PKK hərəkətə keçdi Ekoloji terror HDP niyə susur?

Müsahibələr 14:45 30.07.2021

Türkiyənin Antalya, Adana, Mersin, Muğla, Osmaniyə və Kayseri şəhərləri daxil olmaqla bir neçə bölgəsində baş verən meşə yanğınları ölkəni qalın dumana bürüyüb. Çox sayda canlının tələf olduğu, o cümlədən yaşayış məntəqələrini sürətlə bürüyən yanğın qısa zamanda yayılaraq əsas yolların qapanmasına səbəb olub. Hadisə yerinə çoxlu sayda texnika, helikopter və təyyarələr cəlb olunsa da, güclü əsən küləklər nəticəsində yanğının qarşısını almaq hələ də mümkün olmayıb. 

Qeyd edək ki, ötən gün hadisə ilə bağlı bir neçə PKK-lı olduğu şübhəli bilinən şəxslər saxlanılıb. Bu barədə Türkiyənin DHA (Demirören Haber Ajanlığı) xəbər agentliyi də məlumat yayıb. Qeyd olunur ki, PKK terrorçu qruplarından olan bir neçə dəstə sivillər arasına sızaraq, müxtəlif ərazilərdə planlı şəkildə yanğın törədiblər. Saxlanılanlar barədə istintaq işləri davam edir.

Daxildə HDP, xaricdə isə Qərbdən ilham alan PKK indi də, bəşəriyyətə və ekologiyaya qarşı son həmləsini edir. Türkiyə mehmetçiyinə gücü yetməyən PKK cild dəyişərək insanlar arasına girib meşələri və canlıları məhv etməyə çalışır. Bəs görəsən PKK-nı terrorçu kimi tanımayan və ona dəstək verən HDP (Xalqların Demokratik Partiyası) bunun üçün məsuliyyət daşıyırmı? Bundan sonra hökumət PKK-ya qarşı hansı tədbirləri görəcək? 

Euriasia Diary-yə müsahibə verən türkiyəli siyasi şərhçi Mehmet Babacan bu suallara aydınlıq gətirib.  

- Türkiyənin Antaliya və digər böyük şəhərindəki irimiqyaslı meşə yanğınının səbəbləri barədə nə deyə bilərsiz? Xatırladım ki, Türkiyənin DHA xəbər agentliyi bu yanğınların terror hadisəsi olduğunu təsdiqləyib.  

- Bildiyiniz kimi son bir neçə gündə Türkiyənin 21 şəhəri daxil olmaqla, Ögey və Aralıq dəniz bölgələrində meşə yanğınları intensiv hal alıb. Yanğınların söndürülməsində baş verən əngəllər insanları da dərin təşvişə salıb. Buna baxmayaraq bir çox şəhərlərdə yanğınları söndürmək mümkün olub və hazırda yalnız 7 şəhərdə yanğın davam etməkdədir. 

Bunun terror hadisəsi olub-olmadığına gəlincə, rəsmi Ankara hadisə ilə bağlı araşdırma aparır və PKK-lı olduqları şübhəli bilinən şəxslər dərhal həbs olunaraq məhkəməyə verilib. 

Əslində meşə yanğını terroru PKK-nın əvvəllər də Türkiyəyə qarşı tətbiq etdiyi mənfur planlarından olub. Bu səbəbdən rəsmi Ankaraya görə bu hadisənin PKK tərəfindən bir sabotaj olma ehtimalı daha böyükdür və araşdırmalar məhz PKK üzərində aparılır.      

- Dünən meşə yanğınında şübhəli bilinən bir neçə PKK-lı şəxslərin həbs olunduğu bildirildi. Həmçinin yanğınların dörd fərqli istiqamətdən törədildiyi bu faktın terror olduğunu bir daha təsdiqləmiş oldu. Türk Mehmetciyinə gücü yetməyən PKK terroçuları indi də sivillər arasına sızaraqmı terror edirlər? 

- Az öncə qeyd etdiyim kimi bir neçə şəxs axtarış tədbirləri nəticəsində həbs edilib. Həbs olunanlar arasında bir nəfərin PKK ilə bağlantısı olduğu təsdiqlənib. Şübhəli bilinən şəxs hazırda ev həbsi alıb və onun digər yanğınlarda barmağının olub-olmadığı, həmçinin PKK terrorçu qurpunda kimlərlə əlbir olması barədə araşdırmalar aparılır. Hesab edirəm bu barədə tezliklə dəqiq bir bilgi əldə ediləcəkdir.  

Təbii ki, PKK son dönəmlərdə Türkiyə silahlı qüvvələrinin gücü qarşısında ciddi məğlubiyyətə uğrayıb. Bir çox düşərgələri və silah anbarları məhv edilən terror qrupunda ciddi silah-sursat və insan qaynağı problemi yaşanır. Deyə bilərəm ki, bu hadisəni törətməklə PKK sadəcə son çırpınışını ifadə edir.  

- PKK-nın bu addımında ona yaxın olan HDP məsuliyyət daşıyırmı? Hadisədən sonra PKK-nı dəstəkləyən HDP məsuliyyətə cəlb oluna bilərmi?

- Əlbəttə HDP əvvəldən PKK-nı dəstəkləyən və onunla ilə sıx bağlı olan siyasi partiya olub. Lakin bu ən son meşə yanğınları ilə bağlı partiya mənsublarından hər hansı bir açıqlama əldə edilməyib. Hesan edirəm tətildən sonra yaxın günlərdə Türkiyə Milli Məclisində bu məsələ müzakirə ediləcək və HDP-nin bu hadisədə terror təşkilatı ilə hər hansı bir əlaqəsinin olması barədə araşdırmalara başlanacaq. 

Sadəcə araşdırmalara başlanan zaman HDP-nin buna reaksiyasının necə olacağı daha böyük önəm daşımaqdadır. Xüsusilə Parlamentdə müzakirə zamanı HDP-li millət vəkillərinin hadisə barədə verəcəyi açıqlamalar, həmçinin PKK ilə bağlılıq çərçivəsində buna göstərəcəyi təpgi həllidici rola malikdir. Yəni bir sözlə yalnız onların verəcəyi açıqlama əsasında HDP-nin əl altdan PKK-nı dəstəklədiyi ortaya çıxa biləcək.  

- Türkiyə dövləti bundan sonra PKK-ya qarşı nə kimi ciddi tədbirlər görəcək?

- Türkiyədə PKK-ya qarşı həm siyasi, həm də milli təhlükəsizlik sahəsində hərtərəfli mübarizə davam etdirilir. Son günlərdə İraqın şimalında yerləşən PKK-ya aid hərbi düşərgələri məhv edilib. Eyni zamanda Anadolunun cənub şərqində bir neçə hədəf bölgələrdə intensiv cavab atəşi nəticəsində PKK qüvvələri susdurulub. Bu gün əli hər şeydən üzülən PKK Türkiyə dövlətini terrorla təhdid etməyə başlayıb. Hesab edirəm bu kimi terrorlar türk xalqını sarsıtmayacaq, əksinə tədbirlər artırılacaq və PKK-nın sonunu gətirənə qədər davam etdiriləcək.    

Elnur Ənvəroğlu 

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Hamısı