Rusiyadan qopub Avropaya yönələn Moldova - yeni seçkilər nəyi vəd edir? | Eurasia Diary - ednews.net

19 Sentyabr,

Rusiyadan qopub Avropaya yönələn Moldova - yeni seçkilər nəyi vəd edir?

Müsahibələr A- A A+

Moldovada keçirilən növbədənkənar parlament seçkiləri ölkənin yeni prezidenti Maya Sandu tərəfdarlarının ciddi qələbəsi ilə başa çatıb. Xatırladaq ki, Moldovanı Avropa İttifaqına aparmaq istəyən Sandu prezident seçildikdən dərhal sonra Rusiyapərəst keçmiş prezident İqor Dodonun nəzarətində olan parlamenti buraxmışdı. Sandu bu addımını həyata keçirmək istədiyi islahatlar yolunda ona mane ola biləcək bütün qüvvələri kənarlaşdırmaq istəyi ilə əlaqələndirmişdi. 

Ukrayna və Avropa İttifaqı üzvü olan Rumıniya arasında yerləşən Moldova, uzun illərdir xarici siyasətini tam müəyyən edə bilmir. Ərazisində Dnestryanı bölgə problemi olan Kişinyov Brüssellə daha sıx əlaqələr və ya Moskva ilə münasibətləri qorumaq məsələsində zaman-zaman problem yaşayıb. Noyabr ayında xalqa islahat vədləri verən Sandu Dodona sadiq olan millət vəkilləri tərəfindən ciddi maneələrlə üzləşmişdi. Bunun ardınca keçmiş Dünya Bankı iqtisadçısı aprel ayında parlamenti buraxdı və növbədənkənar səsvermə təyin etdi. Hazırda seçkilərdə qalib olan sağçı Sandu 52 faiz səslə üstünlük əldə edib və o, Moldovanı Rusiyadan tam qopararaq Avropaya doğru inteqrasiya etməyin astanasındadır. 

Ukraynalı politoloq Vadim Tryuxan seçkilərdən sonra Moldovada gələcək siyasi proseslərlə bağlı Euriasia Diary-yə müsahibə verib. 

Ukrayna bir rus şousunda rus qonaqlarını tantruma qonaq etdi - ForumDaily

- Moldovada parlamentə növbədənkənar seçkilər keçirilib və bu dəfə prezident Maya Sandunun Avropa meylli sağçı “Fəaliyyət və Həmrəylik” partiyası səslərin 52 faizini qazanaraq qalib olub. Bununla Moldova Rusiyadan tamamilə qopurmu? 

- Dünən gecə seçkilərin nəticəsi bəlli olana qədər çox az adam Moldova Prezidenti Maya Sandunun partiyasının bu cür böyük bir uğur qazana biləcəyini ağlına gətirə bilirdi. Lakin nəticələr də göstərdi ki, Moldova vətəndaşları öz sözlərini deyə bildi. Buna baxmayaraq, deyə bilərəm ki, Moldovadakı Rusiyapərəstlərin qisas alma hirsi heç də soyumayıb. Moldovanın xarici siyasətinə kənardan təsir göstərmək üçün bəzi cəhdlər hələ də davam etdiriləcək. Lakin onu əminliklə deyə bilərəm ki, bundan sonra bu ölkədə rusmeyllilər hakim olmayacaq.

- Keçmiş sosialist və kommunistlərin koalisiyası tərəfindən müdafiə olunan, vaxtilə Kremlin havadarı olan İqor Dodon, eləcə də sabiq prezident Vladimir Voronin cəmi 27 faiz səs toplaya bilib. Rusmeylli partiyanın belə az səs toplamasının əsas səbəbi nə ilə bağlı ola bilər? 

- Səbəb budur ki, kommunistlərin və sosialistlərin koalisiyası iflasa uğradı. Hesab edirəm ki, yoldaş Voronin və Dodon üçün nəticələr onsuz da məna baxımından fərqlidir. Voroninin rəhbərlik etdiyi kommunistlər uzun müddət sonra Moldova siyasətinə qayıdırlar. Dodonun sosialist tərəfdarları bundan əvvəl hakim siyasi qüvvə olsalar da, hazırda sayları təxminən 15 deputat yerinə qədər enib. Və onlar parlamentdə qəbul ediləcək qərarlara heç təsir göstərə bilməyən kiçik bir həmkar qrupa çevrilirlər. Fikrimcə, solçu partiyaların blokunun nəticəsinin bu qədər aşağı olması, moldovalıların onları artıq tanımaları ilə bağlıdır. Xalq artıq həmin partiyaların ölkədə yaxşıya doğru nəsə addım ata biləcəklərinə inanmır. Nəticə etibarı ilə də ölkə əhalisinin maddi durumuna görə Moldova Avropanın ən kasıb ölkəsi olaraq qalır. Ona görə də, seçicilər artıq 2 il əvvəl Ukraynada olduğu kimi, bütün hakimiyyəti prezident Sandu və onun siyasi partiyasına vermək qərarına gəldilər.

- Xalq noyabr ayında böyük islahatlar vəd edən yeni lider Maya Sandaudan nələri gözləyə bilər? 

- Moldova vətəndaşlarının Prezident Maya Sandu ilə bağlı kifayət qədər yüksək gözləntilərə sahib olduğunu düşünürəm. Hər şeydən əvvəl insanlar ölkələrində layiqli bir həyat səviyyəsinə, işləyən bir məhkəmə sisteminə və Aİ üzvlüyünə doğru irəliləməyə nail olmaq istəyirlər. Bundan əlavə, təxminən 30 ildir qıcıqlanma faktoru olaraq qalmış və sərt təhlükəsizlik problemlərini daşıyan Dnestryanı problem heç bir nəticəyə varmayıb. Bu səbəbdən, birlikdə fəaliyyətə başlayan hökumət və parlament gələcəkdə çox böyük bir potensiala sahib olacaq. Eyni zamanda, müxtəlif tərəflərdən gələn tənqidlər ölkədə sabitliyi pozmaq üçün həm Rusiyapərəst siyasi qüvvələrin, həm də Kremlin əlində istifadə edəcəyi bir amil olacaqdır.

Elnur Ənvəroğlu 

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...