“Minaya düşən insanların iki həyatları var…” Danışır canlı şahid

Müsahibələr 15:30 04.04.2022
4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günüdür. Bu gün ilk dəfə olaraq 2005-ci ildə BMT Baş Assambleyasında elan edilib və hər il qeyd olunur. Bu təşəbbüs BMT və beynəlxalq təşkilatların köməyi ilə, mina və müharibənin partlamamış qalıqlarının təsirinə məruz qalmış ölkələrdə inkişaf və yenidənqurmaya ciddi maneə olan, insanların yaşayış şəraiti, sağlamlıq və həyatı üçün təhlükəli olan mina problemi ilə mübarizənin mütəmadi olaraq davam etdirilməsinə çağırışdır. Dünyanın bir çox torpağı minalarla çirkləndirilib ki, onlardan biri də Azərbaycanın Qarabağ bölgəsidir. 
 
Mina səbəbindən məhv olan həyatlar...
 
Mina qurbanlarından biri olan Qurbanov Qəhrəman Tərtər rayonunun Qaynaq kənd sakinidir. O, I Qarabağ müharibəsi dövründə mina qurbanına çevrilən 3000 nəfərdən biridir. Qəhrəman bəy o günü belə xatırlayır:
 
 
“Düşünürəm ki, bizim kimi insanların həyatları iki hissəyə bölünür. Minaya düşmədən əvvəl və ondan sonra. O dəhşətli gündən əvvəl mülki həyatım var idi, hər şey yolunda idi. Ondan sonra isə həyat yolum alt-üst oldu. 1992-ci il fevralın 26-da baş verən Xocalı soyqırımı ilə bağlı olaraq ölkədə üç günlük matəm elan olundu. Matəmin üçüncü günü ermənilərin yaşadığı Seysulan kəndinə basqın etdik. Silah aparmaq üçün geri qayıtdım və daha sonra kəndə qayıdanda minaya düşdüm. O dövrdə vəziyyət çox pis olsa da, məni Tərtər rayonuna gətirdilər. Düz 6 ay ayağa qalxa bilmədim”.
 
Qəhrəman bəy bu gün də mina dəhşətindən əziyyət çəkir. O, söhbət əsnasında çəkdiyi ağrıların hələ də davam etdiyini bildirir. 
 
“Hələ də bədənimdə minanın 2-3 qəlpəsi qalıb. Hava soyuq olduğu zaman qəlpələrin yerlərində ağrılarım olur. Hazırda II qrup Qarabağ əliliyəm. Hadisənin üzərindən 30 il keçməsinə baxmayaraq, sağlamlığımı tam olaraq geri qaytara bilməmişəm”.
 
Bu gün o, yaşadığı dəhşətli hadisəyə və keçdiyi keşməkeşli yola baxmayaraq, gələcək nəsilləri maarifləndirməyə çalışır. Özünün dediyi kimi bu fəaliyyəti ilə insanları bu “sakit yatan ilandan” qorumaq istəyir.
 
“Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyasının Tərtər rayonu üzrə nümayəndəsiyəm. Minalarla əlaqədar könüllü olaraq maarifləndirmə işlərində iştirak edirəm. İstəyirəm ki, bizdən fərqli olaraq gələcək nəsillər minanı tanısın və ondan uzaq dura bilsinlər”.
 
Xatırladaq ki, işğaldan azad olunan ərazilərdə bu günədək 14448 hektardan artıq ərazi tam təmizlənib, 6092 ədəd piyada əleyhinə, 2159 ədəd tank əleyhinə və 9237 ədəd müxtəlif növdə partlamamış hərbi sursat aşkarlanaraq məhv edilib.
 
Qeyd edək ki, BAMF-ın regionlarda həyata keçirdiyi mina təhlükəsizliyinə dair marifləndirici PSTM layihəsi fəaliyyət göstərir.  Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə” (PSTM) layihəsi Avropa İttifaqının maliyyə yardımı, UNICEF-in Azərbaycan Nümayəndəliyinin və ANAMA-nın dəstəyi ilə BAMF tərəfindən həyata keçirilir. Maarifləndirmə layihəsinin həyata keçirilməsində məqsəd mina və digər partlayıcı sursatların təsirinə məruz qalan və ya qalması ehtimal olunan sakinlərin mina problemi barədə məlumatlılıq səviyyəsinin artırılması, onları təhlükəsiz davranışa təşviq etməklə risklərin azaldılmasıdır.
 
Aysel Bədəlova
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Prezident: COP29-dan əvvəl Ermənistanla baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
16:17 23.04.2024
İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
16:09 23.04.2024
Qazaxın Aşağı Əskipara kəndində Azərbaycan bayrağı qaldırıldı
16:05 23.04.2024
İlqar Orucov: "Qarabağ Universiteti dünyanın nüfuzlu universitetləri sırasında olacaq"
16:00 23.04.2024
Azərbaycan Prezidenti: Dünya uzun illər hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq
15:58 23.04.2024
Qarabağın yenidən qurulmasına xərclənən vəsaitin MƏBLƏĞİ
15:54 23.04.2024
İlham Əliyev: “Çinlə əməkdaşlıq genişlənir”
15:51 23.04.2024
Prezident: “COP29-a sədrliyimizə ölkəni təqdim etmək fürsəti kimi baxırıq”
15:48 23.04.2024
Hikmət Hacıyev Prezidentin Rusiya səfərindən DANIŞDI
15:40 23.04.2024
Ceyhun Bayramov erməni həmkarı ilə Qazaxıstanda görüşəcək?
15:30 23.04.2024
Gözlənilən sülh sazişi bu il imzalanacaq? - Endryu Koribko ilə ÖZƏL MÜSAHİBƏ
15:24 23.04.2024
Hamısı