"Özbəklər Qarabağda müharibəyə yollanmaq üçün səfirliyin qarşısına axın edirdi" Şöhrət Barlasla MÜSAHİBƏ

Müsahibələr 17:21 20.08.2021

Tanınmış tarixçi-publisist, jurnalist, EDNews-un Orta Asiya regionu üzrə müxbiri Şöhrət Barlas Şuşaya səfər etmək üçün Azərbaycana gəlib.

Barlas həm bu səfər, həm də regionda baş verən proseslər barədə EDNews-a eksklüziv müsahibə verib.

- Şöhrət bəy, xoş gəlmisiniz. Bildiyimizə görə, Şuşaya səfər etməyə hazırlaşırsız. Onu da bilirik ki, siz əsl Qarabağ, Şuşa sevdalısısız. Səfər öncəki hislərinizi oxucularımız üçün bölüşün...

- Təbii, Şuşa və bütün Qarabağ türk yurdu və dünya türklərinin göz bəbəyidir. Mən Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinə görə çox sevinir və yeri gəlmişkən, sizi, dəyərli oxucularımızı və bütün türk dünyasını bu münasibətlə təbrik edirəm. Həmçinin Özbəkistan Milli Dirçəliş Partiyası lideri Alişev Qədirovun salamlarını sizə çatdırıram.

Mənim bundan əvvəl də aprel müharibəsindən sonra Cocuq Mərcanlıya səfərim olmuşdu, lakin indi haqqında uzun illər araşdırmalar apardığım, məqalələr, kitablar yazdığım torpaqlara səfər etmək olduqca möhtəşəm bir hissdir. Şuşadan savayı Cəbrayılda, böyük Xarəzmşah Cəlaləddinin keçdiyi Xüdafərin körpüsündə çəkiliş aparıb bu barədə özbək xalqına ətraflı məlumatlar vermək istəyirəm.

Yeri gəlmişkən qeyd edim ki, Xarəzmşah Cəlalləddin Fondu və Xarəzm vilayətinin təşəbbüsü, Öbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatı dəstəyi Azərbaycanla bağlı etnoqrafik tətqiqat həyata keçiriləcək.

- Vətən Müharibəsi dövründə Özbəkistanda xalqın Azərbaycana və müharibəyə münasibəti necə idi?

- Özbək siyasətçilərin və ictimaiyyət nümayəndələrinin reaksiyalarını siz özünüz mətbuatdan yəqin izləmisiniz. Lakin mən sizə özümün şahidi olduğum bir hadisəni danışmaq istəyirəm. Vətən Müharibəsində Azərbaycanın Özbəkistandakı səfirliyində bir qərargah yaradılmışdı. Bu qərargahın başında Azərbaycanın Özbəkistandakı səfiri Hüseyin Quliyev durur, müharibə barədə son dəqiqə məlumatlarını özbək mətbuatına ötürür və Ermənistanın hərb qanunlarını pozması, dinc sakinlərin yaşadığı bölgələri atəşə tutması barədə bəyanatlar hazırlayır, informasiyalar verirdi. Həmçinin  bu məsələdə Öbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və onun rəhbəri Samir Abbasovun zəhmətlərini xüsusi qeyd etməliyəm.

Müharibə başladıqdan sonra Azərbaycan səfirliyinin qarşısına hər gün yüzlərlə insan yığışmağa başladı və onların yeganə tələbi döyüşlərə yollanmaq idi. Bu vətəndaşların içərisində azərbaycanlılar da, özbəklər də var idi. Özbəklər azərbaycanlıları öz qardaşları hesab edir və onların Azərbaycana qarşı xüsusi simpatiyaları, sevgiləri var. Ona görə də, Şuşa azad ediləndə Özbəkistan şəhərlərində də milli bayram ab-havası hiss olunurdu.

- Şöhrət bəy, şükürlər olsun, türk dünyasının Qarabağ problemi demək olar ki, həll olunub. Lakin bu gün türk dünyası yeni bir problemlə üz-üzədir. Hazırda Əfqanıstanda hakimiyyəti ələ alan Taliban ölkənin daha çox şimalında yaşayan milyonlarla türksoylu xalqların, o cümlədən, özbəklərin həyatı üçün təhdid yaradır. Doğrudur, Taliban hələlik ölkədə etnik azlıqlara qarşı hansısa qətliama başlamayıb, lakin belə bir risk hər zaman mövcuddur. Belə olan halda Özbəkistanın Əfqanıstan siyasəti necə olacaq? Ümumiyyətlə, Özbəkistanın bir Əfqanıstan siyasəti varmı?

- Əfqanıstanda yaşayan türksoylu vətəndaşların sayı 10 milyona yaxındır, lakin onların sayı hər zaman statistik göstəricilədə aşağı göstərilir. Digər tərəfdən, bu soydaşlarımızın vəziyyəti ilə bağlı bizlərdə heç bir məlumat yoxdur. Taliban dəyişdi deyirlər, Taliban ümumi əfv elan etdi deyirlər, lakin mən bir jurnalist kimi rahat bir şəkildə bu ölkəyə gedib, oradakı vətəndaşları görə bilmirəm. Biz haradan bilə bilərik ki, Taliban orada qırğınlar törətmir və törətməyəcək? Ən azından hava limanından canı bahasına qaçan əfqan vətəndaşlarını gördük. Həmçinin özbək bir deputat xanımın evinin Taliban tərəfindən mühasirəyə alındığını, onun hazırda evini tərk edə bilmədiyini də bilirik. Bütün bunları nəzərə alaraq Özbəkistan hökuməti humanitar məqsədlərə istiqamətlənmiş Əfqanıstan siyasəti tərtib edib və bu istiqamətdə iş aparır. Diqqət edin, Əfqanıstana elektrik enerjisi Özbəkistandan gedir, həmçinin Əfqanıstanın ən qədim və ən çox istifadə edilən dəmiryol xətləri də Özbəkistandan keçir. Belə arqumentlər Özbəkistanın Talibanla danışıqlarda əlini qüvvətləndirən amillərdir.

- Yəni demək olarmı ki, əgər Taliban ölkədəki özbəklərə qarşı bir etnik təmizləməyə və ya hansısa zorakı taktikalara əl atarsa Özbəkistan dərhal müdaxilə edib, dəmiryolu xətlərini bağlayıb, elektrik enerjisi ötürülməsini durduracaq?

- Təbii! Ən azından mən belə düşünürəm, lakin bu məsələdə Özbəkistan tək heç nə edə bilməz, digər türkdilli dövlətlərin də dəstəyi lazımdır.

- Bəs Özbəkistan Əfqanıstanda humanitar vəziyyətin gərginləşməsi halında əfqan qaçqınlarını ölkəyə buraxacaqmı?

- Çox yaxşı bir məsələyə toxundunuz. Qərb bu gün Özbəkistanı və digər Orta Asiya respublikalarını əfqan qaçqınları ölkələrinə qəbul etməyə çağırır. Nə üçün Qərb bir nəfər də olsun qaçqını öz torpaqlarına qəbul etmir? Hazırda 4 milyondan çox suriyalı Türkiyədədir və Türkiyə bunun iqtisadi və demoqrafik ağırlığını öz çiyinlərində daşıyır. Amma Qərb ölkələri, xüsusilə Avropa qaçqınlara qarşı sərt mövqe sərgiləməsinə baxmayaraq, utanmadan onları qəbul etmək istəməyən türk-müsəlman ölkələrini ittiham edir. Bu gün Özbəkistan Əfqanıstanla bağlı bütün humanitar yardımları həyata keçirməyə hazırdır. Lakin milyonlarla əfqanın Özbəkistana keçməsi Özbəkistan daxilində ciddi problemlər yarada bilər.

- Şöhrət bəy, ilbəil Türk Şurasının bir təşkilat kimi nüfuzu və geosiyasi təsiri artır. Əfqanıstan isə əsasən türk respublikaları və Türkiyə ilə Azərbaycanın müttəfiqi Pakistanla həmsərhəddir. Həmçinin hazırda Pakistanın Talibanla danışıqlar apararaq Əfqanıstandakı vəziyyətə nəzarət edir. Belə olan halda Əfqanıstanın şimalında yaşayan türk xalqlarının təhlükəsizliyi və hüquqlarının qorunması naminə Türk Şurası üzvləri ortaq bir siyasi strategiya hazırlaya bilərmi? Hətta, Talibanın etnik təmizləməyə başlaması halında burada yaşayan türkləri qorumaq üçün Türk Şurası üzvləri tərəfindən Əfqanıstan-Özbəkistan sərhədində 30-40 km dərinliyində bir təhlükəsizlik koridoru yaradıla bilərmi?

- Sizin sualınız həm də bu mövzuda verilə biləcək ən yaxşı təkliflərdən biridir. Hətta belə bir təhlükə yaranmadan əvvəl bu məsələlər müzakirə edilməli və vahid qərarlar əsasında ortaq siyasət izlənməlidir.

Burada Əfqanıstanla həmsərhəd ölkələrin də vahid platforması olmalıdır. Xüsusilə Türkmənistan, Özbəkistan, Tacikistan və Pakistan Türk Şurası üzvləri ilə də birlikdə Əfqanıstanda sülhün təmini üçün önəmli rol oynaya bilər. Əfqanıstan 1979-cu ildə SSRİ-nin, 2000-ci ildə isə ABŞ-ın işğalına məruz qalıb. Lakin nə SSRİ, nə də ABŞ Əfqanıstanda sülh və sabitliyi yarada bilməyib. Bunu ancaq region ölkələri reallaşdıra bilər. Çünki imperial güclərin, imperial maraqları olur. Region ölkələrinin isə Əfqanıstanda yeganə marağı bu ölkədə sülh və sabitliyin yaradılmasıdır. Çünki əfqan problemi Əfqanıstanla həmsərhəd ölkələrin də uzun müddət daxili problemlərə düçar olmasına səbəb olub...

Söhbətləşdi: Nicat İsmayılov

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Hamısı