Sərhəddə Rusiyanın müdaxiləsi yeni toqquşmaya səbəb ola bilər Səxavət Məmməd

Müsahibələr 15:33 07.07.2021

Azərbaycanla Ermənistan arasında sərhəd boyu gərginlik səngimək bilmir. Əsassız ərazi iddiasında olan Ermənistan tərəfi yenidən Rusiyanı iki ölkə arasında həll oluna biləcək sərhəd məsələsi ilə bağlı problemə cəlb etmək istəyir. 

Ötən gün Ermənistan mənbələrində üzərində Rusiya bayrağı olan hərbi maşınların Ermənistanın Azərbaycanla həmsərhəd Geqarkunik vilayətində hərəkətini əks etdirən fotolarının yayıldığı bildirilib. Məlumatda qeyd edilir ki, ermənilərin yaydığı fotolarda Rusiya sərhədçilərinin ərazi kəşfiyyatı aparan mobil qrupları əks olunub və onları  102-ci bazanın hərbçiləri dəstəklədiyi qeyd olunub. 

Hazırda Ermənistan tərəfi Sovet dövründəki ərazi bölgüsü prinsiplərinə əsaslanan mövcud demarkasiya prosesindən narazı olduğunu və Azərbaycan tərəfinin sərhədlərdən geri çəkilib, bütün proseslərə nəzarəti Rusiya buraxılmasını istəyir. Bu əsassız istək əlbəttə heç bir beynəlxalq qanuna sığmadığı üçün Azərbaycan tərəfini də əsa qane etmir. Lakin ortada Rusiyanın hərbi müdaxiləsi ehtimalı var və bu ehtimal gələcəkdə baş verə biləcəklərin daha gərgin hal alacağını istisna etmir. 

Eurasia Diary baş verənlərlə bağlı hərbi jurnalist Səxavət Məmməddən müsahibə alıb. 

- Rus hərbçilərinin Azərbaycanla Ermənistan arasındakı sərhədlərə doğru irəlilədiyi bildirilir. Hətta erməni tərəfinin yaydığı fotolarda Rusiya sərhədçilərinin ərazi kəşfiyyatı aparan mobil qrupları əks olunub və onları  102-ci bazanın hərbçilərin dəstəklədiyi iddia olunur. Azərbaycan tərəfinin buna reaksiyası nə ola bilər?

- Rusiyanın Ermənistandakı 102-ci bazası həm də Türkiyə ilə sərhədi qoruyur. Düşünürəm ki, həmin bazanın Azərbaycan sərhədinə gətirilməsi qeyri-qanunidir. Ümumiyyətlə, Rusiya hərbçiləri Qarabağda yalnız sülhməramlı missiyanı həyata keçirmək üçün gəliblər. Proseslər uzandıqca, erməni silahlılarının Qarabağın işğaldan azad edilməmiş ərazilərindən çıxarılmamasının gələcəkdə problemlər yaradacağı aşkar idi. Ermənistan Türkiyə ilə sərhədi ilə yanaşı, Qafan, Mehri və Texdəki torpaq sahələrinin Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin (FSB) Sərhəd qoşunlarına pulsuz istifadə üçün verdi və həmin ərazilərdən keçən sərhədi də Rusiya qoruyacaq. Amma Rusiyanın özbaşına Azərbaycan sərhədi daxilinə yerləşməsi qətiyyən yolverilməzdir. Bu yalnız o zaman baş verə bilər ki, Azərbaycan, Ermənistan və Rusiya ilə razılaşma əldə olunsun. Ümumiyyətlə, bu hadisə baş versə, Ermənistan dövlətinin demək olar bütün sərhədini Rusiya qorumuş olacaq. O zaman Ermənistan adlı dövlət nəyə və kimə lazımdır? Rusiya silahlılarının əraziyə gəlməsi və orada hansısa problem yaratmasına qarşı Azərbaycan tərəfi ciddi addımlar atmalıdır. Ən azı Türkiyəni prosesə qoşmalıdır. Sərhəddə və Qarabağda hər insident Rusiyanı prosesə daha da dərindən qoşma anlamına gəlir. Rusiya hər keçən gün bölgədə aqressivləşir. Bunun üçün beynəlxalq təşkilatlar da məlumatlandırılmalıdır.

- Bəzi məlumatlara görə, rus hərbçilərinin sərhəddə yerləşdirilməsi ilə bağlı üçtərəfli danışıqlar gedir. Erməni tərəfi qüvvələrin hər iki tərəfdən geri çəkilməsini istəyir və Azərbaycan tərəfi buna razılığını vermir. Qüvvələrimiz tutduqları mövqedən geri çəkilə bilərmi?

- Bəli, belə bir danışıqlar gedir. Rusiya sərhəddə insidentlər yaranmasın deyə, özünü prosesə qoşur. Sərhəddə yaranan təxribatları da, məhz Rusiyanın oyunu kimi görürəm. Danışıqlar getsə də, hələlik rəsmi bir razılaşma əldə edilməyib. Əgər belə bir razılaşma əldə olunsa, mütləq ictimaiyyətə açıqlama verilərdi. Belə bir şey olmadığına görə, Rusiyanın əməli zərərlidir. Hətta deyərdim ki, müharibədən öncəki təsir gücündən daha da güclü kimi görsənir. Azərbaycan tərəfi haqlı olaraq icazə vermir. Çünki Azərbaycan öz qanuni, beynəlxalq aləm tərəfindən, Rusiyanın özünün belə tanıdığı sərhədini qorumaq gücündədir və etməlidir. Düşünürəm ki, Azərbaycan hakimiyyəti buna getməz və getməməlidir. Bu birmənalı qarşılanmayacaq. Onsuz da Xankəndi, Xocavənd, Xocalı və Ağdərənin işğaldan azad edilməməsini həzm etməyən cəmiyyət, belə bir addıma qarşı çox sərt reaksiya verəcək. 

- Rusiyanın müdaxiləsi və Azərbaycan tərəfinin dirəniş göstərməsi halında, hansısa toqquşma ola biləcəyi ehtimalı nə qədərdir?

- Əslində ərazidə toqquşma ehtimalı hər zaman var. Çünki istər sərhəddə, istər Qarabağın işğaldan azad edilməmiş ərazilərində erməni silahlıları var. O silahlılar ərazidən çıxmadıqca, hər zaman, hər şeyə hazır olmalıyıq. Düşünmürəm ki, geniş miqyaslı toqquşma olsun. Ancaq lokal toqquşmalar mümkündür. Əslində, bu, müəyyən fasilələrlə baş verir. Rusiya birbaşa toqquşmaya getməz. Hər zaman maşa kimi erməni silahlılarından istifadə edəcək. Çünki ortada məlum Şuşa bəyannaməsi var. Rusiya Türkiyə ilə toqquşmaya getməkdən çəkinəcək. Çünki Türkiyə demək, həm də, NATO deməkdir.

- Sizcə Azərbaycanla Ermənistan arasında sərhəd demarkasiyası prosesində şəffaflığı təmin etmək üçün Rusiyadan başqa dövlətlərin də iştiraki zəruridirmi? Bu mümkün ola bilər?

- Düşünürəm ki, bu məsələdə mütləq başqa dövlətlər işə qarışmalıdır. Onsuzda sülhməramlı fəaliyyəti qeyri-qanunidir. Çünki sülhməramlılar bir ölkədən yox, bir 30 faizi keçməməklə bir neçə ölkədən formalaşmalıdır. Qarabağdakı sülhməramlı qüvvələr isə yalnız Rusiyaya məxsusdur. Azərbaycan sülhməramlı fəaliyyətə Türkiyəni qoşa bilmədi. Düşünürəm ki, sərhəd məsələsində Türkiyəni mütləq işə cəlb etməlidir. Yoxsa, Rusiyanın iştahası hər keçən gün daha da artacaq və nəticə Azərbaycan tərəfinin xeyrinə olmayacaq.

Elnur Ənvəroğlu 
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

Zakir Həsənov Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıq VERİB
13:20 20.04.2024
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
13:14 20.04.2024
Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ edib
13:06 20.04.2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi
13:02 20.04.2024
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:56 20.04.2024
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
12:43 20.04.2024
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı
12:29 20.04.2024
İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
12:16 20.04.2024
Sabah 30 dərəcə İSTİ olacaq
12:01 20.04.2024
Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
09:51 20.04.2024
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:46 20.04.2024
Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
“Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür" - Hikmət Hacıyev
09:15 20.04.2024
DİQQƏT: Bakıda bu saatlarda geomaqnit qasırğası başlayır
09:10 20.04.2024
Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Hamısı