"Rusiya qatığın rəngini bilmədiyi üçün Ukraynaya soxulub" Yazıçı Seyran Səxavətlə MÜSAHİBƏ

Müsahibələr 13:04 11.03.2022

Düşündüklərimiz bəzən başımıza gəlir. Məsələn, bir dostunuzu düşünürsüz, həmin an o da sizə zəng açır. Bəzi psixoloqlar bunu “psixoloji çəkim qanunu” ilə izah edir. Bu qanunun icmalı isə belədir, deyilənlər gəlir başa.

Son günlər oxuduğum Yusif Səmədoğlunun tamamlaya bilmədiyi romanı da belə adlanırdı, “Deyilənlər gəldi başa”...

Bu dəfə başımıza gələnsə xoş bir təsadüf idi. Günlərdir həmkarlarımızla haqqında bəhs etdiyimiz yazıçı Seyran Səxavət ofisin qonağı idi. Yenə, şıq geyimli, yenə nikbin, gülərüz, həmişəki Seyran Səxavət. Dərhal bir müsahibə üçün icazə istəyirik. Çox keçmir ki, yazıçı bütün təvazökarlığı ilə gəlib, deyir, “mən kimə lazımam?”

Bütün millətə cavabı ilə razılaşmayaraq, müsahibəyə keçməyi təklif edir və beləcə biz söhbətə başlayırıq...

- Seyran bəy, əvvəllər televiziyalarda az görünərdiz. Xüsusilə, dövlət televiziyası sanki sizin “sivri” dilinizdən çəkinib, verilişlərə sizi dəvət etmirdi. Vətən müharibəsi və sonrasında  isə tez-tez efirlərə çağırılırsız. Bunun səbəbi nədir?

- Sizin təbirinizcə desək, əvvəllər dilimin sivri olmasından qorxurdular. Vətən müharibəsində isə yaxşı mənada, yatsaq yuxumuza da girməyəcəyi bir şəkildə milli birlik meydana gəldi. Özü də bunu heç kim təşkil etməmişdi, millət özü birləşmişdi. Lakin bundan əvvəl də mən televiziyalara dəvət alırdım, təkcə AZTV-dən savayı. Müharibədən sonra AZTV-dən məni verilişə çağırdıqları zaman təəccüblənərək soruşdum ki, nə məsələdi? Dedilər Qarabağla bağlıdır. Dedim Qarabağla bağlı hara desəz gələrəm və gəldim. Mən həmişə ürəyimdən keçəni danışanam, danışmayanda vurur məni birtəhər edir. Mən orada izhar elədim ki, son 200 ildə nə dədəm, nə babam, nə də mən belə sevinməmişdik. Onda heç mənim donum açılmamışdı, heç indidə tam açılmayıb, 30 ildir içimdə donan bir məvhum, necə birdən birə açıla bilər?!

Bu verilişə gəlməzdən təxminən 15 il əvvəl başqa bir verilişdə bir aparıcı mən də daxil olmaqla bir neçə yazıçını qarşısında oturdub danlayırdı ki, niyə Qarabağdan yazmırsız. Lap sinif rəhbəri uşaqları danlayan kimi. Mən hələ orada dedim ki, gəlin özümüz,  özümüzü aldatmayaq. Yaxın qonşularımız bizi aldadır, dünya ictimaiyyəti, BMT, ATƏT kimi “fuflo” təşkilatlar aldadır, heç olmasa özümüz, özümüzü aldatmayaq. Əsərlə, poemayla Qarabağ almaq olmaz. O zaman aparıcı sual verdi ki, bəs neyləyək, qollarımızı sallayıb, oturaq? Mən 15 il əvvəl o aparıcıya belə cavab verdim, “Qarabağ barədə ən yaxşı əsəri Ali Baş Komandan yazmalıdır”.

- “Qaçhaqaç” romanınızı yazanda içinizdəki məfhum donmuşdu, bəlkə indi “Qayıdış”ı yazmaq vaxtıdır, necə düşünürsüz?

- Bilirsiz, bu söz oyunudur, mənim də sözü oynatmaqdan xoşum gəlmir. Söz ağır, batman olanda gözəldir. Qaçhaqaçı siz oxumazsız, qurana əl basaram. Mən, öz adıma deyirəm, Qarabağa qayıdışla bağlı nə yazsam, Ali Baş Komandanın son 200 ildə yazılmış vacib əsərə ən yaxşı halda nəzirə olar. Ona görə də niyə yazım? Niyə mənim yazım onunkundan zəif olmalıdır? Hələlik yazmaq fikrim yoxdur, ola bilər, bir saat sonra fikrim dəyişər.

- Belə bir fikir səsləndirmisiz ki, yerli telekanallar Azərbaycan dilinin anasını ağladır, dilimizi ağlar günə qoyan səbəblər hansılardır?

- Bu yaxınlarda mən Dövlət Dil Qurumunun nəzdində Monitorinq Mərkəzində və Mətbuat Şurasında ana dilimizlə bağlı məruzə etdim. Məruzəmdə də qeyd etdim ki, Azərbaycan dili reanimasiyadadır. O məruzənin adı belə idi ki, “cümlə qurmaq dövlət qurmaq qədər çətindir”. Başı çıxan bilər ki, dövlət elə cümlə ilə, cümlələlərdən ibarət konstitusiya ilə qurulur. Problemin kökündə isə oxumaq durur. Oxuyan isə yoxdur. Ona görə də jurnalistlərin 90, televiziyanın 98%-i Azərbaycan dilində danışa bilmirlər. İstəyirsiz, nümunələr deyim. Mənim evimdə stolun üstü, salfetkalar, vərəqlər, qəzetlər tutduğum səhvlərlə bağlı qeydlərlə doludur. Məsələn, televiziyada ötən günlərdə bir ifadə işlədildi, bir nəfər deyirdi ki, telefonuma zəng daxil oldu. Zəng adam deyil ki, harasa daxil olsun. Telefona zəng gələr, daxil olmaz. Mən artıq bu misalları deməkdən yoruluram, diksinirəm. Belə getsə Azərbaycan konstitusiyasındakı “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir” cümləsi dəyişdirilib, “dövlət dili Azərbaycan televiziya məkanının dilidir” olacaq.

- Siz bir müsahibənizdə ziyalı sözünə belə tərif vermisiz. “Qatığın rəngini dəqiq bilən və lazım gələndə onu ifadə edən adama ziyalı deyilir. Bəs, müharibədən sonra qatığın rəngini olduğu kimi deyə bilən ziyalıların sayı artdı, yoxsa azaldı?

- Bu zamanda qatığın rəngini bilmək çox qəliz məsələdir. Çünki ziyalılar arasında daltonizm geniş yayılıb. Məsələn, Rusiya qatığın rəngini bilmədiyi üçün Ukraynaya soxulub. Bizə gələndə, bəlkə də, Vətən müharibəsi zamanı bütün ziyalılar qatığın rəngini seçə bilirdilər. Qələbəmizin bir səbəbi də elə bu idi. Amma məncə, müharibədən sonra yenə hər kəs öz yerinə qayıtdı, kim əvvəl qatığı nə rəngdə görürdüsə, yenə o rəngdə görməyə başladı.

- İcazənizlə ənənəvi bir sual verim. Nə üçün müasir Azərbaycan ədəbiyyatında klassiklər yetişmir?

- Çünki siz gənclər, oxumursuz. Axı, oxumadan, haradan biləcəksiz, klassikləri necə tanıyacaqsız? Kəramət Böyükçölün, Təranə Turanın, Təranə Vahidin, Arzu Nehrəmlinin əsərlərini oxumursuz, sonra deyirsiz niyə klassiklər yetişmir... (əsəbləşir)

- Sizcə, günahlar məhz biz gənclərdədir? Təhsil sistemində, həvəssiz ziyalılarda heçmi günah yoxdur?

- Elə problemi yaradan təhsildir. Mən sonuncu müsahibələrimin birində qeyd etdim ki, Azərbaycanda milli şüur aşağı deyil, milli şüur quyunun dibindədir. Bunu yaradan səbəbsə təhsilin hazırkı durumudur. Təhsil sistemində hər şeyi pozub, başdan başlamalıyıq. Dünya təcrübəsindən, elə ötən əsrdə tətbiq etdiyimiz sovet təcrübəsindən yararlanmalıyıq. Mən, sovet dövründə, Qarabağda, bir kənddəki orta məktəbi bitirib, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə daxil olmuşam. Qəbul olan 7 nəfərdən biri idim. Həmçinin mən orta məktəbdə orta oxuyan bir şagird olmuşam. İndi bunun nəyi pis sistemdir?

Müsahibə bitsə də ustadın sözü bitməmişdi. “Quşunun qonduğu” gənclərə incə zarafatlarla bəzi acı həqiqətləri izah etdi, tövsiyələr verdi. Seyran Səxavət bir boranla gəldi, bir tufanla getdi. 40 dəqiqəlik söhbətdənsə bizə bir ömürlük xatirələr qaldı. Bundan sonra 40 il yaşayıb, yaradası olsaq, bir gün bir ofisdə qarşılaşacağımız nəvəmiz yaşındakı gənclərə yəqin ki, elə Seyran Səxavətin bu günkü əhvalatını danışar, “o vaxt Seyran Səxavət belə izhar etmişdi” deyərdik. Biz dedik, təki deyilənlər gəlsin başa...

Nicat İsmayılov

 

Prezidentin forum iştirakçıları ilə səmimi söhbəti – VİDEO

Xəbər xətti

Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
İlham Əliyev: "Qırğızıstanla imzalanan sənədlərin hər biri böyük əhəmiyyət kəsb edir"
14:08 24.04.2024
Qırğızıstan Ağdamda məktəb binası inşa EDƏCƏK
14:05 24.04.2024
İlham Əliyev: “Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”
13:57 24.04.2024
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər – CANLI
13:45 24.04.2024
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
13:40 24.04.2024
Prezidentin forum iştirakçıları ilə səmimi söhbəti – VİDEO
13:38 24.04.2024
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
13:35 24.04.2024
Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi keçirilir – CANLI
13:30 24.04.2024
Şuşada yollar şəbəkəsinin bərpasına başlanılıb - RƏSMİ
13:27 24.04.2024
Prezidentdən Allahverən İsmayılovla bağlı SƏRƏNCAM
13:22 24.04.2024
Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıb
13:16 24.04.2024
Ana-oğul DSMF əməkdaşını aldadıb 162 min aldı
13:05 24.04.2024
Rusiyadan Ermənistan parlamentinə SORĞU
Rusiyadan Ermənistan parlamentinə SORĞU
12:55 24.04.2024
Macarıstan XİN rəhbəri Azərbaycana gəlir
12:52 24.04.2024
FHN əhaliyə MÜRACİƏT ETDİ
12:45 24.04.2024
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası BAŞLADI
12:34 24.04.2024
Qazaxın qaytarılan 4 kəndi xarici mediada işıqlandırılıb - FOTO
12:10 24.04.2024
ABŞ kiberhücumlara görə İran şirkətlərinə və şəxslərə qarşı sanksiyalar tətbiq edir
ABŞ kiberhücumlara görə İran şirkətlərinə və şəxslərə qarşı sanksiyalar tətbiq edir
12:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
11:54 24.04.2024
Laçında, Həkəri çayının sahilində peşə yarmarkası keçiriləcək
11:51 24.04.2024
"Sülh müqaviləsi bütün manipulyasiyalara son qoyacaq" - Tural Gəncəliyev - VİDEO
"Sülh müqaviləsi bütün manipulyasiyalara son qoyacaq" - Tural Gəncəliyev - VİDEO
11:44 24.04.2024
Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO
11:40 24.04.2024
İtaliyada dondurma satışına məhdudiyyət gətirir
İtaliyada dondurma satışına məhdudiyyət gətirir
11:30 24.04.2024
Sadır Japarov Azərbaycana gəldi
11:24 24.04.2024
AMEA-da iki elmlər doktoruna BÖYÜK VƏZİFƏ verildi
11:18 24.04.2024
Hindistan ballistik raket atıb
Hindistan ballistik raket atıb
11:15 24.04.2024
Ən çox spirtli içki qəbul edən ölkələr açıqlanıb - TOP 10
Ən çox spirtli içki qəbul edən ölkələr açıqlanıb - TOP 10
11:00 24.04.2024
Rusiya XİN: Qərb Cənubi Qafqazın stabilliyini pozur
Rusiya XİN: Qərb Cənubi Qafqazın stabilliyini pozur
10:45 24.04.2024
Çernobıl faciəsinin 38-ci ildönümü qeyd edilib - FOTOLAR - VİDEO
10:44 24.04.2024
Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb
10:40 24.04.2024
Danimarka bütün F-16 donanmasını Ukraynaya bağışlayacaq!
Danimarka bütün F-16 donanmasını Ukraynaya bağışlayacaq!
10:30 24.04.2024
Bakıda məşhur şadlıq sarayları CƏRİMƏLƏNDİ - SƏBƏB
10:27 24.04.2024
İtaliyadan sonra Fransa da hərəkətə keçdi: Bu qəsəbədə evlər cəmi 1 avrodur
İtaliyadan sonra Fransa da hərəkətə keçdi: Bu qəsəbədə evlər cəmi 1 avrodur
10:15 24.04.2024
Bakıda taksilərin qiyməti ARTDI - VİDEO
10:07 24.04.2024
“Azərbaycan regionda dominant olaraq qalır” – Britaniyalı Ekspert - ÖZƏL
10:00 24.04.2024
Baş nazir iclas keçirdi: Tapşırıqlar verdi
09:50 24.04.2024
Britaniya Ukraynaya yarım milyard funt-sterlinqlik əlavə müdafiə paketi verir
Britaniya Ukraynaya yarım milyard funt-sterlinqlik əlavə müdafiə paketi verir
09:45 24.04.2024
Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA
09:40 24.04.2024
Umud Mirzəyev Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasından DANIŞDI
09:35 24.04.2024
Hamısı