"Prezidentin sözünü eşidəndə ağladım" Zabux sakini qayıtmaq üçün günləri sayır - VİDEO

Müsahibələr 15:12 17.08.2022
Zabux və Sus kəndlərinin sakinləri ata-baba yurdlarına qayıtmaq üçün hazırlıq gördüklərini söyləyirlər.
 
İşğal zamanı Laçının Zabux və Sus kəndlərində qanunsuz məskunlaşdırılmış ermənilərə şəhəri və kəndləri tərk etmək üçün avqustun 25-ə qədər vaxt verilib. Bir neçə gündür ki, sosial şəbəkələrdə Azərbaycan ərazisində məskunlaşmış ermənilərin Laçını və kəndlərini tərk edərkən evlərə, meşələrə od vurduğunu ək etdirən görüntülər yayılır. Bu, ürəyi vətən həsrəti ilə döyünən laçınlılar tərəfindən birmənalı qarşılanmır.
 
Sputnik Azərbaycan-a müsahibəsində Laçının Zabux və Sus kəndlərinin sakinləri öz doğma torpaqlarında aparılan bu vandal əməlləri pisləyərək, 30 illik həsrətdən sonra yurdlarına qovuşacaqları günü səbirsizliklə gözlədiklərini söyləyiblər.
 
 
"Axı mən də öz evimə qayıtmaq istəyirdim..."
 
Zabux kənd sakini Yaşar Cəfərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Laçın şəhəri, Zabux və Sus kəndləri ilə bağlı çıxışını göz yaşları ilə dinləyib:
 
"Nə yalan deyim, torpaqlaqımız işğaldan azad olunanda sevincimin həddi-hüdudu olmasa da, öz doğma kəndimin hələ də işğalçıların tapdağı altında qalmasına çox pis olurdum. Eli-obası azad olunanlar öz ata ocaqlarına qayıdaclarını söyləyəndə onların sevincinə sevinsəm də, köksümü ötürüb ürəyimdə qəhərlənirdim. Axı mən də öz evimə qayıtmaq istəyirdim... Sağ olsun Ali Baş Komandanımız, bizi öz doğma torpağımıza qovuşduracaq. "Zabuxda məskunlaşdırılmış ermənilərə kəndi tərk etmək üçün vaxt verilib" bu kəlməni prezidentin dilindən eşidəndə sevincimdən ağladım".
 
"Ermənilər qəbiristanlığımızı dağıdıb yerində evlər tikiblər"
 
Y.Cəfərov deyir ki, kəndi tərk edən ermənilərin evləri, meşələri yandırması onların vandal olduqlarını bir daha təsdiqləyir:
 
"Biz Zabuxu tərk edəndə heç nəyimizə toxunmadıq. Amma onlar çıxanda hər yeri yandırırlar. Bu onların xislətidir. Hətta ölülərini də məzardan çıxardıb aparırlar. Bilirsiniz niyə? Çünki, bizim Zabuxdakı kənd qəbiristanlığımızı dağıdıblar. Yerində evlər tikiblər. Elə düşünürlər ki, onların etdiklərini biz də təkrar edərik. Amma bizim ölülərlə işimiz yoxdur. Bu gün Azərbaycanın çox yerində erməni qəbiristanlıqları olduğu kimi qorunub saxlanılır. Heç kəs o qəbirləri dağıtmır, təhqir etmir. Biz onlar kimi orada yaşayan xalqın izini silmirik".
 
Həmsöhbətimiz deyir ki, Zabuxa qayıdan kimi ilk işi qəbiristanlığı bərpa etmək olacaq:
 
"Bilmirik, bəlkə o qəbirlərin içindən ölülərimizi də çıxardıblar. Amma yenə ümidimizi üzməmişik. Mənim ana nənəmin qəbiri də o qəbiristanlıqdadır. Qəbir yerlərimizi yenidən bərpa etməyi düşünürük".
"Atam o kəlmədən sonra canını tapşırdı"
 
Y.Cəfərov Laçına geri dönəcəklərinə sevinsə də, atasını düşünəndə kövrəldiyini söyləyir. Deyir ki, Zabux həsrəti ilə neçə insan köçüb həyatdan:
 
"Atam da Zabux deyə-deyə gözlərini əbədi yumdu. Hər gün məndən torpaqlarımızın nə vaxt işğaldan azad olunacağını soruşurdu. Atam can üstə idi. Yenə Zabuxa nə vaxt gedəcəyini soruşdu. Mən ona ömrümdə ilk dəfə yalan danışmalı oldum. Atama dedim ki, torpağımız işğaldan azad olunub. Atam o kəlməni eşidəndən sonra gözlərindən iki damla yaş süzüldü. Onunla da canını tapşırdı".
 
"Özgə atına minən tez düşər"
 
1958-ci ildə Laçın şəhərinin Zabux kəndində doğulan Y.Cəfərov ömrünün 34 ilini Zabux kəndində keçirdiyini söyləyir. Deyir ki, Zabux Laçının ən gözəl kəndlərindəndir:
"Kəndimiz dörd dağın arasında yerləşir. Kəndimizi Min kənd çayı iki yerə bölmüşdü. Kəndimizdə üç yerdən körpü vardı. Gözəl təbiəti vardı. Ermənilər indi meşələrimizi yandırır. Amma bilmirlər ki, təbiətdən intiqam almaq olmaz. "Özgə atına minən tez düşər". Gərək bizim bu məsəlimizi ora məcburi köçürüləndə yadlarına salardılar".
 
Laçının Sus kənd sakini Şahin İsgəndərov - Sputnik Azərbaycan, 1920, 16.08.2022
 
Laçının Sus kənd sakini Şahin İsgəndərov
 
© Photo : courtesy of Shahin Iskandarov
 
"O günlərin xəyalını qururam"
 
Şahin İsgəndərov də doğulduğu Sus kəndinə getmək üçün günləri sayır. Deyir ki, kəndin boşaldılacağı xəbərini prezidentin dilindən eşidəndən gecələr də sevincindən yata bilmir. 18 yaşında Sus kəndindən didərgin düşən Ş. İsgəndərov kəndi tərk etdiyi günü xatırlayanda bir gün özünə gələ bilmədiyini söyləyir.
 
Susda uşaqlığını, yeniyetməliyini qoyub gələn S. İsgəndərov deyir ki, kəndə gedərkən arzusu ilk növbədə Laçın şəhərindəki 1941-1945--ci il Böyük Vətən Müharibəsi qəhrəmanlarına qoyulan abidənin qarşısından şəhəri seyr etməkdir:
"Oradan rayonun hər yeri görünür. 100-dən çox pilləkəni ayaqyalı çıxacam. Daha sonra çayı keçib kəndimizə, evimizə gecəcəm. Uşaqlıq xatirələrimin izi ilə gedib o günləri xatırlamağın xəyalını qururam".
 
Laçının Sus kənd sakini Şahin İsgəndərov - Sputnik Azərbaycan, 1920, 16.08.2022
 
Laçının Sus kənd sakini Şahin İsgəndərov
© Photo : courtesy of Shahin Iskandarov
 
"Torpaq onlarındısa niyə ölülərini məzardan çıxardırlar?"
 
Birinci Qarabağ müharibəsi iştirakçısı, ikinci qrup əlil olan Ş.İsgəndərov ermənilərin çıxarkən evlərinə od vurub yandırmasına da münasibət bildirib:
 
"Biz Susdan çıxanda evimizin qapısını bağlayıb açarları özümüzlə götürdük. Açarları saxlayırdıq ki, evimizə qayıdacağıq. Biz bu inamla kəndi məcburi tərk etmişdik. Onlar isə Susa, Zabuxa məcburi köçürülüblər. Bilirlər ki, bir də o torpağa geri qayıtmayacaqlar. Torpaq onlarındısa niyə ölülərini məzardan çıxardırlar? Bu sualı onlara vermək lazımdır. Biz Susdan çıxanda bir gün ölülərimizin məzarını ziyarət edəcəyimizi ümid edirdik. Bu inam, ümiddir illərdir bizi yaşadan və o torpağa yenidən qaytaran. Onlarda isə bu inam yoxdur".
 
Laçının Sus kənd sakini Şahin İsgəndərov - Sputnik Azərbaycan, 1920, 16.08.2022
 
Laçının Sus kənd sakini Şahin İsgəndərov
© Photo : courtesy of Shahin Iskandarov
 
İlham Əliyevin çıxışı laçınlılara sevinc yaşatdı
 
Prezident İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində söyləyib ki, Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır:
 
"Bu təbiidir. Onların orada qalması, əslində, hərbi cinayətdir. "Çünki o, Cenevrə konversiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bu, hərbi cinayətdir. Bəlkə də orada yaşayanlar Suriyadan, Livandan gəlmiş ermənilər bunu bilmirlər, amma Ermənistan rəhbərliyi bunu yaxşı bilir. Ona görə oradan bəzi xəbərlər gəlir, biri deyir ki, mən çıxmayacağam, o biri deyir ki, mən çıxmayacağam. Özləri bilər. Onlar hərbi cinayətkardırlar. Yenə də bizi, bizim səbrimizi sınağa çəkməsinlər. Öz xoşu ilə oradan çıxıb getsinlər. Haraya gedirlər bizi maraqlandırmır".

 

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Hamısı