Qərb Azərbaycan reallıqlarından xəbərsizdir, hələ də erməni nağıllarına inanır Patrik Uolşla MÜSAHİBƏ

Müsahibələr 14:37 29.10.2021

Azərbaycana səfər edən tanınmış irlandiyalı tarixçi Patrik Uolş Beynəlxalq Avrasiya Mətbuat Fondunu ziyarət edərək, Fondun prezidenti Umud Mirzəyevlə görüşüb. Azərbaycan və Türkiyə tarixini araşdıran irlandiyalı qonaq, Bakıya ilk səfərindən sonra Azərbaycan tarixi və Qarabağ münaqişəsi haqda bir neçə tarixi kitab və məqalələr dərc edib. Hazırda Patrik Uolş 44 günlük Qarabağ zəfəri barədə yeni kitabını dərc etdiməyə hazırlaşır.   

Qarabağı haqq səsini dünyaya çatdırmağa çalışan Uolş təəssüf hissi ilə qeyd edib ki, Qərb Azərbaycanla bağlı bir çox reallıqlardan xəbərsizdir: "Qərb dünyası hələ də erməni nağıllarına inanmaqdadır. Bu, ermənilərin şişirtdikləri "böyük dövlət" xülyasıdır. Əlbəttə, araşdırma apardıqda görmək olar ki, onların uydurduğu bu tarix və böyük əraziyə sahib olma iddiaları sadəcə bir mifdir".

EDNews.net Patrik Uolşla müsahibəni təqdim edir.   

- Doktor Patrik Uolş, Azərbaycana xoş gəlmisiniz. Siz  Azərbaycanda kifayət qədər tanınır və sevilirsiniz. Bilirik ki, bir tarixçi və araşdırmaçı kimi Azərbaycan haqda məqalələr və tarixi kitabların müəllifisiniz. Elə bugünkü mövzumuz da tarixlə bağlıdır. Xüsusilə də, sizinlə burada Qarabağ zəfərindən sonra görüşdüyümüz üçün ən son tarixə də nəzər salmaq istərdik. İlk sualımız da budur: Cənubi Qafqaz regionu üzrə bir tarixçi-tədqiqatçı kimi indiki Ermənistan da daxil olmaqla Azərbaycanın tarixi ərazisi və sonradan onun bölüşdürülməsi barədə nə deyə bilərsiziniz?

- Təəssüf ki, Qərb dünyası hələ də erməni nağıllarına inanmaqdadır. Bu ermənilərin şişirtdikləri "böyük dövlət" xülyasıdır. Əlbəttə, araşdırma apardıqda görmək olar ki, onların uydurduğu bu tarix və böyük əraziyə sahib olma iddiaları sadəcə bir mifdir. Biz bilirik ki, Qarabağ bölgəsi uzun müddətdən bəri mübahisəli bir ərazi olub. Ermənilər isə ərazi haqda reallıqları hər zaman inkar etməyə və həmin torpaqları tamamilə özününküləşdirməyə çalışıb. Ermənilər də yaxşı bilir ki, Şuşa və Qarabağın digər guşələri daxil olmaqla, o ərazilərdə Azərbaycanda müsəlman toplumundan ibarət xanlıqlar hökm sürüb. Ermənistan ilk dəfə 1918-ci ildə dövlət olaraq qurulanda onun demoqrafik quruluşunu balansladırılmaq məqsədilə vəziyyət qismən onun xeyrinə formalaşdırıldı. Rusiya o zaman İran, Şərqi Türkiyə və öz ərazilərindən erməni toplumunu toplayaraq həmin əraziyə köçürdü. Rusiya Ermənistanı qurmaqla sanki regionda özünə bir bufer zona formalaşdırmış oldu və buna həm də müstəmləkə dövlət layihəsi adı vermək olardı. Beləliklə, onu da əlavə edə bilərəm ki, ermənilərin əhali sayındakı artım son dönəmlə bağlıdır. Bu səbəbdən də onların Qərb dünyasına çatdırdığı tarixi məlumatlar tamamən uydurma nağıldır. Əslində isə qeyd etdiyim kimi həmin dönəmlər Ermənistan üçün müstəmləkə dönəmi kimi tanına bilər. Eyni zamanda, I Dünya Müharibəsi zamanı müsəlman azərbaycanlılarının etnik təmizlənməsi kimi mənfur siyasət meydana gəldi. Daha sonra Stalinin hakimiyyətə gəlişilə sərhədlər ortaya çıxdı və Azərbaycanı Türkiyəyə birləşdirən Naxçıvandan ayırmaq üçün bir plan gerçəkləşdirildi. Təəssüf ki, elə məhz bu səbəbdən də bu gün Qərbi Zəngəzur Ermənistanın tərkib hissəsində yer alır. 

Beləliklə bir daha qeyd edim ki, danışdığım bu tarixi reallıqlar barədə Qərb hələ də xəbərsizdir. 

- Zəngəzurdan bəhs etdiniz və məhz bu məsələ ətrafında da bir sual vermək istərdim. Zəngəzur məsələsi I Dünya Savaşından sonra Cənubi Qafqazda ortaya çıxdı və məlumdur ki, Zəngəzur Azərbaycan Demokratik Respublikasının bir hissəsi olub. Daha sonra bəhs etdiyiniz səbəblərdən dolayı Azərbaycandan qoparılaraq Ermənistana ilhaq edilib. Bəs bu proseslərdə Avropa təmsilçisi olan və xüsusi aktivlik göstərən Böyük Britaniya, həmçinin ABŞ-ın rolu barədə nə deyə bilərsiniz?     

- 1918-ci ilin sonundan başlayaraq istila zamanı Britaniya administrasiyası Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa meylli idi və elə araşdırdığım o zamankı coğrafi xəritədə də bu belə demarkasiya edilmişdi. Lakin o zaman Ermənistan tərəfi həmin əraziləri özününküləşdirməkdə israrlı idi. Sülh konfransı zamanı da onlar etiraz edərək həmin xəritənin yenidən tərtib edilməsini irəli sürmüşdülər. 1919-cu ildə bu iddialı məsələ stabilliyin pozulması kimi bir çox hadisələrə səbəb oldu. Bu iddia ilə çıxış edən Ermənistan həm də Osmanlı İmperiyasının süqutundakı aktiv rolu üçün Qərbdən bir növ ödəniş tələb edirdi. Həmin dövrlərdə ermənilərin "böyük Ermənistan" xülyasını gerçəkləşdirmək niyyəti ön plana çıxarılmışdı. Britaniya isə həm Zəngəzuru, həm də Qarabağı həmin zamanda da Azərbaycanın tərkib hissəsi kimi tanıyırdı. 

ABŞ-ın mövqeyinə gəlincə, qeyd etmək istədim ki, o zamankı prezident Vudro Uilson bir qədər ermənipərəst idi. O, “böyük Ermənistan” xülyasının gerçəkləşdirilməsinə dəstəyinə görə öz qeyri-obyektiv yanaşması ilə tanınırdı. Lakin həmin zamanlar Konqresdə irland-amerikalıları çoxluq təşkil etdiyi üçün "böyük Ermənistan" məsələsində Uilson məyus oldu.

Ümumiyyətlə tarixdə Türkiyənin Azərbaycandan ayrılması məsələsində Britaniyanın pərdəarxası siyasəti olub. Bu kitablarda olmasa da, müəyyən araşdırılan sənədlərdə mövcuddur. Britaniya həmin zamanlarda Türkiyənin birləşərək nüfuzunun artmasından, xüsusilə də müttəfiq olduğu Almaniya ilə şərqə doğru nüfuz qazana bilməsindən narahat idi. Bu səbəbdən də Ermənistanın Azərbaycanla Türkiyə arasında bufer zona rolunu oynaması sonradan Qərbin də işinə yaramağa başladı. Eləcə də türk dünyasının parçalanması siyasəti daha sonra Stalin rejimi tərəfindən məqbul bilindi və sərhədlər meydana gəldi. Beləliklə, bununla da Zəngəzurun taleyi həll olundu. 

Bir neçə il əvvəl mən bu tarix haqda kitabımı yazarkən Britaniya hökumət evindəki mübahisələr haqda o qədər də məlumatlı deyildim. Həmin zamanlar Uinston Çörçilm baş nazir Lloyd Corcun fikirlərinə qarşı idi. Baş nazir Lloyd Corc o zaman Türkiyəni köklü məhv etmək üçün yunan və erməni qüvvələrindən istifadə etməyə çalışırdı. Çörçil isə əksinə olaraq ona regionda ən böyük düşmənin bolşevizm olduğunu deyirdi. O, baş nazirə Türkiyəni Qafqazda xüsusi xidmətə cəlb etməklə alicənab bir sülh imzalamağı təklif etmişdi. Yəni Türkiyəni də Qafqaza cəlb edərək bolşevizmlə birgə mübarizə aparmaq və Bakının zəngin neftini onların əlindən almaq istəyirdi. Lakin Lloyd Corc onu dinləmədi. O, yunanpərəst və ermənipərəstliyində çox israrlı davrandı və bununla da Türkiyəyə qarşı fəlakətli olan Sevr müqaviləsini irəli sürdü. Atatürk o zaman bütün səylərini yalnız Türkiyənin ərazi bütövlüyü uğrunda ortaya qoya bildi. Belə olduğu halda Azərbaycan kənarda qaldı və bolşevizmlə mübarizəyə heç bir şansı qalmadı. 

- Müharibələrdən bəhs etdik. Lakin müharibə hər zaman sülhün və problemlərin həlli üçün adekvat vasitə olmayıb. Bundan, yəni daha açıq desək, Qarabağ müharibəsindən sonra Ermənistan və Azərbaycanın münasibətləri normallaşdırmaq üçün nə kimi addımlar atmaqları gərəkir? 

- Bilirsiniz, müharibə sülhün bərqərar olması üçün bir girişdir və verilən itkilər və onun acı tərəfləri müharibələrdən sonra sülhü hər zaman davamlı edir. Təəssüflər olsun ki, bir qrup insan bunun fərqinə varmır və daim müharibəni qızışdırmağa çalışır. Həmin xarakteristika deyərdim ki, erməni cəmiyyətinə xasdır.

Sülh üçün tərəflər nə edilməlidir dedikdə, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyi, onun öz ərazi bütövlüyü uğrunda apardığı mübarizə açıqdır. Azərbaycan həmin ərazilərin bərpası üçün Sovetlərdəki xəritələrə əsasən bölgü aparılmasını istəyir. Hesab edirəm ki, bu ən doğru həll yoludur. 

Açığını deyim, hazırda Ermənistanın iqtisadi və siyasi durumunu nəzərə alsaq, Paşinyan üçün bugünkü vəziyyət o qədər də asan deyil. Hətta Ermənistanın bir dövlət kimi statusu demək olar yoxdur, bura hələ də Rusiyanın bir əyaləti kimi hesab edilir. Ermənistan belə bir vəziyyətdən çıxmaq üçün hegemonluq göstərməkdənsə, sülh və əmin-amanlığa doğru addım atsa, bu onun müstəqil olması üçün daha səmərəli olar. Bunun üçün Ermənistan həm də aqressiya, milliyyətçilik və işğalçı siyasətindən əl çəkməlidir. Məsələn, Azərbaycanın Türkiyə ilə münasibətləri iqtisadi və regional inkişaf üçün bir örnəkdir. Hətta Ermənistan Türkiyəni qondarma soyqırım ilə suçlasa da, bunu qəbul etməyən Türkiyə yenə də Ermənistana birgə inkişaf naminə yaxınlaşma təklif edir. Hesab edirəm ki, Ermənistan Qərbə inteqrasiya olunmalıdır və öz ticarətini Qərb yönümündə qurmalıdır. 

- Siz qeyd etdiniz ki, Ermənistan Qərbə inteqrasiya olunmalıdır. Lakin bu gün uzun zamandan bəri Qərbdə yaşayıb və həmin ruhda böyüyən ermənilərin yenə də milliyyətçi xarakterləri dəyişməz olaraq qalır. Yəni onlar bu yaramaz siyasəti Qərbdə də sürdürməyə çalışırlar. Bu da onu göstərir ki, Qərb belə onları dəyişə bilmir. Bəs bu cür yaramaz fikirləri onların beyinlərindən çıxartmaq üçün nə kimi addımlar atılmalıdır?

- Bilirsiniz, bu çox mürəkkəb bir elementdir. Sanki ermənilər bu cür fikirlərlə zəhərləniblər. Bu bir növ oradakı erməni diasporunun işidir və onlar erməni nağıllarını bir qədər də şişirtməyə çalışaraq yanlış ədəbiyyat və tarix uydurmağa çalışırlar. Əslində bu nağılları yazanlar özləri Ermənistandan xəbərsizdir. Onların işi sadəcə Kaliforniyada oturaraq, erməni xəyalları kəşf etməkdir. Ən pisi də budur ki, onlar keçmiş Daşnaqsütunun stereotiplərini hələ də beyinlərində saxlayırlar. Onların mədəniyyətinin inkişaf etməməsi türklərə qarşı genosid iddiaları ilə bağlıdır ki, bu gün onlar bu buxovlardan yaxa qurtara bilmirlər. Belə hallar mənim ölkəmdə də irlandlarla ingilislər arasında olmuşdu, lakin biz bunu sülh anlaşması ilə uzun zaman öncə qatlayıb bir kənara qoyduq. Düşünürəm ki, ermənilər də bu cür davranmalı və bu gün əllərində olan bir parça torpaq üçün şükür edib yaşamalı və inkişaf etməlidirlər. Onlar bunun üçün həm də Azərbaycanı nümunə götürməlidirlər. Azərbaycan I Qarabağ savaşında Sovetlərdən yenicə azad olmuşdu. Onun bugünkü kimi potensial imkanları yox idi. Lakin son 20 ildə keçmiş prezident Heydər Əliyev və onun oğlu İlham Əliyevin apardığı uğurlu siyasət sayəsində ölkə çox fərqli şəkildə dəyişib, irəli getdi. 

Mən deyərdim ki, müharibə həm də bir tərəfdən gözəl vasitədir. Bu müharibə erməniləri silkələyərək bir qədər yuxudan oyatdı, yaxud da onlara şok effekti verdi.     

- Bunu xüsusilə deyim ki, Qarabağ savaşı ərəfəsində biz sizin sosial şəbəkələrdəki şərhlərinizi və paylaşdığınız məlumatları tez-tez izləyirdik. Siz Azərbaycanda həqiqəti söyləyən bir şəxs kimi çox sevilirsiniz. Bilmək olarmı, Azərbaycanı sizə sevdirən səbəb nədir? Bunu səmimi qəbul etmənizi istərdik, çünki siz Azərbaycandan çox uzaqda yerləşən İrlandiyadan olmanıza rəğmən, Azərbaycana və onun cəmiyyətinə bu qədər bağlısınız. 

- Bilirsiniz, mən ilk cavabımda da tarixdən və siyasətdən misallar gətirərək Azərbaycanın haqlı tərəf olduğunu göstərdim. İlk növbədə deyim ki, bu gün beynəlxalq qanunlar 100 faiz Azərbaycanın arxasında dayanır. Mən haqqı müdafiə etməyə meylli olan bir insanam. Heç zaman fərdi olaraq da aqressiv olan insanları sevməmişəm, əksinə, mədəni və həlim insanlara hörmət eləmişəm. Çünki aqressiya dedikdə mən öz ölkəmi də xatırlayıram. Belə bir situasiya ilə biz də üzləşmişik və bundan çox ziyanlar çəkmişik. Bu gün həmin etnik konflikti və aqressiyanı ermənilərdə də görəndə məndə sanki bir "de ja vü" hissi yaranır. Mənim üçün əsas məqsəd bu cür münaqişələrin aradan qaldırılmasıdır. Təəssüf hissi ilə deyim ki, beynəlxalq ictimaiyyət və diplomatiya bu məsləyə göz yumur. 

Öncə də qeyd etdiyim kimi, Azərbaycana ilk dəfə 2018-ci ildə gəldim və burada həm Türkiyə, həm də Rusiyanın siyasi nüfuzunu gördüm, eləcə də buradakı mədəniyyətlə tanış oldum. Bu proseslərə canlı şahid oldum və məndə maraq oyanmağa başladı. Mənim üçün Bakı bir Avropa şəhəridir, eyni zamanda onun özünəməxsus mədəniyyəti və ənənəsi, tarixi var. Buradakı ləziz təamlar, mədəni abidələr, insanların qonaqpərvərliyi bir başqadır. Burada keçirtdiyim hər ana dəyər verir və bura imkan olduqca tez-tez gəlmək istərdim.   

- Siz irlandiyalısınız və Şimali İrlandiyadansınız. Tarixdə siz də öz azadlığınız uğrunda savaşaraq mübarizə aparmısınız. Bu kontekstdən yanaşsaq, sizinlə bizim tariximiz arasında oxşar cəhətlər görünür. Bəs nə zamansa Britaniyadan ayrılaraq tamamilə vahid və müstəqil İrlandiya olmaq istəyirsinizmi? Bu istək sizin cəmiyyətdə nə dərəcə təşkil edir? 

- Əslində bu çox mürəkkəb problemdir. Bilirsiniz, İrlandiya 1921-ci ildə bölündü və onun şimal hissəsi Britaniya tərəfindən zəbt edilərək, ayrıca bir dövlətə çevrildi. Və bu gün bütöv İrlandiya Respublikası mövcud deyil. Buna baxmayaraq Şimali İrlandiya dövləti müvəffəqiyyətlə inkişaf etməyə başladı. Bizim təbii sərvətlərimiz olmasa da, kənd təsərrüfatı, təbabət və beynəlxalq texnologiya sahələrində uğurlarımız var. Bu gün İrlandiyada yaşayış standartları yüksəkdir, maaşlar kifayət qədər yaxşıdır. Əslinə qalsa bu gün Dublində yaşamaq Londonda yaşamaqdan daha bahalıdır. 

Bu gün İrlandiyanı ikiyə bölən Britaniya 700 ildən bəri irlandların ümumiyyətlə müstəqillik üçün heç bir addım atmadıqlarını deyir. Bizim vəziyyətimiz eynilə Azərbaycanla Rusiya münasibətlərinə bənzəyir. Problem yalnız adanın ikiyə bölünməsidir və bu gün həmin adada əhalinin əlli faizi özünü irland, digər əlli faiz isə irland olsa da, britaniyalı hesab edir. Bu gün irlandlar və ingilislər arasında etnik olaraq problem yaşanmır. Bizim 28 ilə yaxın münaqişəmiz olub, lakin bu 1998-ci ildə "Gözəl Cümə" sülh müqaviləsindən sonra bitib. 

İrlandiyanın birləşdirilmısi bu gün parlamentdəki tərəflərin səs çoxluğundan asılıdır. Əgər bu səs çoxluğu bir faiz belə çoxluq təşkil edərsə, İrlandiya günü bu gün birləşdirilə bilər. Lakin bunun xaricində proseslər nəsillərdən asılı olacaq. Yəni zamanla bu iş öz həllini tapacaq. Necə ki, Britaniya Avropa İttifaqından ayrılaraq vahid ticarət formalaşdırdığı kimi, İrlandiya da inkişaf etdikcə vahid bir ölkəyə çevrilmə prosesini gerçəkləşdirəcək. 

Elnur Ənvəroğlu


Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Hamısı