"Pakistan Azərbaycanda müxtəlif xidmətlər üçün proqram təminatının hazırlanmasını təklif edə bilər"

Müsahibələr 21:17 06.11.2021
Pakistanın  Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Bilal Haye Moderator.az-a müsahibə verib. 
 
- Hörmətli cənab səfir, Pakistan-Azərbaycan əlaqələrində hansı sektorların inkişafı sizi qane edir və hansılarda isə dəyişikliklər etmək istərdiniz?
 
 
- Pakistan  və  Azərbaycan  tarixi, mədəni və iqtisadi  əlaqələrə əsaslanan səmimi münasibətlərə malikdirlər.  Azərbaycan 1991-ci ildə  müstəqillik  əldə  etdikdən sonra  iki ölkə  həm siyasi, həm də diplomatik baxımdan daha da yaxınlaşıb. Pakistan 1991-ci  ildə  yeni yaranan Azərbaycan dövlətini  tanıyan  ilk dövlətlər sırasında olub. O vaxtdan  bəri  güclü münasibətlərin əsasını qoyan bir neçə yüksək səviyyəli  mübadilə və  ikitərəfli səfərlər olub. Müdafiə sahəsində də əməkdaşlığımız  inkişaf  edir. Pakistan həmçinin  ötən ilki vətən müharibəsində  iştirak edən  Azərbaycana öz siyasi  və diplomatik dəstəyini  verdi. Ümid edirəm  ki,  qarşıdakı aylarda və illərdə də bu əməkdaşlıq iqtisadi əlaqələr, ikitərəfli ticarət  və investisiyalar, təhsil müəssisələri arasında daha sıx əlaqələr, elm və  texnologiya sahəsində əməkdaşlıq və hər şeydən əvvəl  insanlar arasında daha  tez-tez  ünsiyyət  qurmaq kimi müxtəlif sahələrdə də genişlənəcək. 
 
- Pakistan Azərbaycan bazarında idxalçı ölkə kimi hansı sahələrdə liderlik etməyi qarşıya məqsəd qoyub?
 
- Pakistan  güclü  aqrar bazaya və sürətlə inkişaf edən sənaye və xidmət sektorlarına malik böyük bir  ölkədir. Azərbaycanla iqtisadi əməkdaşlığımız genişləndikcə ümid edirəm ki,  Pakistandan bir çox məhsullar, o cümlədən kənd təsərrüfatı malları, həmçinin düyü kimi  sənaye məhsulları, tibbi avadanlıqlar, yüngül maşınlar, kənd təsərrüfatı texnikaları, dərmanlar  və idman malları Azərbaycana idxal olunacaq. Pakistanın informasiya texnologiyaları xidmətləri  də sürətlə  inkişaf  edir. Pakistanın təcrübəli  mütəxəssisləri Azərbaycanda  müxtəlif  xidmətlər üçün proqram  təminatının  hazırlanması və informasiya  texnologiyaları alətləri sahəsində  xidmətlər  təklif  edə bilərlər.
 
- Pakistan hökumətinin və ya Pakistanlı investorların Qarabağa investitsiya yatırımları ilə bağlı hansı təklifləri var?
 
- Pakistan  şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində - Qarabağ bölgəsindəki imkanlar barədə mütəmadi olaraq  məlumatlandırılır.  Bəzi şirkətlər artıq  Azərbaycana  səfər ediblər. Ümid edirəm ki, daha çox Pakistan şirkətləri fürsətləri öz gözləri  ilə görmək üçün bura gələcəklər. Fikrimcə,  investisiya imkanları bərpa olunan enerji  layihələri, infrastrukturun  inkişafları, eləcə də əczaçılıq və tekstil sənayesində mümkün ola bilər.
 
- Növbəti sualım Jammu və Kəşmir haqqında olacaq. Vəziyyətdən asılı olaraq zamanla  bölgədəki gərginliklər artıb - azalır. Bölgədə  davamlı sülhün təmin olunması  üçün  Pakistan Hindistanla  birbaşa danışıqlara  başlamaq niyyətindədir, yoxsa hansısa başqa vasitəçi ölkəyə ehtiyac var?
 
- Pakistan həmişə Cammu və Kəşmir mübahisəsinin  BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun həllini arzulayıb.  BMT Təhlükəsizlik Şurasının qətnamələri  azad və  ədalətli referendum keçirilməsini tələb  edir. Bu referendum Cammu və Kəşmir xalqına öz müqəddəratını təyinetmə hüququnu həyata keçirməyə imkan verir. Cammu və Kəşmir xalqına  qanuni və  vəd  edilmiş öz müqəddəratını təyinetmə hüququndan istifadə etməyə icazə verilməyənə qədər Cammu və Kəşmir mübahisəsinin həlli həyata keçirilə bilməz.  Baxmayaraq ki, Cammu  və  Kəşmir  BMT-nin gündəmində aktiv  və  gündəmdə  olan  beynəlxalq mübahisədir,  Pakistan ya ikitərəfli dialoqda,  ya da üçüncü ölkələrin vasitəçi kimi iştirakı ilə bunu müzakirə etməyə həmişə açıqdır. Pakistan üçün Cammu və Kəşmirin  əsas məsələsinin  Cammu və Kəşmir  xalqının  istəklərinə uyğun olaraq, ikitərəfli dialoq vasitəsilə və ya digər maraqlı  tərəflərin,  o cümlədən BMT və ya qərb  ölkələrinin  iştirakı ilə ən tez bir zamanda  həll  edilməsi vacibdir. Münaqişənin  həllinin  gecikməsi  isə Hindistanın inadkarlığı  və  Kəşmir əhalisinin  əsas  hüquqlarını  boğması, Hindistanın  qeyri-qanuni işğal olunmuş Cammu və Kəşmirdə təhlükəsizlik vəziyyətini pisləşdirməsi və insan haqlarının  pozulması ilə  bağlıdır. 
 
- Yeri gəlmişkən, sizə qonşu olan Əfqanıstanda hakimiyyət dəyişikliyi baş verdi. Rəsmi Pakistan höküməti Taliban hakimiyyətini tanıyırmı, yaxud tanımağa hazırlaşırmı?
 
- 2021-ci  ilin avqustunda  ABŞ qüvvələrinin Əfqanıstandan çıxarılmasından  və  prezident Əşrəf Qani hökumətinin  süqutundan  sonra Əfqanıstanda  yeni reallıq  yaranıb. Taliban Kabil  və  Əfqanıstanın  digər  bölgələrinə nəzarət  edir. Pakistan  hazırda  Taliban hökumətini  tanımır, çünki Pakistan beynəlxalq  ictimaiyyətin Kabildə  inklüziv hökumətin  yaradılması  ilə  bağlı gözləntilərini  bölüşür.  Bu  məqsədlə  biz  Kabildə həqiqi  nümayəndə  hökumətinin formalaşmasını  təmin etmək üçün regional  ölkələr və  digər beynəlxalq qurumlarla  əlaqə  saxlayırıq.  Həmçinin, Əfqanıstanın  bilavasitə  yaxın qonşusu olan Pakistan humanitar  böhranlarla  üz-üzə qalan Əfqanıstan  xalqının həqiqi ehtiyaclarına  laqeyd qala  bilməz. Əfqanıstan  xalqının ərzaq,  tibbi ləvazimat və Əfqanıstanın  aktivlərinin dondurulması və ticarət  imkanlarının  bağlanması səbəbindən  pozulan  digər əsas ləvazimatlara  ehtiyacı var. Pakistan  vəziyyəti  yaxşılaşdırmaq  və Əfqanıstan  xalqına  humanitar yardım göstərmək  üçün  əlindən  gələni  edir. Həmçinin  yalnız Pakistan  deyil, digər ölkələr  də Əfqan  xalqına  yardım etməlidirlər. İndi beynəlxalq  ictimaiyyətin qarşıdakı  həftələrdə  və  aylarda böyük fəlakətlə  üz-üzə  qalan  Əfqanıstan  xalqını tərk  etməməyi  düşünməsinin  tam  vaxtıdır.
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
Hamısı