Azərbaycanın KTMT-də iştirakı onun şərtlərinə hörmətə bağlıdır Sədrəddin Soltan

Müsahibələr 20:01 07.07.2021

Rusiyanın təşəbbüsü ilə yaradılan Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatı artıq 27 ildən artıqdır ki, fəaliyyət göstərir. Hazırda 6 üzvü və 2 müşahidəçisi olan bu təşkilata Azərbaycan da 1993-1999-cu illər ərzində üzv olub. KTMT-nin əsas məqsədi əslində regionda problemi olan ölkələrə dəstək olmaqdır. Halbuki, bu gün bu təşkilatın tərkibində olan bir çox dövlətlərin arasında problemlər çözülməz olaraq qalır. 

Xəbər agentliklərinin məlumatına görə, ötən həftə Düşənbədə KTMT üzvü olan ölkələrin Parlament Assambleyası Şurasının iclası olub və qərara alınıb ki, bloka tərəfdaş ölkələr institutu təsis edilsin. Bu haqda Rusiya Dövlət Dumasının mətbuat xidməti bildirib və əlavə edib ki, təklif iclasda Dövlət Dumasının spikeri Vyaçeslav Volodin tərəfindən irəli sürülüb.

Onun sözlərinə görə, KTMT-yə tərəfdaş ölkələr onun strukturlarında həlledici səsə malik olmayacaqlar, amma sənədlərin hazırlanmasında və kollektiv qərarların işlənilməsində iştirak etmək hüququ əldə edəcəklər. Bu da Volodinə görə, “bloka üzv ölkələrin prinsiplərini bölüşən ölkələrlə” qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə imkan verəcək.

Volodin habelə deyib ki, KTMT ilə əməkdaşlıq üçün bir sıra dövlətlər maraq göstərirlər. 

Dövlət Dumasının Avrasiya inteqrasiya məsələləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov isə bildirib ki, bu formata ən çox maraq göstərən ölkələr Azərbaycan və Pakistandır. Kalaşnikovun sözlərinə görə, “hərçənd bu haqda danışmaq qəbul edilməyib”, amma bu ölkələr KTMT yanında müşahidəçi statusu almaq üçün çoxdan öz arzularını ifadə ediblər.

Qeyd edək ki, Azərbaycanın KTMT-də müşahidəçi statusu alması məsələsi əvvəllər də dəfələrlə gündəmə gəlib, amma hər dəfə İrəvan “veto hüququndan istifadə edəcəyik” deyərək, məsələyə nöqtə qoyub. Digər tərəfdən, görəsən KTMT-də müşahidəçilik Azərbaycan üçün nə verə bilər, ümumiyyətlə bu təşkilatın təsir gücü nə dərəcədə problemlərin həllində rol oynaya bilər. 

Bütün bu məsələlərlə bağlı politoloq Sədrəddin Soltan Eurasia Diary-yə müsahibə verib.

- Öncə ondan başlayaq ki, KTMT-nin effektivliyi, nüfuzu və onun beynəlxalq səviyyədə təsir gücü nə qədərdir?  

- Bilirsiniz ki, KTMT Sovetlər birliyi dağıldıqdan sonra meydana gəldi. Əslində bu təşkilat sanki nəyisə yamsılamağa bənzəyir. Məsələn, deyərdim ki, MDB dağılmış SSR-ini, KTMT isə sanki Varşava müqaviləsini yamsılayana bənzəyir. Bununla Rusiya əslində ətrafında NATO-ya, xüsusilə də Qərbə qarşı bir növ hərbi blok yaratmış oldu. Göründüyü kimi də həmin təşkilata üzv olan ölkələrin nə ABŞ-la, nə Avropa ilə, nə də NATO ilə o qədər də ciddi münaqişəsi yoxdur. Burada yalnız Moskvanın Qərblə ziddiyyətləri olduğundan Rusiya ona meylli olan və onunla əməkdaşlıq etmək istəyən ölkələrlə müxtəlif siyasi, hərbi birliklər yaradır. O üzdən də hesab edirəm KTMT Varşava müqaviləsi təşkilatının çox zəif və dişsiz bir bənzəridir. 

O ki qaldı KTMT-nin təsir gücü və effektivliyi, mən deyərdim ki, bu təşkilatın gələcəyi parlaq və ümidverici deyil. Burada bir neçə tutarlı səbəblər vardir ki, onlardan ən əsaslıları Azərbaycanla Ermənistan arasında münasibətlərin tam qaydada olmaması, digər tərəfdən Tacikistanla Qırğızıstan arasında bəzi ziddiyyətlərin mövcudluğu, həmçinin KTMT-nin ona üzv olan ölkələrə maddi dəstək göstərmək üçün vəsaitinin olmamasıdır. Qeyd edim ki, Azərbaycan da təxminən altı il ərzində, 1993-cü ildən 1999-cu ilə qədər KTMT-yə üzv olub. Buna rəğmən Azərbaycan həmin illər ərzində KTMT-yə üzv olmaqda heç bir perspektiv görmədi. Məsələn, NATO təşkilatı ona üzv olan dövlətlərin istər ərazi bütövlüyü, istərsə də ordu quruculuğu məsələlərində həlledici rola malik olur. KTMT isə bu tələbləri qarşılamır. Hesab edirəm bu təşkilata üzv və ya müşahidəçi olmaq istəyi yalnız siyasi tədbirlərdə formal iştirak etmək niyyətindən irəli gələ bilər. Bunun xaricində bu təşkilatdan ciddi nəsə gözləmək doğru sayılmaz.

- İddialara görə, Azərbaycan və Pakistan KTMT-də müşahidəçi üzv olmağa can atır. Azərbaycanın bu təşkilata üzv olması və ya müşahidəçi statusu alması bizə nə verə bilər? Nəzərə alaq ki, Azərbaycan Qoşulmama hərəkatının üzvüdür.

- Pakistanın məlum olduğu kimi Hindistanla problemləri var. Buna baxmayaraq Pakistanın Çinlə münasibətləri çox normaldır. O üzdən qeyd etməliyəm ki, Pakistan Rusiyaya görə deyil, Çinə görə KTMT-yə üzv olmaq istəyə bilər. Pakistan münaqişə zamanı çətin durumda olarkən ona Rusiya deyil, Çin xeyli yardımlar etdi. Bu da Çinin regionda bir növ gücünü göstərmək üçün addımı kimi anlaşıla bilər. Azərbaycanın KTMT-də müşahidəçi olmaq istəyi isə sırf Rusiya xətrinədir. Bun da yalnız formal xarakter daşıya bilər. Çünki sirr deyil ki, Azərbaycan hər zaman NATO-nun proqramlarında iştirak edir, eyni zamanda Azərbaycan qərbə inteqrasiyaya meyl etməklə yanaşı, Qoşulmama Hərəkatının da üzvüdür. 

Ümumiyyətlə Rusiya hər zaman özünə yaxın ölkələrə qarşı təzyiqlər göstərir və yeri gəldikdə həmin dövlətləri ya özünə tabe edir, ya da bərbad duruma salaraq öz arxasinca süründürür. Məsələn, Belarusu  həmin ölkələrdən biri kimi göstərmək olar. Halbuki, ona qonşu olan Baltikyanı ölkələr nə KTMT-yə üzvdür, nə də Rusiyanın arxasınca gedirlər. Üstəlik onların inkişafı ilə Belarus arasında yerlə göy qədər fərq var. Bir sözlə qeyd etmək istərdim ki, istər KTMT, istərsə də Rusiyanın təşəbbüsü ilə yaradılan təşkilata və ya siyasi bloka üzv olmaq həmin ölkənin nə probleminin həlli nə də inkişafı anlamına gələ bilər. Bu sadəcə Rusiyanın yanında durub Rusiyaya fon verməkdir. Ümumiyyətlə Azərbaycan və Ermənistan və digər ölkələr münaqişəli məsələləri özləri həll edə, o cümlədən münasibətlərini qaydaya sala biləcəyi təqdirdə nə KTMT, nə də digər bir təşkilatın yaradılmasına ehtiyac var. 

- KTMT-nin üzv ölkələrindən olan Ermənistan dəfələrlə bəyan edib ki, Azərbaycanın təşkilata hər-hansı bir formada üzv olmaq istəyinə qarşı veto hüququndan istifadə edəcək. Rəsmi İrəvan bu iradından geri çəkilə bilərmi? Rusiyanın təzyiqi ola bilərmi?

- Ermənistan sadəcə bir fiqurdur. Rəsmən bir dövlət statusuna malik olsa da, onun idarəçiliyi tamamilə Rusiyanın əlindədir. Azərbaycan hər nə baş verəcəksə bunu Ermənistanla deyil, yalnız Rusiyanın Ermənistan üzərindəki qərarları əsasında həll edə biləcək. Bu da gizli deyil ki, Ermənistan adlanan bölgənin sahibi əslində Rusiyadır. Burada istər KTMT-nin, MDB-nin istərsə də İqtisadi İnkişaf İttifaqının aparıcı lideri yenə Rusiyadır və əgər Rusiya Azərbaycanın KTMT-yə üzv olmasını istəyəcəksə, buna Ermənistan da daxil olmaqla digər üzv dövlətlər mane ola bilməz. Sadəcə burada Rusiyanın istəməsi azdır. Bunu Azərbaycan tərəfi də istəməlidir və bu istəyin olması üçün də, Azərbaycan tərəfinin şərtləri təmin olunmalıdır. Şərtlər isə məlumdur və bunlardan ən başlıcası Ermənistanın Azərbaycana olan münasibəti, onun ərazi bütövlüyünü tanımasıdır.

Elnur Ənvəroğlu
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO

Xəbər xətti

Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
11:52 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış oldular
11:35 25.04.2024
Şuşada beynəlxalq müsabiqə keçiriləcək - TARİX AÇIQLANDI
11:25 25.04.2024
Qırğızıstan Prezidenti Füzuliyə GETDİ
11:18 25.04.2024
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
11:15 25.04.2024
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
11:05 25.04.2024
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
10:50 25.04.2024
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:39 25.04.2024
ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
10:20 25.04.2024
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
10:15 25.04.2024
Azərbaycanda balıq ovu qadağan edilir
10:07 25.04.2024
BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Rusiyada Harri Kasparovun həbsinə qərar verildi
09:09 25.04.2024
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
09:00 25.04.2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
Hamısı