"Azərbaycan və Türkiyənin multikultural dəyərləri üst-üstə düşür" Oqtay Hacımusalı

Müsahibələr 13:21 30.07.2021

Qərbi Azərbaycan İcması Ankara təmsilçiliyinin mətbuat xidmətinin rəhbəri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Türkiyədəki təmsilçisi və Ankarabaku.com saytının baş redaktoru, yazıçı- jurnalist Oqtay Hacımusalı Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisində olub və Fondun prezidenti Umud Mirzəyevlə görüşüb. 

O. Hacımusalı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Türkiyədəki təmsilçiliyinin fəaliyyəti barədə EDNews.net-ə müsahibə verib.

O, 2021-ci ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Türkiyə təmsilçisi təyin olunub. Bundan öncə Heydər Əliyev Mərkəzində mədəniyyət koordinatoru, Türkiyədə Anka Azərbaycan Mədəniyyət və İncəsənət dərnəyində baş məsləhətçi olaraq fəaliyyət göstərib. Türkiyə-Azərbaycan, Türk dünyası, Türkiyə-Orta Asiya, Türkiyə-Rusiya münasibətləri ilə bağlı davamlı yazılar və müsahibələrlə Azərbaycan və Türkiyə mətbuatında çıxış edib. Vətən müharibəsində əldə edilən qələbədən sonra Türkiyə və Azərbaycan münasibətlərinə töhfə vermək üçün Ankarabaku.com saytını yaradıb.

O. Hacımusalı qeyd edib ki, Bakı Multikulturalizm Mərkəzinin Türkiyədəki təmsilçiliyi 2021-ci ildən Türkiyə-Azərbaycan münasibətlərinin inkişafı, Azərbaycan mədəniyyəti və mutikultural dəyərlərinin Türkiyədə təbliği, eləcə də media istiqamətində fəaliyyət göstərir:

“Şuşa və Bakı bəyannamələrindən sonra Azərbaycan Orta Asiyaya açılan qapı üçün bir ölkə rolunu oynamağa başladı. Azərbaycanın həm Türkiyəyə tanıdılması, həm də Türkiyə vasitəsilə Orta Asiya və digər türk xalqlarının dünyaya çıxması üçün vasitəçi rolunu oynayırıq. Türkiyə Avropa və Asiyada yerləşən qovşaq nöqtəsi olmaqla geosiyasi mərkəzlərdən biridir. Orada fəaliyyət göstərmək həm şərəfli, həm də məsuliyyətlidir. Məsuliyyətlidir ona görə ki, dünyada gedən bir çox proseslərdə siz ölkənizin maraqları, qırmızı cizgilərini, daxili və xarici siyasətini çox mükəmməl şəkildə bilməlisiniz. Şərəflidir, çünki, siz tarixin bir parçasına çevrilirsiniz. Baş verən hər bir hadisə 50 ildən sonra tarixin qızıl səhifələrindən birinə çevriləcək. 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin müxtəlif media qurumları ilə ciddi əməkdaşlıq etdik. "Yeni Akit" qəzeti, Türkiyədəki portallar və ya televiziyalarla əməkdaşlıqlarda sonuna qədər dəstək hiss edirdik. Azərbaycandan olan siyasi partiyalar, millət vəkilləri, QHT nümayəndələri, media işçilərinə qapımızı açdıq və Azərbaycan həqiqətlərini dilə gətirmələrini təmin etdik. Bu bizim vətəndaşlıq borcumuzdur”.

O. Hacımusalı baş redaktoru olduğu Ankarabaku.com saytı barədə danışıb:

“Türkiyə arealından da kənara çıxaraq, Avropada fəaliyyət göstərən türkdilli saytlar, Orta Asiyadakı türkdilli və rusdilli saytlarla əməkdaşlığı artıq formalaşdırırıq. Mərkəzin Türkiyə təmsilçiliyi olaraq, eyni zamanda  Ankarabaku.com saytının illərdən bəri yığılan fərqli təcrübələrindən yola çıxaraq fəaliyyət göstəririk. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində ermənilərin törətdiyi vandallıq aktlarının dünya ictimaiyyətinə çatdırırıq”.

O. Hacımusalı bildirib ki, Azərbaycan əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən multikultural siyasət həyata keçirir. Azərbaycanda yaşayan hər bir azərbaycanlı millətindən, dinindən, irqindən asılı olmayaraq buranı öz vətəni bilir:

“Birinci və ikinci Qarabağ savaşında hər bir azərbaycanlı bura öz vətəni kimi yanaşdı, uğrunda vuruşdu. Bütöv azərbaycanlı ailəsində çiyin-çiyinə döyüşdülər, şəhid və qazi olanlar oldu. Azərbaycanda əsrlər boyu bütün dinlərin və millətlərin nümayəndələri sülh və əminamanlıq şəraitində yaşayıblar. Digər dövlətlərdə yaşanan irqi, milli qarşıdurmalar Azərbaycanda baş verməyib. Çünki biz irəliyə baxa bilirik. Dövlətimiz müstəqillik qazandıqdan sonra bu proses daha da geniş vüsət aldı. İnanıram ki, bu proses daha da böyüyəcək”.

O qeyd edib ki, Azərbaycan multikulturalizmi və dini tolerantlığı sadəcə ölkə daxilində deyil, dünyada da təbliğ olunur və ciddi mənada dünyanın diqətini cəlb edib:

“Samuel Hantinqtonun "sivilizasiyaların toqquşması" nəzəriyyəsinə görə dünyada multikultural dəyərlər artıq iflasa uğrayıb. Azərbaycan bu dəyərləri qoruyub saxlayan azsaylı ölkələrdən biridir. Azərbaycan və Türkiyənin multikultural dəyərləri, əsrlərdir formalaşmış ənənələri üst-üstə düşür. Türkiyədə oturuşmuş, qəlibləşmiş streotiplər var. Amma nəticə etibarilə Türkiyədə də fərqli mədəniyyətlərin bir arada yaşaması kimi multikultural bir ənənə var. Bunun bir çox geosiyasi təzahürləri var. Hər bir ölkənin özünün fərqli mutikultural siyasəti var. Azərbaycanda bu dövlət siyasəti formasında həyata keçirilir. Türkiyədə isə bu arxa plandadır. Biz hər zaman insanların dinindən, dilindən, irqindən asılı olmayaraq insan kimi yaşamasını, şəxsiyyət kimi formalaşmasını ön plana çıxarmışıq. Azərbaycanda multikultural dəyərlər mozaikaya bənzəyir. Qubada bir-birinə qonşu olan və fərqli dildə danışan yeddi kənd var. Sevindirici haldır ki, fərqli etnik qruplar assimilyasiyaya uğramadan bizimlə çiyin-çiyinə yaşayırlar.

Azərbaycan heç zaman digər millətlərə qarşı aqressiv münasibətdə olmayıb. Bu gün Azərbaycan Prezidenti “Bizim kimsənin torpağında gözümüz yoxdur” fikrini səsləndirir. Cənab Prezidentin Ramazan bayramında Qəbələnin Nic qəsəbəsinə getməsi, 44 günlük müharibə dövründə Heydər Əliyev Fondunun dəstəyilə bir gün belə təmiri dayanmayan Müqəddəs Məryəm Ana kilsəsini ziyarət etməsi əslində dünyaya mesaj idi ki, yəni biz heç bir şəkildə öz ölkəmizdə yaşayan kimsənin hüquqlarını əlindən almırıq. Bildiyiniz kimi, udin icması Çar Rusiyası zamanından bəri ibadət haqqı əlindən alınmış bir topluluqdur və Azərbaycan onların hüquqlarını, tarixi mirasını özünə qaytardı. Bu yalnız Nic və digər qəsəbələrin hüququnun qaytarılmasıyla yekunlaşmadı, eyni zamanda işğaldan azad olunan ərazilərdəki alban kilsələri alban icmasına verildi. İndi onlar orada öz ibadətlərini həyata keçirir. Təsəvvür edin ki, illərlə ibadət etməyə yeriniz yoxdur və birdən-birə Azərbaycan dövləti bu haqqı sizin özünüzə qaytarır. Azərbaycan Alban-Udin Xristian dini icmasının sədri Robert Mobili orada çıxışında “biz Azərbaycanın bir parçasıyıq və bundan qürur duyuruq” deyə bildirdi. Əslində o Azərbaycanda yaşayan bütün fərqli etnos və etnik qrupların, ortaq dini konfessiyaların sözlərini demiş oldu. Dünyada bundan gözəl şey yoxdur, siz hər kəsə öz haqqını verirsiz. Hamı ümumi Azərbaycan mədəniyyətinin bir parçasıdır, eyni zamanda həmin mədəniyyətin daşıyıcılarıdır.

Azərbaycandan kənarda yaşayan azərbaycanlıların hər birinin içində azərbaycanlılıq var. Biz bunu kənarda daha rahat şəkildə görə bilirik. 44 günlük müharibə dövründə Azərbaycanın Ankaradakı Səfirliyi qarşısında, Ankara küçələrində və digər yerlərdə Azərbaycana dəstək yürüşləri keçirildi. Bu işdə Diasporla İş üzrə Dövlət Komitəsinin çox böyük rolu var. Azərbaycan mədəniyyətinin təbliği və Azərbaycan evlərinin fəaliyyət göstərməsi əslində ölkəmizin tanıdılması istiqamətində xarici siyasətimizin tərkib hisssəsidir. Azərbaycan mədəniyyətinin təbliğ olunduğu ocaqlar görürük. 10-15 il bundan qabaq bunu xəyal belə edə bilməzdik. Bu il Ankarada Azərbaycan Evi açıldı. Bunun özü böyük hadisədir və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və mədəniyyətinin təbliği istiqamətində ən böyük təbliğat vasitələrindən biridir".  

Gülnar Səlimova

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO

Xəbər xətti

Ana-oğul DSMF əməkdaşını aldadıb 162 min aldı
13:05 24.04.2024
Rusiyadan Ermənistan parlamentinə SORĞU
Rusiyadan Ermənistan parlamentinə SORĞU
12:55 24.04.2024
Macarıstan XİN rəhbəri Azərbaycana gəlir
12:52 24.04.2024
FHN əhaliyə MÜRACİƏT ETDİ
12:45 24.04.2024
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası BAŞLADI
12:34 24.04.2024
Qazaxın qaytarılan 4 kəndi xarici mediada işıqlandırılıb - FOTO
12:10 24.04.2024
ABŞ kiberhücumlara görə İran şirkətlərinə və şəxslərə qarşı sanksiyalar tətbiq edir
ABŞ kiberhücumlara görə İran şirkətlərinə və şəxslərə qarşı sanksiyalar tətbiq edir
12:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
11:54 24.04.2024
Laçında, Həkəri çayının sahilində peşə yarmarkası keçiriləcək
11:51 24.04.2024
"Sülh müqaviləsi bütün manipulyasiyalara son qoyacaq" - Tural Gəncəliyev - VİDEO
"Sülh müqaviləsi bütün manipulyasiyalara son qoyacaq" - Tural Gəncəliyev - VİDEO
11:44 24.04.2024
Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO
11:40 24.04.2024
İtaliyada dondurma satışına məhdudiyyət gətirir
İtaliyada dondurma satışına məhdudiyyət gətirir
11:30 24.04.2024
Sadır Japarov Azərbaycana gəldi
11:24 24.04.2024
AMEA-da iki elmlər doktoruna BÖYÜK VƏZİFƏ verildi
11:18 24.04.2024
Hindistan ballistik raket atıb
Hindistan ballistik raket atıb
11:15 24.04.2024
Ən çox spirtli içki qəbul edən ölkələr açıqlanıb - TOP 10
Ən çox spirtli içki qəbul edən ölkələr açıqlanıb - TOP 10
11:00 24.04.2024
Rusiya XİN: Qərb Cənubi Qafqazın stabilliyini pozur
Rusiya XİN: Qərb Cənubi Qafqazın stabilliyini pozur
10:45 24.04.2024
Çernobıl faciəsinin 38-ci ildönümü qeyd edilib - FOTOLAR - VİDEO
10:44 24.04.2024
Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb
10:40 24.04.2024
Danimarka bütün F-16 donanmasını Ukraynaya bağışlayacaq!
Danimarka bütün F-16 donanmasını Ukraynaya bağışlayacaq!
10:30 24.04.2024
Bakıda məşhur şadlıq sarayları CƏRİMƏLƏNDİ - SƏBƏB
10:27 24.04.2024
İtaliyadan sonra Fransa da hərəkətə keçdi: Bu qəsəbədə evlər cəmi 1 avrodur
İtaliyadan sonra Fransa da hərəkətə keçdi: Bu qəsəbədə evlər cəmi 1 avrodur
10:15 24.04.2024
Bakıda taksilərin qiyməti ARTDI - VİDEO
10:07 24.04.2024
“Azərbaycan regionda dominant olaraq qalır” – Britaniyalı Ekspert - ÖZƏL
10:00 24.04.2024
Baş nazir iclas keçirdi: Tapşırıqlar verdi
09:50 24.04.2024
Britaniya Ukraynaya yarım milyard funt-sterlinqlik əlavə müdafiə paketi verir
Britaniya Ukraynaya yarım milyard funt-sterlinqlik əlavə müdafiə paketi verir
09:45 24.04.2024
Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA
09:40 24.04.2024
Umud Mirzəyev Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasından DANIŞDI
09:35 24.04.2024
Bakıda bu gün 29 dərəcə isti olacaq
09:30 24.04.2024
Hadrutdan yeni görüntülər - VİDEO
09:22 24.04.2024
Saharadan gələn toz Yunanıstanı bürüdü - VİDEO
Saharadan gələn toz Yunanıstanı bürüdü - VİDEO
09:19 24.04.2024
David Kameron Özbəkistanda plov hazırlanmasında iştirak edib - VİDEO
David Kameron Özbəkistanda plov hazırlanmasında iştirak edib - VİDEO
09:17 24.04.2024
Haber Qlobal: Ermənilər belə cəsurdursa, döyüş meydanında Azərbaycan ordusuna cavab versinlər - VİDEO
Haber Qlobal: Ermənilər belə cəsurdursa, döyüş meydanında Azərbaycan ordusuna cavab versinlər - VİDEO
09:08 24.04.2024
Qırğızıstan prezidenti Azərbaycana yola düşdü
09:00 24.04.2024
Qırğızıstan prezidenti bu gün Azərbaycana gələcək
08:00 24.04.2024
“X”-in işində NASAZLIQ YARANIB
06:00 24.04.2024
Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur
05:00 24.04.2024
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
03:49 24.04.2024
Dünya Güləş Birliyi Turan Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqləyib
02:30 24.04.2024
Ukrayna Ali Radası məktəblərdə ibtidai hərbi hazırlığın keçirilməsi haqqında qanun qəbul edib
01:00 24.04.2024
Hamısı