Erməni cəmiyyətinə revanşizm mesajları Siyasi korluq nişanəsi, yoxsa ağılsız seçki taktikası?

Müsahibələr 20:43 04.06.2021

Məlum olduğu kimi, Azərbaycanla aparılan 44 günlük müharibə və ağır məğlubiyyət Ermənistan cəmiyyətində ciddi böhrana səbəb olub. Bütün iqtisadi və siyasi resurslarının, o cümlədən hərbi güclərinin tükənməsinə baxmayaraq, erməni siyasətçiləri, lobbi təşkilatlarının təmsilçiləri, hətta dövlət rəsmiləri belə revanşist bəyanatlar səsləndirməkdə, Azərbaycanla danışıqlara getməməkdə israrlı kimi görünür. Keçmiş prezident Serj Sərkisyanın “Azərbaycanla heç bir dəhliz açılmayacaq”, Rusiyalı erməni milyarder Ara Abramyanın “itirdiyimiz bütün ərazilər geri alınacaq” kimi hədələyici bəyanatlarının arxasında hansı məqsədlər dayanır? Bu iddiaları uğursuz siyasətçilərin seçkiqabağı manipulyasiyası yoxsa başını itirmiş başbilənlərin növbəti ağılsız strategiyası kimi xarakterizə etmək olar? Ermənistan cəmiyyəti üçüncü müharibəni istəyirmi?

Eurasia Diary portalı sözügedən məsələlərlə bağlı İrəvan Türk Cümhuriyyətinin başqanı, politoloq Qafar Çaxmaqlı ilə müsahibəni təqdim edir:

- Qafar müəllim, Ermənistan tərəfindən səslənən bu bəyanatların gerçək məğzi nədir? Doğrudanmı, erməni siyasətçiləri reallıq hissini bu dərəcədə itirib? Yoxsa hansısa xarici qüvvələrin dəstəyi onları “hərəkət”ə gətirir?

- Gəlin, öncə “Ermənistan cəmiyyəti” ifadəsini incələyək. Ermənistan cəmiyyəti fərqli fikirləri olan, ayrı-ayrılıqda təbəqələşmiş sosial qruplardan ibarətdir. Bunları bir məcraya gətirsək, görərik ki, Azərbaycanla aparılan 44 günlük müharibə bu sosial qrupları bir cəmiyyət formasında darmadağın edib. Postmüharibə dövründə də Ermənistan cəmiyyətində çaxnaşmalar səngimək bilmir, siyasi qarşıdurmalar seçkiöncəsi daha da kəskinləşir. Hazırda Ermənistan müxalifətini təmsil edən keçmiş siyasi hakimiyyət nümayəndələrinin timsalında cəmiyyətin emosiyalarından istifadə edərək seçkidə xal qazanmaq istəyən qüvvələr var. Hansı ki, xalqın zəif damarından, revanşizm meyllərindən tutaraq, bir də hakimiyyətə gəlmək istəyirlər. Ermənistanın hər üç keçmiş prezidenti – Petrosyan, Koçaryan və Sərkisyan bu seçkilərdə iştirak edirlər, bunlardan Sərkisyanı çıxmaq şərtilə, qalan iki eks-prezident nəyin bahasına olursa-olsun, parlamentə seçilmək iddiasındadırlar. Onlar Ermənistanın müharibəni uduzmasını, ordunun zəifliyini, iqtisadi böhranı və digər problemləri Paşinyanın üzərinə atmaqla, həm özlərini sığortalayır, həm də yenidən siyasi rəhbərliyi ələ keçirmək üçün cəmiyyətin dəstəyini qazanmağa çalışırlar.

- Alınırmı?

- Vəziyyəti Ermənistanda keçirilən rəy sorğularından aydın görmək olur. Cəmiyyətdə Petrosyan-Koçaryan cütlüyünün tərəfdarları qismən də olsa, var. Lakin rəy sorğularında hələ ki hazırkı baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın “Mənim addımım” bloku liderlik edir. Bu məntiqlə yanaşsaq, seçkilərin nəticələrində üstünlüyün Paşinyan komandasında olacağı gözlənilir. Bundan əlavə, Ermənistan parlamentinə Rusiya tərəfindən dəstəklənən bir neçə rəngarəng şəxsin də düşməsi mümkün ola bilər. Ara Abramyan, Aza Kançanyan  kimi iş adamlarının birbaşa Rusiyanın dəstəyi ilə parlamentə seçilmək iddiaları var.
Lakin bu adamlar “itirdiyimiz əraziləri geri alacağıq” kimi bəyanatları indiki zaman üçün səsləndirmirlər. Çünki hazırda Ermənistan ordusu olduqca bərbad durumdadır. Yenidən müharibəyə başlamaq üçün onlara ən azı 20 il zaman lazım gələcək. Əgər onlar bu müddət ərzində müharibə hazırlıqları görəcəklərsə, adekvat olaraq, Azərbaycanda da həmin hazırlıq gedəcək. Düşünürəm ki, bütün bunlara görə yeni bir müharibənin başlaması çox da inandırıcı deyil. Ona görə də dediyiniz bəyanatlar sadəcə, daxili auditoriyanın inamını, səsini qazanmaq üçün siyasi məqsədlərlə ortaya atılan populist fikirlərdir. 

- Siz mətbuatda belə bir fikir səsləndirmisiniz ki, İran Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil. Bu, həm də İranın Naxçıvanla bizi birləşdirən Azərbaycan ərazisində su anbarı tikməsi ilə bağlıdır. Bu, nə dərəcədə yetərli səbəbdir?

- Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixlərində imzaladığı  üçtərəfli sazişdə Zəngəzur dəhlizinin açılması ilə bağlı maddələr öz əksini tapıb və bunun geriyə dönüşü yoxdur. Bəli, bu gün regionda bu dəhlizin açılmasını istəməyən qüvvələr, ölkələr var. Yadınızdadırsa, İran rəhbərliyi bir müddət öncə “Ermənistan sərhədləri bizim qırmızı xəttimizdir” cümləsi ilə açıqlama yaymışdı. Bu “qırmızı xətt” ifadəsi əslində, sərhədlərə Azərbaycan tərəfinin nəzarət edəcəyi ilə bağlı narahatlıqdan doğurdu. Şübhəsiz, İranın dəhlizin açılmamasına olan marağı təkcə, onun tikdiyi və hələ istifadəyə verilməyən su anbarı ilə bağlı deyil. Bundan başqa bilirik ki, İran indiyədək işğal altında olan Azərbaycan ərazilərinə silah-sursat və digər məhsullar göndərirdi, artıq bundan sonra bu əməllərini həyata keçirə bilməyəcək. Bir dövlət kimi də İran hər zaman Ermənistanı dəstəklədiyini açıq şəkildə bildirib və bizə məlumdur ki, Azərbaycanın müharibəyə qədər işğal altında qalan ərazilərində yeraltı sərvətlərin daşınmasında, mənimsənilməsində İran şirkətləri fəal rol oynayıb.
İranın su anbarı məsələyə heç bir şəkildə əngəl ola bilməyəcək. Çünki Azərbaycan keçmiş SSRİ dönəmində olduğu kimi həmin ərazidən dəmiryolu və digər kommunikasiya xətlərini keçirməklə bağlı Tehran qarşısında qəti şəkildə məsələ qaldıra bilər. Belə olan halda onların  həmin su anbarını ləğv etməkdən başqa çıxış yolu qalmayacaq. Bundan sonra İranla Ermənistan arasında yalnız Mehri yolu qalır, hansı ki o da gələcəkdə iflic vəziyyətinə düşə bilər. Bu imkanlar əlindən çıxacağına görə İran nə yolla olur-olsun, prosesə hər hansı şəkildə müdaxilə etməyə, rol oynamağa çalışır, amma bütün bu cəhdlər, hesab edirəm ki əbəsdir. Çünki bölgədə çox önəmli faktor Türkiyə - Azərbaycan əməkdaşlığı dayanır. Bu dəhlizin açılmasında israr edən əsas ölkə Türkiyədir. Xatırlayırsınızsa, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda səfərdə olarkən, Zəngəzur dəhlizinin açılması ilə bağlı prosesə başqa ölkələrin də qoşula biləcəyi, bununla regional inteqrasiyanın genişləndirməyin mümkünlüyü ilə bağlı açıqlama da vermişdi. Lakin qonşu ölkələrdən layihəyə qoşulmaqla bağlı rəsmi reaksiya verilmədi. İndi isə ayrı-ayrı dövlətlər, o cümlədən də İran prosesə müxtəlif yollarla müdaxilə edib, hansısa dividentlər qazanmağa çalışır.

- Rusiyanın Zəngəzur dəhlizinin açılmasında, bölgədəki passiv kommunikasiya xətlərinin işə düşməsində maraqlı olmadığına dair iddialar da səslənir. Həmin iddiaları irəli sürənlərin əsas arqumenti bundan ibarətdir ki, iki ölkə arasında kommunikasiya əlaqəsi bərpa olunarsa, Ermənistanın Rusiyadan asılılığını azalacaq, Azərbaycanın mövqeyi regionda daha da möhkəmlənəcək. Məntiqlidirmi?

-  Bu iddianı ağlabatan hesab etmirəm. Görünən odur ki, Moskva Zəngəzur dəhlizinin açılmasında çox maraqlıdır. Kommunikasiya xətlərinin bərpası üçün iş aparan üçtərəfli komissiyanın tərkibində Rusiya da təmsil olunur və vasitəçilik edir. Bu komissiya dəhlizin açılması istiqamətində lazımi sənədlər hazırlayır, işlər görür, fəaliyyətini davam etdirir. Zəngəzur dəhlizinin işə düşməsi Rusiyanın birbaşa marağındadır. Çünki məhz, bu dəhliz vasitəsi ilə Rusiya, Türkiyə ərazisindən keçməklə Qərbə qısa yol əldə edə biləcək. Razılaşmaya əsasən, dəhlizin qorunması da Rusiyanın kontrolu altında olacaq və Rusiya sülhməramlıları həm də buna görə ərazidədirlər.

Söhbətləşdi: Şəlalə Göytürk

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Hamısı