Sus kəndinin sakini: “Düşmən doğmalarımızın məzarları üzərində ev tikib” MÜSAHİBƏ

Müsahibələr 13:50 27.08.2022

“Doğma kəndimə qayıdanda ilk işim valideynlərimin məzarını ziyarət etmək olacaq. İllərdir baş çəkə bilmirəm. Məzarlarının nə vəziyyətdə olduğunu belə bilmirəm”.

Ednews xəbər verir ki, bunu Oxu.Az-a müsahibəsində Sus kənd sakini Vaqif Həsənov deyib.

Müsahibəni təqdim edirik:

- Vaqif bəy, Laçında keçən günlərinizi necə xatırlayırsınız?

- 1945-ci ildə Sus kəndində anadan olmuşam. O illərdə nəinki Susda, Zabux və Laçında da erməni görməmişəm. Laçından çıxanda mənim 44 yaşım var idi. Hazırda 75 yaşım var. Sakit həyat tərzi yaşayırdıq. Orada mühəndis kimi çalışırdım. Səkkiz övladım var idi - beşi qız, üçü oğlan. Çox gözəl günlər idi. Bir anda hər şeyi itirdik. 1992-ci ildə Bakıya gələndə Teleqüllədə 2013-cü ilə qədər işlədim. Hazırda pensiyadayam.

- Laçının işğal günü xatirinizdə necə qalıb?

- Laçın Qarabağın alınmaz bir qapısı idi. Hamınız bunu bilirsiniz. Həmin günü sözlə ifadə edə bilmirəm. 1992-ci ildə 10 nəfər ailə üzvü ilə Bakıya gəldik. Ordu sıralarında qarovul çəkirdim. Növbə ilə qoruyurduq. Mənim öz oğlum Fariz top komandiri idi. Bütün hamı o müharibədə iştirak edib.

Bizdən sonra doğma torpaqlarımızda yadlar məskunlaşıblar. Onlar orada 30 il yaşayıblar. Ondan sonra bizim meşələri, ağacları yandırıb, dağıtdılar. Gözəl yerlərimizi pis vəziyyətə salıblar. Onların insanlığı yoxdur. İnsan deyillər.

- Nə qədər ağır olsa da, məcburi köçkün həyatınızdan danışmanızı istərdim.

- Susdan çıxandan sonra Bərdəyə gəldik. Daha sonra Bakıya, ən son Xaçmaza getdik. Uşaqlarım balaca idilər. Orta məktəbi bitirməmişdilər. Xaçmazda böyüyüb, boya-başa çatdılar. Daha sonra Bakıya qayıtdıq. Özüm də Bakıda işləyirdim. Daha sonra Qanlıgölün kənarında 263 nəfər qaçqın ev tikdi. Hazırda Yasamal rayonunda yaşayıram. Lakin qeydiyyatım Xırdalan şəhərindədir. Bizim camaat bina evlərində yaşaya bilmir. Təbii həyata daha çox öyrəşiblər. Bəlkə də, alışqanlıq halını alıb.

- Doğulub, boya-başa çatdığınız kəndin ordumuzun nəzarətinə qayıtması xəbərini eşidən zaman hansı hissləri keçirdiniz?

- Doğma kəndimin azad olunma xəbərini eşitmək məni çox xoşbəxt etdi. Oraları yenidən görmək arzumun reallaşacağı günü gözləyirəm. 30 il torpaqlarımız işğal altında olub. Bütün evimizi-eşiyimizi, hamısını yandırıblar. Amma yenə də çox xoşbəxtəm ki, torpaqlarımız alındı. Elə zənn edirəm ki, evlər hamısı necə var, elə qalıb.

Qazilərimizin canı sağ olsun. Şəhidlərimizə isə Allahdan rəhmət diləyirəm. Onların analarının qarşısında baş əyirəm.

- Vaqif bəy, sizin ən böyük arzunuz nədir?

- Doğma kəndimə yenidən qayıtmaq mənim ən böyük arzumdur. Ora minalardan təmizlənəndən sonra səfər edəcəm. İcazə verilən kimi ən öndə gedənlərdən biri də mən olacağam.

- Doğma kəndinizə qayıdan zaman ilk işiniz nə olacaq?

- Mənim atam-anam orada rəhmətə gediblər. Gedən kimi ilk işim məzarlarını ziyarət etmək olacaq. İllərdir ziyarət edə bilmirdim. Ermənilər çox vicdansız adamlardır. Zabux kəndində qəbiristanlığı traktorla dağıdıb, üzərində ev tikiblər. Bu qədər insafsızlıq olmaz. Heç doğmalarımızın məzarlarının qaldığını belə bilmirik.

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI

Xəbər xətti

İlham Əliyev: "Qarabağda və Şərqi Zəngəzurda gördüyümüz işlərin dünyada misli-bərabəri yoxdur"
14:05 16.04.2024
“Bələdiyyələrin statusu haqqında” qanun DƏYİŞDİ
14:02 16.04.2024
Reklam Agentliyinə sədr təyin edilən Fərhad Adıgözəlov KİMDİR? – DOSYE
14:00 16.04.2024
Prezidentdən Fərhad Adıgözəlovla bağlı SƏRƏNCAM
13:58 16.04.2024
Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edildi - SƏRƏNCAM
13:56 16.04.2024
Prezident: "Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi üzərində iş aparılır"
13:54 16.04.2024
Pentaqon: İranın hücumunda biz ən azı 6 ballistik raket vurduq
Pentaqon: İranın hücumunda biz ən azı 6 ballistik raket vurduq
13:49 16.04.2024
Prezident: Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq
13:40 16.04.2024
İlham Əliyev son illər Azərbaycanda həyata keçirilən infrastruktur layihələrindən danışdı
13:35 16.04.2024
Rəsmi Tehran: "Bu silahlar İsrailə qarşı cavabın 2-ci mərhələsində istifadə ediləcək"
13:26 16.04.2024
Beynəlxalq axtarışa verilmiş şəxslər Azərbaycana ekstradisiya edilib
13:00 16.04.2024
Doktoranturaya sənəd qəbulu BAŞLADI
12:50 16.04.2024
Emin Əmrullayevdən Xocalı və Xankəndi ilə bağlı müjdə - VİDEO
Emin Əmrullayevdən Xocalı və Xankəndi ilə bağlı müjdə - VİDEO
12:40 16.04.2024
“Müharibə olarsa ən böyük ziyanı İran görəcək” - İsrailli ekspertdən ŞOK PROQNOZ
12:27 16.04.2024
Bakıda COVID-lə mübarizə aparan tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb
12:20 16.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI
12:16 16.04.2024
Qarabağ Universitetində fəlsəfə doktoru üzrə doktorantlar təhsil alacaq
12:15 16.04.2024
Sosial ödənişlərə 2 milyard manatdan çox vəsait ÖDƏNİLİB
12:05 16.04.2024
Çin nüvə enerjisi potensialını artırır
Çin nüvə enerjisi potensialını artırır
12:00 16.04.2024
1 milyard əhali enerjisiz qala bilər - NATO Komandiri
1 milyard əhali enerjisiz qala bilər - NATO Komandiri
11:45 16.04.2024
Qərbi Azərbaycan İcması “Soyqırımının önlənməsi üzrə Lemkin İnstitutu”nu ifşa etdi
11:40 16.04.2024
BAMF-ın Tərtər Regional Peşə Təlim Mərkəzində qadın minatəmizləmə qrupları üçün təlim keçirilib - FOTOLAR
11:34 16.04.2024
Vardanyanın əsl üzü... - Qazandığı çirkli pullar - ARAŞDIRMA
11:30 16.04.2024
Aİ nümayəndəliyi: Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd yoxdur
11:20 16.04.2024
Yaponiya vətəndaşlarını itirir - Yarım milyon azalma...
Yaponiya vətəndaşlarını itirir - Yarım milyon azalma...
11:15 16.04.2024
İsrailin Irana qarşı GİZLİ PLANI
İsrailin Irana qarşı GİZLİ PLANI
11:05 16.04.2024
Tacikistan Türkiyə vətəndaşları üçün viza tətbiq etməyə başlayıb
Tacikistan Türkiyə vətəndaşları üçün viza tətbiq etməyə başlayıb
11:00 16.04.2024
İranda 12 yaşlı qızlar hicaba görə həbs edilir
10:50 16.04.2024
Bu ölkədə ordu təşvişə düşdü! - SƏBƏB
Bu ölkədə ordu təşvişə düşdü! - SƏBƏB
10:45 16.04.2024
Bu gün Bakıda 23 dərəcə isti olacaq
10:40 16.04.2024
Prezident Şirvan suvarma kanalının təməlini qoydu
10:38 16.04.2024
Ermənistan üçün seçim: Ya sülh, ya da... – Türkiyəli politoloq ŞƏRH EDİR
10:32 16.04.2024
Çindən Almaniyaya xəbərdarlıq
Çindən Almaniyaya xəbərdarlıq
10:20 16.04.2024
TƏBİB sürücülərə müraciət etdi: “Yol ver, həyat qurtar!” - VİDEO
10:14 16.04.2024
Azərbaycan nefti ucuzlaşdı
10:05 16.04.2024
"Sovet Respublikaları İnzibati sərhədləri beynəlxalq sərhədlər olmalıdır" -Vasilis Maragos
"Sovet Respublikaları İnzibati sərhədləri beynəlxalq sərhədlər olmalıdır" -Vasilis Maragos
10:00 16.04.2024
Bu gündən “Karantin” başladı - FOTO
09:55 16.04.2024
Aİ lideri Şarl Mişel ilə liderlər görüşü keçirilib
Aİ lideri Şarl Mişel ilə liderlər görüşü keçirilib
09:54 16.04.2024
İran və Rusiya yeni saziş imzalayır
İran və Rusiya yeni saziş imzalayır
09:50 16.04.2024
ABŞ İrana neft sanksiyası tətbiq edəcək?
ABŞ İrana neft sanksiyası tətbiq edəcək?
09:42 16.04.2024
Hamısı