"Azərbaycan gənci Qarabağda qalib oldu, vətənə itirilmiş torpaqları qazandırdı" Prezident mükafatçısı

Müsahibələr 13:24 02.02.2022

Bu gün Azərbaycanda Gənclər Günü qeyd olunur.

Bu xüsusi günlə əlaqədar Ednews Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron nümayəndəliyinin direktoru, "Gənclər üçün Prezident Mükafatı"na layiq görülən Coşqun Hidayətovla söhbətləşib.

Haşiyə: Hidayətov Coşqun Hikmət oğlu, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın üzvü, YAP Gənclər Birliyində İdarə heyətinin üzvü və Böyük Qayıdış Gənclər Təşkilatı İdarə heyətinin üzvüdür. “Böyük Qayıdış” Gənclər Təşkilatında Layihələr üzrə menecer olaraq çalışıb və Vətən müharibəsi iştirakçısı olub. Prezident tərəfindən "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

- Coşqun bəy, Azərbaycanda hazırda həyata keçirilən gənclər siyasəti və islahatlar barədə nə düşünürsünüz?

- Azərbaycanda gənclər siyasətinin əsası 90-cı illərin əvvəllərində qoyulub. 1994-cü ildə Gənclər və İdman Nazirliyi yarandı. Ardıcıl olaraq gənclərin forumları və qurultayları təşkil olundu. Azərbaycanda Vətən müharibəsinə qədər həyata keçirilən gənclər siyasəti dəyərləndirsək görərik ki, bu siyasət uğurla yürüdülüb, çünki bu müharibədə əsas missiyanı məhz Azərbaycan gəncliyinin həyata keçirib. Mən özüm də Vətən müharibəsi iştirakçısıyam. Müharibədən sonra mövcud reallıq da dəyişildi. Vətən müharibəsində gənclərimizin səfərbərliyi müharibədən sonra da davam edir. İndi, post-müharibə dövründə Azərbaycan gəncliyinin üzərinə düşən əsas missiyalar Qarabağın dirçəlməsinə tövhə vermək, informasiya cəbhəsində mübarizəni davam etdirmək və bilik və bacarıqları inkişaf etdirib ölkənin çiçəklənməsi naminə yorulmadan çalışmaqdır. Nəzərə alsaq ki, Ermənistanın Azərbaycana ərazi iddiaları davam edir, əsassız tarixi uydurmalar, heç bir fakta əsaslanmayan fikirlər irəli sürürlər, bu istiqamətdə gəncləri marifləndirmək lazımdır. 

- Böyük Qayıdış Gənclər Təşkilatında İdarə heyətinin üzvüsünüz, daha əvvəl isə orada Layihələr üzrə menecer olmusunuz. Təşkilat hansı layihələri həyata keçirir? “Böyük Qayıdış” prosesində gənclərin fəaliyyəti necədir? Layihədə iştirak üçün nə qədər gənc müraciət edib?

- Bəli, bundan əvvəl mən Böyük Qayıdış Gənclər Təşkilatında çalışırdım. Bu təşkilat müharibədən sonra 2020-ci ilin dekabrın 28-də təsis olundu. Vətən müharibəsindən qayıtdıqdan sonra bu fəaliyyətə başladım. Təşkilat minlərlə qazinin konsultasiyası, cəmiyyətə reinteqrasiyası istiqamətində işlər görür, onlarla bağlı tədbirlər həyata keçirir. İndiyə qədər yüzlərlə şəhid ailəsini ziyarət etmişik. Həmçinin, şanlı vətən tarixinin gənclər arasında təbliğ olunması, gənclərə qayğı və psixoloji dəstək istiqamətində işlər aparılır. “44 günün qəhrəmanları”, "Gənc qazilərə sosial-psixoloji dəstək", "Xüsusi Təyinatlı Gənclik" hərbi-vətənpərvərlik düşərgəsi", "Qəhrəmanını tanı", "Böyük qayğı" kimi bu çərçivədə bir çox layihələr həyata keçirilib. Vətən müharibəsi iştirakçıları arasında yaralanmış və ya yaralanmamış hər bir şəxs müəyyən travmalar alıb. Bu travmaların aradan qaldırılması istiqamətində işlərin görülməsi məqsədilə "Gənc qazilərə sosial-psixoloji dəstək" layihəsini təşkil etdik. Reabilitasiyaya ehtiyacı olan qaziləri müəyyənləşdirdik. ”Qəhrəmanı tanı” layihəsində iştirak etmək üçün minlərlə gənc müraciət etmişdi. Birinci Qarabağ müharibəsi və İkinci Qarabağ müharibəsi və Aprel döyüşləri qazilərinin gənclərin iştirakı ilə görüşü təşkil olundu. Birinci Qarabağ müharibəsindəki məğlubiyyətə rəğmən Azərbaycan əsgəri son damla qanına kimi mübarizə apardı. Birinci Qarabağ müharibəsində torpaqlarımızın bir qismini azad edən hərbçilərimizin işini İkinci Qarabağ müharibəsi iştirakçıları həyata keçirdi. "Xüsusi Təyinatlı Gənclik" hərbi-vətənpərvərlik düşərgəsinə 1024 müraciətçi olub. Bu düşərgəni fərqləndirən layihə koordinatorlarının real döyüş görmüş şəxslər olması idi. Gənclərdə çox böyük maraq və vətənpərvərlik ruhu vardı. Deyərdim ki, xanımlarımız bəylərimizdən heç də geri qalmırdı, bəzi komponentlərdə hətta onları üstələyirdi”.

- Gənclərin İnkişaf və Karyera Mərkəzi gənclərin karyera yönümlü fəaliyyəti üçün hansı işləri görür?

- “Gənclərin İnkişaf və Karyera Mərkəzi”nin əsas fəaliyyət əsas istiqamətlərindən biri gənclər üçün təhsil və təcrübə proqramlarının təşkili, intellektual yarışların keçirilməsi, onların bilik və bacarıqları istiqamətində layihələrin gerçəkləşdirilməsi, gənclərin vətənpərvər ruhda böyüdülməsi istiqamətində layihələr təşkil olunur. Hazırda könüllülük proqramı həyata keçirilir. Qısa müddət ərzində həm üzvlük, həm də könüllülüklə bağlı artıq mindən çox gənc müraciət edib. Abşeron məktəblərini əhatə edən "Məktəbli Liqası" intellektual oyunu başlayıb və bu oyunda ümumilikdə 400-dən çox komanda 2 mindən çox məktəbli ilə təmsil olunacaq.

- Uğurunuzun sirri nədir?

- Bunun səbəbi vətəndən aldığım gücdür. Nə ediriksə vətən üçün edirik və bunun qarşılığını zamanla görürük. Vətən müharibəsinə könüllü olaraq qatılmışam. Cənab Prezident tərəfindən "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilmişəm. Qeyd etdiyim kimi, Vətən müharibəsindən qayıtdıqdan sonra Böyük Qayıdış Gənclər Təşkilatında fəaliyyətə başladım və indi Prezident mükafatçıları siyahısında on nəfərdən biriyəm.

Gülnar Səlimova

Beynəlxalq Ədalət Məhkəməsi nə qədər ədalətlidir? - Umud Mirzəyev ŞƏRH EDİR – MÜSAHİBƏ – VİDEO

Xəbər xətti

ABŞ Dövlət Departamenti Azərbaycan mətbuatının sorğusunu cavablandırdı
10:05 18.04.2024
Aİ sanksiyaların pozulmasını “məhkəmə cinayəti” kimi qiymətləndirəcək
Aİ sanksiyaların pozulmasını “məhkəmə cinayəti” kimi qiymətləndirəcək
10:00 18.04.2024
Nazir: COP29 ərəfəsində reallaşdırılacaq ilk bərpa olunan enerji hərracı dəyərləndirilib
09:55 18.04.2024
Hindistan əhalinin sayına görə dünyada birinci yerdədir
Hindistan əhalinin sayına görə dünyada birinci yerdədir
09:40 18.04.2024
Xankəndidə xeyli silah-sursat aşkarlanıb
09:37 18.04.2024
Beynəlxalq Ədalət Məhkəməsi nə qədər ədalətlidir? - Umud Mirzəyev ŞƏRH EDİR – MÜSAHİBƏ – VİDEO
09:28 18.04.2024
Bu gün Başlıbel faciəsinin ildönümüdür
09:21 18.04.2024
Azərbaycanlı politoloq Meksika mediasında - FOTO
Azərbaycanlı politoloq Meksika mediasında - FOTO
09:15 18.04.2024
Ağdamda minaatan qurğular aşkar edilib
09:10 18.04.2024
Bakının bir sıra küçələrində sıxlıq var
09:00 18.04.2024
Stoltenberq təsdiqlədi: NATO-nun iclasında Zelenski də olacaq
05:50 18.04.2024
Qərbin təzyiqlərinə baxmayaraq, bundan imtina etməyəcəyik
03:49 18.04.2024
Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov
01:48 18.04.2024
Qarabağdan çıxarılan sülhməramlılar qatarla yola salındı
00:06 18.04.2024
Salyan sakinləri balıqların qoxusundan ŞİKAYƏTLƏNİRLƏR
23:44 17.04.2024
Tramp seçkiqabağı sorğuda Baydenə uduzur
23:23 17.04.2024
Fələstinin BMT-yə üzvlüyü sabah Təhlükəsizlik Şurasında səsverməyə çıxarılacaq
23:00 17.04.2024
Belçika İrana qarşı yeni sanksiyalara görə Aİ sammitini çağıracaq
22:39 17.04.2024
IMF ABŞ-nin yumşaq fiskal siyasətini tənqid edib
22:22 17.04.2024
Bolqarıstanın cənubunda yeni quş qripi virusu aşkarlanıb
22:00 17.04.2024
Burundidə leysan yağışları nəticəsində 200 mindən çox insan zərər çəkib
21:40 17.04.2024
784-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi
21:21 17.04.2024
Əli Kərimin xatirəsinə həsr olunan tədbir keçiriləcək
20:47 17.04.2024
İranlının narkokuryerliyə cəlb etdiyi şəxs saxlanıldı
20:30 17.04.2024
Qanun Tiflisi AB-dən uzaqlaşdıracaq - Mişel
20:05 17.04.2024
Daha dörd qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib
19:50 17.04.2024
Azərbaycanın növbəti iki ildə AQEM-ə sədrliyi dövründə görəcəyi işlər müzakirə olunub
19:28 17.04.2024
Rusiyanın Çerniqova hücumu nəticəsində ölənlərin sayı 17-yə çatıb, şəhərdə matəm elan edilib - YENİLƏNİB
19:18 17.04.2024
MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə prosesi keçirilib
19:15 17.04.2024
Bayramov Sarıbayla görüşdü
19:00 17.04.2024
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalanıb
18:50 17.04.2024
Azərbaycan Tatarıstanla iqtisadi tərəfdaşlığının inkişaf istiqamətlərini müzakirə edib - YENİLƏNİB
18:44 17.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr III günündə davam edir - CANLI
18:40 17.04.2024
Hakan Fidan HƏMAS sədri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
18:39 17.04.2024
17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
18:33 17.04.2024
Rusiyadan Azərbaycana gətirilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb
18:20 17.04.2024
Brüssel sammitində Ursula Fon der Leyenə "cinayətkar" dedilər
18:11 17.04.2024
Naxçıvanda "Bayraktar" dronları havaya qaldırıldı
18:00 17.04.2024
“Paris-2024” Yay Olimpiya Oyunlarının startına 100 gün qaldı
17:50 17.04.2024
Əfv Komissiyasının iclası keçirildi
17:40 17.04.2024
Hamısı