Ermənilərin dostu, yaxud israilli Kedmi nağılı: "Qarabağ heç kimin deyil"

Müsahibələr 21:03 03.11.2021

29 oktyabr 2021-ci il tarixində Moskvada Strategiyaların və texnologiyaların təhlili Mərkəzinin təşkilatçılığı ilə dördüncü illik “Oqarkov mütaliələri” adlı konfrans keçirilib. Panel müzakirələr zamanı digər mövzularla yanaşı, Qarabağ münaqişəsi də müzakirə olunub. Müzakirənin bu hissəsində ehtiyatda olan polkovnik, Rusiya Federasiyası Hərbi-Sənaye Komissiyası Kollegiyasının Ekspert Şurasının üzvü, “Vətən Arsenalı” jurnalının baş redaktoru Viktor Muraxovski, hərbi tarixçi, müəllif “1991-1994-cü illər Qarabağ Müharibəsi” kitabının müəllifi Məmməd Vəliməmmədov və Ermənistan Tədqiqat və İnkişaf İnstitutunun Müdafiə Tədqiqatları Şöbəsinin rəhbəri, Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti Leonid Nersisyan iştirak ediblər. Moderator konfransın təşkilat komitəsinin sədri, ordu generalı Yuri Baluyevski olub.

EDNews.net-in məlumatına görə, Qarabağ münaqişəsinin müzakirəsi zamanı İsrail dövlət xadimi, diplomat, “Nativ” xüsusi xidmət orqanının keçmiş rəhbəri Yakov Kedmi söz alaraq Qarabağın guya erməni torpağı olduğunu bildirib.

Bu arada Yakov Kedmi Azərbaycan media məkanında ən çox sitat gətirilən israilli politoloqlardan biridir. Bu səbəbdən Kedminin Qarabağla bağlı mövqeyi Azərbaycan oxucusunda, yumşaq desək, çaşqınlıq yaradıb.

Vəziyyəti aydınlaşdırmaq, eyni zamanda Yakov İosifoviçin Qarabağla bağlı mövqeyinə aydınlıq gətirmək üçün əməkdaşımız onunla əlaqə saxlayıb.

Söhbəti ixtisarsız və redaktə olmadan oxucuların diqqətinə çatdırırıq.

- Salam Yakov İosifoviç! “Oqarkov mütaliələri”ndə “Qarabağ erməni torpağıdır” demənizlə bağlı sizə bir neçə sual vermək istərdim. Azərbaycanda tez-tez sizdən sitat gətirirlər, ona görə də, belə desək, cavabı sizin özünüzdən eşitmək istərdim.

- Mənim sözlərim kimi dərc edilib yayılanlar açıq-aşkar yalandır! Mən belə şey deməmişəm. Demişəm ki, Dağlıq Qarabağın gələcəyi daha çox onun əhalisinin tərkibindən asılıdır. Bu gün orada yalnız erməni əhalisi var. Azərbaycan əhalisinin yoxluğu Qarabağın Azərbaycanın tərkibinə qaytarılması cəhdlərini heçə endirə bilər. Heç kim başqa əhali olan əraziləri zorla ələ keçirməyə imkan verməyəcək. Sözlərimin mənası bu idi, onları kobud formada təhrif ediblər.

Bunu edən yalançı məndən sözbəsöz sitat gətirib, ancaq qorxaqlıqdan sözlərimi olduğu kimi verməyə cəsarəti çatmayıb. Niyə və nə üçün, cavabı o, verməlidir. Bu mövzuda çıxışların videosu yerləşdirilən kimi hər şey aydın olacaq və bu çirkin yalan üzə çıxacaq.

- Cavabınızdan belə bir sual yaranır: Siz Ermənistan tərəfinin Qarabağ əhalisinin indiki statistikası ilə bağlı verdiyi məlumatlara inanırsınızmı? Azərbaycan tərəfinin məlumatına görə, Qarabağın ermənilər yaşayan hissəsində 20-25 min, Ermənistanın iddiasına görə isə 70 mindən çox erməni qalıb.

- Qarabağda azərbaycanlıların olmaması faktdır.

- Siz Qarabağı Azərbaycanın ərazisi hesab edirsinizmi?

- Siz dövlətə aidiyyatını nəzərdə tutursunuz, yoxsa tarix baxımından bunu soruşursunuz? Bu gün Qarabağ heç kim tərəfindən tanınmayan qeyri-müəyyən ərazidir. Tarix boyu baş verənlərin isə bu gün hər bir xalqın tarixi yaddaşı istisna olmaqla, praktiki əhəmiyyəti yoxdur.

- Mən hər nöqteyi-nəzərdən deyirəm. Sual bəlkə də bayağı səslənir, onda niyə Ermənistan özü Qarabağı tanımırdı və tanımır? Və əgər bu, qeyri-müəyyən ərazidirsə, necə oldu ki, beynəlxalq ictimaiyyət, o cümlədən Rusiya və İsrail Azərbaycanın ərazi bütövlüyünü tanıdı?

- Ermənistan özü Qarabağı Ermənistana birləşdirməyib. Digər dövlətlərin reaksiyasına gəlincə, onların mövqeləri heç vaxt həqiqətə və ya ədalətə əsaslanmır, həmin məqamda dövlət maraqlarına əsaslanır.

- Sizə elə gəlmirmi ki, 90-cı illərdə Qarabağın işğalı kiminsə dövlət maraqlarına xidmət edib? Ən azından bu, sizin yuxarıdakı fikrinizə uyğun gəlir. Siz isə suala cavab vermədiniz ki, niyə Ermənistan Qarabağı nə “müstəqil”, nə də ərazi olaraq erməni ərazisi olaraq tanımır? Sizcə bu bir qədər absurd deyil? Bir də ki, 30 illik işğal ərzində orada demək olar ki, heç nə tikilməyib.

- 90-cı illərin əvvəllərində hər şeyi qüvvələr balansı həll edirdi. Digər ölkələr isə buna etinasız yanaşırdı. Bu gün həm qüvvələr balansı, həm də Qarabağ probleminə yanaşma ilə bağlı vəziyyət tamam başqadır. Ermənistanın demək olar ki, heç nəyi dəyişməməsi və Qarabağda tikinti aparmaması, onu inkişaf etdirməməsi, məskunlaşdırma aparmaması onun iddialarını xeyli zəiflədir. Ancaq orada azərbaycanlı əhalinin olmaması münaqişənin Azərbaycanın xeyrinə həlli imkanlarını zəiflədir.

- Söhbətimizdən belə çıxır ki, “Oqarkov mütaliə”lərində siz “Qarabağ erməni torpağıdır” deməmisiniz, belə çıxır ki, Qarabağı erməni ərazisi hesab etmirsiniz. Amma eyni zamanda Qarabağı Azərbaycan ərazisi hesab edirsinizmi sualıma yenə konkret cavab vermədiniz. Belə çıxır ki, o heç kimin deyil?

- Bu gün Qarabağ Azərbaycanın deyil, çünki orada azərbaycanlılar yoxdur və onun Azərbaycanla əlaqəsi yalnız tarixi baxımdan və 90-cı illərə qədər Qarabağın Azərbaycanın suverenliyi altında olması ilə bağlıdır. Qarabağ Ermənistana aid deyil, ilk növbədə ona görə ki, Ermənistan bunun üçün heç nə etməyib. Bu gün o, yalnız az sayda erməni əhalisinin yaşadığı, heç kimə aid olmayan bir ərazidir.

Qeyd: Göründüyü kimi, Yakov Kedmi “Oqarkov mütaliələri”ndə Qarabağın guya erməni torpağı olduğunu dediyini inkar etsə də, jurnalistin işğaldan azad edilmiş Qarabağın mənsubiyyətilə bağlı birbaşa sualını cavablandırmaqdan çox bacarıqsız şəkildə yayınıb. Kedminin məntiqinə görə belə çıxır ki, bir-iki ildən sonra işğaldan azad edilmiş ərazilərdə 30 il əvvəl erməni işğalçıları tərəfindən qovulmuş azərbaycanlı əhali məskunlaşanda Qarabağ Azərbaycanın ərazisi sayılacaq. Maraqlıdır, beynəlxalq hüquq da eyni məntiqlə işləyirmi? Halbuki, bu gün Kedmi kimilərin fikrindən heç nə asılı deyil. Əsas odur ki, Qarabağ azad edilib və onun əsl sahibləri tərəfindən fəal şəkildə bərpa olunur.

Müsahibəni götürdü: Hüseyn Səfərov

Tərcümə: Gülnar Səlimova

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Hamısı