Yarımçıq qalan missiya Taliban Türkiyəyə dost, ya düşmən olacaq?

Müsahibələr 16:51 26.08.2021

Sözdə Türkiyə ilə dost olan, amma eyni zamanda Ankaradan da məsafə saxlamağa çalışan Taliban, Əfqanıstanda özündən başqa heç bir hərbi güc görmək niyyətində deyil. Ötən gün Taliban rəhbərinin sözçüsü Naim Vardak Türkiyə mətbuatına açıqlamasında türkləri yaxın tərəfdaş kimi qəbul etdiklərini bildirmişdi. Eyni zamanda, o, verdiyi açıqlamasında Taliban rəhbərliyinin Türkiyə əsgərlərinin Əfqanıstanda çıxarılmasını tələb etdiklərini və onların qalmasını qəbul etməyəcəklərini də vurğulayıb.  

Və artıq bu proses başlanıb, Əfqanıstandakı 600 nəfər Türkiyə hərbi kontingentinin, o cümlədən türk əsgəri ilə çiyin-çiyinə dayanan Azərbaycan sülhməramlıları ölkədən çıxarılır. 

Əfqanıstandakı proseslərdən narahat olan Türkiyə isə ölkədə hakimiyyət probleminin müsbət bir nəticə verməsinə ümid edir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan diplomatların qarşısında çıxış edərkən “Taliban sözlə deyil, əməlləri ilə Əfqanıstanın müqəddəratını həll edə bilər” deyə vurğulayıb. Türkiyə rəhbərliyi Talibanla ortaq maraqlar zəminində yaxın münasibətlərə hər zaman hazır olduğunu da vurğulayır. Ortada yalnız bir sual dayanır: Görəsən Taliban Türkiyənin diplomatik yanaşmasına yetərli qarşılıq verəcəkmi? 

Məsələ ilə bağlı siyasi şərhçi Mətin Məmmədli EDNews.net-ə müsahibə verib. 

Milli təhlükəsizliyimizin nəzəri əsasları | AzPolitika — onlayn  siyasi-ictimai qəzet

- Taliban Türkiyəni dini baxımdan qardaş ölkə kimi qəbul etsə də, Türkiyə ordusunun Əfqanıstanda qalmasına qarşı çıxıb. Türkiyə siyasəti tam anlaşılmayan Talibanla münasibətləri necə davam etdirəcək? 

- Türkiyə sülhməramlı hərbi qüvvələrinin Əfqanıstanı tərk etməsi Talibanın ölkədə heç bir xarıcı hərbi baza qala bilməz prinsiplərinə əsaslanan dəyişməz mövqeyi ilə bağlıdır. Talibanın bu addımı artıq özünü göstərdi və məlum olduğu kimi dünən Türkiyənin sülhməramlı hərbçilərinin Əfqanıstandan təxliyyəsinə başlanıldı. 

Türkiyə ilə Taliban rəhbərliyi arasında münasibətlərə gəlincə, Türkiyə və digər ölkələr Talibanın mütləq hakimiyyət olduğunu qəbul etməyə başlayıb və hesab edirəm Türkiyə Əfqanıstanda söz sahibi olan Taliban rəhbərliyi ilə maksimum münasibətləri qoruyub saxlamağa çalışacaq. Hətta Türkiyə rəhbərliyi, eləcə də XİN ümumi maraqlar naminə münasibətlərini inkişaf etdirmək niyyətində olduqlarını deyir. Bu üzdən mən Türkiyə ilə Taliban arasında yaxın perspektivdə ciddi problemlərin meydana gələcəyini gözləmirəm.  

- Vaxtilə Türkiyə Əfqanıstanda qalmaqda qərarlı idi və buna ABŞ və Pakistanın da müəyyən dəstəyi var idi. Hazırda Talibanın türk əsgərlərinin ölkədən çıxarılma tələbini Türkiyənin Əfqanıstandakı siyasətinin uğursuzluğu, yoxsa Talibanla Türkiyənin daha başqa planlarının olması kimi qiymətləndirmək olar? 

- Mən deməzdim ki, Türkiyə ABŞ qüvvələri Əfqanıstandan çıxdıqdan sonra orada öz hərbi qüvvələrini saxlamaqda qərarlı idi. Bu sadəcə ABŞ-ın istəyi idi ki, öz qüvvələrini Əfqanıstandan çıxardıqdan sonra onun yerinə NATO üzvü olan Türkiyə, Kabil hava limanının təhlükəsizliyini təmin etmək missiyasını davam etdirsin. Buna görə də hazırki prosesi Türkiyə siyasətinin uğursuzluğu kimi qəbul etmək doğru olmazdı. Ümumiyyətlə Türkiyə sülhməramlı missiyasını Əfqanıstanda özbaşına qərarla həyata keçirməyib. Bu qərar Türkiyənin də üzvü olduğu Beynəlxalq Sülhməramlı Koalisiyanın ortaq qərarı nəticəsində meydana gəlib. Məsələyə ayrı cür yanaşsaq, demək olar ki, burada Türkiyə heç bir şey itirmir. Sadəcə ABŞ-ın Əfqanıstanı tərk etdikdən sonra oradakı sözügedən əraziləri Türkiyə hərbi qüvvələrinə təhvil verilməsi və türk ordusunun orada qalması bir qədər müəmmalı görünürdü.     

- Taliban tərəfi Türkiyənin ordusuz olaraq Kabildə təhlükəsizlik baxımdan onlara dəstək olmasını istəməsi rəsmi Ankara tərəfindən qəbul edilə bilərmi? Sizcə Taliban bu istəyi ilə nə demək istəyir?  

- Talibanın bu təklifi əslində onların Türkiyəni düşmən olaraq deyil, qardaş və dost olaraq qəbul etmələrindən irəli gəlir. Hesab edirəm Türkiyə Taliban hökumətinin bu təklifini qəbul edə bilər. 

Bir məqamı da nəzərə almaq lazımdır ki, Türkiyə ilə Taliban arasında münasibətlərdə Pakistanın rolu da nəzərə alınmalıdır. Çünki Pakistan Türkiyənin bölgədə ən yaxın strateji tərəfdaşıdır. Məhz elə bu baxımdan Talibanla Türkiyə münasibətləri yaxın gələcəkdə daha da inkişaf etdirilə bilər. 

Elnur Ənvəroğlu 
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO

Xəbər xətti

Aİ-nin Cənubi Qafqaz missiyası... - Erməni politoloqun ŞƏRHİNDƏ - ÖZƏL
15:10 29.03.2024
8 Noyabr prospektində əsaslı təmir işləri aparılır
15:00 29.03.2024
Məşhur rejissor cəngavər statusu alacaq
Məşhur rejissor cəngavər statusu alacaq
15:00 29.03.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
12:20 29.03.2024
“Crocus”da xəsarət alanların sayı 382 nəfərə ÇATDI
12:18 29.03.2024
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
12:15 29.03.2024
İndi dünya daha yavaş dönür
12:10 29.03.2024
“Pulu olmayan bələdiyyə necə fəaliyyət göstərsin?!” – Fazil Mustafa
12:05 29.03.2024
Aİ-nın Cənubi Qafqazda səfəri sülh prosesinə necə təsir edəcək? – Amerikalı Ekspert Açıqlayır – ÖZƏL
12:00 29.03.2024
Netanyahu Mossad rəhbərinin sülh təklifini RƏDD EDİB
11:55 29.03.2024
Şuşa şəhərində yeni məscidin təməli qoyulub
11:52 29.03.2024
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
11:50 29.03.2024
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
11:45 29.03.2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalarına riayət edilməməsinə görə cərimələr müəyyənləşir
11:42 29.03.2024
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:40 29.03.2024
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
11:38 29.03.2024
ABŞ yeni ittifaq yaradır... - ANALİTİKA
11:33 29.03.2024
Azərbaycanda bu maşınlar kəskin UCUZLAŞDI - Satmaq istəyənlər isə 3 dəfə artdı
11:28 29.03.2024
ABŞ və Aİ Ermənistanı niyə silahlandırır? – SƏBƏB VƏ MƏQSƏD
11:22 29.03.2024
Hamısı