Qoca məclisdə targikomik iclas Xalqın 7 şəhidə ağladığı gündə...

Müsahibələr 14:48 18.11.2021

Ötən gün Azərbaycan parlamentində gedən müzakirələri dinlədikdən sonra nədənsə ağlıma Nizami Rəmzinin 90-cı illərdə parlamentlə bağlı qələmə aldığı şeir düşdü. Təfəkkürümü Rəmzinin tənqidi şeirinə yönəldən səbəbsə 7 şəhid verdiyimiz döyüşlər hələ səngimədən Milli Məclisdə deputatların, daha konkret desək, Razi Nurullayev və  Tahir Kərimlinin  millət vəkillərinin sosial vəziyyəti ilə bağlı etiraz dolu çıxışları idi.

Belə ki, 17 noyabrda, Müdafiə Nazirliyinin 7 hərbçimizin şəhid olduğu ilə bağlı məlumat verdiyi, dövlət rəhbərinin onların qanının yerdə qalmaması üçün gərgin iş apardığı gündə Milli Məclisin iclasında deputat (millət vəkili deməyi adamın dili gəlmir) T.Kərimli çıxış edərək deyir:

"Milli Məclisin işçiləri üçün yaşayış binasının tikilməsini təklif edirəm. Bu yaxınlarda bir nəfər rəhbər şəxsin təsadüfən maşınında oldum. Mənim partiya sədri kimi 14 illik maşınım onun maşınından yaxşıdır. Bu dövlətin ali qurumudur. Elə nazirliklərin şöbə müdirləri elə maşında gəzirlər ki... Milli Məclisin işçiləri xarici qonaqların qarşısına çıxır. Maliyyə Nazirliyi və hökumətdən xahiş edirəm, Milli Məclisin bu məsələlərinə diqqət yetirsinlər. Deməli bizim rəhbərliyimiz həyalıdır, sizdən tələb etmir deyə buna diqqət ayrılmamalıdırmı?! Bizim rəhbərliyimiz həyalıdıır deyə belə münasibət göstərmək olmaz".

Onun həmkarı Razi Nurullayevsə bəzi deputatların evlərinin olmamasından gileylənərək təklif edib ki, evləri olmayan deputatlara verilən kirayə haqları artırılsın.

Milli Məclisin spikeri Sahibə Qafarova isə bu absurd fikirlərə etiraz edərək sözügedən problemlərin gələcəkdə həll ediləcəyini, hazırda dövlətin əsas xərclərinin Qarabağın yenidən qurulması və qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıtması işinə istiqamətləndiyini bildirib. Yumşaq dildə ifadə etsək onları yerində oturdub.

Beləliklə, parlamentdə ötən gün keçirilən bu iclas ölkənin ali qanunverici orqanındakı tragikomik mənzərəni gözlər önünə sərib. Azərbaycan ordusunun 7 hərbi qulluqçusunun şəhid olduğu, 10-nun isə qazi olduğunun açıqlandığı bir gündə deputatların qazilərin, şəhid ailələrinin hərbçilərin yox, özlərinin sosial vəziyyətini yaxşılaşdırmaq üçün təkliflər irəli sürmələri bizləri maraqlı bir sualı düşünməyə vadar edib: Bu vəziyyətdə nə edək, gülək, ya ağlayaq?

Azərbaycan vətəndaşlarının böyük bir qismi evlərində, iş yerlərində, dost məclislərində, yolda, ictimai nəqliyyatda, sosial şəbəkələrdə Ermənistanla yaşanan gərginliyi müzakirə edərkən xalqın pulu ilə fəaliyyət göstərən xalqın məclisində “xalqın pulunu qamarlamağın” yeni yolları axtarılıb. Özü də özlərinə “müxalifət” deyən edən deputatlar tərəfindən...

Həmin deputatlar ki, biri AXCP iqtidarı dövründə Ali Məhkəmənin sədri olub və 1993-cü ildə bu çıxışı ilə istefa verib:

 

“Zülmlə şəhidlər vermişik. Müharibədə həlak olmuşuq. Və bu gün Kommunist Partiyasının, Moskvanın, yaxud ABŞ-ın siyasətini burada həyata keçirmək lazım deyil! Sabah hamımızı asa bilərlər, amma demokratiyadan geriyə yol yoxdur! Mən Ali Məhkəmənin sədri kimi rüşvətə yol vermədim, dövlətimiz təmizliyi üçün çalışdım. Ona görə də bu gün istefa verirəm. Amma bu komediyanı yığışdırın! Bəsdir yerlibazlıq elədiz, bəsdir ölkəni çapdız-taladız. Dilimiz yara oldu deməkdən ki, qanunların aliliyinə hörmət edin. Siz düzgün əməliyyat aparmamısız. Çıxın istefa verin! Məni məcbur etməyin, güllə ilə özümü vuraram burada. İntihar edərəm” – Tahir Kərimli.

Digəri isə Elçibəyin gənc kadrlarından biri kimi siyasi səhnəmizə daxil olub və uzun illər hazırda özünün əyləşdiyi parlamenti xalqın dərdinə yanmamaqda, xalqın olmamaqda ittiham edib.

Gələn ay 103 yaşını qeyd edəcək olan qoca parlamentimizin belə deputatlar sayəsində nə vəziyyətə gəldiyini gözlər önünə sərmək üçün 103 il öncəyə qayıdırıq.

Tarixçi-alim, professor Solmaz Rüstəmova-Tohidinin “Qarabağ məsələsi Azərbaycan parlamentində” başlıqlı silsilə məqalələrindən bir parça.

1918-ci il, 20 dekabr, yeni formalaşmış gənc Azərbaycan parlamenti özünün 4-cü, fövqəladə iclasını çağırır və müzakirəyə çıxardığı iki mühüm məsələdən biri Qarabağ və Zəngəzurda yaranmış vəziyyət olur. Məlum olur ki, birinci məsələ Şuşadan olan deputat Qara bəy Əliverdibəyovun və parlamentin sosialistlər fraksiyasının sorğusu əsasında müzakirəyə çıxarılıb və söhbət general Andranikin başçılığı altında erməni silahlılarının cümhuriyyətin hüdudlarını keçib Zəngəzur, Şuşa və Cəbrayıl qəzalarında Azərbaycan kəndlərini dağıtması, əhalini qismən qətlə yetirib qalanlarını öz yurdlarından qovmasından gedir. Sosialistlər fraksiyasının nümayəndəsi Əhməd Cövdət “Bu məsələ hökumətə məlumdurmu və hansı tədbirlər görülüb” sorğusunu səsləndirdikdən və təcili olaraq müzakirəsini tələb etdikdən sonra sədr əvvəlcə həmin məsələnin təcili müzakirə olunması tələbini səsə qoyur. Həmin fraksiyadan Məhəmməd Məhərrəmovun Qarabağda vəziyyətin həqiqətən təcili müzakirəyə ehtiyacı olduğu haqda məlumat xarakterli kiçik çıxışı ilə yekdilliklə qəbul edilən qərardan sonra ikinci təklif – əvvəlcə hökumətin bu xüsusda hansı tədbirlər gördüyü haqda izahat verməsi məqbul sayılır.

Baş nazir Fətəli Xan Xoyski məruzə edərək parlamentə hökumətin sözügən məsələlərdə gördüyü işlər barədə hesabat xarakterli məruzə edir. Onun çıxışından aydın olur ki, Bakı azad edildikdən və paytaxta köçdükdən dərhal sonra “Andranik məsələsinə xitam verməyi özünə borc bilən” hökumət bölgəyə qoşun yeridib, erməni silahlıları əvvəlcə Əsgərandan çıxarılıb, Şuşa-Yevlax yolu açılıb, daha sonra silahlılar Şuşa qəzasından tamam və Zəngəzur mahalının çox yerlərindən qovulublar. Bu zaman dinc əhali itkisinə yol verilməyib.

Beləliklə, Solmaz xanımın keçirilən iclasın stenoqramı əsasında hazırladığı məqalədən belə aydın olur ki, 103 il əvvəl dövlət əhəmiyyətli məsələlər məhz parlament iclasında müzakirə edilərək, yekun qərarlar millət vəkillərinin rəyi əsasında qəbul edilib. Həmçinin parlament xüsusilə dövlətin ərazi bütövlüyünə qarşı yaranmış təhdidlərə, regionlarda baş verən toqquşmalara olduqca həssas yanaşıb. Hətta o qədər ki, hökumət başçısı bu ali orqanda hesabat verib.

İndi o dövrdən 103 il keçib. İndi bu qoca məclisdə oturan tahirlər və razilər 7 şəhidi ağladığımız gündə özlərinə gün ağlamaqla gün keçirirlər...

Nicat İsmayılov

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
09:51 20.04.2024
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:46 20.04.2024
Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
“Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür" - Hikmət Hacıyev
09:15 20.04.2024
DİQQƏT: Bakıda bu saatlarda geomaqnit qasırğası başlayır
09:10 20.04.2024
Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Hamısı