İsrailin Suriyaya raket atəşi iddiaları İran və Rusiyanın kampaniyasıdır Ekspert

İslam dünyasının dini inancları ilə oynamağa çalışan İran, Seyyidə Zeynəb qəsəbəsini provokativ məqsədlə hədəf seçdi

Müsahibələr 13:07 26.07.2021

Suriyanın hava hücumundan müdafiə bazası son həftə ərzində artıq üçüncü dəfədir ki, Dəməşq şəhərini və onun ətrafında yerləşən Seyyidə Zeynəb qəsəbəsini hədəfə alan raket zərbələrini dəf etməkdədir. 

Bazar günü təxminən səhər saat 05:40 radələrində atılan iki ədəd raket Rusiyanın Suriya hava hücumundan müdafiə bazasında təchiz etdiyi Buk-M2E sistemi tərəfindən zərərsizləşdirilib. Bundan əlavə. hadisənin İsrailə aid F-16 təyyarələrinin Dəməşq şəhərinin 10 km cənubundakı Seyyidə Zeynəb qəsəbəsindəki təyin olunmayan obyektləri hədəf aldığı zaman baş verdiyi bildirilir.  

Bəzi mənbələrin verdiyi məlumata görə, İsrail tərəfindən atıldığı iddia edilən raketlər kimyəvi silahlar qrupuna aiddir. Lakin dinc əhalinin məskunlaşdığı ərazini hədəf almayan və heç bir insan itkisinə səbəb olmayan bu naməlum hücumun məqsədi müxtəlif formalarda yorumlanır. Məsələn, Rusiya mənbələri bildirir ki, İsrail son iki həftə ərzində Livan istiqamətindən dəfələrlə Suriya hava sərhədini pozaraq Xüms üzərində F-16 döyüş təyyarələri ilə qanunsuz uçuş həyata keçirib. İsrail tərəfi isə bunu İranın Suriyadakı terror qruplarından müdafiə məqsədilə etdiyini bildirir. 

Məsələ ilə bağlı Orta Şərq Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan Eurasia Diary-yə müsahibə verib. 

SƏDRƏDDİN SOLTANIN ŞƏRHİ – Azərbaycan Ruznaməsi

- Rusiya MN bildirir ki, İsrail son iki həftədə Livan istiqamətindən Xüms üzərində qanunsuz hava reydləri həyata keçirib. Bunu İsrail guya İranın terror təhlükəsinə qarşı bir müdafiə kimi dəyərləndirsə də, Suriya bu addımı öz suverenliyinə təhdid olaraq qınayır. Bu Suriya ilə İsrail arasında hər hansı bir gərginliyə yol aça bilərmi? 

- Əslində bilirsiniz ki, bu ilk hadisə deyil. Bu cür hadisə dəfələrlə təkrar olunub və olunmaqdadır. Əsas səbəblərdən biri isə Bəşər Əsədin “Şairat” hərbi bazasının yerləşməsidir. Sual oluna bilər niyə Suriyanın hərbi bazası. Onu da əlavə edim ki, bu bazada "Hizbullah"ın və İran yönümlü digər hərbi qüvvələr yerləşdirilib. Bundan əlavə, həmin hərbi baza Rusiyaya aid olan MİQ-23 və SU-22 təyyarələrinin yerləşdirildiyi strateji ərazidir. Deməli nəticə onu göstərir ki, İsrailin Xümsü bombalaması təkcə bir bazanı hədəfə almaq deyil, burada həm İran, həm Əsəd qüvvələri, həm də Rusiyanın İsrailin özü üçün təhdid hesab etdiyi strateji hərbi bazanı zərərsizləşdirməkdir. Lakin onu da əlavə edim ki, bunun digər strateji məqsədi İsrail tərəfinin rəsmi açıqlamasından sonra dəqiq məlum olacaq. 

Sualınıza gəlincə, ümumiyyətlə Suriya ilə İsrail arasında münasibətlər həmişəki kimi gərgin olaraq qalır. Hətta İsraildə hakimiyyət dəyişsə belə gərginlik zərrə də olsa azalmayıb. Bunu Suriyadakı adı qeyd olunan hədəflərə atılan raket atəşi ilə də izah etmək olar. 

İsraillə Suriyanın ortaq dil tapması müəyyən şərtlərə bağlı ola bilər. Bunlardan biri, Suriyanın İran hərbi qüvvələri olan "Hizbullah"ı açıq şəkildə dəstəkləməməsi və Suriyanın sərhəd mövzusunda məchul qalan “Qolan təpələri”nə əvvəlki kimi gərgin yanaşmamasıdır. Digər əsas məsələ isə Bəşər Əsədin Rusiya və İranı müdafiə etməməsi və hakimiyyətdən gedərək yerinə uyğun birinin gəlməsidir. Bunların baş verməsi ümidverici görünmür. Bu səbəbdən münasibətlər hələ uzun müddət öz gərginliyində qalacaqdır. 

- Bəzi mənbələr bildirir ki, müttəfiq olan Rusiya və İran müdafiəsinə sığındığı Suriyanın vasitəsilə İsraili oyuna və ya provokasiyaya çəkmək istəyir. Bu iddialar nə qədər doğru ola bilər? 

- Qeyd edim ki, İsrailin Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misirlə isti münasibətlərinin yaranması nə İran, nə də Rusiya tərəfindən müsbət qarşılana bilər. Çünki hər iki tərəf İsraillə ərəb ölkələri arasında gərginliyin qalmasını istəyir. Bunun isə əsas səbəbi İsraillə ərəb bağını ayıraraq, ərəb ölkələrini yalnız İran və Rusiyaya meyilləndirmək, eyni zamanda Rusiya silahının ərəb dövlətlərinə satışını daha da genişləndirməkdir. Bu da heç şübhəsiz, Rusiyanın regionda mövqeyinin möhkəmlənməsinə gətirib çıxara bilər. Əksinə analiz etdikdə isə, İsrail tərəfi ərəb dövlətləri ilə əlaqələrini möhkəmləndirdikcə Rusiya və İranın Suriyadakı mövqelərinə ciddi xələl gəlmiş olacaq. Səbəb budur ki, Suriyada Əsəd rejiminə qarşı olan döyüşçü qüvvələr və digər ərəb təşkilatları Sədiyyə Ərəbistanı və BƏƏ tərəfindən dəstəklənirlər. 

- Hədəfə alınan Seyyidə Zeynəb qəsəbəsinin strateji əhəmiyyəti nədir? Niyə məhz İsrail raketləri buranı hədəf olaraq seçib?  

- Bu sualın cavabı ikinci suala bağlıdır. Qeyd etdiyim kimi, Suriyadakı Sədiyyə Ərəbistanı və BƏƏ tərəfindən dəstəklənən anti-Əsəd qüvvələr Suriya, İran və Rusiyanı bərk narahat edir. Bunun qarşısını almaq üçün həm İran, həm də Suriya guya İsraili İslam dünyası üçün önəm daşıyan Seyyidə Zeynəb qəsəbəsini bombalaması ilə ittiham edir. Əslində Suriyanın Əsəd rejimi əvvəllər dəfələrlə dinc əhaliyə qarşı kimyəvi silahlardan istifadə edərək kütləvi qırğınlar törədib və bundan əsla çəkinməyib. 

Suriyanın İsrail tərəfindən hədəfi bəlli olmayan raket atəşinin məhz həmin qəsəbəyə atıldığını iddia etməsini sadəcə Əsəd hakimiyyəti, eləcə də İranın İslam dünyasına bir çağırış mesajı kimi qeyd etmək olar. 

Ümumiyyətlə, bu qəsəbə İslam dininin həssas nöqtələrindən biridir. İslamın son peyğəmbəri olan Həzrəti Məhəmmədin nəvəsi xanım Zeynəbin dəfn olunduğu və məqbərəsi inşa edilən həmin ərazi Dəməşq şəhərinin 10 km-də yerləşir. Bu ərazi ərəb ölkələri üçün dini baxımdan həssas bir bölgə olduğu üçün xüsusilə İran dövləti Suriyanın əli ilə İsrail əleyhinə bir kampaniya təşkil etmək istəyir. Buna görə də hədəfin məhz Seyyidə Zeynəb qəsəbəsi olması sadəcə bir provokasiya ola bilər.     

Elnur Ənvəroğlu 
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Hamısı