“Sərkisyan və Köçəryan erməni xalqının yaddaşında fərari kimi qalacaq” Millət vəkili Arzu Nağıyevlə ÖZƏL MÜSAHİBƏ

Müsahibələr 12:02 04.02.2022

Millət vəkili Arzu Nağıyev Ednews-a özəl müsahibə verib. Müsahibə zamanı maraqlı məqamlara toxunan deputat bir çox məsələlərə fikir bildirib.

Arzu Nağıyevlə olan özəl müsahibəni təqdim edirik:

- Prezident Gəncə səfərində dünya ictimaiyyətinə bir sıra mesajlar ötürdü. Əsas məqam isə erməni revanşistlərinə verdiyi ismarıc idi. O, göstərdi ki, Azərbaycanın strategiyası sona qədər eynidir və dəyişməzdir. Bildiyimiz kimi revanşist qüvvələr əsasən Qarabağ klanının nümayəndələridir. Bu gün Ermənistan cəmiyyəti bəlkə də barışığa imza atmağa hazırdır, yalnız bu qüvvələrin təxtribatı hər şeyi pozur. 
 
- Prezident İlham Əliyev Gəncəyə səfəri zamanı çox mühüm mesajlar verdi. O, öz müsahibəsində Ermənistanın daxili və xarici siyasətində faşizm ideyalarının təbliğinin daim yer almasını, terror və təxribatın həyata keçirilməsinin məqsədyönlü olduğunu göstərdi. Eyni zamanda qeyd etdi ki, revanşist ideyalarla yaşayan keçmiş rəhbərlər hələ də bu missiyalarını davam edirlər. Prezidentin mühüm məsələ kimi, uşaq və dinc əhali qatilləri Sərkisyan-Köçəryan cütlüyü ilə bağlı mövqeyi də təqdirəlayiqdir. Belə ki, faşizm ideyalarının carçıları olan bu düşmənlər hazırda Ermənistanda revanşist ideyalar səsləndirir. Çünki itirəcəkləri çox vacib məsələlər var. Məğlub olan Serjik Sərkisyan və Robert Köçəryan erməni xalqının yaddaşında artıq fərari kimi qalacaqlar. Bu gün Azərbaycanın bu qüvvələri məhv etməyə güc və imkanları var. Onlar artıq məğlubdurlar. 
 
 - Armen Sarkisyanın istefası, ardınca kütləvi istefalar. Bir çoxlarının fikrincə, Ermənistan xaosa sürüklənir. Lakin bəzi siyasi şərhçilər isə deyir ki, bu, Qarabağ klanına yaxın olan Sarkisyanın son döyüşü idi və bu bundan sonra sülh yolunda addımlar atmağa imkan verəcək. Sizcə, əslində ölkədə hansı proseslər gedir?
 
- Ermənistan Prezidenti Armen Sarkisyanın istefası gözlənilən idi. Çünki parlament tərəfindən seçildiyi 3 il yarımdan bir az çox müddətdə istər pandemiya ilə bağlı, istərsə də Azərbaycan tərəfindən məğlubiyyətə uğradıqları bir dövrdə heç bir ciddi addımlar atmadı, heç ata da bilməzdi. Məlumdur ki, Sarkisyanın heç bir səlahiyyəti yox idi. O, ancaq arabir hansısa bəyanatlar verir, nələrsə haqqında danışır, lakin dəqiq bir işdə iştirak etmirdi. Armen Sarkisyan da bunu başa düşdü və özünü məsuliyyətdən sığortalayıb, istefa verdi. Ermənistanda Konstitusiyaya dəyişiklik edilməsə, kimliyindən asılı olmayaraq, növbəti prezidenti də eyni tale gözləyəcək. Bununla bağlı Ermənistan hakimiyyətində böyük dəyişikliklər olacaq, postlar dəyişəcək. Bunu təbii ki, nə Serj Sərkisyan, nə də Robert Köçəryan istəmirdi. Çünki Sarkisyan sizin də qeyd etdiyiniz kimi revanşist  Qarabağ klanının sadiq üzvlərindən biri idi.  
 
Düşünürəm ki, A. Sarkisyanın istefası ilə Azərbaycan və Ermənistan arasında imzalanması gözlənilən sülh sazişinin də imzalanması prosesi öz həllini tapacaq.
 
- Sizcə, bu gün Ermənistan və Azərbaycan cəmiyyəti buna hazırdırmı? Bunun üçün artıq xüsusi adımlar atılmalıdırmı?
 
- Azərbaycan və Ermənistan cəmiyyəti hələ ki, birgə yaşayışa hazır deyil və zənnimcə bu proses uzun çəkəcək. Əsas məqamlardan biri hər iki tərəfdən insan tələfatı, şəhidlər, itkin və girovların olmasıdır.  Düşünürəm ki, sakitləşmək üçün vaxta, qarşılıqlı güzəştə ehtiyac var. Eyni zamanda  Ermənistandakı revanşist qüvvələr heç cürə imkan verməzlər ki, sülh bərqərər olsun, çünki bu onların ən azından törətdikləri cinayətlərə görə axtarışa verilməsi və həbsi ilə nəticələnəcək. Bu gün Azərbaycan tərəfi qalib tərəf kimi beynəlxalq norma və prinsiplərə uyğun olaraq sülh sazişinin başlanmasını, ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiyası və demarkasıyasını, dəhlizlərin açılmasını, kommunikasiya və infrastrukturların bərpasını təklif edir. Bütün bunlar həll olunduqdan sonra digər mərhələyə addım atmaq mümkün olacaq.
 
- Milli Məclis Şuşa bəyannaməsini təsdiq etdi və təsdiq olunmaq üçün Türkiyədə Böyük Millət Məclisinə də təqdim edildi və təsdiqləndi. Bu barədə fikirlərinizi istərdim bizimlə bölüşəsiniz. Bundan sonra iki dövlət arasında hansı proseslər həyata keçəcək?
 
- Şuşa Bəyannaməsi artıq ratifikasiya olunmuş ciddi bir sənəddir. Burada həm regional, həm də beynəlxalq strateji məsələlərə, türk dünyasının davamlı inkişafına aid mühüm maddələr var. Şuşa Bəyannaməsi beynəlxalq qanunlara cavab verən bir sənəd olmaqla yanaşı, dövlətlərin ərazi bütövlüyünə təhdid yaranacağı təqdirdə iki dövlətin bir-birinin yanında olmasının qanuni əsasını yaradır. Bundan başqa orduda yeniliklər, birgə təlimlər, kosmik sahədə əməkdaşlıq, kibertəhlükəsizlik, ticari-iqtisadi, bir çox məsələlərdə birgə fəaliyyət artıq təkzibolunmaz qanuni çərçivələrlə təsdiq olunub. Məlumdur ki, Azərbaycanla Türkiyənin meqalayihələrdə  Avropanın enerji təhülkəsizliyi ilə əlaqədar birgə fəaliyyətləri var. Fikrimcə, bütün sözügedən proseslərdə bu sənədə istinad etmək olacaq. 
 
- Azərbaycan Türkiyə və İranın Tehranda görüşəcək. Üçtərəfli görüşün region üçün hansı əhəmiyyəti kəsb edir? Görüşdə nələr müzakirə edilə bilər? Sizcə, bu 3+3 formatının davamıdır?
 
- Bu görüş "3+3" formatının davamıdır və Cənubi Qafqaz bölgəsinin təhlükəsizliyinə və rifahına öz töhfəsini verəcək. Hər üç ölkə ümumi maraqlarla bir-birinə bağlıdır və onların birgə fəaliyyəti regional inkişaf üçün zəmin yarada bilər. Nüvə sazişinin bağlanması şəraitində İrana köməklik göstərilməsində Azərbaycan və Türkiyə çox böyük rol oynaya bilərlər. Ankara NATO üzvlüyünə baxmayaraq hər zaman İranla sıx əməkdaşlıq edib. 
 
- Sonda sizə bir sualla müraciət etmək istərdim. Milli Məclisdə deputatların sayını artırmaq təklif olunur. Çünki 125 deputat 7 milyon əhali olanda konstitusiyaya salınıb. İndi isə əhali 10 milyondur və təxmini 50.000 insana 1 millət vəkili düşür. Sizcə, parlamentdə millət vəkillərinin sayını artırmağa ehtiyac varmı?
 
- Təbii ki seşki prosesi konstitusiyada təsdiq olunur. Belə bir prosesi həyata keçirmək üçün ilk növbədə konstitusiyada dəyişiklik edilməlidir. Bunun üçün isə referendum keçirilməlidir. Bildiyimiz kimi, bu gün üçün isə belə bir qərar yoxdur.
 
Vüsalə Balayeva
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Hamısı