Tofiq Zülfüqarov: “Səbirlə Qarabağın boşalmasını gözləməliyik” MÜSAHİBƏ

Müsahibələr 17:01 12.08.2021

Ermənistan Baş naziri Nikol Paşinyan bəyanatla çıxış edərək, Azərbaycanla danışıqları bərpa etməyə hazır olduğunu və ATƏT-in Minsk Qrupundan konkret təkliflər gözlədiyini bildirib.

Baş naziri bəyanatında bir sıra digər məqamlara da toxunub. O, bildirib ki, İrəvan regional kommunikasiyanın blokadadan çıxarılması üçün Ermənistan, Rusiya və Azərbaycan Baş nazirlərinin müavinlərinin iştirakı ilə üçtərəfli komissiyanın işini də bərpa etməyə hazırdır. Paşinyan Ermənistan ən yüksək səviyyədə sülh danışıqları prosesinə qayıtmağa hazır olduğunu da bildirib.

Sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı Ermənistanın mövqeyinin dəyişməz olduğunu bildirən Nikol Paşinyanın sözlərinə görə, bu istiqamətdə işlər intensivləşməlidir.

Paşinyanın sonuncu bəyanatını və ziddiyətli xarici siyasətini, həmçinin regionda baş verən siyasi prosesləri Azərbaycanın sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarovla müzakirə etdik. EDNews sabiq nazirlə müsahibəni təqdim edir:

- Tofiq bəy, bir tərəfdə atəşkəsi pozan, Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən, birgə bəyanatın şərtlərini yerinə yetirmək əvəzinə Qarabağa yeni qoşunlar göndərən Paşinyan, digər tərəfdə Azərbaycanı sülhə çağıran və danışıqlara hazır olduğunu bildirən Paşinyan var. Paşinyanın bu ziddiyyətli siyasətin əsas hədəfi nədir?

- Ermənistanın əsas taktikası imzalanan birgə bəyanatdan yayınmaqdır. Paşinyanın bu sülh bəyanatları köhnə erməni diplomatiyasının davamıdır və o birgə bəyanatda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmək üçün vaxt qazanmağa çalışır. Paşinyan da bilir ki, təklif etdiyi danışıqların heç bir nəticəsi olmayacaq. Paşinyanın təklif etdiyi danışıqlar nəticə əldə etməyə yox, Qərbdə Ermənistanı “sülhpərvər” ölkə kimi təqdim etməyə istiqamətlənib.

- Hazırda Qərb Ermənistanı Azərbaycanla tez bir zamanda sülh sazişi imzalaması üçün sıxışdırır. Qərb siyasi dairələri Ermənistana yönələcək dəstək və investisiyaların yalnız yekun sülh sazişindən sonra baş tutacağını dəfələrlə bildiriblər. Belə bir vəziyyətdə Paşinyanı sülhdən, sərhədlərin delimitasiyası və demakrasiyasından yayındıran əsas səbəb nədir? Bəlkə Paşinyan daxili auditoriyanın qəzəbinə tuş gəlməməkdən ötrü sülhdən yayınır?

- Bu bir faktdır ki, Ermənistan elitası tamamilə reallıqdan uzaqdır və aqressiv ideoloji xüsusiyyətlərə malikdir. Onlar sanki xəstəliyə düçar olublar. Onların əsas dövlətçilik ideyası qonşu ölkələrə ərazi iddialarından ibarətdir. Bu baxımdan mən heç də istisna etmirəm ki, ermənilər məhz bu səbəbdən Azərbaycanla sülhə can atmırlar. Erməni siyasi elitası düşünür ki, “yaxşı, biz uduzmuşuq, ancaq gələcəkdə elə biz vəziyyət yarana bilər ki, biz itirdiyimiz əraziləri qaytaraq”. Onlar tarixi “Miatsum” layihəsinə xitam vermək, Qarabağ kitabını birbaşa bağlamaq istəmirlər.

- Tutaq ki, Azərbaycan və Ermənistan arasında danışıqlar başladı və delimitasiya proseslərinə start verildi. Ermənistanın Qazaxın 7 kəndi və digər ərazilərlə bağlı mövqeyi necə olacaq?

- Birgə bəyanat var və bu bəyanatda Ermənistanın üzərinə götürdüyü öhdəliklər var. Azərbaycanın işğal altındakı bütün torpaqları birmənalı qaytarılmalıdır və qaytarılacaq da. Həmçinin delimitasiya prosesi sadəcə iki dövlət, Azərbaycanla Ermənistan arasında getməlidir. Rusiyanın və ya hansısa vasitəçi dövlətin burada iştirakına ehtiyac yoxdur. Dünya təcrübəsində də delimitasiya prosesinə cəlb edilən vasitəçi örnəyi yoxdur.

- Bəs Rusiyanın erməni hərbi birləşmələrinin sülhməramlıların nəzarətində yerləşən ərazilərə göndərilməsinə göz yumması? Bu Rusiyanın öz cəhdləri ilə hazırladığı birgə bəyanatın şərtlərini pozması demək deyilmi? Axı, birgə bəyanatın şərtlərini pozan sadəcə Ermənistan deyil, Rusiya da üzərinə götürdüyü sülhməramlı missiyanı icra etməkdən yayınır. Bəs belə bir məqamda Azərbaycan nə etməlidir?

- Rusiyanın bu məsələdə mövqeyi aydındır, regiona və münaqişənin tərəflərinə nəzarət mexanizmini itirmək istəmir. Azərbaycanın ata biləcəyi addımlara gəldikdə isə mən belə hesab edirəm ki, səbirlə gözləmək lazımdır. Qarabağdan çıxan ermənilərin Ermənistana axını davam edir. Əslində Ermənistandan yeni hərbi birləşmələrin əraziyə göndərilməsi də bununla bağlıdır. Belə ki, ermənilər Qarabağda posta çıxarmağa adam tapa bilmir. Bu baxımdan biz nə qədər bu prosesdə səbirli olsaq, nə qədər vaxt qazansaq, bir o qədər ermənilər həmin ərazini boşaldacaq. Azalan əhali ilə iş aparmaq isə Azərbaycan üçün daha rahat olacaq. Nəzərə almaq lazımdır ki, qarşıdan qış gəlir, indidən regionda su, işsizlik kimi problemlər baş qaldırıb. Buna görə ermənilər yenidən danışıqlara qayıtmaq və siyasi prosesləri başlatmaq istəyirlər.

Nicat İsmayılov

 

Beynəlxalq Ədalət Məhkəməsi nə qədər ədalətlidir? - Umud Mirzəyev ŞƏRH EDİR – MÜSAHİBƏ – VİDEO

Xəbər xətti

ABŞ Dövlət Departamenti Azərbaycan mətbuatının sorğusunu cavablandırdı
10:05 18.04.2024
Aİ sanksiyaların pozulmasını “məhkəmə cinayəti” kimi qiymətləndirəcək
Aİ sanksiyaların pozulmasını “məhkəmə cinayəti” kimi qiymətləndirəcək
10:00 18.04.2024
Nazir: COP29 ərəfəsində reallaşdırılacaq ilk bərpa olunan enerji hərracı dəyərləndirilib
09:55 18.04.2024
Hindistan əhalinin sayına görə dünyada birinci yerdədir
Hindistan əhalinin sayına görə dünyada birinci yerdədir
09:40 18.04.2024
Xankəndidə xeyli silah-sursat aşkarlanıb
09:37 18.04.2024
Beynəlxalq Ədalət Məhkəməsi nə qədər ədalətlidir? - Umud Mirzəyev ŞƏRH EDİR – MÜSAHİBƏ – VİDEO
09:28 18.04.2024
Bu gün Başlıbel faciəsinin ildönümüdür
09:21 18.04.2024
Azərbaycanlı politoloq Meksika mediasında - FOTO
Azərbaycanlı politoloq Meksika mediasında - FOTO
09:15 18.04.2024
Ağdamda minaatan qurğular aşkar edilib
09:10 18.04.2024
Bakının bir sıra küçələrində sıxlıq var
09:00 18.04.2024
Stoltenberq təsdiqlədi: NATO-nun iclasında Zelenski də olacaq
05:50 18.04.2024
Qərbin təzyiqlərinə baxmayaraq, bundan imtina etməyəcəyik
03:49 18.04.2024
Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov
01:48 18.04.2024
Qarabağdan çıxarılan sülhməramlılar qatarla yola salındı
00:06 18.04.2024
Salyan sakinləri balıqların qoxusundan ŞİKAYƏTLƏNİRLƏR
23:44 17.04.2024
Tramp seçkiqabağı sorğuda Baydenə uduzur
23:23 17.04.2024
Fələstinin BMT-yə üzvlüyü sabah Təhlükəsizlik Şurasında səsverməyə çıxarılacaq
23:00 17.04.2024
Belçika İrana qarşı yeni sanksiyalara görə Aİ sammitini çağıracaq
22:39 17.04.2024
IMF ABŞ-nin yumşaq fiskal siyasətini tənqid edib
22:22 17.04.2024
Bolqarıstanın cənubunda yeni quş qripi virusu aşkarlanıb
22:00 17.04.2024
Burundidə leysan yağışları nəticəsində 200 mindən çox insan zərər çəkib
21:40 17.04.2024
784-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi
21:21 17.04.2024
Əli Kərimin xatirəsinə həsr olunan tədbir keçiriləcək
20:47 17.04.2024
İranlının narkokuryerliyə cəlb etdiyi şəxs saxlanıldı
20:30 17.04.2024
Qanun Tiflisi AB-dən uzaqlaşdıracaq - Mişel
20:05 17.04.2024
Daha dörd qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib
19:50 17.04.2024
Azərbaycanın növbəti iki ildə AQEM-ə sədrliyi dövründə görəcəyi işlər müzakirə olunub
19:28 17.04.2024
Rusiyanın Çerniqova hücumu nəticəsində ölənlərin sayı 17-yə çatıb, şəhərdə matəm elan edilib - YENİLƏNİB
19:18 17.04.2024
MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə prosesi keçirilib
19:15 17.04.2024
Bayramov Sarıbayla görüşdü
19:00 17.04.2024
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalanıb
18:50 17.04.2024
Azərbaycan Tatarıstanla iqtisadi tərəfdaşlığının inkişaf istiqamətlərini müzakirə edib - YENİLƏNİB
18:44 17.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr III günündə davam edir - CANLI
18:40 17.04.2024
Hakan Fidan HƏMAS sədri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
18:39 17.04.2024
17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
18:33 17.04.2024
Rusiyadan Azərbaycana gətirilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb
18:20 17.04.2024
Brüssel sammitində Ursula Fon der Leyenə "cinayətkar" dedilər
18:11 17.04.2024
Naxçıvanda "Bayraktar" dronları havaya qaldırıldı
18:00 17.04.2024
“Paris-2024” Yay Olimpiya Oyunlarının startına 100 gün qaldı
17:50 17.04.2024
Əfv Komissiyasının iclası keçirildi
17:40 17.04.2024
Hamısı