“Ermənistan birmənalı şəkildə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcburdur” Elman Nəsirov

Müsahibələr 17:40 18.03.2022

Azərbaycan Respublikası Milli Məclisinin deputatı və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov Ednews ilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına doğru aparan proseslər, habelə Ermənistanın son vaxtlar nümayiş etdirdiyi sülh təşəbbüsləri ilə bağlı fikirlərini bölüşüb.

Elman Nəsirovla olan özəl müsahibəni təqdim edirik;

- Elman müəllim, Ermənistan tərəfi Azərbaycanla sülh danışıqların aparılması üçün yaxın zamanda işçi qrupunu yaradacağa barədə məlumat yayıb. Azərbaycanın da belə təşəbbüsə əl atacağını hesab etmək olarmı?

- Əvvəla onu qeyd edim ki, post-müharibə dövrünün problemlərinin tənzimlənməsi istiqamətində Azərbaycan dövləti və onun Ali Baş komandanı öz qətiyyətli və prinsipal mövqeyini bildirib. Bizim mövqeyimiz regionda uzun müddətli və əbədi sülhün təmin olunmasıdır. Biz Ermənistanla dayanıqlı əməkdaşlığın qurulmasının tərəfdarıyıq. Bunun üçün ilk növbədə iki dövlət arasında qarşılıqlı etimad yaranmalıdır. Xüsusilə qeyd edim ki, Ermənistan Azərbaycanla birlikdə ilkin olaraq bir sıra problemlərin həll edilməsi üzərində çalışmalıdır. İki dövlət arasında sərhədlərin müəyyən edilməsi, nəqliyyat kommunikasiyaların açılması və Zəngəzur dəhlizinin reallaşması sülh danışıqlarının aparılması və sülh müqaviləsinin imzalanması üçün şərait yaradan priotetlərdir. Təbii ki, sülh danışıqları bir tərəfin arzusu ilə baş verə bilməz. Bu təşəbbüsə hər iki tərəf əl atmalıdır. Son günlər Ermənistandan müsbət siqnalların gəlməsi danışıqların aparılması üçün ürəkaçan haldır. Ermənistan tərəfi işçi qrupunun formallaşması anonsunu verib. Bu təqdirəlayiq addımdır və Azərbaycan da buna müsbət anoloji cavab verib. Hər iki dövlətin sülh danışıqlarına başlamazdan əvvəl öz nümayindələrindən ibarət işçi qrupu yarada bilər.

- Ermənistan bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünün tanıdığını, digər tərəfdən Qarabağ ermənilərinin statusu prinsiplə məsələ olduğunu bəyan edir. Azərbaycan isə ərazi bütövlüyünün və suverenliyinin hörmət edilməsini sülh müqaviləsi üçün əsas şərt hesab edir. Belə olan şəraitdə hər iki dövlət arasında sülh danışıqlarının keçirilməsi nə dərəcədə mümkündür?

- Prinsipial olaraq sülh danışıqları hər halda mümkündür. Azərbaycan Ermənistana münasibətlərin normallaşması üçün 5 maddədən ibarət sənəd təqdim edib. Həmin şərtlər arasında birinci yerdə hər iki dövlətin bir-birinin ərazi bütövlüyünün, suverenliyini və beynəlxalq sərhədlərinin toxunulmazlığı şərti durur. Qarabağ ermənilərinin status məsələsi gəldikdə isə, bununla bağlı söz-söhbətlərin heç bir əsası yoxdur. Ermənilərin ATƏT-in Minsk Qrupuna müraciət etməsi də mənasızdır. Minsk qrupu bundan sonra heç bir müsbət təşəbbüs irəli sürə bilməz, ona görə ki, bu qurumun həmsədr ölkələri – Rusiya, Fransa və ABŞ artıq bir-birilə açıq şəkildə düşməndirlər. Bir həmsədr ölkənin dövlət başçısı Cosef Bayden digər həmsədr ölkənin prezidenti Vladimir Putini hərbi cinayətkar adlandırır. Belə olan vəziyyətdə Minsk Qrupunun həmsədr ölkələri toplaşa bilərmi? Onların fəaliyyəti bundan sonra müsbət nəticə verə bilərmi? Məncə yox. Minsk qrupu artıq özü haqda ölüm hökmünü çıxarıb.

- Ermənistan sonda status məsələsindən əl çəkib Qarabağın Azərbaycanın qanuni ərazisi olduğunu açıq şəkildə etiraf edəcəkmi?

- Ermənistan birmənalı şəkildə bu addımı atmağa məcbur olacaq. Bu regionun sabitliyi və dayanıqlı inkişafı üçün fundamental məsələdir. Əgər Ermənistan Qarabağı Azərbaycanın ərazi bütövlüyünün tərkib hissəsi kimi tanımaqdan imtina edərsə, bu son proseslər ətrafında gedən bütün müzakirələri və danışıqları alt-üst edəcək. Ona görə də bu istiqamətdə razılaşma mütləq olacaq.

- Hər iki dövlət arasında sülh müqaviləsinin imzalanması Qarabağda ermənilər və azərbaycanlıların birgə yaşayışana nə kimi təsir göstərəcək ? Həmçinin, bu müqavilə Qarabağda qondarma rejimin tərkisilah olunmasına, Xankəndində və Xocalıda Azərbaycanın icra orqanlarının yenidən əsasının qoyulmasına gətirib çıxara bilərmi?

- Sülh müqaviləsinin imzalanması artıq Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması deməkdir. Belə olan vəziyyətdə Qarabağda qanunsuz erməni silahlarının mövcudluğu qeyri-mümkündür. Bununla bərabər, sülh müqaviləsi nəticəsində ərazimizdə qondarma rejim tərkisilah olunacaq. Qarabağ ermənilərinə gəlincə isə onların Azərbaycan ərazisində yaşaması könüllü olacaq. Kim yaşamaq istəmirsə, Ermənistanda və başqa ölkələrdə yurd-yuva sala bilər. Təbii ki, Qarabağda yaşamaq istəyən ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməli, Azərbaycan konstitusiyasına və qanunlarına hörmət etməlidir. Ondan sonra hər iki xalqın birgə yaşayışı mümkündür. Düşmənçiliyə də birdəfəlik son qoyulacaq”.

Yunis Abdullayev 

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO

Xəbər xətti

Qazaxın qaytarılan 4 kəndi xarici mediada işıqlandırılıb - FOTO
12:10 24.04.2024
ABŞ kiberhücumlara görə İran şirkətlərinə və şəxslərə qarşı sanksiyalar tətbiq edir
ABŞ kiberhücumlara görə İran şirkətlərinə və şəxslərə qarşı sanksiyalar tətbiq edir
12:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
11:54 24.04.2024
Laçında, Həkəri çayının sahilində peşə yarmarkası keçiriləcək
11:51 24.04.2024
"Sülh müqaviləsi bütün manipulyasiyalara son qoyacaq" - Tural Gəncəliyev - VİDEO
"Sülh müqaviləsi bütün manipulyasiyalara son qoyacaq" - Tural Gəncəliyev - VİDEO
11:44 24.04.2024
Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO
11:40 24.04.2024
İtaliyada dondurma satışına məhdudiyyət gətirir
İtaliyada dondurma satışına məhdudiyyət gətirir
11:30 24.04.2024
Sadır Japarov Azərbaycana gəldi
11:24 24.04.2024
AMEA-da iki elmlər doktoruna BÖYÜK VƏZİFƏ verildi
11:18 24.04.2024
Hindistan ballistik raket atıb
Hindistan ballistik raket atıb
11:15 24.04.2024
Ən çox spirtli içki qəbul edən ölkələr açıqlanıb - TOP 10
Ən çox spirtli içki qəbul edən ölkələr açıqlanıb - TOP 10
11:00 24.04.2024
Rusiya XİN: Qərb Cənubi Qafqazın stabilliyini pozur
Rusiya XİN: Qərb Cənubi Qafqazın stabilliyini pozur
10:45 24.04.2024
Çernobıl faciəsinin 38-ci ildönümü qeyd edilib - FOTOLAR - VİDEO
10:44 24.04.2024
Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb
10:40 24.04.2024
Danimarka bütün F-16 donanmasını Ukraynaya bağışlayacaq!
Danimarka bütün F-16 donanmasını Ukraynaya bağışlayacaq!
10:30 24.04.2024
Bakıda məşhur şadlıq sarayları CƏRİMƏLƏNDİ - SƏBƏB
10:27 24.04.2024
İtaliyadan sonra Fransa da hərəkətə keçdi: Bu qəsəbədə evlər cəmi 1 avrodur
İtaliyadan sonra Fransa da hərəkətə keçdi: Bu qəsəbədə evlər cəmi 1 avrodur
10:15 24.04.2024
Bakıda taksilərin qiyməti ARTDI - VİDEO
10:07 24.04.2024
“Azərbaycan regionda dominant olaraq qalır” – Britaniyalı Ekspert - ÖZƏL
10:00 24.04.2024
Baş nazir iclas keçirdi: Tapşırıqlar verdi
09:50 24.04.2024
Britaniya Ukraynaya yarım milyard funt-sterlinqlik əlavə müdafiə paketi verir
Britaniya Ukraynaya yarım milyard funt-sterlinqlik əlavə müdafiə paketi verir
09:45 24.04.2024
Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA
09:40 24.04.2024
Umud Mirzəyev Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasından DANIŞDI
09:35 24.04.2024
Bakıda bu gün 29 dərəcə isti olacaq
09:30 24.04.2024
Hadrutdan yeni görüntülər - VİDEO
09:22 24.04.2024
Saharadan gələn toz Yunanıstanı bürüdü - VİDEO
Saharadan gələn toz Yunanıstanı bürüdü - VİDEO
09:19 24.04.2024
David Kameron Özbəkistanda plov hazırlanmasında iştirak edib - VİDEO
David Kameron Özbəkistanda plov hazırlanmasında iştirak edib - VİDEO
09:17 24.04.2024
Haber Qlobal: Ermənilər belə cəsurdursa, döyüş meydanında Azərbaycan ordusuna cavab versinlər - VİDEO
Haber Qlobal: Ermənilər belə cəsurdursa, döyüş meydanında Azərbaycan ordusuna cavab versinlər - VİDEO
09:08 24.04.2024
Qırğızıstan prezidenti Azərbaycana yola düşdü
09:00 24.04.2024
Qırğızıstan prezidenti bu gün Azərbaycana gələcək
08:00 24.04.2024
“X”-in işində NASAZLIQ YARANIB
06:00 24.04.2024
Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur
05:00 24.04.2024
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
03:49 24.04.2024
Dünya Güləş Birliyi Turan Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqləyib
02:30 24.04.2024
Ukrayna Ali Radası məktəblərdə ibtidai hərbi hazırlığın keçirilməsi haqqında qanun qəbul edib
01:00 24.04.2024
“Barselona” Arauxonu satacaq
00:20 24.04.2024
Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
Hamısı