Şimali Kiprə tarixi səfər Böyük siyasi oyunun ayaq səsləri eşidilir

Müsahibələr 12:02 16.07.2021

Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Şimali Kipr Türk Respublikasına səfər edəcək. Milli Məclisin beynəlxalq əlaqələr komitəsinin rəhbəri, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin başçısı Səməd Seyidovun rəhbərlik etdiyi heyət Şimali Kiprə yola düşür.

Səfərdən öncə Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin rəhbəri Akif Çağatay Kılıc Səməd Seyidovun rəhbərlik etdiyi ilə heyətlə görüşüb. Türkiyə KİV-ləri xəbər verir ki, Kılıc Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin Şimali Kiprə səfərini “tarixi” adlandırıb.

 “Bu, Azərbaycan parlamentinin nümayəndə heyətinin Şimali Kiprə ilk tarixi səfəridir. Nümayəndə heyəti Şimali Kiprin azad olunmasının 47-ci ildönümü ilə bağlı keçirilən tədbirlərə qatılacaq və daha sonra iyulun 20-də Sülh və Barış günü tədbirlərində iştirak edəcək. Mərasimdə Türkiyə dövlət başçısı da iştirak edəcək. Biz bu mühüm addıma görə minnətdarıq. Bu, dünyaya mesajdır və Azərbaycan-Türkiyə qardaşlığının növbəti nümayişidir”, - Kılıc deyib.

Mövzuyla bağlı Şimali Kipr Türk Respublikası parlamentinin deputatı, Milli Birlik Partiyasının nümayəndəsi İzlem Gürçağ Eurasia Diary-ə eksklüziv müsahibə verib:

Dilekçe ve Ombudsman Komitesi Başkanı İzlem Gürçağ seçildi - Er Meydanı TV

- Azərbaycan parlament nümayəndələrinin Şimali Kipr Türk Respublikasına (ŞKTR) ilk tarixi səfərini necə qiymətləndirirsiniz?

- Əvvəlcə onu bildirim ki, bizlər, yəni, Şimali Kipr və Azərbaycan türkləri eyni millətin övladlarıyıq. Bu günlərdə millət vəkilləri səviyyəsində qardaş Azərbaycan Respublikasının nümayəndə heyətinin türk Kiprinə edəcəkləri ilk rəsmi səfəri çox yüksək qiymətləndirir və bunun beynəlxalq aləmdə ciddi rezonansa səbəb olacağını düşünürəm. Çünki bu səfər Şimali Kipr ilə Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətləri baxımından yeni bir dövrün başlanğıcı olacaq.

- Şimali Kipr ilə Azərbaycan arasında gələcəkdə münasibətlər hansı səviyyədə inkişaf edə bilər?

- Türk xalqlarının və türk dünyasının bir parçası olaraq Azərbaycan və ŞKTR hər zaman, istənilən şəraitdə bir və bərabər olmalıdır, olacaqdır. İki dövlətin və iki xalqın qarşılıqlı əlaqələrinin inkişaf etdirilməsi üçün qarşımıza çıxa biləcək bütün maneələri və çətinlikləri aşa biləcəyimizə inanıram və bu inancım paylaşdığımız ortaq dəyərlər və soykökümüzdən gəlir. Odur ki, gələcəyə doğru atacağımız addımlar siyasi və mədəni bağlarımızı daha da gücləndirməli, iqtisadi əməkdaşlığın təməlləri atılmalı, dövlətlərimizin daha da yaxınlaşması üçün mümkün olan bütün tədbirlər həyata keçirilməlidir.

- Azərbaycanlı millət vəkillərinin ilk rəsmi səfərindən sonra digər dövlət nümayəndələrimizin Türk Kiprinə səfərini gözləyirsinizmi? ŞKTR-nin müstəqilliyi Azərbaycan tərəfindən tanına bilərmi?

- Qeyd etdiyimiz kimi, məqsədimiz də budur və bu yolda qarşımıza çıxan hər maneəni iki xalq, iki dövlət olaraq həmrəy şəkildə aşacağımıza inanıram. Azərbaycanlı millət vəkillərinin sözügedən rəsmi səfəri gələcəkdə dövlət başçıları səviyyəsində keçiriləcək görüşlərin və nəhayət dövlətimizin müstəqilliyinin Azərbaycan tərəfindən tanınmasının ayaq səsləridir.

Nicat İsmayılov

 

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ edib
13:06 20.04.2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi
13:02 20.04.2024
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:56 20.04.2024
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
12:43 20.04.2024
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı
12:29 20.04.2024
İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
12:16 20.04.2024
Sabah 30 dərəcə İSTİ olacaq
12:01 20.04.2024
Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
09:51 20.04.2024
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:46 20.04.2024
Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
“Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür" - Hikmət Hacıyev
09:15 20.04.2024
DİQQƏT: Bakıda bu saatlarda geomaqnit qasırğası başlayır
09:10 20.04.2024
Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Hamısı