Rusiyadakı hadisələr Azərbaycana necə təsir edəcək? - SORĞU

Müsahibələr 12:20 23.09.2022
Son vaxtlar Rusiyada baş verənlər iğtişaşlar, prosesslər, qismən səfərbərlik elanı gündəmdə yerini qorumaqdadır. Baş verən hadisələr Azərbaycana da təsirini göstərəcəkmi?
 
Ednews bu barədə deputat və politoloqların fikirlərini öyrənib. 
 
Deputat Fazil Mustafa düşünür ki, Rusiyada baş verənlər Azərbaycana ciddi təsir göstərəcək.
“Rusiyada çox sayda yaşayan azərbaycanlıların iqtisadi və sosial vəziyyəti ağırlaşacaq. Onların bir qismi ölkəmizə qayıda bilər. Onlar müəyyən qədər vətəndə yaşayan ailələrinə kömək edir, dəstək olurdular. Bu problemlər artacaq. Hər halda arzulanan deyil, azərbaycanlıların orada rifah içində yaşaması bizim üçün də məqbul idi. Rusiyanın özün də məhdudlaşması, sanksiya altında qalması ordakı iş adamlarımıza da böyük zərbə vurur. Heç kim bunu arzulamaz ki, narahatçılıqlar yaşansın. Bu çətinliklər müharibənin yaratdığı şərtləri, bəzi məsələləri diqtə edir. Ümid edək ki, bu istiqamətdə proses uzun çəkməz və soydaşlarımız ən azı az zərərlə bu məsələdən çıxarlar. Hər halda bu bizim üçün ağır nəticələri ola biləcək qərardı və Rusiyanın çətinlik içində olması,  yoxsullaşması Azərbaycana əhəmiyyətli təsirini gösətərəcək. Çünki Rusiya bizim üçün əsas bazarlardan biridir. Bunu itirmək, sıxıntı yaşamaq bizim işimizə yaramır, maraqlamırıza uyğun deyil”. 
 
Politoloq Turab Rzayev bildirib ki, Rusiyada baş verən çaxnaşmaların nə qədər geniş yayılacağı, nə qədər çox saylı olacağı geniş ərazini əhatə edəcəyidir. 
“İndiki halda bu sadəcə müharibədən qaçan, çağırışçı olmaq istəməyən və yaxud iştirak etmək istəməyən gənclərin sərhəddən qaçışı şəklində müşahidə olunur. Gürcüstan sərhəddinə minlərlə insan toplanıb. Rusiyadakı azərbaycanlıların böyük hissəsi vətənə qayıtmaq istəyəcəklər. Əgər iğtişaşlar böyüməsə təsiri bundan ibarət olacaq, əksi olarsa, yəni daha genişmiqyaslı vüsət alarsa, o zaman Rusiyanın özündə də böyük dəyişikliklər baş verə bilər. Məsələn, Rusiyada ənənəvi olaraq, Efes-B və ordu qarşıdurması var, istənilən halda səfərbərliyin edilməsi ordunun gücünü cəmiyyətdə artırır. Əgər tam səfərbərliyə keçirilərsə, onda ordunun nüfuzu daha da artacaq. Bu Rusiyada 90-cı illərdən bəri dövləti idarə edən Efes-B qruplaşmasının məğlubiyyəti ilə nəticələnə bilər. Ordunun dövləti nəzarətə alması ilə nəticələnə bilər. Proseslər Rusiyanı zəiflətməyə doğru aparır”.
 
Politoloq Elxan Şahinoğlu qeyd edib ki, Rusiyadakı səfərbərliyin və Rusiya-Ukrayna müharibəsinin Azərbaycana təsiri o ola bilər ki, Rusiya səfərbərlik elan edibsə, orda müxtəlif millətlərin nümayəndələrini də müharibəyə cəlb edəcək .
“Əgər orda yaşayan, Rusiya vətəndaşı olan azərbaycanılar da savaşa cəlb oluna bilər. Amma bu yanlışdır. Ona görə də onların vətənə qayıtma məsələsi də var. Amma bu da artıq çətinləşib. Çünki quru yolla Azərbaycana qayıtmaq hələki mümkün deyil, sərhədlər bağlıdır. Rus gəncləri özləri də müharibədən yayınmaq üçün müxtəlif ölkərə qaçırlar, onlar İstanbul, İrəvan, Bakı kimi ölkələrə üz tuturlar. Neçə ayın biletləri artıq alınıb. Bu cür çətinliklər Azərbaycanda da yaşana bilər”.
Xınalığa dolu düşüb - VİDEO

Xəbər xətti

Maliyyə Nazirliyi büdcədən vəsait alan qurumlara müraciət edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
13:56 19.04.2024
Lalə Azərtaşın aparıcısı olduğu veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA
13:50 19.04.2024
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
13:40 19.04.2024
İpotekaya xitam verilən hallar genişlənir
13:30 19.04.2024
Naxçıvanda 120 milyonluq POZUNTU – Materiallar DTX-yə TƏQDİM EDİLDİ
13:20 19.04.2024
Bu şəxslərin maaşı ARTIRILDI
13:10 19.04.2024
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
12:59 19.04.2024
Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunub
12:45 19.04.2024
Xocavənddə Ermənistan istehsalı olan partlayıcı qurğular aşkarlanıb
12:35 19.04.2024
Bakıda taksilər kütləvi şəkildə cərimə meydançasına aparılır? - AÇIQLAMA
12:20 19.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişinin regiona təsiri - Ərəb Ekspert ŞƏRH EDİR
12:15 19.04.2024
Hamısı