Əcəllə döyüşən həkim “Güllə alnından girib, arxadan çıxmışdı, amma o döyüşə qayıtdı...” MÜSAHİBƏ

Müsahibələr 14:21 29.08.2021

Vətən müharibəsi deyəndə, hamımızın gözü önünə əlində silah tutaraq döyüşən əsgərlər gəlir. Təbiidir, çünki müharibənin ən ağır işini onlar – ölümün gözünə dik baxanlar görüblər. Amma həmin əsgərlərlə yanaşı müharibənin gizli, gözə görünməyən qəhrəmanları da var.  O, əsgərləri yaşatmaq üçün ölümlə çarpışan həkimlər...

Məhz onların sayəsində bu gün yüzlərlə, minlərlə əsgərimiz, insanımız yenidən həyata qayıdıb, ikinci dəfə yaşamaq şansı əldə edib. Onlar olmasaydı, bu gün şəhidlərimizin sayı çox, daha çox olardı. Onlar müharibənin gözə görünməyən qəhrəmanlardır. Bunu onlara deyəndə isə bir qədər etiraz edib deyirlər - “Biz daha çox adamı xilas edə bilərdik, bacarmadıq...”

Bugünkü müsahibimiz Azərbaycan Tibb Universitetinin Ağız və Üz Çənə Cərrahiyyəsi kafedrasının assistenti, Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının sədri, hər iki Qarabağ müharibəsində həkim kimi iştirak etmiş Oktay Mehdiyevdir.

Bir Oktay Mehdiyev, ayakta ve açık hava görseli olabilir

- Oktay həkim, siz hərbi həkim deyilsiniz. Amma döyüş bölgəsində olmusunuz, müharibədə birbaşa iştirak etmişiniz. Aktiv döyüşlərin getdiyi bölgələrdə, yaralı hərbçilərimizin tibbi əməliyyatlarında necə iştirak etmisiniz? Orada sizin fəaliyyətiniz nədən ibarət olub?

- Müharibə başladıqdan sonra biz Könüllü Həkimlər Assosiasiyası olaraq 3 qrupa bölünüb cəbhəyə yaxın ərazilərdə yerləşən xəstəxanalara yollandıq. Birinci qrup Naftalan, ikinci qrup Gəncə, üçüncü qrupsa Füzuli istiqamətinə getdi. Beləcə, müharibə iştirakçısına çevrildik.

- Siz özünüz hara yollandınız?

- Mən ilk olaraq Gəncə Beynəlxalq Xəstəxanasına getdim. Oktyabrın 18-nə kimi orada fəaliyyət göstərdim. Sonra isə Füzuli Diaqnostika Mərkəzinə yollandım. Və müharibənin sonuna qədər orada qaldım. Mərkəzin qeyri-rəsmi olaraq baş həkimi funksiyasını icra edirdim.

Bir Oktay Mehdiyev dahil 7 kişi, ayakta duran insanlar, askeri üniforma ve açık hava görseli olabilir

- Müharibəyə ilk olaraq hansı sahənin həkimləri qatıldılar?

- İlk könüllü qruplar stomatoloqlar arasında yaradılıb və mən də o prosesdə iştirak etmişəm. Məqsədimiz orduya dəstək idi. “WhatsApp” qrupumuzun adı da “Hərbiyə dəstək” adlanırdı. Bizim fəaliyyətimiz də o qrupun adı ilə uyğun idi. Döyüşən ordumuza əlimizdən gələn bütün dəstəyi göstərməyə çalışırdıq. Həm özümüz döyüş bölgələrinə yaxın xəstəxanalara yollanır, həm də ordunu tibbi ləvazimatlarla təmin etməyə çalışırdıq. Sadəcə Füzuli rayonunda 3 təminat anbarı yaratmışdıq. Bu anbarlarda həm tibbi, həm də qida məhsulları toplamışdıq və hər gün onları cəbhəyə yollayırdıq.

- Füzuli Diaqnostika Mərkəzi ölümlə savaşan həkimlərimizin qalasına çevrilmişdi. Nə üçün könüllü həkimlərin böyük əksəriyyəti məhz Füzuliyə gedirdi?

- Orda müəyyən çatışmazlıqlar var idi və bizim orda fəaliyyətimiz həm təminat, həm də tibbi müdaxilələr baxımından zəruri idi. Üstəlik, yaralıların çoxu da məhz bura göndərilirdi. Düzü, müharibənin ilk günlərində yaralı əsgərlərimiz daha çox Naftalana və Gəncəyə göndərilirdi, lakin qısa zamanda hərbi əməliyyatın istiqamətinin cənuba yönəlməsi, Füzuli-Cəbrayıl istiqamətində düşmənin müdafiə xəttinin yarılması və bu cəbhədə gedən döyüşlərin daha intensiv xarakter alması bizi Füzuli Diaqnostika Mərkəzinə keçməyə vadar etdi. Mən ora yollandıqdan sonra müxtəlif sahələr üzrə həkimləri Füzuliyə dəvət etdim. Dəvətimə bir çox həmkarım qoşuldu və orada çox mütəşəkkil və güclü bir komanda yaratdıq. Və bütün müharibə dövründə, hətta sonra da yaralı əsgərlərimizin qəbulu, təxliyyəsi və onlara ilkin tibbi yardımın göstərilməsi işlərini icra etməyə başladıq. Zaman keçdikcə həm döyüşlər şiddətlənir, həm də bizim sıralarımız böyüyürdü. Qısa bir müddət sonra bizim demək olar ki, istənilən sahə üzrə mütəxəssis olan həmkarlarımız bizə qoşulmuşdu və məhz bunun vasitəsilə biz ixtisaslaşdırılmış həkim yardımını təşkil edə bilirdik.

- Təxminən neçə həkim könüllü olaraq sizin assosiasiyaya qoşuldu? Daha çox hansı sahənin həkimləri cəbhəyə yollandı?

- Təkcə 300-dən çox stomatoloq döyüşə yollanmışdı. Onlar növbəli prinsip üzrə fəaliyyət göstərirdi. Digər sahələrdən isə 100-ə yaxın həkim sıralarımıza daxil olmuşdu.

- Müharibədə hərbçilərimiz daha çox hansı tip yaralar alırdılar? Siz birinci Qarabağ müharibəsində də iştirak etmisiniz. Birinci və ikinci müharibədə əsgərlərimizin aldığı yaralarda hansı fərqləri müşahidə etdiniz?

- Birinci Qarabağ müharibəsi ilə müqayisədə 44 günlük müharibədə daha çox əsgərlərimiz qəlpə yaraları almışdılar. Qəlpədən xəsarət alanların sayı həddindən artıq çox idi. Və deyərdim ki, əsgərlərimizin əksəriyyəti bədənlərinin ətraf zonalarından yara almışdı. Qarın boşluğu, döş qəfəsi və baş nahiyəsi qoruyucularla örtüldüyünə görə, daha çox ətraf nahiyələrdə yaralar müşahidə edilirdi. Bundan savayı baş-beyin zədələnmələrinə də tez-tez rast gəlinirdi.

- Müharibədə hansı sahənin həkimlərinin üzərinə nisbətən daha çox yük düşürdü?

- Təbii ki, travmatoloqlara. Onların işi digər həkimlərə nisbətən daha çox idi. Onlarla birlikdə ağız-üz cərrahlarının, neyrocərrahların da çox intensiv çalışdığını deyə bilərəm.

- Sirr deyil ki, Ermənistan silahlı birləşmələri tez-tez yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən, xəstəxanaları atəşə tuturdu. Siz də döyüşlərin intensiv getdiyi ərazilərin çox yaxınlığında fəaliyyət göstərirdiniz. Heç çalışdığınız xəstəxanaya artilleriya atəşi açılıbmı, yaxınlığınıza raket düşübmü?

- Ermənilər Gəncəyə ilk raket zərbələri endirdiyi zaman biz Gəncə Beynəlxalq Xəstəxanasında idik. Hətta raketlərdən biri təxminən 150 metr yaxınlığımıza düşdü. Biz orada erməni terrorunun qurbanı olmuş dinc sakinlərə ilkin tibbi yardım göstərirdik. Xüsusilə yaralı uşaqları diqqətimizdə saxlayırdıq. Sonradan sosial şəbəkələrdə və mətbuatda məşhurlaşan yaralı uşaqların bir neçəsinin şəklini mən öz telefonumla çəkmişdim (üzünə hüzn çökür, qarşısındakı çaydan bir qurtum içərək dərindən nəfəs alıb, söhbətə davam edir). Açığı bizim üçün həmən gün çox ağır və dəhşətli idi. Döyüşçülərə tibbi yardım göstərmək də asan deyil, onlar da bizim balalarımızdır. Onları da itirəndə o dünyanı görüb gəlirdik. Lakin körpə, günahsız, silahsız balaları qan içində görəndə həkim də olsan mənəvi sarsıntı keçirirsən (siqaret yandırır...)

- Doğrudur, hər uşaq, hər əsgər, hər zabit vətənin bir parçasıdır və onların ölümü bir ailənin, bəzənsə bir elin faciəsidir. Lakin adətən orduda belə bir deyim var ki, yüksək rütbəli zabitlərin həyatı bəzən bir bölüyün, briqadanın, taborun həyatı anlamına gəlir, ona görə də onları qorumaq və xilas etmək ordu üçün əhəmiyyətə malikdir. Heç xilas etdiyiniz yüksək rütbəli zabit olubmu?

- Təbii, olub, çox olub, lakin indi adlarını çəkmək istəmirəm. Bu gün də onların çoxu ilə dostluq əlaqələrim var, Allah onları qorusun! Lakin sizə özümün də çox təəccübləndiyim bir neçə hadisəni danışa bilərəm. Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) şəxsi heyəti döyüşlərdə necə fərqlənirdisə, inanın ki, reanimasiya otaqlarında da onlar sanki başqa cür idi, fərqlənirdilər. Davranışları, sözləri tam başqa idi. Bunları izah etmək üçün söz tapa bilmirəm. Məsələn, onu deyə bilərəm ki, yüngül xəsarətlər alan XTQ zabitləri xəstəxanaya getməkdən imtina edirdilər. Hətta bir dəfə bir XTQ zabitinin bədənini güllə dəlib keçmişdi, lakin mən onu şəhərə, xəstəxanaya göndərə bilmədim. Eləsi var idi ki, yarasına tikişi qoyurduq, dava-dərmanın götürürdü, “mən orada təcili lazımam, yaramı yolda işləyərəm” deyib, döyüşə qayıdırdı. (Nə qədər təkid etsəm də, müsahibədə onların hansınınsa adının çəkilməsinə razı olmur.)

Yüksək rütbəli bir polkovnik-leytenant var idi. 5 noyabrda, Şuşa istiqamətində, Daşaltı uğrunda gedən döyüşlərdə ağır yaralanmışdı. Təsəvvür edin, snayper gülləsi onun alın nahiyəsindən girmiş, arxa nahiyədən çıxmışdı. Amma xoşbəxtlikdən beyinə daxil olmamışdı...

- O komandir sağ qaldı?

- Allahın işinə baxın da. Başında böyük bir kəsik vardı, sanki güllə başı yara-yara getmişdi. Mən ona ilkin tibbi yardımı göstərdim, sarğı qoydum, özünə gəldi və ilk dediyi söz nə olsa yaxşıdır?! “Mən, təcili döyüş bölgəsinə qayıtmalıyam”. Bunu deyəndə təbii ki, biz onu buraxmaq istəmədik. Sonra izah etdi ki, hərbi hissə komandiri şəhid olub və o, müavindir. Hazırda da döyüşə rəhbərliyi həyata keçirəcək ondan yüksək rütbəli komandir yoxdur. “Sağ qalmışamsa, buraxın gedim, uşaqları başsız qoymayım” dedi. Biz çox düşündük, yarası çox böyük idi, arxa cəbhəyə göndərilməliydi. Axırda onunla bacara bilmədik, ərizə yazdı və döyüşə qayıtdı...

(Ardı növbəti yazıda)

Söhbətləşdi: Nicat İsmayılov

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

6.3.10. gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

“Barselona” Arauxonu satacaq
00:20 24.04.2024
Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Prezident: COP29-dan əvvəl Ermənistanla baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
16:17 23.04.2024
İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
16:09 23.04.2024
Qazaxın Aşağı Əskipara kəndində Azərbaycan bayrağı qaldırıldı
16:05 23.04.2024
İlqar Orucov: "Qarabağ Universiteti dünyanın nüfuzlu universitetləri sırasında olacaq"
16:00 23.04.2024
Hamısı