Merkelin ikibaşlı siyasəti Ukrayna yoxsa, yenə qazsız qış gecələri..?

Müsahibələr 14:23 23.08.2021

Almaniya-Ukrayna münasibətlərində yaranan nisbi gərginliyi aradan qaldırmağa çalışan, bu münasibətlərə xələl gətirmək istəməyən Almaniya kansleri Angela Merkel sülhün və ərazi bütövlüyünün təminatı üçün Ukraynaya daim dəstək verəcəyini bildirib. Merkel bu fikirləri Rusiya prezidenti Vladimir Putinlə Moskvada keçirilən görüşündən iki gün sonra Ukrayna prezidenti Volodimir Zelenski ilə Kiyevdə bazar günü keçirilən birgə konfransda ifadə edib.

O, həmçinin, Rusiyanın  ixrac etdiyi qazdan Avropaya qarşı bir silah kimi istifadə etməsinə izin verməyəcəklərini də xüsusi vurğulayıb.   

Növbəti ay Almaniya bundestaqında seçkilərə qatılmayacağını elan edən və 16-illik rəhbərlik fəaliyyətinə son qoymaq istədiyini bildirən Merkel bu dəfə Ukraynanı daha möhkəm müdafiə edərək ona sadiqlik nümayiş etdirdi. Halbuki, bundan öncə Şimal Axını-2 məsələsində Baydenlə nəticəsiz qalan görüşündən sonra Ukrayna məsələsinə biganəlik göstərən Merkel Ukrayna prezident administrasiyası tərəfindən ciddi tənqidə məruz qalmışdı. Görünür Merkel postunu təhvil verməzdən öncə Rusiyadan ona bir yar olmayacağını anlayaraq, siyasətini dəyişməyə çalışıb. Bəs görəsən ondan sonra əlində böyük kartlar olan Rusiyanın təzyiqi qarşısında kim dayanmalı olacaq? Avropa yenəmi Ukraynanın oduna yanaraq qışı qazsız keçirəcək?

EDNews.net Almaniya-Ukrayna münasibətlərinə şərh vermək üçün türkiyəli politoloq Engin Özərdən qısa müsahibə alıb.     

- Ötən gün Zelenski ilə görüşən Merkel Ukraynanı müdafiə etdiyini bildirib və onun ərazi bütövlüyünü tanıdığını deyib.  O, habelə Avropanı qazla təmin edən Rusiyanın bundan bir silah kimi istifadə etməsinə izin verməyəcəyini deyib. Halbuki, Merkel bir qədər əvvəl Ukrayna Rusiyadan çəkinərək Şimal Axını 2 məsələsində Ukrayna probleminə biganəlik sərgiləmişdi və o buna görə Ukrayna prezident administrasiyası tərəfindən ikiüzlü siyasətçi tənqid olunmuşdu. Sizcə Merkelin bu siyasətinin arxasında nə dayanır?

- Bilirsiniz, Almaniya qaz idxalının demək olar çoxunu Rusiya vasitəsi ilə təmin edir. Almaniya istəsə belə, Rusiyaya qarşı çıxa bilməz. O üzdən də Almaniya bu durumda Aİ-dan fərqli siyasət həyata keçirmək məcburiyyətində qalacaq.

Ukrayna məsələsinə gəlincə, Şimal Axını 2 layihəsi Almaniya və Rusiya arasında bir razılıq nəticəsində ortaya çıxmışdı və Almaniyanın bundan imtina etmək üçün heç bir şansı yoxdur. Xatırlayırsınızsa, 2014-cü ildə Rusiya münasibətlərdə olan gərginliklə bağlı Avropaya qaz idxalınıqısa müddətlik dayandırmışdı. Məhz bu Merkelin bu gün ən böyük qorxusudur. Hətta Merkel həmin hadisədən sonra mərhələli olaraq qarşıdakı 30 ildə Rusiya qazına olan ehtiyacdan qurtulacağını vəd etmişdi. Hesab edirəm ki, Merkel Ukrayna qarşısında bu ifadələri söyləsə də, onun hədəfi Ukraynanın ərazi bütövlüyü deyil. Onun əsl hədəfi Avropanın zamana qarşı irəliləməklə öz qaz ehtiyaclarını təmin edib, Rusiya qazından asılılığını aradan qaldırmaqdır.

- Gələn aydan bir daha seçkilərə qatılmayaraq vəzifəsindən gedəcəyini bəyan edən Merkel, Rusiyaya qarşıbəyanat verməklə Avropanı yenidən qaza həsrət qoya bilərmi?

- Hazırda Rusiya qazından asılı olan Almaniya bütün riskləri nəzərə alaraq yaxın gələcəkdə Liviyadan qaz ixracını planlaşdırır. O üzdən də bu günə qədər Almaniya öz qaz təminatını Rusiyadan problemsiz təmin etmək üçün Moskvanın aqressiv xarici siyasətinə bir qədər göz yummağa çalışıb. Bu əslində normaldır. Çünki Almaniya turizm ölkəsi deyil, o bir sənaye ölkəsidir və qaza olan tələbat onun üçün həyati önəm daşıyır. O üzdən də Rusiyanın öz qazından bir şantaj məqsədi ilə istifadə etməsi Almaniya tərəfindən qəbul edilə bilməz. Bu səbəbdən də bayaq qeyd etdiyim kimi, Almaniya digər mənbələrdən qaz təminatını bərpa edənə qədər vaxt qazanmağa çalışacaq.

Sualınızla bağlı deyə bilərəm ki, dövlətlər arasında gözlənilməz sərt gərginləşmə olmasa, Rusiyanın yaxın zamanlarda qaz şantajına keçəcəyini gözləmirəm.

- Ümumiyyətlə, Almaniya bundan sonra Ukraynanın ərazi bütövlüyünü və bölgədə sülhü hansı formada həyata keçirəcək? 

- İlk öncə qeyd edim ki, bu prosesdə Almaniyanın müstəsna rolu var. Lakin Almaniyanın maddi resursları zəngin olsa da, onun hərbi gücü buna qarşılıq verə bilməz. Danılmaz fakt budur ki, Luqansk və Donetsk ərazilərinin indiyə kimi Rusiya tərəfindən tam işğal olunmaması eyni zamanda və böyük ölçüdə Almaniya sayəsində mümkün olub. Bundan əlavə, Almaniya Şimal Axını 2 layihəsinə daxil olmasaydı və qaz ixracı barədə Rusiya ilə razılığa gəlməsəydi bu gün Ukraynanın bəlkə də yarısı Rusiyanın nəzarətinə keçmiş olardı. Bu onu göstərir ki, Almaniya Rusiya ilə Avropa arasında siyasi münasibətləri tək başına yürüdür və Avropadakı digər ölkələr burada ikinci və üçüncü dərəcədə yer alır.  

Elnur Ənvəroğlu

 

"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO

Xəbər xətti

Səməd Seyidov: "Türk dünyası böyük bir fenomenə çevrilib"
14:40 25.04.2024
Cəlil Cavanşiri oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"
14:32 25.04.2024
Elmira Süleymanova vəfat etdi
14:14 25.04.2024
"Bu dünya iqtisadiyyatının sonu ola bilər..." – İngilis politoloqla Eksklüziv ŞƏRH
14:00 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:55 25.04.2024
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:53 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
13:46 25.04.2024
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdı
13:40 25.04.2024
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur”
13:30 25.04.2024
Fuat Oktay: "Zəngəzur dəhlizinin açılması Türkiyəni Orta Asiyaya bağlayacaq"
13:27 25.04.2024
Sahil Babayev: "Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb"
13:20 25.04.2024
"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO
13:05 25.04.2024
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
12:50 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak ediblər
12:38 25.04.2024
Haaqa məhkəməsində Ermənistanın əsassız iddiaları davam edir - VİDEO
12:38 25.04.2024
Sabahın hava PROQNOZU
12:35 25.04.2024
Baş Prokurorluqdan Nəsib Quliyevin ölümü ilə bağlı daha bir AÇIQLAMA
12:30 25.04.2024
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
12:30 25.04.2024
Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir
12:25 25.04.2024
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
12:20 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
12:14 25.04.2024
Naxçıvana Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? – DOSYE
12:09 25.04.2024
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
12:00 25.04.2024
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
11:52 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış oldular
11:35 25.04.2024
Şuşada beynəlxalq müsabiqə keçiriləcək - TARİX AÇIQLANDI
11:25 25.04.2024
Qırğızıstan Prezidenti Füzuliyə GETDİ
11:18 25.04.2024
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
11:15 25.04.2024
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
11:05 25.04.2024
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
10:50 25.04.2024
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:39 25.04.2024
ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
10:20 25.04.2024
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
10:15 25.04.2024
Azərbaycanda balıq ovu qadağan edilir
10:07 25.04.2024
BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Hamısı