Ukraynanı rus qazına satan Almaniya Berlin “Şimal Axını”ndan yararlana biləcəkmi?

Müsahibələr 15:59 09.09.2021

Bir neçə gün öncə Almaniya hökuməti “Şimal Axını 2” layihəsinin yekun işləri barədə açıqlama yaydı. Artıq istismara verilməsi üçün günləri və hətta saatlarını sayan bu iri həcmli qaz kəməri alman xalqının ümid qaynağına çevrilib. Lakin layihənin daha qısa zamanda tamamlanmaması ilə bağlı Almaniya tərəfi bir sıra səbəblər də göstərib. 

Öncə qeyd edək ki, tamamlanmaq üzrə olan “Şimal Axını 2” qaz boru kəməri layihəsi Baltik dənizindən çıxaraq Almaniyanın kiçik şəhəri olan Lübminə daxil olaraq tamamlanır. Bu layihənin tamamlanmasında nəinki mərkəzi hökumət, həm də şəhərin yerli sakinləri çox maraqlıdır.

Lübmin, Almaniyanın şimal -şərq sahillərində yerləşən, 2000-dən bir az çox əhalisi olan kiçik bir şəhərdir. “Şimal Axını 1” və “Şimal Axını 2” boru kəmərləri üçün qəbul stansiyaları olduğu üçün özünü böyük infrastruktur layihələrinin və siyasi oyunların mərkəz nöqtəsi kimi görür. Qeyd edək ki, borunun sonuncu hissə bazar ertəsi günü qaynaqlanıb və tezliklə tamamlanacağı gözlənilir.

ŞA1 və ŞA2 layihələrinin faydalarından danışan və layihədə bilavasitə çalışan Lübmin şəhərinin meri Aksel Foqt bunu Almaniyada gələcək infrastruktur layihələrin təməl daşı adlandırıb. Foqt həmçinin, layihənin sürətlə tamamlanmasına mane olan siyasi qüvvələr və oyunçular barədə də söz açıb. O bildirib ki, həmin siyasi qüvvələrin ətrafdan maneələr yaratması onları narahat etmir, Avropa siyasəti, federal siyasət və hətta Amerika siyasəti Almaniya siyasətindən çox uzaqdır.

Almaniya tərəfi açıq şəkildə bildirir ki, “Şimal Axını 2”nin tamamlanmasına gedən yol o qədər də şəffaf olmayıb. Dəfələrlə Ukrayna qaz tranzitindən narahat olan Avropa bürokratları, habelə layihəni sanksiyalara məruz qoyan Vaşinqton bir çox maneələr törədərək layihədə maraqlı olan bəzi şirkətləri çəkindirib.

Hazırda nə ABŞ, nə də tərkibində olduğu Avropanın maraqlarını nəzərə almayan Almaniya qarşısında üç maneənin olduğunu deyir və ilin sonunadək Rusiya ilə əlaqəli ölkələrin problemi həll edərək qaz satışını maneəsiz həyata keçirəcəyinə böyük ümid bəsləyir. Bu addım həm də onu göstərir ki, Almaniya Rusiya qazından çox şeylər gözləyir və bunun qarşılığında Rusiyanın maraqları da mərkəzi Avropada üstünlük təşkil edə bilər. Digər məsələ isə Almaniyanın Rusiya müstəvisində Ukrayna və Vaşinqtonla bir çox siyasi məsələləri hansı formada həll edəcəyidir. 

Ukrayna bir rus şousunda rus qonaqlarını tantruma qonaq etdi - ForumDaily

“Şimal Axını 2” ilə bağlı yaranmış vəziyyəti şərh edən ukraynalı siyasi şərhçi Vadim Tryuxan EDNews-a qısa müsahibə verib. 

- Almaniya tərəfi “Şimal Axını 2” layihəsinin gecikməsindəki səbəbi Avropa və ABŞ-ın siyasi oyunlarının törətdiyi maneələrdə görür. Almaniya, tərkib hissəsində olduğu Avropa Birliyinin və ona müttəfiq olan ABŞ-ın bu kimi maneələrini nə formada dəf edə biləcək?    

- Rusiyanın “Qazprom” şirkəti son borunun artıq qaynaq edildiyini açıqladı və ilk kubmetr qazı bu il oktyabrın 1-dək "Şimal Axını 2" qaz kəməri vasitəsilə nəql etmək niyyətindədir. Bununla da avropalı istehlakçılar artıq dekabrın 1-dək rus qazından yararlanmağa başlayacaqlar. Bu zaman rusların bu qaz kəmərinin ikinci qolu ilə təmin etməyi planlaşdırdıqları qazın həcmi təxminən 5,6 milyard kubmetr ola bilər.

Bu planlar gerçəkləşəcəkmi? Hazırda proqnoz vermək çətindir. Axı, indiyə qədər Almaniya tənzimləyicisi bu obyektin istismarı üçün müvafiq icazə verməyib. Bundan əlavə, qaz kəmərinin istismara verilməsi tarixi bir neçə il təxirə salınıb və əslində 2019-cu ilin sonuna qədər ŞA-2-nin inşasını başa çatdırmaq üçün ilkin planlara baxmayaraq, ən azı 2 il gecikmə olub.

Gecikmənin səbəbi, şübhəsiz ki, bu layihədə iştirak edən şirkətlərə qarşı sanksiya tətbiq edən Amerika və Avropa idi. Yeni sanksiyalar, eləcə də məhkəmə qərarları "Qazprom" üçün keçilməz maneəyə çevrilə bilər. Buna baxmayaraq, hazırda ŞA-2-ni işə salma ehtimalı olduqca yüksəkdir.

- Almaniya Rusiya qazından son dərəcə asılı olduğunu açıq şəkildə bildirir. Bu vəziyyətdən yararlanmaq istəyən Rusiya da öz maraqları üzərindən Avropa qarşısında şərtlər irəli sürə bilərmi?

- Bu tezis doğru deyil. Əslində Almaniya, bütün Avropa kimi, qazdan imtina edə bilər. Bu, əlbəttə ki, gələcəkdə, 20, maksimum 30 il sonra mütləq baş verəcək. Üstəlik, Ukrayna və Belarusdan keçən qaz ötürmə sistemlərinin mövcudluğuna baxmayaraq, ŞA-2-yə çox milyardlıq sərmayə qoymağın iqtisadi cəhətdən heç bir əsaslı səbəbi yoxdur.

ŞA-1 və ŞA-2 layihəsinin özü, 21-ci əsrin 2 məqsədi olan geosiyasi tikinti layihəsidir: 1) Qaz sektorunda Avropaya monopoliya təsiri qazanmaq; 2) Ukraynanı zəiflətmək, qaz tranzitindən qazandığı 2-3 milyard dollardan məhrum etmək.

Buna baxmayaraq, Rusiyanın mümkün qaz şantajı əks nəticələrə gətirib çıxaracaq - avropalılar yaşıl enerjiyə doğru daha sürətli hərəkət etməyə başlayacaq və tranzit dövründə başqa qaz idxal mənbələri tapacaqlar.

- Qaz müqabilində Rusiyaya yönələn Almaniya bundan sonra Ukrayna və Vaşinqtonla bir sıra ortaq siyasi məsələləri hansı formada həll edə biləcək?   

- İlk baxışdan elə düşünmək olar ki, Avropanın Rusiya qazından müəyyən qaz asılılığı nəticəsində, Almaniya da daxil olmaqla şirkətləri ŞA-2 layihəsində “Qazprom”un ortaqları olan ölkələrin əl-qolunu bağlanacaq. Ancaq bu problemi daha dərindən təhlil edəndə, bu cür şübhələr dərhal aradan qalxır. Almaniya, bütün digər Aİ və NATO üzvləri kimi, Ukraynanın Aİ və NATO-ya üzv olmaq istəyində həmişə dəstək verib.

Eyni zamanda Rusiya ilə danışıqlarda işlərin hazırkı vəziyyətini nəzərə almaq lazımdır. Avropanın Rusiya qazından asılı olması və olmamasına baxmayaraq, Rusiyaya təzyiq alətləri olduqca azdır. Yalnız ruslar təcavüzü genişləndirməyə çalışdıqda, Ukrayna avropalı, amerikalı və digər tərəfdaşlarından kəskin reaksiya gözləyə bilər.

Elnur Ənvəroğlu 

Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı