Hikmət Hacıyev xarici diplomatların işğaldan azad edilmiş ərazilərə səfərlərinin təşkilinin məqsədini açıqlayıb

Müsahibələr 22:27 10.07.2021

Eurasia Diary Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin APA-ya müsahibəsini təqdim edir.

- Məlum olduğu kimi, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəlik rəhbərlərinin işğaldan azad edilmiş Şuşa şəhərinə səfəri təşkil olunub. Səfərdə hansı ölkələrin nümayəndələri iştirak ediblər?

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, ölkəmizin əraziləri işğaldan azad edildikdən və 2020-ci il noyabrın 10-da Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından sonra davamlı və mütəmadi şəkildə cənab Prezidentin səfərlərinin ardınca Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin də işğaldan azad edilmiş ərazilərimizə səfərləri təşkil olunur. Onlar yerindəcə mövcud vəziyyətlə, eləcə də ermənilərin 30 il ərzində törətdikləri vandalizm, Azərbaycan xalqının maddi və mənəvi irsinin talan və məhv edilməsi siyasəti ilə tanış olurlar. Bu xüsusda, artıq Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Laçın və Ağdam rayonlarına müxtəlif səfərlər təşkil olunub. Son belə səfər isə 9-10 iyul tarixlərində Şuşa şəhərinə təşkil olundu. Sonuncu səfərdə Avstriya, Belarus, Bolqarıstan, Braziliya, Çin, Əfqanıstan, Əlcəzair, Fələstin, Gürcüstan, Xorvatiya, İordaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kolumbiya, Koreya, Qətər, Latviya, Macarıstan, Malayziya, Meksika, Mərakeş, Niderland, Pakistan, Polşa, Serbiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə, Ukrayna, Yaponiya, Yunanıstan səfirləri, Belçika, BƏƏ, Çili, Estoniya, İraq, İran, Qazaxıstan, Litva, Liviya, Rumıniya, Slovakiya, Sudan və Venesuelanın müvəqqəti işlər vəkilləri, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkəmizdəki nümayəndələri iştirak etmişlər. Bu səfərlərdə, xüsusilə Şuşaya səfərdə iştirak etmiş bütün səfirlərə və əcnəbi diplomatik xidmət əməkdaşlarına təşəkkürümüzü bildirirəm.

- Diplomatların 9-10 iyul tarixli səfərinin proqramı barədə məlumat verə bilərsinizmi?

- Diplomatik nümayəndəlik rəhbərləri əvvəlcə Füzuli şəhərinə səfər etdilər. Orada onlar Füzuli Beynəlxalq Hava Limanı və “Füzuli” yarımstansiyası ilə tanış olublar. Daha sonra Şuşa şəhərinə yola düşən diplomatlar orada Şuşa Bəyannaməsinin imzalandığı yer, Saatlı məscidi, Natəvanın ev kompleksi, Xan Qızı bulağı, Şuşa Qala divarları, Yuxarı Gövhər Ağa məscidi, Aşağı Gövhər Ağa məscidi, Pənahəli xanın sarayının qalıqları olan ərazi, “Realnı” məktəbinin binası və Qazançı kilsəsi ilə tanış olublar.

Qeyd etmək istərdim ki, Ermənistan tərəfindən Şuşa şəhərində görülən quruculuq və bərpa işləri ilə bağlı hətta müxtəlif qarayaxma kampaniyası aparılırdı. Şuşaya səfərlə diplomatik nümayəndəlik rəhbərləri oradakı maddi mədəni və dini abidələrin təmiri və bərpası, eləcə də müasir şəhərsalma qaydaları tətbiq olunmaqla şəhərin urban planlaşdırma və inkişaf konsepsiyaları ilə əlaqədar olan işlərlə də yerindəcə tanış olmaq imkanı əldə etdilər.

- Səfər diplomatik nümayəndəlik rəhbərlərində hansı təəssüratları yaratdı?

- Qısa müddət ərzində infrastruktur layihələrinin belə yüksək sürətlə həyata keçirilməsi hər kəsdə böyük heyranlıq doğurdu. Belə ki, yerindəcə məlumat verildi ki, Füzuli şəhərində hava limanının tikintisi üzrə artıq çox ciddi irəliləyişlər əldə edilib və qarşıdan gələn payız aylarında orada ilk sınaq uçuşlarının həyata keçirilməsi nəzərdə tutulub. Elektrik şəbəkələrinin və elektrik ötürücü xətlərinin quraşdırılması, “Füzuli” yarımstansiyasından Şuşa şəhərinə elektrik enerjisinin çatdırılması, yol-nəqliyyat infrastrukturunun qurulması, ələlxüsus çətin relyef şəraitində Zəfər yolunun və digər paralel yolların çəkilməsi qonaqlarda böyük təəssürat yaratdı.

Şuşa şəhərinə səfər etmiş diplomatik korpus arasında ümumi formalaşan fikir ondan ibarətdir ki, ermənilər tərəfindən sistematik şəkildə Azərbaycanın işğal altında olan Füzuli və Ağdam şəhərlərinin dağıdılması və məhv edilməsi siyasəti həyata keçirilib. Belə ki, həmin şəhərlərdə fiziki olaraq ermənilərin mülki əhalisi yaşamırdı. Amma eyni mənzərənin onlar Şuşa şəhərində də şahidi oldular. Ermənilər Şuşa şəhərində yaşasalar da, Şuşa da çoxsaylı dağıntılara məruz qalıb və onun maddi mədəni irsinə ciddi ziyan dəyib. Diplomatik heyət də daxil olmaqla, heç kim Ermənistanın bu vandalizm əməllərini törətməkdə məqsədinin nədən ibarət olmasına birmənalı cavab tapa bilmirdi. Əslində, cavab sadədir. Ermənilər Şuşa daxil olmaqla, digər işğal etdikləri ərazilərə yad olub, ona görə də müvəqqəti işğal dövründə yalnız talanla məşğul olub.

Bildirmək istərdim ki, bu kimi səfərlər olduqca əhəmiyyətlidir. Diplomatlar real faktlar ilə yerində tanış olmaq imkanı əldə etdilər. Səfirlərin tam dolğun məlumatla təmin olunması onların təmsil etdikləri ölkələrin düzgün məlumatlandırılması və yalan və qərəzli siyasi kampaniyaların qarşısının alınmasıdır. Bu, bir daha Azərbaycanın bu kimi məsələlərdə açıqlığını və şəffaflığını göstərir.

Cənab Prezidentin tapşırığına uyğun olaraq bu kimi səfərlər bundan sonra da təşkil olunacaq.

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Qubad İbadoğluya YEKUN İTTİHAM elan edildi
15:52 18.04.2024
Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans KEÇİRİLİR
15:50 18.04.2024
Hamısı