Son iki ayda Əfqanıstanın təxminən 85%-ni təsiri altına alan Taliban hərbi birləşmələri artıq hakimiyyət üçün açıq təhdidə çevrilib. Ölkənin cəmi 15%-nə nəzarəti əlində saxlayan Əşrəf Qani hökuməti artıq Taliban qarşısında pat vəziyyətinə düşüb. Bununla yanaşı, Taliban nəyinki Əfqanıstan, hətta qonşu dövlətlərə də təsir etməyə başlayıb. Məsələn, Pakistan, Türkmənistan, Özbəkistan və Mərkəzi Asiyanın digər dövlətlərindən Talibana qatılan islamçı tərəfdarlar adı çəkilən ölkələrin hakim dairələrini də bir qədər təşvişə salıb.
Artıq Rusiya Mərkəzi Asiyadakı ölkələrlə bərabər Əfqanıstan sərhədi yaxınlığında ciddi hərbi təlimlərə başlayıb. Bu da Rusiyanın artıq Talibanın güclənməsindən bərk narahatlığının bir ifadəsi kimi də anlaşıla bilər.
Türkiyəli siyasi şərhçi Engin Özər bölgədə yaranmış vəziyyət, mümkün fəsadlarla bağlı EDNews.net-ə açıqlama verib.
Elnur Ənvəroğlu