Türkiyə Cənubi Qafqaza tam girə biləcəkmi? Rusiya-Türkiyə əməkdaşlığının taleyi 14 iyunda həll olunacaq

Müsahibələr 17:50 02.06.2021

Ötən gün Prezident Ərdoğanla Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında görüş olub. Görüşdə tərəflər arasında Türkiyə ilə Gürcüstanın uzun bir tarixə dayanan əməkdaşlıq və həmin əməkdaşlığın gələcək perspektivləri barədə müzakirə olub.

Qeyd edək ki, hər iki tərəf görüş zamanı iki ölkə arasındakı diplomatik münasibətlərə dair önəmli fikirlər söyləyib. Nəzəri çəkən əsas nüans Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan, Gürcüstan və Ermənistan arasında üçtərəfli əməkdaşlığa dəstək olduğunu bildirməsidir.

Əslində Türkiyənin Cənubi Qafqaza olan marağı normaldır, lakin onun regionda Ermənistanın da bir tərəf olaraq bu oyuna qatılması istəyi Türkiyənin Cənubi Qafqazda daha böyük perspektivlərinin olduğuna işarət etdiyi görülür.

Əlbəttə, Gürcüstan regionda Rusiya kimi bir dişli rəqibi zərərsizləşdirmək üçün Türkiyənin, eləcə də ABŞ-ın işinə çox yarayır və o üzdən Gürcüstan həm Türkiyənin, həm də Qərbin Qafqazdakı qolu kimi qiymətləndirilir. Ermənistan isə regionda Rusiyanın yeganə ümid qapısıdır və Türkiyənin Ermənistanı üçlük çərçivəsində əməkdaşlığa cəlb etməklə son qapını da Rusiyanın üzünə bağlamış olur.

Eurasia Diary bu məsələyə aydınlıq gətirmək üçün politoloq Teymur Qasımlıdan müsahibə alıb.   

Qobl planı, artıq qüvvədə deyil - Teymur Qasımlı | Hafta.az

- Prezident Ərdoğan Azərbaycan, Gürcüstan və Ermənistan arasında üçtərəfli əməkdaşlığı dəstəklədiklərini deyib. Artıq Gürcüstandan sonra Türkiyənin nəzərləri Ermənistanın üzərindədir və Ermənistanı da bu oyuna qatır. Sizcə bu Türkiyənin Cənubi Qafqaza tam daxil olmaq cəhdi sayıla bilərmi?  

- İlk olaraq qeyd edim ki, Ərdoğan bu əməkdaşlığı Türkiyə- Azərbaycan-İran-Rusiya-Gürcüstan-Ermənistan çərçivəsində dəstəkləyirdi. Lakin sonrada Gürcüstan buna qarşı çıxdı və səbəb olaraq Abxaziya və Osetiya məsələsini ortaya atdı. Buna baxmayaraq Gürcüstan özü də bunu yaxşı bilir ki, onun iqtisadiyyatı Azərbaycan və Türkiyənin əlindədir.  Digər tərəfdən, Gürcüstanın hazırki Baş naziri Qaribaşvili Rusiya ilə isti münasibətlərə bir qədər meyllidir. 

Ermənistanın bu əməkdaşlığı necə dəyərləndirəcəyinə gəldikdə onu deyə bilərəm ki, ilk öncə bu əməkdaşlığa İran və Rusiya mane olmağa çalışacaq. Çünki Rusiya və İran da bunu yaxşı bilir ki, Ərdoğan Ermənistanı oyuna cəlb edərək onu Rusiyadan qoparmağa çalışır və həqiqətdə də bu belədir. Bunun baş tutub-tutmayacağına gəlincə, bu barədə öncədən hər hansı bir proqnoz vermək çətindir. 

Hazırda siyasi prosesə nəzər saldıqda deyə bilərəm ki, Türkiyə Cənubi Qafqaza tam daxil olmaq istəyir və bu addımda ona rəsmi London və Vaşinqtonun dəstəyi istisna olunmur.

- ABŞ-ın Gürcüstana Türkiyə vasitəsilə daxil olması, eyni zamanda Türkiyənin Gürcüstanı NATO-ya üzv olmaqda dəstəkləməsi və bu sahədə ortaq maraqlar Rusiyanın əleyhinədir. Bəs Türkiyə bunu Rusiya ilə müttəfiqlik çərçivəsində hansı formada balanslaya biləcək?

- ABŞ Saakaşvili zamanında Gürcüstanın NATO-ya üzv olmasını istəmirdi. Lakin siyasi proseslər indi dəyişib və ABŞ bunu həmişəkindən daha çox istəyir. Məlumdur ki, NATO Türkiyə üzərindən qismən də olsa Gürcüstana yardımlar edib. Gürcüstanın bu gün NATO-ya üzv olması sabah ABŞ-ın Qara dənizdəki qarantıdır. ABŞ bununla Rusiyanın Qara dənizdəki əlini-qolunu bağlamağa çalışır. Ancaq Gürcüstanın NATO üzv olub-olmayacağını da zaman göstərəcək. 

Türkiyə ilə Rusiya arasındakı münasibətlərə gəlincə, onu qeyd edim ki, onların arasında yalnız müəyyən maraqlar çərçivəsində münasibətlər qurulub. Onlar heç bir zaman müttəfiq olmayıblar. Türkiyə ilə Rusiyanın yaxınlaşması 15 iyul FETÖ çevriliş cəhdindən sonra baş tutdu. Bunun ardınca Türkiyə Rusiyadan S-400-lər satın aldı. Bundan əlavə, Türkiyə Rusiya ilə Suriya və Qafqazda müəyyən çərçivədə əməkdaşlıq etdi. Lakin Ukrayna məsələsində Türkiyə tərəfini nümayiş etdirdikdən sonra Rusiya ilə olan münasibətlər bir qədər gərginləşdi. 

Hazırda Ukrayna Türkiyənin hərbi silah istehsalına dəstək verir. Eyni zamanda, Türkiyə Polşaya artıq hərbi dronlar satmağa başlayıb. Əlbəttə bütün bunlar Rusiyanı bərk qəzəbləndirir. Bu üzdən də Rusiya Türkiyəyə uçuşları pandemiya adı altında dayandırıb. Buna baxmayaraq Ərdoğan iki ölkə arasındakı balansı saxlamağa çalışır. Balans 14 iyun tarixində Bayden-Ərdoğan arasında görüşədək davam edəcək. Məhz pərdə arxasında gedən bu danışıqlar və qeyd olunan gündə baş tutacaq ikili görüşdən sonra Türkiyə ilə Rusiya arasında əməkdaşlığın davam edib-etməyəcəyi bəlli olacaq.     

- Türkiyənin Cənubi Qafqazdakı varlığı ilə bağlı gələcək perspektivləri necə dəyərləndirirsiniz? 

- Hazırda dünyamız çətin bir prosesdən keçir. Pandemiya dünya dövlətlərinə ağır zərbələr vurub. Təbii ki, ən ağır zərbə aparıcı olan dövlətlərə dəyib. Xarici siyasət aparmaq üçün külli miqdarda kapital lazımdır. Hazırda isə Türkiyənin həm daxili, həm də xarici siyasəti çətin anlar yaşayır. Ərdoğan hərtərəfli olaraq mühasirəyə alınıb və bu da Türkiyənin iqtisadiyyatına öz mənfi təsirini göstərib. Dolların süni surətdə qalxması türk lirəsini çıxılmaz bir vəziyyətə gətirib. Burada bəzi səbəblər var. Lakin Türkiyə bu durumda belə bu günədək Azərbaycan-Gürcüstan əməkdaşlıq münasibətləri qura bilib. Hətta Ermənistanla sərhədlər bağlı olsa da, müəyyən əməkdaşlıqlar var. 

Tarixə baxsaq görə bilərik ki, Türkiyə bir müddət Qafqazdan çıxarılıb. İndi Türkiyə yenidən Qafqaza qayıdır. Hesab edirəm ki, Ərdoğan və ondan sonra kim hakimiyyətə gəlsə Türkiyə ilə Cənubi Qafqaz münasibətləri davam edəcək. Türkiyə iqtisadi maraqlarını Azərbaycan və Gürcüstanda kifayət qədər yaxşı qura bilib. Nəticə olaraq demək olar ki, Türkiyə dövləti Cənubi Qafqazda var olmaq istəyəcək və bunun üçün ABŞ-dan müəyyən maraqlar çərçivəsində dəstək alacaq. 

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Hamısı