Talibanı kimlər tanıyacaq? Bu dövlətlər ilk sırada yer ala bilər

Müsahibələr 16:41 08.09.2021

ABŞ və onun nəzarətində olan əvvəlki hakimiyyətlə 20 illik mübarizədən sonra Əfqanıstanı tamamilə nəzarəti altına alan Taliban yeni hökuməti açıqlayıb. Məlumata görə, baş nazir postu Molla Məhəmməd Həsən Axunda tapşırılıb. Molla Bəradər Axund onun birinci müavini, Molla Məvlavi Abdul Salam Hənəfi  isə onun ikinci müavini kimi adları yuxarı kürsüyə sahib olanlar siyahısında yer almaqdadır. Bundan əlavə Talibanın Xarici İşlər naziri vəzifəsini Molla Məhəmməd Yaqub, Müdafiə nazirinin icraçısı postunu Molla Əmir Xan Mottəqi,  Daxili İşlər naziri vəzifəsini  Molla Siracuddin Haqqani, Maliyyə naziri kürsüsünü Molla Hidayətullah Bədri və İnformasiya və Mədəniyyət naziri vəzifəsini Molla Xeyrullah Xeyirva təmsil edəcək. 

Artıq hökumət təqdim olunub, amma əsas şərt şəriət qaydaları ilə idarə ediləcək dövləti qurmağa çalışan Talibanın tanınmasıdır. Hələlik dünyanın heç bir dövləti Taliban hakimiyyətini tanımasa da, beynəlxalq arenada fikrini sərbəst ifadə etməkdən çəkinən, lakin Talibanı artıq mütləq güc kimi görən və Əfqanıstandakı maraqlarını gercəkləşdirmək üçün onunla birtəhər dil tapmağa çalışan dövlətlər var. Məsələn ona yaxın olan Rusiya və Çin, həmçinin Hindistan Talibanla danışıqlara getmək üçün böyük həvəs göstərir. 

Başqa bir nüans isə Taliban rəhbərliyində bir neçə vəzifəli şəxsin adının ABŞ-ın axtarış siyahısında yer almasıdır. Məsələn, Baş nazir Molla Məhəmməd Həsən Axundun adı BMT-nin sanksiya siyahısındadır. Daxili İşlər naziri Molla Siracuddin Haqqani isə Vaşinqtonun birbaşa düşmənidir. Onun adı hələ 10 il əvvəl axtarışda olan təhlükəli terrorçular siyahısına salınıb və ABŞ onun tutulması üçün 5 milyon dollar mükafat təyin edib. Bu siyahının hələ də qüvvədə saxlanıldığı bir vaxtda ABŞ və onun müttəfiqi olan dövlətlərin bu tərəfdaşlıqda yer almayacağı bəllidir. 

Digər məlum olan fakt Talibanın yaxın günlərdə özünü rəsmi dövlət elan edəcəyidir. Məchul olan isə kimlərin bu yeni qurulacaq dövlətlə əməkdaşlıq edəcəyidir. 

EDNews-a açıqlama verən Türkiyəli siyasi şərhçi Engin Özərin mövzu ilə müsahibəsini sizlərə təqdim edirik. 

- Yeni hökumət quran Talibanı hansı dövlətlər tanıya bilər?

- Çox güman ki, Talibanı ilk tanıyan dövlət Qətər olacaq. Qətərin hazırda texniki heyəti Kabil hava limanında fəaliyyət göstərməkdədir. Eyni zamanda Qətər Talibanın vaxtilə baş qərargahına ev sahibliyi edən dövlətdir. Bu səbəbdən də Talibanın ilk olaraq dövlət kimi Qətər tərəfindən tanınması hər kəs tərəfindən gözlənilən reallıqdır. Bundan əlavə, ilk tanıyan ölkələr arasında Pakistanın da adını çəkmək məntiqə uyğun sayıla bilər. Digərlərinə gəldikdə isə Talibanla münasibətlərdə son dərəcə maraqlı olan Çin də yer alacaq. Hesab edirəm Çin artıq bu barədə hazırlıqlar görməkdədir. 

Avropa və Amerikaya gəlincə, düşünmürəm ki, onlar bu qısa zamanda Talibanı tanısınlar. Çünki Taliban Qərbin özündə əsas element hesab etdiyi demokratik seçki prinsipi ilə hakimiyyətə gəlməyib və hətta bu olsaydı belə, bunu Avropa ölkələri yenə də qəbul etməzdi. Onların fikrincə taliblər zorla hakimiyyəti devirərək ölkədə rəhbərliyi ələ keçirib. Bu səbəbdən İngiltərə hökuməti istisna edilməklə, heç bir Avropa ölkəsinin Talibanı tanımasından hələlik söz gedə bilməz.    

- Talibanı rəsmi olaraq tanıdığını bildirməkdən çəkinən Rusiya, Çin və Hindistan onu tanımaqda maraqlıdır. Bəs onlar hansı nüanslardan dolayı bunu edə bilmir və yaxud nə zamansa bunu dilə gətirəcəklərmi? 

- Rusiya, Çin və Hindistanın Talibanı tanımasına bir qədər fərqli perspektivlərdən yanaşılmalıdır. Məsələn, Çinin Talibanla əməkdaşlığı çox fərqlidir. Hələ 2000-ci illərdən bəri Çinin Əfqanıstanda böyük yatırımları olub və bu, durmadan davam etdirilib. Buna görə də deyərdim ki, Çinin Əfqanıstanda təsir gücü digər dövlətlərdən üstün dərəcədə fərqlidir. Elə bu səbəbdən Çin qərb tərəfindən hər zaman ittiham edilməkdədir. 

Hindistana Əfqanıstanın yaxınlaşması daha çox milli və etnik cəhətdən mümkün ola bilər. Bilirsiniz ki, özbək, xəzəri, tacik və pədun millətlərindən olan əfqanların Hindistana qarşı ayrı bir rəğbəti var. Lakin burada bir incı nüans var ki, bu da Pakistanla Hindistan arasında olan Kəşmir problemidir. Əfqanıstan bu xüsusda Pakistanı müsəlman qardaşlığı nəzərindən sıx müdafiə edir. Məhz bu səbəbdən dolayı Hindistanın Əfqanıstanla əməkdaşlığı bir müddət zaman ala bilər. 

Rusiyanın Talibanla yaxınlaşması bir qədər uzaq görünür. Çünki Rusiya Talibanı terrorçu hərəkat kimi tanıyır və hətta Moskvada bir mətbu orqanı Taliban haqda məqalə yayımlayırsa, orada mütləq “terrorçu” sözü Taliban qarşısında istifadə etməlidir. Əks halda həmin mətbuat orqanı məsuliyyətə cəlb oluna bilər. Belə olan halda Rusiyanın Talibanı birdən-birə tanıması qısa müddətdə mümkün ola bilməz. Digər tərəfdən isə Taliban NATO-ya müxalif olduğu üçün Rusiyanın işinə yarayır və bəlkə də gələcəkdə zamanla bu ittifaq tanımaqla olmasa da, de-fakto bir iş birliyi kimi mümkün ola bilər.        

- Adları ABŞ-ın axtarışa verdiyi siyahıda olan Talibanın yeni hökumət rəhbərlərinin aqibəti necə olacaq?  Taliban üçün 85 milyard dollarlıq müəmmalı hərbi miras qoyan ABŞ bu qərarından vaz keçəcəkmi və nə vaxtsa Talibanla tərəfdaşlığa yönələckmi? 

- Bilirsiniz ki, ABŞ-ın axtarışa verdiyi Taliban rəhbər şəxslərindən biri onun Daxili İşlər naziri vəzifəsini icra edəcək Molla Siracuddin Haqqanidir. Hətta Əfqanıstan hakimiyyətinin bugünkü rəhbər nümayəndələri vaxtilə Quantanamo həbsxanasında cəza çəkmiş şəxslərdir. Bütün bu reallıqlara baxmayaraq, əminliklə deyə bilərəm ki, ABŞ-ın bugünkü Bayden hakimiyyəti həmin şəxsləri görməzdən gələcək. Eyni zamanda ABŞ onların beynəlxalq aləmdə qanuniləşməsinin qarşısını almaq üçün Əfqanıstan hakimiyyətinə qarşı çeşidli sanksiyalar tətbiq edəcək. 

ABŞ-ın Əfqanıstanda qoyub getdiyi silahlara gəlincə isə burada ABŞ üçün ciddi bir itki görmürəm. Çünki geridə buraxılan silahların çoxu Qəni hakimiyyəti dönəmində Əfqanıstana verilmişdi. Sonradan bu silahlar Pəncşirdə taliblərə qarşı mübarizə aparan silahlı qruplaşmalar üçün nəzərdə tutulmuşdu. Lakin Əfqanıstanın keçmiş milli ordusu taliblərlə savaşmadı və bunları geridə buraxıb qaçdı. ABŞ Əfqanıstanı tərk edərkən həmin silahları və helikopteri özü ilə aparmaqda lüzum görmədi, hətta bəzilərini yarasız hala saldı. Hazırda həmin helikopter və silahlar Pakistan ordusu tərəfindən satın alınıb. 

Elnur Ənvəroğlu 

"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO

Xəbər xətti

Səməd Seyidov: "Türk dünyası böyük bir fenomenə çevrilib"
14:40 25.04.2024
Cəlil Cavanşiri oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"
14:32 25.04.2024
Elmira Süleymanova vəfat etdi
14:14 25.04.2024
"Bu dünya iqtisadiyyatının sonu ola bilər..." – İngilis politoloqla Eksklüziv ŞƏRH
14:00 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:55 25.04.2024
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:53 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
13:46 25.04.2024
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdı
13:40 25.04.2024
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur”
13:30 25.04.2024
Fuat Oktay: "Zəngəzur dəhlizinin açılması Türkiyəni Orta Asiyaya bağlayacaq"
13:27 25.04.2024
Sahil Babayev: "Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb"
13:20 25.04.2024
"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO
13:05 25.04.2024
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
12:50 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak ediblər
12:38 25.04.2024
Haaqa məhkəməsində Ermənistanın əsassız iddiaları davam edir - VİDEO
12:38 25.04.2024
Sabahın hava PROQNOZU
12:35 25.04.2024
Baş Prokurorluqdan Nəsib Quliyevin ölümü ilə bağlı daha bir AÇIQLAMA
12:30 25.04.2024
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
12:30 25.04.2024
Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir
12:25 25.04.2024
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
12:20 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
12:14 25.04.2024
Naxçıvana Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? – DOSYE
12:09 25.04.2024
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
12:00 25.04.2024
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
11:52 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış oldular
11:35 25.04.2024
Şuşada beynəlxalq müsabiqə keçiriləcək - TARİX AÇIQLANDI
11:25 25.04.2024
Qırğızıstan Prezidenti Füzuliyə GETDİ
11:18 25.04.2024
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
11:15 25.04.2024
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
11:05 25.04.2024
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
10:50 25.04.2024
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:39 25.04.2024
ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
10:20 25.04.2024
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
10:15 25.04.2024
Azərbaycanda balıq ovu qadağan edilir
10:07 25.04.2024
BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Hamısı