“Azərbaycanla İranın müharibə etməsi?! Belə bir şey ola bilməz”

Müsahibələr 09:44 23.09.2021

EDNews.net İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymaninin “Yeni Sabah”a müsahibəsinin II hissəsini təqdim edir. Müsahibənin birinci hissəsi “Xankəndi Azərbaycan ərazisidir və ora İran yük maşınlarının getməsi düzgün deyil” başlığı ilə ötən gün yayımlanıb:

- İctimai münasibətlərin belə olduğu bir vaxtda İranın Arazboyunda hərbi təlimlərə başlamasını politoloqlar Azərbaycana təhdid kimi qiymətləndirirlər. Siz necə düşünürsünüz?

- Hərbi təlimlər hər bir ölkənin hüququdur. Qarşı tərəfə ziyan vurmamaq və təhdid mesajı vermədən bu təlimlər həyata keçirilə bilər. Azərbaycanda dəfələrlə bu təlimlər olub. Özəlliklə 44 günlük müharibədən sonra da Azərbaycan-Türkiyə təlimləri baş verib. Pakistan da bu təlimlərə qoşulub. Bunlara başqa məna ilə baxmağa dəyməz. 

Məncə Azərbaycana qarşı İran tərəfi hansı bir təhdid mesajı vermir. Azərbaycanla İranın müharibə etməsini düşünmürəm. Belə bir şey ola bilməz. Ola bilsin İranın reaksiyası bəzən fərqli olsun. İxtilafların olması xarici əlaqələri pozmur. Bu əlaqələr yerindədir. İran Azərbaycana qonşu dövlətdir və düşünmürəm ki, bu təlimlərlə İran Azərbaycanı hədələyir. 

Ola bilər başqa ölkələrə bu təlimlərlə mesaj verirlər. Gizlin deyil ki, İranla İsrail və İran-ABŞ əlaqələri hansı yerdədir. Bunun üçün də İranın apardığı təlimlər bu məsələyə bağlı ola bilər. Həmçinin Azərbaycanın apardığı təlimlər də İrana qarşı yönəlməyib. Hər zaman belə təlimlər olanda bu təlimlər sülh adıyla olur. Ölkələr istəyir ki, regionda sülh bərpa olsun. Ona görə bu tip hərbi manevrlər həyata keçirilir. 

Məsələ burasındadır ki, Azərbaycan qarşı tərəfə güllə atmayıb. Ona görə də vəziyyəti qızışdırmaq lazım deyil. Çünki Azərbaycan tərəfindən İrana başqa bir mesaj gəlməyib ki, Azərbaycan guya İranı hədələyir. Biz heç vaxt belə şeyləri demərik, onlar da həmçinin. Hər zaman dostluq mesajı verilib. 

İndi son zamanlar ortaya çıxan yol məsələsi özü də bir problemdir ki, hər iki tərəfindən anlaşılmazlıqlar baş verir. Hesab edirəm bunu həll etməliyik ki, digər məsələlər üzə çıxmasın. Təbii ki, Ermənistan da istəyir öz daxilindən yol çəksin. Qafan-Tativ yolunu təmir edirlər ki, oradan getsinlər. Hər halda birdən-birə aranı qatmaq olmaz. 

Azərbaycan 30 ildir ki, Naxçıvana İran ərazisindən gedib-gəlir. Əvvəllər bəzi problemlər olurdu və biz həll edirdik bu problemləri. İrandan Naxçıvana enerji və qaz gedir. İnam məsələsi var ortada. Gərək hər iki tərəf bir-birilərinə inana ki, bəzi məsələlərdəki problemləri aradan qaldıraq. İnşallah mən gözləyirəm bu məsələ tezliklə həll olunacaq. Biz aramızdakı dostluğu və qardaşlığı gücləndirməliyik. Bir-birimizə güzəştə gedərək bu problemi aradan qaldıra bilərik.

- Ərdəbil imamcüməsi Seyid Həsən Amilinin Azərbaycanı təhdid edən çıxışı da etirazla qarşılandı və bir neçə gündür bu ritorika davam etməkdədir. Amilinin çıxışının arxasında hansı amillər dayanır?

- Seyid Həsən Amilinin çıxışı və mövqeyi fərdi bir çıxışdır. O bir fərd kimi öz sözünü deyib. Rəsmi olaraq isə o şəxs İran XİN sözçüsü deyil, dövlət rəsmisi deyil. O bir İmam cümə kimi belə bir fikir söyləyib. Onun fikrini dövlətlərarası bir fikir kimi qələmə vermək səhvdir. Mən görürəm ki, hər iki dövlətdə bəzi deputatlar qəliz-qəliz sözlər danışırlar. Onların sözlərinin də təsiri var. Buna ehtiyac yoxdur. Söhbət ondan getmir ki, mən deputatam nə istəyirəm deyərəm, yox. Zənnimcə, belə söhbətlərin danışılmaması daha yaxşıdır.

Doğrudur Seyyid Həsən Amili Ərdəbildə Ali Dini Lider Seyid Əli Xameneinin təyin etdiyi nümayəndədir - İmam cümədir. Ona görə də bu söhbətlər onun əhatəsində olan məsələ deyil deyə, İmamcümənin sözlərini ciddiyyə alıb, bu fikirləri İranın fikri olaraq anlamaq çox səhvdir. İranın XİN sözçüsü söylədi ki, biz Azərbaycanla bu məsələni həll edib, yaranan bəzi problemləri müəyyənləşdirəcəyik. Həmçinin biz Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşırıq. Biz Ermənistanın BMT tərəfindən təsdiq edilən ərazi bütövlüyünə də sayğı göstəririk. 

O ki qaldı Xankəndi və ətraf ərazilərə, oralar əlbəttə ki, Azərbaycanın suveren əraziləridir və Azərbaycana da qaytarılmalıdır. Azərbaycan öz hakimiyyətini və ərazi bütövlüyünü orada mütləq bərpa etməlidir. Hər kəs də buna hörmətlə yanaşmalıdır. Qarşılıqlı sayğı olmalıdır. Ona görə də bu qəbildən olan söhbətləri böyütməyə dəyməz. Diplomatiyanı gücləndirib, bu məsələləri həll etmək lazımdır.

- Qarabağ müharibəsindən sonra Azərbaycan-Rusiya-Ermənistan-Tükiyə arasındakı danışıqlara İranın da daxil edilməsi haqda təkliflər var. Bu təklifi necə qiymətləndirirsiniz? İran bu prosesdə iştirak edərsə, problemin ədalətli həllinə töhfə verə bilərmi?

- İranın da danışıqlar proseslərinə qarışması, zənnimcə gözəl olar. İran kənarda qalsa, Rusiyadan başqa bir şey, o biri ölkələrdən başqa bir şey eşidə bilər, amma İranın özü bu proseslərdə iştirak etsə, həm öz mövqeyini bildirər, həm də təkliflərini deyər. Nəhayətdə bu məsələ də Azərbaycanın xeyrinə bitər. 

Əslində İranın mövqeyi hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyəcək formada olub. Ermənistan-Azərbaycan-Rusiya danışıqlarına Türkiyə və İranın qatılması daha yaxşı olar ki, danışıqlarda bəzi məsələlər həll edilsin. Həm də regional problemləri aradan qaldırar. Bölgədə sabitlik və əmin-amanlıq olsun deyə İranın bu proseslərdə iştirakı vacibdir. 

Sülh sazişindən sonra “3+3” planını başlayaraq, həyata keçirə bilərik. Yəni 3 Cənubi Qafqaz ölkəsi - Azərbaycan, Ermənistan, Gürcüstan və 3 region ölkəsi -Türkiyə, Rusiya, İran. Əslində mən istərdim ki, belə bir təşkilat yaransın regionda. Məsələn, “Şanxay Əməkdaşlıq Təşkilatı” kimi, iqtisadi təhlükəsizlik fonunda bölgənin inkişafına da böyük xeyir gətirə bilər bu qurum. “Qafqaz Əməkdaşlıq Təşkilatı” kimi məsələn. Sonra əlbəttə ki, başqa dövlətlər də bu təşkilata qatıla bilərlər. Bu gözəl addım ola bilər. Hətta Ermənistanla Türkiyə arasında da sülh sazişi olmalıdır və bu saziş çox güman olacaq. Yaşıl işıqlar görünür çünki.

Nikol Paşinyanın da əsas məqsədi budur ki, bu məsələni həll etsin. O istəyir ki, həm Rusiyanın təsrinin altından çıxsın, həm də Türkiyə və Azərbaycanla əlaqələrin qurulmasında nələrəsə nail olsun. Əsasən kommunikasiya, iqtisadi və s. əməkdaşlıqlar fonunda təbii ki... Məncə buna zəmin yarana bilər, o da normal olaraq danışıqlar yolu ilə olacaq.

“3+3” formatı olsa burada təşkilata rəhbərlik edən dövlətlər də fərqli-fərqli ola bilər. Məsələn bir il Bakı, o biri il Tbilisi, başqa bir il də İrəvan. Sonrasında isə əlbəttə Tehran, Ankara və Moskva da bu əməkdaşlığa rəhbər dövlətlər kimi katibliyini sürdürə bilərlər. Ya da ki, sabit olaraq tək ölkə rəhbərlik edər. İndi özləri onun əsasnaməsini, qərarnaməsini yazarlar və s. Bu formada olan əməkdaşlıq hesab edirəm ki, çox möhtəşəm olar. Hesab edirəm ki, indiki durumdakı danışıqlar prosesinə İran daxil olsa çox yaxşı olar. Ən azından şəffaflıqla bir çox məsələlər həll olunar. Problemlər səslənər, nigarançılıqlar aradan qalxar.

- İran və Azərbaycan arasında münasibətlərin gərginləşməsində üçüncü qüvvələrin rolunun olduğunu düşünürsünüzmü?

- Üçüncü qüvvələrin rolu hər zaman var, amma nə qədər təsir edirlər, bunu demək olmaz. Əlbəttə ki, bəzi həssaslıqlar var, fikirlər səslənir. Hər iki ölkədə bəzi fikirlər yayılır. İran-Azərbaycan əlaqələri haqqında yazılar dərc olunur. Mən deyə bilmərəm indi Tehrandakı Azərbaycan səfirliyi bu fikirlərə necə reaksiya verir və s. Buna görə də İran və Azərbaycan o qədər yaxınlaşıb, sıx əməkdaşlıq qurmalıdırlar ki, üçüncü qüvvələrin rolu olmasın.

Sözsüz ki, xarici siyasətlərdə hər iki ölkənin fərqli istiqamətləri var. Bu gizlin də deyil. İranın Azərbaycan-İsrail əlaqələrinə qarşı böyük həssaslığı var. Ən azından İranda hesab edirlər ki, İsrail Azərbaycanın İrana qarşı olan xarici siyasətinə təsir göstərir. Türkiyə və Azərbaycan da müttəfiqdirlər. Bu əlaqələri də özləri bilərlər, öz işləridir. Düşünmürəm ki, İran bu yaxınlıqdan inciyər. Yox, əgər incisə də İsrail-Azərbaycan əlaqələri qədər olmaz məncə. 

Üçüncü qüvvə məsələsinə gəldikdə isə o qüvvələri dəf etmək üçün, hər iki ölkə gərək əməkdaşlıq qura, qarşılıqlı müzakirələr fonunda şəffaf danışıqlar gedə və s. Dərinləşən əlaqələr olmalıdır.

Könlüm istərdi ki, Azərbaycanla əlaqələrimiz dərin, möhkəm və davamlı olsun. Buna imkan da var. Maneələri aradan qaldırmaq lazımdır. Müştərək nöqtələr çərçivəsində həll olunmayan məsələlərin təsirini azaltmalıyıq. Biz əlaqələrimizi inkişaf etdirməliyik, nəinki, problemlər yaratmaq. Mən onsuz da atmosferi görürəm, hər iki dövlətdə olan söz-söhbətlərə baxıram. Əgər ipi həmin mənasız danışan adamların əlinə versələr, sizi inandırım vəziyyət daha da qəlizləşər. Əlaqələrə də ziyan dəyər, regionda da gərginlik davam edər. Yox, əgər o şəxslərə imkan verilməsə və hər iki dövlət qarşılıqlı əlaqələrdə inkişaf rolunu üstün tutsa, hesab edirəm ki, üçüncü qüvvələrin təsiri çox azalacaq və hətta kəsiləcək. 

Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı