Dünyanın “göbəyində” yarımçıq qalan münaqişə Böyük güclər vuruşacaqmı?

Müsahibələr 20:17 29.09.2021

23 əvvəl keçmiş Yuqoslaviya ərazisi, indiki Kosovo əyalətində etnik alban və serblər arasında başlayan qanlı qarşıdurma bir müddət idi, sakitləşmişdi. Əslində daim mübahisəli olaraq qalan Kosovo münaqişəsi Sovetlər rejiminin dağıldığı ərəfədə, 1989-cu ildə İbrahim Ruqovanın rəhbərliyi altında olan albanların Serbiya ərazisinə aid olan Kosova əyalətinə muxtariyyət tələbi etirazı ilə başladıldı. 1996-cı ildə İbrahim Ruqovanın təşəbbüsü ilə Kosovo Azadlıq Ordusu yaradıldıqdan sonra etirazlar artıq ciddi silahlı qarşıdurmaya çevrildi. Münaqişə dalğası şərqi Avropa və Balkanları bürüyərkən daha sonra beynəlxalq aləmin də nəzərini cəlb etməyə başladı və nəhayət münaqişə NATO-nun müdaxiləsi ilə Kosovoya muxtariyyət verilərək həll edildi. 

Serbiya əsasən ortodoks xristianlarından ibarət olsa da, Kosovo və Albaniyada yaşayan çoxluq müsəlmanlardan ibarətdir. Həm dini, həm də etnik olaraq qeyri-mütənasiblik albanlarla serblər arasında xüsusilə Kosovo ərazisində tez-tez sərhəd boyu münaqişələrə gətirib çıxarır. Bu cür hallar son günlər də artıq sərhəddə yaşanmağa başlayıb. Belə ki, Kosovo xüsusi təyinatlılarının sərhəddə toplanmasından narahat olan Serbiya hökuməti də ciddi hazırlıqlara başlayıb. Qeyd edək  ki, 90-cı illərdən fərqli olan Serbiya hazırda daha təkmil və güclü orduya sahib olmaqla yanaşı, həm Qərb, həm də dünyaya meydan oxuyan, eyni zamanda ona hərbi dəstək verən Rusiya ilə normal münasibətlərdədir. Lakin qarşı tərəfin də hansı qüvvələr tərəfindən müdafiə edildiyini nəzərə aldıqda, nəticə bir qədər suallar doğurmağa başlayır. Əvvəla,  keçmiş Osmanlı İmperiyası təbəəsi olan Balkanlardakı müsəlman toplumu və münaqişəyə səssiz qala bilməyəcək Türkiyə, daha sonra Qərbin müdafiə etdiyi Kosovo muxtar əyaləti. Belə olduqda Serbiya hər iki tərəf arasında kimi əsas müttəfiq olaraq seçəcək: normal münasibətdə olduğu Qərbi, yoxsa öz soyundan olan Rusiyanı? Digər bir tərəfdən bu münaqişə Rusiya ilə Türkiyəni hansısa formada qarşı-qarşıya gətirə bilərmi?

Suallara aydınlıq gətirən Türkiyəli siyasi ekspert Engin Özər EDNews.net-ə müsahibə verib. 

Engin Ozer - AzerNews.az

- Serbiya ilə Kosovo arasında gərginlik yenidən yaranıb. Hər iki tərəf ordu toplayaraq döyüş vəziyyətini alıb. ABŞ və Qərbin dəstəklədiyi Kosovo və Albaniyanın mümkün müharibəyə qoşulmaq ehtimalı nə dərəcə mümkündür?

- Bildiyiniz kimi Kosovo və Serbiya arasında Kosovskaya Metrovitça deyilən bir bölgə var. Həmin bölgəyə hər hansı bir gömrük nəzarəti olmadığı üçün Serbiya tərəfdən pasportsuz keçid mövcuddur. Həm də bilirsiniz ki, Kosova ümumiyyətlə Serbiya tərəfindən tanınmır və qeyd etdiyim ərazi də əsasən həm ticari, həm də iqtisadi olaraq Serbiyaya bağlıdır və de-fakto Serbiya ərazisi kimidir. Hətta sırf bugünkü gərginliyə səbəb olan avtomobil dövlət nömrə nişanları da Serbiyaya aiddir. Həmin ərazidə Kosovo polisi deyil, adətən xüsusi təyinatlı əsgərlər daxil olur. Və qeyd etdiyim Serbiya dövlət nömrə nişanı olan avtomobillər artıq yaranan münaqişədən sonra Kosovo ərazisinə daxil ola bilmirlər. Lakin bu sadəcə bir bəhanə olduğu üçün düşünmürəm ki, bu qədər cılız bir olay hər hansı bir böyük silahlı münaqişəyə yol açsın. Səbəb isə odur ki, həmin ərazidə NATO qüvvələrinə aid KFOR fəaliyyət göstərir. Digər tərəfdən isə hazırda Serbiyada Vuçiç hakimiyyəti Kosovonun muxtariyyətini tanımağa doğru getdiyi üçün bu cür məhəlli münaqişə hansısa silahlı müharibəyə yol aça bilməz. Əgər hansısa silahlı qarşıdurma olsa da belə, bu yalnız Metrovitça bölgəsi ilə bağlı problemin həllindən sonra Kosovonın tanınması ilə nəticələnə bilər. 

- Türkiyənin müdafiə etdiyi, vaxtilə Osmanlı tərkibində olan və müsəlmanların çoxluq təşkil etdiyi Kosovo və Albaniya həm Serbiya, həm də ona hərbi dəstək göndərən Rusiya ilə toqquşacağı təqdirdə bu Türkiyə ilə Rusiya arasında gərginliyə səbəb ola bilərmi?

- Əslində bu sualın cavabı bəllidir. Rusiya Serbiyada hərbi təlimlər keçməyə başlasa da bu onun Kosovoya hər hansı hərbi müdaxilə etmək niyyətində olması anlamına gələ bilməz. Hətta Rusiya yaxın altı ayda Kosovonın müstəqilliyini tanıya bilər. Bir də Rusiya yaxşı bilir ki, Kosovo sərhədləri KFOR tərəfindən mühafizə olunduğu üçün müdaxilə etdiyi an qarşısında NATO əsgərini görəcək. Lakin Serbiya Kosovonun müstəqilliyini tanıdıqda Bosniyanın tərkibindəki Serbiya Respublikasının ayrılma ehtimalı var. Bu da fikrimcə, Rusiyanın qazana biləcəyi tək şey ola bilər.

- Bir tərəfdən 90-cı illərdən fərqli olaraq Qərblə münasibətlərini düzəldən, həmçinin ordu baxımından xeyli güclənən Serbiya. Eyni zamanda, dünyaya meydan oxuyan və Serbiyanı dəstəkləyən Rusiya! Hər iki tərəflə münasibətləri normal olan Serbiya Qərb və Rusiya arasında hansı mövqeyi seçəcək? 

- Serbiya ordusu nə qədər təkmilləşmiş olsa da, o yaxşı bilir ki, rəqibi NATO-dan güc almaqdadır. Lakin Kosovonun vəziyyəti o qədər də kafi deyil. Kosovo bir çox ölkələr tərəfindən tanınsa da, Metrovitça ərazisinə tam sahib ola bilmir. Məhz bu açıq qalan münaqişə səbəbindən nə Serbiya, nə də Kosovo Avropa İttifaqına və NATO-ya üzv dövlət ola bilmirlər. Serbiyaya gəlincə, hazırki Vuçiç hakimiyyəti qərb meyllidir və Aİ-yə inteqrasiya etmək üçün hər tərəfli çalışmaqdadır. Hər iki tərəf, həm Kosovo, həm də Serbiya yaxşı bilir ki, istədiklərini əldə etmək üçün ilk növbədə Metrovitça məsələsini həll etməlidir. 

Elnur Ənvəroğlu 

 
Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndələri Ağdama səfər ediblər - VİDEO - FOTOLAR

Xəbər xətti

Əfqanıstan və Omanda daşqınlar fəlakətlərə SƏBƏB OLUR
07:28 16.04.2024
Türkiyədə “Meta”ya məxsus bir sosial şəbəkə BAĞLANDI
06:40 16.04.2024
“Tesla” işçilərinin 10 %-dən çoxunu ixtisar edəcək
05:25 16.04.2024
782-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
04:36 16.04.2024
Bulvarda gəzinti gəmiləri niyə işləmir?
03:58 16.04.2024
Əziz Mariya, müttəfiq belə olur - Melkonyan
02:07 16.04.2024
Bu ölkənin istəyi ilə təyyarələri havaya qaldırdıq - Makron
01:00 16.04.2024
Saakaşvili tərəfdarlarını etiraz aksiyasına çağırdı
00:10 16.04.2024
Hakan Fidan Quterreşlə danışdı
23:40 15.04.2024
Azərbaycanda İKT sektorunda qadın sahibkarların sayı 11 % artıb
23:24 15.04.2024
Çingiz Mehdiyevə 12 ilə kimi həbs cəzası verilə bilər
23:00 15.04.2024
“Beşiktaş” Almaniya klubunun təklifini rədd etdi
22:44 15.04.2024
İmişlidə əmək yarmarkası keçiriləcək
22:22 15.04.2024
Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
22:00 15.04.2024
Almaniyada Rusiyanın bloklanmış aktivlərinin məbləği açıqlanıb
21:44 15.04.2024
Rusiya və İsrail rəsmiləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:22 15.04.2024
Çexiyada rekord sayda göy öskürək xəstəliyinə yoluxma halı qeydə alınıb
21:15 15.04.2024
İtaliyanın Tehrandakı konsulluğu fəaliyyətini dayandırıb
21:10 15.04.2024
Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - YENİLƏNİB
21:05 15.04.2024
Çexiya İran səfirini XİN-ə çağırıb
21:00 15.04.2024
Aİ-nin Ermənistandakı missiyasına qoşulan ilk kanadalı ekspertdən AÇIQLAMA
20:51 15.04.2024
Ukraynada Rusiyanın bəzi “TikTok” kanalları bloklanıb
20:37 15.04.2024
Ermənistanda Rusiya telekanalları bağlanacaq? - AÇIQLAMA
20:36 15.04.2024
Bakının iki rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq
20:12 15.04.2024
Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb
20:05 15.04.2024
Hesablama Palatası “toxum subsidiya"ların verilməsi ilə bağlı nöqsanları açıqlayıb
19:50 15.04.2024
Azərbaycanın mina problemi beynəlxalq simpoziumda müzakirə olunub
19:41 15.04.2024
Sumqayıt sakinlərinin NƏZƏRİNƏ: Sabah su olmayacaq
19:34 15.04.2024
Ukrayna müdafiəçiləri Krımda Rusiya komanda məntəqəsinə zərbələr endirib
19:19 15.04.2024
Aİ XİN başçıları İran-İsrail böhranından sonra atılacaq addımları müzakirə edəcəklər
19:00 15.04.2024
"Zalsburq" türk məşqçiyə tapşırıldı
18:45 15.04.2024
Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək?
18:33 15.04.2024
Rusiyalı turistlərin 10,42 %-i may bayramlarında Azərbaycana səyahət edəcək
18:21 15.04.2024
Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndələri Ağdama səfər ediblər - VİDEO - FOTOLAR
18:16 15.04.2024
Azərbaycan və Aİ Orta Dəhliz istiqamətində əməkdaşlığın inkişafını müzakirə edib
18:08 15.04.2024
XİN müavini Elnur Məmmədovun Haaqada Beynəlxalq Ədalət Məhkəməsində çıxışı - TAM VERSİYA/ VİDEO
17:56 15.04.2024
Bakıda Çingiz Aytmatovun abidəsi qoyuldu
Bakıda Çingiz Aytmatovun abidəsi qoyuldu
17:56 15.04.2024
Məktəblərdə 5 günlük TƏTİL OLACAQ – Bu tarixlərdə
17:46 15.04.2024
Naxçıvan Ali Məclisində yeni təyinatlar
17:39 15.04.2024
Makron Paris Olimpiyadası ərəfəsində bütün regionlarda sülh olmasını təklif edib
Makron Paris Olimpiyadası ərəfəsində bütün regionlarda sülh olmasını təklif edib
17:20 15.04.2024
Hamısı