baxımdan Suriya bir daha dünyaya seçki nəticələri ilə hansı kateqoriyada bir ölkə olduğunu göstərdi. Seçkiyə qatılanların əksəriyyətinin vahid lider ətrafında toplanması ölkənin güclü rəhbərliyə və ya demokratiyaya sahib olduğunu göstərmir. Bu, zəifliyin və avtoritar idarəetmənin əlamətidir. Hesab edirəm ki, Suriyadan demokratiya gözlənilmədiyi üçün dünyadakı demokratik ölkələr də bu seçkiləri ciddi qəbul etməyəcək. Bayaq dediyim kimi, Rusiya Əsəd rejiminin ən güclü xarici dəstəkçisi kimi görünür. Bununla belə, digər aktorların ortaya çıxması və ya Suriya ilə bağlı önümüzdəki dövrlərdə mövqelərini nümayiş etdirməsi gözlənilir.

Elnur Ənvəroğlu 

İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

“X”-in işində NASAZLIQ YARANIB
06:00 24.04.2024
Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur
05:00 24.04.2024
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
03:49 24.04.2024
Dünya Güləş Birliyi Turan Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqləyib
02:30 24.04.2024
Ukrayna Ali Radası məktəblərdə ibtidai hərbi hazırlığın keçirilməsi haqqında qanun qəbul edib
01:00 24.04.2024
“Barselona” Arauxonu satacaq
00:20 24.04.2024
Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
Hamısı