“Siz yatanda mənim balam erməni generalını boğdu” Şəhid anası onu qınayanlara səsləndi...

Müsahibələr 14:33 06.11.2021
“Hamınız çox sağ olun, Allah razı olsun. Birincisi, mən həmişə demişəm ki, bu, öz oğlumun uğurudur. Cənab Prezidentimiz başda olmaqla, Allah Sahibə xanım Qafarovadan da razı olsun, çox gözəl insandır. Allah onun köməyi olsun. Şəhidlərimizə, qazilərimizə həmişə dəyər verilir. Mən özüm də institut bitirmişəm və hər zaman da əziyyət çəkmişəm. Lap əvvəllər dövlət işində işləmişəm. Cəbrayıl şəhid olmamışdan öncə isə həmişə işləmişəm, amma dövlət işində yox. Pandemiya dövründə xadimə və qabyuyan işləmişəm. İşimdən isə heç vaxt utanmamışam. Əziyyət çəkmişəm, uşaqlarımı saxlamışam”.
 
EDNews.net xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Vətən müharibəsi şəhidimiz Cəbrayıl Dövlətzadənin anası Məleykə xanım deyib. Şəhid anası sosial şəbəkədə onun əleyhinə danışan adamlara da xəbərdarlıq edib və onların bu çıxışlarına görə çox təəssüfləndiyini bildirib: 
 
 
“Milli Məclisdə işlə təmin olunmağım xəbəri yayılandan sonra sosial şəbəkədə yazırlar ki, adamı olanları qabağa çəkirlər. Vallah, mənim adamım yoxdur. Qardaşım da rəhmətə gedib. Atam da xəstə adamdı. Bir 13 yaşlı oğlum var. Nə əmim, nə dayım yoxdur. Mənim adamım olsaydı, oğlum əsgərlikdə olmazdı. Adamı olanların balaları yanındadır. Uşağım torpağın altında yatır və Allah şahiddir ki, bu dəqiqə heç nəyə sevinmirəm. Bu dəqiqə mənə qızıldan da don geyindirsələr, sevinmərəm. Çünki mən həmişə ağlaya-ağlaya Allaha yalvarıb deyirəm ki, ya Rəbbim, kaş balam yanımda olardı, mənə heç nə lazım deyildi. Əziyyət, zülm çəkirdim, amma gözlərim gülürdü. Çünki balalarımın üçü də yanımda idi. 
 
Bunlar o qədər murdardırlar ki... Qırx yaşıma təzə keçmişəm və indi saçlarımda ağ tüklər var. Deyirlər ki, saçına rəng qoyub. Boyunuzu yerə soxum, mənim nə yaşım var ki, saçıma rəng qoyum. Şəhid İzzətin anası Vəfa xanımın saçlarının ağardığını deyirlər. Vəfa xanımla münasibətimiz var, əvvəllər saçları ağ idi, rəng qoyurdu. İndi oğlu şəhid olduğuna görə rəng qoymur. Saçın ağarmağı nəsildən asılıdır. Anamın altmış yaşı olacaq, amma indi-indi saçları ağarıb. Mənim haqqımda bunları yazanların adlarını götürmüşəm və indi vaxtım yoxdur, amma vaxt edib hamısını polisə verəcəm. Heç nə demirəm, elə mənim çəkdiyimi çəksinlər və görsünlər ki, nə çəkirəm. Siz və balalarınız isti yatağında yatanda mənim 19 yaşlı balam gedib erməni generalını boğdu. Anası bilirdi ki, ordan sağ çıxmayacaq, anasını da tək qoydu getdi. 
 
Verilişlərə və məclislərə də getmirəm, işləyirəm deyə vaxtım olmur. Deyirlər ki, indi ən çox Cəbrayılın, Polad Həşimovun anası məclisdə olur. Başınıza daş düşsün, Polad generaldı, onun da qisasını alan mənim balamdırsa, görün o, necə general olub”. 
 
Şəhid anası Cəbrayılın şəhadətindən sonra artıq səhhətində ciddi problemlərin yarandığını bildirib:
 
“Həm də adamı o qədər qınayırlar ki, deyirlər cavandı, qocalmayıb. Mən cavanam da, Cəbrayılın anası qoca deyildi ki, 16 yaşımda ana olmuşdum. İndi ağlamaqdan gözlərimdə də problem yaranıb, həkim eynək yazıb. Mən, sadəcə, özümü göstərməyi sevmirəm. Çalışıram ki, güclü görsənim, çünki düşmənim də, dostum da var, amma düşmənim daha çoxdur. Ona görə də heç vaxt, heç kəsin yanında ağlamıram. Heç kimə də deməmişəm mənə nəsə versinlər. Əslində iş təklifini qəbul etmirdim, Allah Sahibə xanımdan razı olsun, o, məni dəvət edib dedi ki, niyə qəbul etmirsən, sənin yerin buradır. Sağ olsun ki, dəyər verib, məni işlə təmin ediblər. Mən ali təhsilli insanam. Axı hamı təhsil almayıb”. 
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

Vaşinqtondan Bakıya DƏSTƏK: ABŞ səfirinin Qarabağa ilk səfərinin TƏFƏRRÜATI
17:49 20.04.2024
Ukrayna buna görə Britaniyanı gönahlandırır
Ukrayna buna görə Britaniyanı gönahlandırır
17:40 20.04.2024
Azərbaycanın strateji valyuta ehtiyatları 69 mlrd. dolları ötüb
17:20 20.04.2024
Azərbaycan İranın ən çox motosiklet ixrac etdiyi ölkələr arasında YER alıb
17:00 20.04.2024
Enerji səmərəliliyi üzrə yol xəritəsi hazırlanır
16:40 20.04.2024
ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
16:20 20.04.2024
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
16:00 20.04.2024
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
15:40 20.04.2024
Mövsümündə yetişməyən meyvə və tərəvəz XƏRÇƏNG YARADIR - Ekspertdən AÇIQLAMA
15:20 20.04.2024
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
15:00 20.04.2024
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
14:40 20.04.2024
Cəlil Xəlilov: Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi Prezidentimizin tarixi uğuru, tarixi qələbəsidir
14:20 20.04.2024
Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı
14:14 20.04.2024
Keniya nümayəndə heyəti Azərbaycana SƏFƏR edəcək
13:59 20.04.2024
Paşinyan: Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək
13:56 20.04.2024
Paşinyandan dünənki razılaşma ilə bağlı daha bir AÇIQLAMA
13:38 20.04.2024
Zakir Həsənov Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıq VERİB
13:20 20.04.2024
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
13:14 20.04.2024
Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ edib
13:06 20.04.2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi
13:02 20.04.2024
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:56 20.04.2024
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
12:43 20.04.2024
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı
12:29 20.04.2024
İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
12:16 20.04.2024
Sabah 30 dərəcə İSTİ olacaq
12:01 20.04.2024
Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
09:51 20.04.2024
Hamısı