Bakı-Pekin münasibətlərində yeni era Qarabağda Çin üçün böyük imkanlar yaranıb

Müsahibələr 09:39 04.06.2021

Azərbaycan üçün dünyada ikinci iqtisadi güc olan Çin ilə münasibətlər xüsusi əhəmiyyət daşıyır. 

Çin Xalq Respublikasının Sədri Si Cinpin Prezident İlham Əliyevlə telefon danışığı zamanı Çin-Azərbaycan münasibətlərinin yeni tarixi mərhələnin astanasında olduğunu vurğulayıb və Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsünün reallaşdırılması istiqamətində vacib tərəfdaş olduğunu bildirib. Həmçinin, Si Cinpin Çin şirkətlərinin Azərbaycana investisiya qoyuluşunu daha da təşviq etməyə, infrastruktur layihələri çərçivəsində əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını deyib. 

Eurasia Diary mövzu ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Nağı Əhmədovdan müsahibə alıb.

Naghi Ahmadov (@NagiAhmadov) | Twitter

Çin və Azərbaycan arasında münasibətlərin yeni mərhələsi Azərbaycana hansı iqtisadi və siyasi dividentlər gətirəcək?

- İpək yolunun üzərində yerləşən bir ölkə kimi bütün tarix boyu Azərbaycan və Çin xalqları arasında daim xoş münasibətlər mövcud olub. Hazırda bu münasibətlər pandemiya dövründə xüsusilə yeni keyfiyyət mərhələsinə qədəm qoyub. Və bu münasibətləri “Dost dar gündə tanınar” misalının təcəssümü kimi qiymətləndirə bilərik. Fevralın 26-da Prezident İlham Əliyevin yerli və xarici mətbuat nümayəndələri ilə görüşü zamanı dünyada mövcud olan vaksin milliyyətçiliyinin gücləndiyi bir zamanda Çinin Azərbaycana pandemiya ilə mübarizə çərçivəsində, xüsusilə vaksinlərin çatdırılması ilə bağlı dəstəyi ilə əlaqədar qeyd etmişdir: “Yaxşı ki, bizim çinli tərəfdaşlarımız öz öhdəliklərini yerinə yetirirlər. Bizim bunu almaq üçün vəsaitimiz var. Bəs, vəsaiti olmayanlar nə etsinlər? Bu adamlar ölməlidirlər?”. Qeyd edim ki, Azərbaycan öz vəsaiti hesabına bir çox vaksin istehsalçısı olan şirkətlərlə və ölkələrlə müqavilə imzalamasına baxmayaraq, bu vaksinlərin çatdırılması gecikib. Lakin Çin tərəfinin dəstəyi nəticəsində yanvarın 18-də Azərbaycan ilk dəfə vaksinləşdirmə prosesinə başlayan öncül ölkələrdən biri olub.   

Azərbaycan-Çin münasibətlərinin bizim üçün qazandıracağı siyasi dividentlərə gəldikdə isə xatirlatmaq istərdim ki, Çin BMT TŞ-nın beş daimi üzvündən biri kimi yüksək statusa malik, qlobal səviyyədə siyasi söz sahibi olan bir ölkə kimi tanınır. Azərbaycan-Çin münasibətlərinin yük səviyyədə olması Azərbaycanın bir növ beynəlxalq təşkilatlarda Çinin dəstəyini hiss etməsinə səbəb olur və olacaq. Azərbaycan uzun müddət silahlı münaqişədən əziyyət çəkən bir ölkə kimi Çinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlarını hər zaman hiss edib. Eyni zamanda Azərbaycan da bunun qarşılığı olaraq “Vahid Çin” siyasətini hər zaman dəstəkləyib.

“Bir kəmər, bir yol” layihəsi regionda iqtisadi proseslərə və nəqliyyatın inkişafına necə təsir edəcək?

- Azərbaycan coğrafi olaraq Şərq-Qərb, eyni zamanda Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən bir ölkə kimi daimi olaraq dünyada nəqliyyat qovşağına çevrilmək siyasəti yürüdür. 2013-cü ildə Azərbaycan Çinin “Bir kəmər, bir yol” layihəsi irəli sürüldükdən sonra bu təşəbbüsə dəstək verən və qoşulan ilk ölkələrdən biri olub. 2015-ci ildə Çin ilə ikitərəfli razılaşma imzalayaraq bu layihəyə açıq şəkildə ictimai dəstəyini bəyan edib. Azərbaycan bu layihədən irəli gələrək öz ərazisində zəruri olan bütün nəqliyyat infrastrukturlarının inşasını tamamlayıb. Bu çərçivədə biz Bakı-Tbilisi-Qars dəmiryolu, eyni zamanda Xəzər dənizində ən böyük limanlardan olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı laihələrini qeyd edə bilərik. Bütün bunlar Azərbaycanın Çin ilə Avropa arasında, ümumiyyətlə Şərqlə Qərb arasında nəqliyyat qovşağına çevirib. Bu da Azərbaycanın tranzit daşınmalarından kifayət qədər vəsait qazanmasına səbəb olub.

Çinin Cənubi Qafqazda mövcudluğu regionun inkişafı üçün hansı imkanları yarada bilər və regionun inkişafına necə kömək edə bilər?

- 44 günlük müharibədə Azərbaycanın qalib gələrək öz ərazi bütövlüyünü təmin etməsi nəticəsində Cənubi Qafqazda yeni geosiyasi reallıq yaranıb. Bu isə yeni fürsətlər və imkanlar deməkdir. Hazırda Azərbaycan dövlətinin qarşısında duran başlıca prioritet məsələ azad edilmiş ərazilərin bərpası və infrastrukturun yenidən qurulmasıdır. Bu istiqamətdə, dəfələrlə dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycan tərəfi Qarabağın yenidən qurulması zamanı əsasən üstünlüyü dost ölkələri təmsil edən şirkətlərə verəcək. Bu baxımdan, Prezidentin son çıxışına istinad etsək, Qarabağda Çin şirkətlərinin də inşa işlərinə cəlb edilməsinin arzuedilən olduğu bildirilib. Bu kontekstdə biz azad edilmiş ərazilərdə “ağıllı kənd” layihələri icra edilməkdədir ki, burada Çinin məşhur “Huawey” şirkətinin iştirak etdiyini görürük.

Yuxarıda da qeyd etdiyimiz kimi, Çin şirkətləri üçün Cənubi Qafqazda yeni imkanlar açılıb. Xüsusilə enerji sahəsində fəaliyyət göstərən Çin şirkətləri üçün yeni imkanlar yaranıb. Bildiyimiz kimi, Çin dünyada ən çox bərpa olunan enerji istehsal edən ölkədir ki, Azərbaycan da Çinin bu təcrübəsindən Qarabağda günəş və külək enerjisi kimi bərpa olunan enerjilərin istehsalında istifadə edə bilər. Həmçinin, biz Çinin nəqliyyat sahəsində fəaliyyət göstərən şirkətlərinin imkanlarından istifadə edə bilərik. Çünki, 10 Noyabr bəyanatına uyğun olaraq, hazırda Ermənistan ərazisindən keçməklə Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirən Zəngəzur koridorunun inşası məsələsi gündəmdədir. Eyni zamanda azad olunmuş ərazilərdə üç beynəlxalq hava limanının inşası prosesi davam etməkdədir ki, bu və digər nəqliyyat layihələrinin inşasında Çin şirkətləri üçün imkanlar yaradıla bilər. Eləcə də infrastruktur sahəsində Çin şirkətlərinin böyük təcкübəsi var ki, bu da Çin şirkətləri üçün mövcud imkanların nə qədər geniş olduğunu göstərməkdədir. Dövlət başçıları arasında telefon danışığı bu istiqamətdə yeni aktivləşmə, yeni dinamikanın müşahidə olunacağını deməyə əsas verir. Azad olunmuş ərazilərin bir çoxunda, xüsusilə Ağdamda yeni sənaye parklarının salınması məsələsi gündəmdədir ki, bu sahədə Çin şirkətlərinin bu sənaye parklarına dəvət edilməsi və investisiya yatırması məsələsi bizim üçün və Çin tərəfi üçün faydalı ola bilər. Eyni zamanda, Ələtdə yerləşən Azad İqtisadi Zonanın yaxında fəaliyyətə başlaması burada Çin şirkətlərinin fəaliyyəti üçün yeni imkanlar yaradacaq.

Gülnar Səlimova

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

Ermənistan: Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi qəbuledilməzdir
Ermənistan: Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi qəbuledilməzdir
18:00 20.04.2024
Vaşinqtondan Bakıya DƏSTƏK: ABŞ səfirinin Qarabağa ilk səfərinin TƏFƏRRÜATI
17:49 20.04.2024
Ukrayna buna görə Britaniyanı gönahlandırır
Ukrayna buna görə Britaniyanı gönahlandırır
17:40 20.04.2024
Azərbaycanın strateji valyuta ehtiyatları 69 mlrd. dolları ötüb
17:20 20.04.2024
Azərbaycan İranın ən çox motosiklet ixrac etdiyi ölkələr arasında YER alıb
17:00 20.04.2024
Enerji səmərəliliyi üzrə yol xəritəsi hazırlanır
16:40 20.04.2024
ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
16:20 20.04.2024
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
16:00 20.04.2024
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
15:40 20.04.2024
Mövsümündə yetişməyən meyvə və tərəvəz XƏRÇƏNG YARADIR - Ekspertdən AÇIQLAMA
15:20 20.04.2024
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
15:00 20.04.2024
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
14:40 20.04.2024
Cəlil Xəlilov: Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi Prezidentimizin tarixi uğuru, tarixi qələbəsidir
14:20 20.04.2024
Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı
14:14 20.04.2024
Keniya nümayəndə heyəti Azərbaycana SƏFƏR edəcək
13:59 20.04.2024
Paşinyan: Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək
13:56 20.04.2024
Paşinyandan dünənki razılaşma ilə bağlı daha bir AÇIQLAMA
13:38 20.04.2024
Zakir Həsənov Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıq VERİB
13:20 20.04.2024
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
13:14 20.04.2024
Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ edib
13:06 20.04.2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi
13:02 20.04.2024
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:56 20.04.2024
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
12:43 20.04.2024
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı
12:29 20.04.2024
İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
12:16 20.04.2024
Sabah 30 dərəcə İSTİ olacaq
12:01 20.04.2024
Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hamısı