Eurasia Diary Milli Qəhrəman Albert Aqarunov ordeninə layiq görülmüş Əməkdar İncəsənət Xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Cəlal Abbasovla müsahibəni təqdim edir.
Fəxri orden, bəstəkara Albert Aqarunovun xatirəsinə "İn memoriam ..." orkestri və uşaq xoru üçün nəzərdə tutulan bəstəyə görə Dağ Yəhudiləri Cəmiyyətinin sədri Milix Yevdayev tərəfindən təqdim edilib.
"Uzun illərdir ki, Şuşanın işğaldan azad olunması xəyalı ilə yaşayıram. Bu illər ərzində atamın bu xoşbəxt hadisəni görməməsi məni kədərləndirirdi. Şuşa artıq azaddır və onun azad edilməsi - 8 Noyabr tarixi həyatımda ən xoşbəxt günlərdən biri oldu. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında doğma yurdlarının şərəfini müdafiə edən əsgər və zabitlərimiz qarşısında baş əyirəm”, Cəlal Abbasov deyib.
Eurasia Diary reportajın tam versiyasını təqdim edir:
Cəmilə Çebotareva