Erməni tankını vuran “Kobra” komandiri: Öldürdüyümüz erməninin üstündən “Şuşa rəisi” vəsiqəsi çıxdı - MÜSAHİBƏ

Müsahibələr 16:50 17.11.2021

Müharibə ölüm, şücaət, qəhrəmanlıq, sevinc və hüzndən ibarət bir tamaşadırsa, bu tamaşanın baş rolunda hərbçilər çıxış edir. O hərbçilər ki, zəfər üçün ölümü gözə alır və aldığı hər nəfəsi vətən üçün sərf edir. Bugünkü müsahibimiz də belə hərbçilərdən biri, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “Kobra” xüsusi dəstəsinin komandiri, mayor Nurlan Məmmədovdur.

Mayor Məmmədov müharibənin ilk günündən döyüşçüləri ilə birgə ön sıralarda olub. Bir çox yerlərdə, o cümlədən Şuşada döyüşüb. Ermənilərin Şuşa uğrunda gedən döyüşlər zamanı çəkdiyi məşhur videoda tankı vuran da məhz mayor Məmmədovdur. Amma həmin hadisə, ümumiyyətlə döyüşlər barədə elə sadə və təmkinlə danışır ki, sanki bu, qəhrəmanlıq deyil, adi hadisədir...  

- Cənab mayor, döyüş əmri aldığınız günü (27 sentyabrı) necə xatırlayırsız? Həmin an nə hisslər keçirdiniz?

- 18 ildir ordumuza, dövlətimizə xidmət edirəm. 18 il ərzində mən və mənim kimi hərbçilər məhz bu əmri icra etmək üçün yetişdirilib. 27 sentyabrda gələn əmr sadəcə 18 illik bir arzunun həyata keçməsi idi. Sentyabrın 27-də “nəhayət ki, o gün yetişdi” dedim və dəstəmlə birlikdə döyüş tapşırıqlarını icra etməyə başladım.

- Hər bir hərbi qurumun, hərbi dəstənin vətən müharibəsində öz missiyası, rolu var idi. “Kobra”ya vətən müharibəsində hansı missiya tapşırılmışdı?

- “Kobra” xüsusi təyinatlı bir dəstədir və müharibədə digər bu tipli dəstələrə gələn tapşırıqlarla bənzər tapşırıqlar alıb. Biz döyüşlərdə digər xüsusi təyinatlı dəstələrlə birgə əməliyyat planlarını icra edirdik. Təbii ki, bəzən “Kobra”lara əlavə, xüsusi tapşırıqlar da verilirdi. Fizulidə, Şuşada, Xocavənd istiqamətində bu tipli tapşırıqları uğurla icra etdik. Dəstəmizin uşaqları bir yerdə dayana bilmir, durmadan döyüşdən-döyüşə atılır, vətən yolunda inamla savaşırdılar. Hər tapşırığı yerinə yetirdikdə duyğumuz qürur hissi heç nə ilə əvəz edilə bilməzdi...

- Fizulidə aldığınız xüsusi tapşırıq nədən ibarət idi?

-Fizulidə İlandağ adlanan bir strateji yüksəklik var. Oranın ələ keçirilməsi şəhərin tam şəkildə nəzarətimizə götürülməsi demək idi. Ona görə də İlandağı düşməndən təmizləmək üçün tapşırıq gəldi. Bu istiqamətdə şiddətli döyüşlər gedirdi. Düşmən müqavimət göstərir, ordumuz itki verirdi. Belə bir vaxtda düşmənin canlı qüvvəsini məhv etmək üçün “Kobra”ya xüsusi bir tapşırıq gəldi. Snayperçilərdən ibarət bir dəstə bu istiqamətə yollanıb, düşmənin canlı qüvvəsini məhv etməli idi. Dərhal kiçik bir dəstə formalaşdırıb bu istiqamətə göndərdik. Onlar İlandağ ətrafında onlarla erməni hərbçisini məhv etdilər. Buna bənzər tapşırıqlar Xocavənd, Kəlbəcər və digər istiqamətlərdə də icra edildi.

- Müharibə itkisiz olmur. “Kobra”lardan neçəsi vətən müharibəsində şəhid oldu? Və döyüş yoldaşlarınızın şəhadəti sizə, digər yoldaşlarınıza necə təsir edirdi?

- Vətən müharibəsində “Kobra” xüsusi təyinatlı dəstəsinin 9 əməkdaşı qəhrəmancasına şəhid oldu. Yaralılarımız da çox oldu. Bilirsiniz, döyüş vaxtı bir neçə saat öncə yemək yediyin, deyib-güldüyün, dərdləşdiyin sirdaşını itirmək çox ağır bir hissdir. Mən ən yaxın dostlarımdan birini itirmiş döyüşçü kimi sizə bunu deyirəm. Lakin döyüş yoldaşlarımızın şəhadəti bizdə qorxu yox, nifrət hissi, döyüş əzmi formalaşdırırdı. Biz onların qisasın almaq üçün ilahi bir güclə vuruşurduq. Azad olunan hər rayonumuz yoldaşlarımızı itirməkdən yaranan ağrı-acılara məlhəm olurdu.

- Müharibədə Azərbaycan xalqı 44 gün boyunca ən çox Şuşanın azad edilməsini gözləyirdi. Və 8 noyabrda nəhayət Şuşa fəth edildi. Mənəvi paytaxtımız Şuşanın işğaldan azad olunmasında “Kobra”lar iştirak etdimi? Sizə Şuşanın azad edilməsi ilə bağlı hansı tapşırıq verilmişdi?

- Rabitə vasitələrindən Şuşanın adını eşitdiyim gün, həyatımın ən xoşbəxt anlarından birini yaşayırdım. Tapşırığa görə, Şuşa azad edilməli idi. Lakin bildiyiniz kimi Şuşanın relyefi buraya ağır texnikaların cəmləşdirilməsinə imkan vermirdi. Ona görə də bizi çətin döyüş gözləyirdi. “Kobra” dəstəsinə verilən tapşırığa görə biz Laçın dəhlizindən Şuşaya girməli, orada düşmənin canlı qüvvəsini məhv etməli və şəhərin mühafizəsini təşkil etməliydik. Elə də etdik. Bir qrup Daşaltı yoluyla, biz isə Laçın yoluyla Şuşaya daxil olduq. Düşmən Şuşa hücumunu gözləmirdi. Elə bilirdilər ki, biz çox uzaqdayıq. Ona görə də biz bir müddət səssiz irəlilədik. Laçın dəhlizinə çatdıqda isə qızğın döyüşlərə girdik. Gözlənilmədən qarşılarında xüsusi təyinatlı döyüşçülərimizi görən ermənilər qaçmağa başladılar.

Lakin daha sonra düşmən Şuşanı geri almaq üçün ardıcıl həmlələr həyata keçirdi. Xankəndi-Şuşa yolu tərəfdə erməni tankı digər xüsusi təyinatlı dəstələrimizin ələ keçirdiyi Şuşa qalasına ardıcıl zərbələr endirməyə başladı. Biz yeni tapşırıq əsasında 21 nəfərlik qrupla Xankəndi yoluna endik. Orada qalaya atəş açan bir erməni tankını tank əleyhinə qumbaraatanla sıradan çıxardım.

- O döyüş ermənilər tərəfindən videoya çəkilib...

 

- Dəstəmlə tankın sol istiqamətinə doğru irəlilədim. Sonra qumbaraatanı götürüb tankın 30-35 metrliyinə yaxınlaşdım. Atəş açdım və tank partladı. Tankın partladığını görən ermənilər qaçmağa başladılar. Onlar qaçanda bir neçəsini yerindəcə məhv elədik. Sonra bizim mövqeyimiz tərəfə yeni hücum oldu. 21 nəfərlik dəstə ilə gecədən səhərə qədər üzərimizə hücum edən təxminən 110-120 nəfərlik erməni dəstəsi ilə 7-8 saat intensiv döyüşdük. Döyüş zamanı nə bizim onların sayından, nə də onların bizim sayımızdan xəbərləri yox idi. Biz elə bilirdik ki, 30-40 nəfərdilər. Sərrast və dəqiq atəşlərlə çoxun vurmuşduq və elə bilirdik ki, onların sayı çox az qalıb. Səhərə qədər döyüşü davam etdirdik.  Səhər onlar bizə əlavə dəstəyin gələcəyindən qorxaraq bir andaca qaçmağa başladılar. Sonra bildik ki, sən demə burada 100-dən çox düşmən var imiş. Onların mövqelərini ələ keçirəndə yerdə uzanan erməni meyitlərinin üzərilərinə baxırdım. Sənədləri tapmağa çalışırdım. Birinin üzərindən fərqli bir sənəd çıxdı. Üzərində yazılmışdı “naçalnik Şuşi”. Sən demə “Şuşanın polis rəisi” imiş, məhv etmişdik...

- Müharibədən sonra hansı medallarla mükafatlandırıldız?

- Fizuli, Xocavənd, Kəlbəcər və Şuşanın azad olunmasına görə medallarla təltif edildim. Ali Baş Komandan İlham Əliyev həm də məni “Qarabağ ordeni” nə layiq gördü. Üzərimdə gəzdirdiyim bu medalı almağıma görə çox sevinirəm və sizin vasitənizlə cənab Ali Baş Komandana bir daha təşəkkür edirəm. Hər dəfə üzərimə baxanda bu ordeni görüb Qarabağı xatırlayır və qürur duyuram.

- “Kobra”ların Şuşa və digər işğaldan azad edilmiş rayonlarda xidməti davam edirmi?

- Bəli, istər Şuşada, istər Fizulidə, istərsə də işğaldan azad edilmiş digər şəhərlərdə Daxili Qoşunların müxtəlif xüsusi təyinatlı dəstələri xidmətini davam etdirir. Hazırda bizim əsas məqsədimiz bu ərazilərdə asayişi təmin etmək və müxtəlif terror hücumlarının qarşısını almaqdır.

 

Nicat İsmayılov


Ermənilər dəyirdilər ki, sizi öldürəcəyik - Qərbi Azərbaycan sakini - VİDEO

Xəbər xətti

Stressdən necə azad olaq? - ARAŞDIRMA
19:00 29.03.2024
“Qəbələ” “Neftçi” ilə oyuna itkilərlə ÇIXACAQ
18:38 29.03.2024
Bolqarıstan Prezidenti İlham Əliyevə zəng edib
18:33 29.03.2024
Ötən il atmosferə atılan çirkləndirici maddələrin həcmi 34 min tondan çox artıb
18:19 29.03.2024
Ərdoğan: Türkiyə Qarabağ imtahanından uğurla keçib
18:08 29.03.2024
Ceyhun Bayramov: Aİ-Ermənistan-ABŞ konfransı Ermənistanı yeni təxribatlara təşviq edə bilər
17:55 29.03.2024
AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb
17:50 29.03.2024
Əl-Cəzirənin departament rəhbəri Sami Əl-Həcc Qubadlıda xanımının ata yurduna gəlib
Əl-Cəzirənin departament rəhbəri Sami Əl-Həcc Qubadlıda xanımının ata yurduna gəlib
17:49 29.03.2024
Prezidentin köməkçisi: “ABŞ-ın müəyyən bəyanatları və addımları bizi məyus edir”
17:45 29.03.2024
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
17:40 29.03.2024
Ermənilər dəyirdilər ki, sizi öldürəcəyik - Qərbi Azərbaycan sakini - VİDEO
17:30 29.03.2024
Sumqayıtda fəhlə zavodda xəsarət alaraq öldü
17:10 29.03.2024
Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayır
17:00 29.03.2024
Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan sülhə yaxındır”
16:51 29.03.2024
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı
16:40 29.03.2024
Güclü külək əsəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ
16:34 29.03.2024
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
16:26 29.03.2024
Qərbi Azərbaycanlı xanım: "Hər şeyimizi əlimizdən aldılar" - VİDEO
16:18 29.03.2024
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
16:00 29.03.2024
Havada toz müşahidə olunur
Havada toz müşahidə olunur
15:45 29.03.2024
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
15:39 29.03.2024
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
15:30 29.03.2024
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu
15:20 29.03.2024
Aİ-nin Cənubi Qafqaz missiyası... - Erməni politoloqun ŞƏRHİNDƏ - ÖZƏL
15:10 29.03.2024
8 Noyabr prospektində əsaslı təmir işləri aparılır
15:00 29.03.2024
Məşhur rejissor cəngavər statusu alacaq
Məşhur rejissor cəngavər statusu alacaq
15:00 29.03.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Hamısı