İranın region ölkələri ilə əməkdaşlığı vacib şərtdir Sədrəddin Soltan

Müsahibələr 16:57 22.06.2021

Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan Amerikanın Səsinə müsahibəsində İranın yeni seçilmiş prezidenti İbrahim Rəisinin hakimiyyəti dövründə İranın Azərbaycanla və regionun digər ölkələri ilə münasibətlərində gözləntilər haqda danışıb.

- İranda mühafizəkarların namizədi İbrahim Rəisi bu ölkənin yeni prezidenti seçilib. İranda qurulacaq yeni hökumətin dövründə İran-Azərbaycan münasibətində hansı yenilikləri gözləmək olar?

- Fikrimcə, İran-Azərbaycan münasibətləri 44 günlük müharibədən sonra necə olubsa, bu istiqamətdə də davam edəcək. Məlum olduğu kimi İran hakimiyyəti Azərbaycanın torpaqları işğal altında olanda, 44 günlük müharibə dövründə Azərbaycana münasibətdə heç də xoş qonşuluq münasibəti göstərmədi. Ona görə müharibədən sonra regionda vəziyyət dəyişib. 3+3 (İran, Türkiyə, Rusiya+Azərbaycan, Ermənistan, Gürcüstan) formatında əməkdaşlıq məsələsi var. İran da bu formatda həm qazanmaq istəyir, həm də regional təhlükəsizlikdə iştirak etmək istəyir. Odur ki, İbrahim Rəisi də İran xarici siyasi kursunun başında dayanan əsas icraçılardan biri kimi, hökumət başçısı kimi bu kursu davam etdirəcək. Yəni, Azərbaycanla İran arasında münasibətlər əməkdaşlıq istiqamətində davam edəcək.

- İranın yeni prezidentinə qarşı ABŞ tərəfindən sanksiya tətbiq edilib. Həm İrana, həm də onun yeni prezidentinə qarşı sərt sanksiya şəraitində Azərbaycan bu qonşu ölkə ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığını necə davam etdirə bilər? Birgə layihələrin taleyi necə olacaq?

- Praktikada bu var. İranın keçmiş prezidenti Mahmud Əhmədinejada, Haşimi Rəfsəncaniyə də vaxtı ilə sanksiyalar tətbiq olunub. Mahmud Əhmədinejad ABŞ-ın İrandakı səfirliyinin əməkdaşlarının girov saxlanılması əməliyyatında iştirak edib. Ona görə, Mahmud Əhmədinejada, Rəfsəncaniyə və başqa İran rəsmilərinə qarşı sanksiyaların tətbiq olunması təcrübəsi var. Odur ki, İbrahim Rəisiyə də tətbiq olunan sanksiyalar dövründə İran-Azərbaycan münasibətləri ondan əvvəlkilərin dövründə olduğu kimi olacaq. Rəfsəncaniyə, Əhmədinejada sanksiyalar dövründə münasibət necə olmuşdursa, indi də elə olacaq. Amma Azərbaycanın İranla iqtisadi, çoxtərəfli əməkdaşlığını prezident müəyyən etmir. Bunu İran dövləti edir. İran ana yasasının 113-cü maddəsinə görə prezident ölkənin ikinci şəxsidir. İranın birinci şəxsi, ali rəhbəri Seyid Əli Xameneyidir. Yəni, bütün daxili və xarici siyasətə, ölkədə a-dan z-yə qədər bütün məsələlərə fərmanı, xeyir-duanı, sərəncamı Seyid Əli Xameneyi verir. İbrahim Rəisi isə icraçıdır. İcra strukturunun başında dayanır. Yəni, hökumətin başçısıdır. O yalnız və yalnız Xameneyinin təsdiq etdiyi sənədlərin icrası ilə məşğuldur. İbrahim Rəisiyə sanksiya tətbiq edildiyinə görə Azərbaycana səfərində problem yarana bilər. Amma sərəncamları Xameneyi imzaladığından İran Azərbaycanla münasibətlərini davam etdirəcək. Amma bir şərt daxilində olacaq. Bu sanksiyalar BMT tərəfindən təsdiqlənərsə, beynəlxalq ictimaiyyət sanksiyaları dəstəkləyərsə, təbii ki, Azərbaycan da beynəlxalq hüquq normalarına əsasən İrana qarşı sanksiyalarda iştirak edəcək.

- Beynəlxalq insan haqları təşkilatları və Birləşmiş Millətlər Təşkilatının xüsusi məruzəçiləri tərəfindən insan hüquqlarına qarşı olan şəxs kimi tanınan İbrahim Rəisinin İranda yaşayan azərbaycanlılara münasibəti necə olub? Bu kontekstdə Azərbaycan İranda yaşayan azərbaycanlıların fundamental hüquqlarının qorunması üçün nə etməlidir?

- İbrahim Rəisi hüquq sahəsində fəaliyyət göstərib. Prokuror, məhkəmə sədri olub. Bir də inqilabdan bir müddət sonra, inqilab dövründə xüsusi komitədə olub. Xüsusi komitə İranda məhkəməsiz, istintaqsız insanları edam edirdi və cəzalandırırdı. İbrahim Rəisi haqqında deyilən məlumatlardan biri budur ki, o, 3 min nəfərin edamına hökm çıxarıb. Qeyri-rəsmi məlumatlara görə, 30-40 min insanın edamı ilə bağlı hökm verib. İbrahim Rəisi Güney Azərbaycanın Həmədan şəhərində, Kərəc şəhərində prokuror olub. Bu səbəbdən İbrahim Rəisinin Güney Azərbaycan türklərinin milli haqlarının təmin olunması istiqamətində fəaliyyət göstərən İran azərbaycanlıları fəallarının təzyiqə məruz qalmasında, cəzalandırılmasında da rolu olub. Onun Güney Azərbaycan ilə bağlı yeganə müsbət çıxışı seçkiqabağı kampaniya zamanı olub. Urmiyə gölünün qurumasının qarşısının alınması ilə bağlı çıxış edib. Bildirib ki, bu gölün qurumasının qarşısı alınmalıdır, bunun üçün vəsait ayrılmalıdır. Bundan başqa, İbrahim Rəisinin Güney Azərbaycan insanları haqqında, onların milli haqlarının təmin olunması, mədəni hüquqlarının qorunması ilə bağlı heç bir fikri, bəyanatı, çıxışı olmayıb.

- İranın yeni prezidenti ölkənin daxilində korrupsiyaya qarşı sərt mübarizə aparılacağını bəyan edib. Bu mənada İranın daxilində yeni kütləvi həbslər gözləmək olarmı?

- Korrupsiyaya qarşı mübarizə İranda hakimiyyət üçün əlavə təzyiq aparatı olacaq. Bu vaxta qədər İranda hansı vasitələrdən istifadə edirdilər? Amerikanın casusu, İsrailin casusu, ingilisin casusu, pantürkist, Türkiyəsevər və sairə. İndi isə yeni bir repressiya aləti kimi korrupsiyaya qarşı mübarizədən istifadə edəcəklər. Bu, guya yeni hökumətin görəcəyi bir işdir. Korrupsiyaya qarşı mübarizə aparmaq üçün birinci növbədə korrupsiyanın olmaması üçün şərait olmalıdır. Yəni, ölkədə islahatlar yoxdursa, ölkədə vətəndaşların adi insan haqları gün-gündən tapdanırsa, vətəndaşlar aldığı maaşla, məvaciblə ailəsini dolandıra bilmirsə, insanların ailəsinin haqqı tapdanırsa, güc yolu ilə, təzyiq yolu ilə hicab qaydaları tətbiq olunursa və sair məsələlər varsa mütləq korrupsiya da olacaq. Çünki bu tip yasaqlardan uzaqlaşmaq üçün mütləq və mütləq rüşvət və korrupsiya elementi rol oynayır. Odur ki, korrupsiya, yeni hökumət üçün, İran hakimiyyəti üçün təzyiq vasitəsi olacaq. Repressiyalar bundan sonra daha da güclənəcək.

- İranda qurulacaq yeni hökumətin region dövlətləri ilə, o cümlədən İsrail, Rusiya, İraq, Suriya, Türkiyə, həmçinin Qafqaz ölkələri ilə münasibətlərində hansı dəyişiklikləri müşahidə etmək mümkün olacaq?

- İsraillə münasibətdə elə bir dəyişikliyin olacağı gözlənilmir. Burada söhbət Rəisinin quracağı hökumətdən getmir. Burada söhbət bütövlükdə İran hakimiyyətindən gedir. Çünki teokratik İran rejiminin fundamental şüarı var, “İsrailə ölüm!” Əgər, “İsrailə ölüm!” şüarı varsa, deməli onunla hər hansı əməkdaşlığın qurulması da mümkün deyil. İkinci bir tərəfdən, İran Fələstinlə bağlı siyasətini dəyişməlidir. Dəyişəcəkmi? Xeyr. İran Livanla bağlı siyasətini dəyişməlidir. Yəni, Hizbullaha yardımdan imtina etməlidir. Edəcəkmi? Xeyr. İran Suriya ilə bağlı siyasətini dəyişməlidir. Dəyişəcəkmi? Çətin. İran İraqla bağlı siyasətini dəyişməlidir. Dəyişəcəkmi? Xeyr. Odur ki, İranın İsraillə bağlı, Türkiyə ilə bağlı siyasətinin yumşalacağı, dəyişəcəyi gözlənilmir. İranın bundan sonra əməkdaşlığı Rusiya və Çinlə daha da güclənəcək. Çünki mövcud İran hakimiyyətinin qalmasında, ömrünü uzatmasında Rusiya və Çin amili əsasdır. Bir neçə ay qabaq İranla- Çin arasında uzunmüddətli müqavilənin imzalanması da bunu göstərir. O ki qaldı Azərbaycanla bağlı siyasətinə, region dövlətləri ilə bağlı siyasətinə, İranın regional əməkdaşlıqdan başqa çıxış yolu yoxdur. İranın region ölkələri ilə əməkdaşlıq etməsi onun həyatı üçün vacib şərtdir. Region ölkələri ilə əməkdaşlıq həm də regionun təhlükəsizlik məsələsidir. İran üçün təhlükəsizlik, iqtisadi əlaqələr vacibdir. Əks halda, İran hakimiyyətinin onsuz da ağır olan vəziyyəti daha da ağırlaşa bilər. 

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
İlham Əliyev: "Qırğızıstanla imzalanan sənədlərin hər biri böyük əhəmiyyət kəsb edir"
14:08 24.04.2024
Qırğızıstan Ağdamda məktəb binası inşa EDƏCƏK
14:05 24.04.2024
İlham Əliyev: “Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”
13:57 24.04.2024
Hamısı